Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 may tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Stasionar şəraitdə təhsilin təşkili Qaydaları”nda dəyişikliklər edilməsi barədə
[1]
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin təsdiqi və “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 yanvar tarixli 837 nömrəli Fərmanının ləğvi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 386 nömrəli Fərmanının 2.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 may tarixli 88 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 325; 2013, № 6, maddə 721) ilə təsdiq edilmiş “Stasionar şəraitdə təhsilin təşkili Qaydaları”nın 4-cü hissəsində “2011-ci il 13 dekabr tarixli 203” sözləri “2013-cü il 30 avqust tarixli 240” sözləri ilə və “bölməsinin” sözü “və Gəncə bölmələri” sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 21 sentyabr 2015-ci il
№ 310
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
24 dekabr 2021-ci il tarixli 413 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 dekabr 2021-ci il, № 284, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1537) (2022-ci il iyulun 1-dən qüvvəyə minir)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
24 dekabr 2021-ci il tarixli 413 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 dekabr 2021-ci il, № 284, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1537) ilə ləğv edilmişdir.