Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
[1]
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə”ni Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 325, № 9, maddə 737; 2007, № 2, maddə 85, № 4, maddə 330; 2008, № 8, maddə 715, № 11, maddə 970; 2009, № 12, maddə 983; 2011, № 2, maddələr 85, 91; 2012, № 7, maddə 684; 2014, № 9, maddə 1056) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə”nin 8.25-1-ci bəndində “turistlər üçün elektron viza almaq hüququ olan” sözləri “turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 oktyabr 2015-ci il
№ 648
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
6 iyun 2018-ci il tarixli 119 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 7 iyun 2018-ci il, № 127, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1209)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
6 iyun 2018-ci il tarixli 119 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 7 iyun 2018-ci il, № 127, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1209) ilə ləğv edilmişdir.