«Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının Qanununda və «Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublİkasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, № 21, maddə 590; Azərbaycan Respublikasının 1999-cu il 12 mart tarixli 627-IQD №-li Qanunu) 3-cü maddəsinin 2-ci hissəsinin 3-cü abzası aşağıdakı redaksiyada verilsin:
«Valideynlərdən biri həlak olduqda onların hər uşağına 16 yaşı (şagirdlər üçün 18 yaş) tamam olanadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan məbləğdə aylıq müavinət təyin edilir.»
2. «Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, № 23-24, maddə 685; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 451) aşağıdakı dəyişikliklər edilsin:
12-ci maddənin 7-ci bəndi aşağıdakı redaksiyada verilsin:
«Çernobıl qəzası nəticəsində əlil olmuş, yaxud xəstələnmiş, dispanser qeydiyyatında olan uşaqların ailələrinə, habelə Çernobıl qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, hər uşaq üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan məbləğdə aylıq müavinət verilir.»
14-cü maddənin ikinci hissəsi aşağıdakı redaksiyada verilsin:
«Onlara habelə hər il müalicə ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan məbləğlərdə birdəfəlik müavinətlər verilir.»
3. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri, 23 aprel 1999-cu il
№ 662-IQD