Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 749; 2015, № 3, maddələr 333, 338, № 4, maddə 455; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 iyun tarixli 229 nömrəli qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın 4-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. Bütün hallarda “Mərkəzi Kitabxana Sistemi” sözləri “Mərkəzləşdirilmiş Kitabxana Sistemi” sözləri ilə əvəz edilsin.
2. 4.5.11-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“4.5.11. Novruz yaşayış massivi Nizami Gəncəvi adına Kitabxana-Klub”.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 16 sentyabr 2015-ci il
№ 306