×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
03.01.2000
QEYDİYYAT NÖMRƏSİ
1
ADI
İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin) iş yerlərinin siyahısının təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2000, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 72)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.07.1999
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.000.000
070.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş y

İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin) iş yerlərinin siyahısının təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli, 122 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin), iş yerlərinin siyahısı" təsdiq edilsin (əlavə olunur).

2. "İşçilərin tibbi müayinədən hökmən keçməsini tələb edən peşələrin, istehsalatların və müəssisələrin siyahısının və belə müayinələrin keçirilməsi qaydasının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 5 may tarixli, 107 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar müvafiq qanuna əsasən 1999-cu il iyul ayının 1-dən qüvvəyə minir.

 

Azərbaycan Respublikası Baş naziri A. Rasİzadə

 

Bakı şəhəri, 3 yanvar 2000-ci il

   № 1

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2000-ci il 3 yanvar tarixli, 1 nömrəli qərarı ilə

təsdİq edİlmİşdİr

 

 

İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin) iş yerlərinin

 

SİYAHISI

 

1. Yüksəklikdə və hündürə qalxmaqla yerinə yetirilən işlər, habelə qaldırıcı qurğulara xidmət göstərən işçilər.

2. Dövlət meşə mühafizəsi, meşənin qırılması, daşınması və ilkin emalı ilə əlaqədar işlər.

3. Neft-qaz sənayesində, o cümlədən dəniz qazmasında işlər.

4. Bütün növ yeraltı işlər.

5. Hidrometeorologiya stansiyalarında, yüksək dağlıq, çöl rabitə qurğularında, çətin coğrafi iqlim şəraitində olan işlər.

6. Ucqar, çətin keçilən, bataqlıq və dağlıq rayonlarında geoloji kəşfiyyat, topoqrafik, tikinti və s. işlər.

7. Qara və əlvan metallurgiya üzrə zərərli fiziki, termik, kimyəvi təsirlərlə bağlı bütün növ işlər.

8. Kənd təsərrüfatında zəhərli kimyəvi maddələrlə tozlandırma və çiləmə işləri, bu maddələrin daşınması, yüklənməsi, boşaldılması işləri.

9. Partlayıcı maddələrdən istifadə etməklə aparılan işlər, iqtisadiyyatın partlayış və yanğın təhlükəsi olan istehsalat sahələrindəki işlər.

10. Mexaniki avadanlıqlarda (tokar, frezer və digər ştamplayıcı preslərdə) iş.

11. Bütün növ nəqliyyatın hərəkəti ilə bilavasitə əlaqədar olan işlər.

12. Radioaktiv və elektromaqnit şüalanma ilə bağlı işlər (rentgen müayinə kabinələri, radioaktiv maddələrlə işləyən laboratoriyalar, radio və telequrğular və s.)

13. Kimya sənayesində toksiki maddələrlə təmasda olan bütün işçilər.

14. Təzyiq altında olan qablara xidmət edən aparatçılar.

15. Maşinist (ocaqçı), qazanxana operatorları, qaz nəzarəti xidməti işçiləri.

16. Odlu silah daşımaq və tətbiq (istifadə) etməyə icazəsi olan hərbiləşdirilmiş mühafizə, xüsusi rabitə, inkassasiya aparatı xidməti, bank sistemi və digər idarə və xidmət orqanlarının işçiləri.

17. Qazdan xilasetmə xidməti, açıq qaz və neft fontanlarının qarşısının alınması və ləğv edilməsi üzrə hərbiləşdirilmiş hissələr və dəstələr, nazirlik və idarələrin hərbiləşdirilmiş dağ və dağ xilasetmə komandaları, yanğından mühafizə xidməti işçiləri.

18. 127 V və daha yüksək gərginlikli qurğulara xidmət göstərən, operativ dəyişmələr edən və həmin gərginlik altında iş aparan personal.

19. Heyvandarlıq fermalarının işçiləri.

20. Su kəməri qurğularına, su ehtiyat ambarlarına xidmət göstərən və bilavasitə suyun təmizlənməsində iştirak edən işçilər.

21. Növündən asılı olmayaraq bütün elektriklə işləyən və avtonəqliyyat, traktor və özüyeriyən maşınların sürücüləri.

22. Yeyinti məhsulları müəssisələrinin, süd fermalarının, süd mətbəxlərinin, ərzaq baza və ambarlarının qida maddələri ilə, onların istehsalı, saxlanılması və satılması ilə təmasda olan işçilər, o cümlədən həmin sahədə olan əşyaların sanitariya təmizliyi və təmiri ilə məşğul olan işçilər, eləcə də ərzaq məhsullarının nəqliyyat vasitələrində daşınması zamanı onlarla bilavasitə təmasda olan şəxslər.

23. İaşə, ticarət müəssisələrinin, o cümlədən bütün idarələrin, nəqliyyatın bütün növlərində və vağzallarda bufet və qida bloklarının işçiləri, nəqliyyat bələdçiləri.

24. İşçiləri tibbi müayinədən keçməli olan müəssisə, idarə və təşkilatlarda istehsalat təcrübəsindən əvvəl və sonrakı müddətdə texnikumların, ixtisas, ümum-təhsil, ali məktəblərin tələbələri.

25. Bütün tədris-tərbiyə müəssisələrinin işçiləri.

26. Uşaq və yeniyetmələrin (mövsümi) sağlamlıq müəssisələrinin işçiləri.

27. Məktəbəqədər təhsil müəssisələrinin işçiləri. [1]

28. Müalicə-profilaktika müəssisələrində, sanatoriya, istirahət evləri, pansionat, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində və bilavasitə xəstələrin qidalanması ilə əlaqədar olan işçilər. [2]

29. Doğum evlərinin (şöbələrin), uşaq xəstəxanalarının (şöbələrin), yenidoğulmuşların, vaxtından qabaq doğulmuşların patologiyası şöbələrinin tibbi işçiləri.

30. QİÇS xəstəliyinin diaqnostikası və müalicəsi ilə məşğul olan, bilavasitə onlarla təmasda olan tibb işçiləri. [3]

31. Dərman maddələrinin hazırlanması, qablaşdırılması və satışı ilə məşğul olan aptek, farmaseptik zavod və fabrik işçiləri.

32. Kompüter operatorları və proqramçıları.

33. Əhaliyə sanitar-gigiyenik, məişət xidməti göstərən müəssisələrin işçiləri (hamamçı, duş işçiləri, bərbər, manikür, pedikür, kosmetika kabinələrinin işçiləri, camaşırxana, kimyəvi təmizləmə məntəqələrinin fəhlələri və s.).

34. Üzgüçülük üzrə məşqçilər, təlimatçılar, müalicəvi su proseduraları ilə məşğul olan işçilər.

35. Mehmanxana və yataqxanaların xadimələri, oradakı mərtəbə növbətçiləri, yataqxana komendantları.

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       20 avqust 2010-cu il tarixli 154 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 08, maddə 763)

2.       15 oktyabr 2018-ci il tarixli 449 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 oktyabr 2018-ci il, № 235, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2164)

3.       7 mart 2019-cu il tarixli 78 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 512)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 15 oktyabr 2018-ci il tarixli 449 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 oktyabr 2018-ci il, № 235, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2164) ilə “İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin) iş yerlərinin Siyahısı”nın 27-ci hissəsində “uşaq” sözü “təhsil” sözü ilə əvəz edilmişdir.

 

[2] 7 mart 2019-cu il tarixli 78 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 512) ilə “İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin) iş yerlərinin Siyahısı”nın 28-ci hissəsində “əlil və qocalar evlərində” sözləri “ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində” sözləri ilə əvəz edilmişdir.

 

[3] 20 avqust 2010-cu il tarixli 154 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 08, maddə 763) ilə təsdiq edilmiş “İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin), iş yerlərinin siyahısının 30-cu bəndində “AİDS akronimi “QİÇS akronimi ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status