“Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 704; 2002, № 1, maddə 22; 2004, № 6, maddə 436, № 7, maddə 534; 2005, № 10, maddə 910; 2006, № 7, maddə 588; 2007, № 3, maddə 229; 2014, № 9, maddə 1027) 2-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:
“Komissiyanın sədri
|
|
Yaqub Eyyubov
|
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini.
|
Komissiyanın üzvləri:
|
|
Eldar Mahmudov
|
Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri
|
Zakir Həsənov
|
Azərbaycan Respublikasının müdafiə naziri
|
Fikrət Məmmədov
|
Azərbaycan Respublikasının ədliyyə naziri
|
Elmar Məmmədyarov
|
Azərbaycan Respublikasının xarici işlər naziri
|
Şahin Mustafayev
|
Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri
|
Samir Şərifov
|
Azərbaycan Respublikasının maliyyə naziri
|
Əli Abbasov
|
Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri
|
Hüseynqulu Bağırov
|
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
|
Ramil Usubov
|
Azərbaycan Respublikasının daxili işlər naziri
|
Yavər Camalov
|
Azərbaycan Respublikasının müdafiə sənayesi naziri
|
Vaqif Axundov
|
Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi
|
Elçin Quliyev
|
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
|
Akif Əlizadə
|
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
|
Rövnəq Abdullayev
|
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti.”.
|
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 sentyabr 2015-ci il
№ 628