![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
AZƏRBAYCAN RESPUBLİKASININ QİYMƏTLİ KAĞIZLAR ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN QƏRARI |
Qəbul edildiyi tarix |
29.09.2015 |
Qeydiyyat nömrəsi |
12-q |
Adı |
“İnvestisiya şirkətinin davamlı kapital tələbləri haqqında Qaydalar”ın təsdiq edilməsi barədə |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
13.10.2015 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
090.040.010 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15201509290012 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
12.10.2015 |
“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 566 nömrəli Fərmanının 3.1-ci bəndinin icrası məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 14.5-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
Q Ə R A R A A L I R:
1. “İnvestisiya şirkətinin davamlı kapital tələbləri haqqında Qaydalar” təsdiq edilsin (Əlavə olunur).
2. Hüquq şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
3. Lisenziyalaşdırma və nəzarət şöbəsinə (C.Nəzərov) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələləri həll etsin.
4. Ümumi şöbəyə (E.İsayev) tapşırılsın ki, QKDK-nın aparatının və QKDK-nın Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin bu Qərarla tanış olmalarını təmin etsin.
5. “Qiymətli kağızlar bazarında diler fəaliyyətinin həyata keçirilməsi” Qaydalarının təsdiq edilməsi haqqında” 2014-cü il 30 iyun tarixli 6 nömrəli Qərar, “Qiymətli kağızlar bazarında broker fəaliyyətinin həyata keçirilməsi” Qaydalarının təsdiq edilməsi haqqında” 2013-cü il 12 fevral tarixli 3 nömrəli Qərar və “Qiymətli kağızlar bazarında broker fəaliyyətinin həyata keçirilməsi Qaydalarında dəyişikliklər edilməsi haqqında” 2014-cü il 30 iyun tarixli 7 nömrəli Qərar ləğv edilsin.
6. Bu Qərarın icrasına nəzarət sədr müavini İ.Muradova həvalə edilsin.
Sədr |
R.Aslanlı |
|
|
“Təsdiq edilmişdir” Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Qərar № 12-q “29” sentyabr 2015-ci il
Sədr
_______________ R. Aslanlı |
İnvestisiya şirkətinin davamlı kapital tələbləri haqqında
Qaydalar
- Ümumi müddəalar
1.1. Bu Qaydalar “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 31.5-ci və 39.5-ci maddələrinə müvafiq olaraq hazırlanmışdır və investisiya şirkətinin kapital adekvatlığına, habelə maliyyə risklərinin idarəedilməsinə dair tələbləri müəyyən edir.
1.2. Bu Qaydalarda istifadə olunmuş əsas anlayışlar aşağıdakılardır:
1.2.1. anderraytinq – emitentin və ya üçüncü şəxslərin xeyrinə qiymətli kağızların kütləvi təklifi və yerləşdirilməsi üzrə investisiya xidmətidir;
1.2.2. aralıq zərər-cari hesabat dövrünədək olan zərərdir;
1.2.3. bazar riski – bazar qiymətlərindəki dəyişikliklərdən yaranan balans və balansdankənar mövqelər üzrə itki riskləridir;
1.2.4. cəmi Kapital Tələbi – investisiya şirkətinin kredit riski, bazar riski, əməliyyat riski, konsentrasiya riski, hesablaşma və kontragent riskləri üzrə kapital tələbinin cəmidir;
1.2.5. əməliyyat riski – daxili proseslər, sistemdəki pozuntular, insan faktoru və xarici hadisələrdən meydana gələn itki riskləridir;
1.2.6. əmtəə qiymət riski – əmtəə qiymətlərindəki volatillikdən meydana gələn itki riskləridir;
1.2.7. hesablaşma və kontragent riski – hesablaşmanın vaxtından gec aparılması və hesablaşmanın aparılmasından əvvəl kontragentin defolt olması ucbatından öhdəliyini yerinə yetirə bilməməsindən meydana gələn itki riskləridir;
1.2.8. investisiya şirkəti – investisiya şirkəti fəaliyyəti üçün xüsusi razılığa (lisenziyaya) malik olan, fəaliyyətinin müstəsna predmeti “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş investisiya xidmətlərinin göstərilməsi olan səhmdar cəmiyyəti formasında yaradılan hüquqi şəxsdir;
1.2.9. kapital artıqlığı - adi səhmlərin yerləşdirilməsi zamanı onların satış dəyəri ilə nominal dəyəri arasında yaranmış fərq həcmində əldə edilmiş vəsait;
1.2.10. konsentrasiya riski – investisiya şirkətinin ticarət kitabındakı mövqeləri üzrə fərdi müştəri və ya müştəri qrupuna qarşı məcmu kapitalının 25%-ni keçən risklərdir;
1.2.11. kollektiv investisiyalara dair qiymət riski – kollektiv investisiya sxemlərinin qiymətlərindəki volatillikdən meydana gələn itki riskləridir;
1.2.12. kredit riski – borcalanın öhdəliyini yerinə yetirə bilməməsindən meydana gələn itki riskləridir;
1.2.13. maliyyə institutları – kredit təşkilatları, sığorta təşkilatları və investisiya şirkətləridir.
1.2.14. Market-meyker – qiymətli kağızlar bazarında mütəmadi olaraq öz hesabına və fond birjası ilə razılaşdırılmış qiymət dəhlizi çərçivəsində özünün müəyyənləşdirdiyi qiymətlərlə qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin alqı-satqısını həyata keçirən şəxsdir;
1.2.15. məcmu kapital – bu Qaydalarla müəyyən edilmiş I dərəcəli (əsas) və II dərəcəli (əlavə) kapitala daxil olan komponentlərin (elementlərin) cəmi ilə onlardan tutulmaların fərqi;
1.2.16. qeyri-maddi aktivlər - kompüter proqramları, müəlliflik hüquqları, patent, təbii ehtiyatlardan istifadə hüquqları, lisenziyalar, ticarət və əmtəə nişanları, “nou-hau”, “qudvil” və s. kimi fiziki ifadə forması olmayan, lakin dəyər yaradan aktivlər;
1.2.17. qısa mövqe – Aktivin dəyərinin azalacağı gözlənilərək, borc götürülmüş qiymətli kağızların, əmtəə və ya valyutanın satışı;
1.2.18. səhm qiymət riski – səhm qiymətlərindəki volatillikdən meydana gələn itki riskləridir;
1.2.19. spesifik borc aləti qiymət riski – borc alətləri üzrə emitentlə bağlı faktorlardan meydana gələn qiymət fərqi riskidir;
1.2.20. spesifik mövqe riski – müvafiq maliyyə alətinin emitenti ilə bağlı faktorlardan meydana gələn qiymət fərqi riskidir;
1.2.21. subordinasiya borc öhdəlikləri - emissiya şərtlərinə görə ödəmə vaxtı çatdıqda ödənilən, aktivlərinin girovu ilə təmin edilməyən, sahibinin tələbi ilə geri alınmayan, son ödəmə müddəti başa çatana kimi bu öhdəlik üzrə ödəmə (faiz və ya əsas borc) baş tutmadığı təqdirdə müflis elan etmək və ya ləğv etmək hüququ verməyən, investisiya şirkəti ləğv edilərkən onların ödənilməsi digər kreditorların tələbləri tam ödənildikdən sonra icra olunan öhdəliklərdir;
1.2.22. ticarət kitabı – investisiya şirkəti tərəfindən öz hesabına ticarət və ya hedcinq məqsədi üçün saxlanılan və əsasən, bazar risklərinə məruz qalan qiymətli kağızlar və ya digər maliyyə alətləri, habelə əmtəələr üzrə mövqelərdən ibarət portfeldir.
1.2.23. uzun mövqe – Aktivin dəyərinin artacağı gözlənilərək, qiymətli kağızlar, əmtəə və ya valyutanın alışı;
1.2.24. ümumi faiz dərəcəsi riski – ümumi bazar xüsusiyyətinə uyğun olaraq faiz dərəcəsindəki dəyişikliklə bağlı meydana gələn itki riskləridir;
1.2.25. ümumi mövqe riskləri – ümumi bazar xüsusiyyətinə uyğun olaraq səhmlər üzrə bazar qiymətlərindəki hərəkətlə bağlı, borc alətləri üzrə isə faiz dərəcəsindəki dəyişikliklə bağlı yaranan risklərdir.
1.2.26. xarici valyuta riski – xarici valyuta məzənnəsindəki dəyişikliklərlə bağlı investisiyanın dəyərinin dəyişməsi riskidir.
- Kapital adekvatlığına dair tələblər
2.1. İnvestisiya şirkəti fəaliyyəti ərzində bu Qaydalara uyğun olaraq hesablanmış Cəmi Kapital Tələbinə, həmçinin Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (bundan sonra – Komitə) tərəfindən müəyyən edilmiş minimum nizamnamə kapitalına bərabər və ya ondan daha yüksək məcmu kapitala malik olmalıdır.
2.2. İnvestisiya şirkətinin Cəmi Kapital Tələbi onun ticarət kitabının həcmindən asılı olaraq müəyyən edilir. Son 250 gün ərzində ticarət kitabındakı əməliyyatların gündəlik orta həcmi 15 000 000 (on beş milyon) AZN-dən artıq olduqda və ya azı 4 gün 20 000 000 (iyirmi milyon) AZN-dən artıq əməliyyat həyata keçirdikdə investisiya şirkətinin ticarət kitabı əhəmiyyətli hesab edilir.
2.3. Ticarət kitabı əhəmiyyətli hesab edilən investisiya şirkətlərinin Cəmi Kapital tələbi onun Kredit riskləri, Bazar Riskləri, Əməliyyat riskləri, Hesablaşma və kontragent riskləri və Konsentrasiya risklərinə qarşı hesablanmış kapital tələblərinin cəminə bərabərdir.
2.4. Ticarət kitabı əhəmiyyətli hesab edilməyən investisiya şirkətlərinin Cəmi Kapital tələbi onun Kredit riskləri, Bazar Riskləri, Əməliyyat riskləri və Konsentrasiya riskinə qarşı hesablanmış kapital tələblərinin cəminə bərabərdir.
3. İnvestisiya şirkətinin ticarət kitabı
3.1. Ticarət kitabında (Əlavə № 1) olan ticarət məqsədli mövqelərə aşağıdakılar daxildir:
3.1.1. şirkətin öz hesabına apardığı əməliyyatlarla bağlı mövqelər, habelə anderraytinq və market-meykinq ilə bağlı mövqelər;
3.1.2.qısa müddətə satılması nəzərdə tutulan mövqelər;
3.1.3.alış və satış qiymətləri arasındakı aktual və ya gözlənilən qiymət fərqi yaxud faiz dərəcəsi fərqindən mənfəət əldə etmək məqsədi ilə saxlanılan mövqelər.
3.2. Ticarət kitabındakı mövqelər aşağıdakı qaydada qiymətləndirilir:
3.2.1.borc alətləri bazar qiyməti ilə;
3.2.2.səhmlər bazar qiymətləri ilə;
3.2.3.törəmə maliyyə alətləri bağlı olduqları baza aktivlərinin bazar qiymətləri ilə qiymətləndirilir.
3.3. İnvestisiya şirkətinin gündəlik olaraq ticarət kitabında əks olunan mövqeləri bazar qiymətləri ilə qiymətləndirilməlidir.
- İnvestisiya şirkətlərinin məcmu kapitalı
4.1. Bu qaydaların şərtlərinə uyğun olaraq, investisiya şirkətinin məcmu kapitalı aşağıdakı qruplara bölünür:
4.1.1.I dərəcəli kapital (əsas məcmu kapital);
4.1.2.II dərəcəli kapital (əlavə məcmu kapital).
4.2. İnvestisiya şirkətinin məcmu kapitalı bu Qaydalarda qeyd olunmuş məhdudiyyətləri nəzərə alaraq, I və II dərəcəli kapitala daxil olan komponentlərin cəmi ilə onlardan tutulmaların fərqinə bərabərdir.
4.3. İnvestisiya şirkətinin məcmu kapitalının həcmi lisenziyalaşdırılma zamanı tələb olunan minimum nizamnamə kapitalının həcmindən aşağı olmamalıdır.
4.4. I dərəcəli kapitalın komponentləri aşağıdakı əsas xüsusiyyətlərə malik olmalıdırlar:
4.4.1. müddətsizlik: hər hansı bir müddətdən asılı olmayaraq saxlayıcının çağırışı ilə geri alına bilməməlidir;
4.4.2. məhdudiyyətsiz istifadə: fəaliyyət zamanı yarana biləcək risklərin və itkilərin qarşısını almaq məqsədi ilə əlavə məhdudiyyət olmadan istifadə edilməlidir;
4.4.3. ödəniş sərbəstliyi: investisiya şirkəti əldə etdiyi mənfəət üzrə ödəmə sərbəstliyini özündə saxlayır.
4.5. I və II dərəcəli kapitaldan investisiya şirkətinin fəaliyyəti müddətində qarşılaşa biləcəyi risklərin idarə oluna bilən səviyyəyədək azaldılmasında istifadə olunur.
4.6. İnvestisiya şirkətinin məcmu kapitalının komponentləri davamlı olaraq aşağıdakı əmsallara və limitlərə cavab verməlidir:
4.6.1. II dərəcəli kapital I dərəcəli kapitaldan çox ola bilməz;
4.6.2. II dərəcəli kapitalın tərkibində olan subordinasiya borc öhdəliklərinin həcmi I dərəcəli kapitalın 50%-dən çox ola bilməz;
4.6.3. investisiya şirkətinin məcmu kapitalının tərkib hissələrinin komponentlərindən hər hansı biri bu Qaydaların 4.6.1-ci və 4.6.2-ci bəndində göstərilən limitləri aşdıqda, həmin limitlərdən artıq hissə bu Qaydalarda xüsusi qeyd olunmadığı halda məcmu kapitalın hesablanması zamanı nəzərə alınmır.
4.7. İnvestisiya şirkətinin I dərəcəli kapitalı aşağıdakıların (nəzərdə tutulmuş vergi öhdəlikləri çıxıldıqdan sonra) cəminə bərabərdir:
4.7.1. dövriyyəyə buraxılmış tam ödənilmiş adi səhmlər;
4.7.2. kapital artıqlığı;
4.7.3. keçmiş illərin bölüşdürülməmiş mənfəəti (zərəri);
4.7.4. kapital ehtiyatları (əvvəlki illərin bölüşdürülməmiş mənfəəti hesabına yaradılmış fondlar).
4.8. I dərəcəli kapitala aşağıdakı tutulmalar yönəldilir:
4.8.1. geri alınmış adi səhmlər;
4.8.2. investisiya şirkətlərinin qeyri-maddi aktivləri, o cümlədən qeyri-maddi aktivlərin yenidən qiymətləndirilməsindən yaranan artım;
4.8.3. cari maliyyə ili zərəri və ya aralıq zərər.
4.9. I dərəcəli kapitala daxil edilmiş adi səhmlər aşağıdakı tələblərə cavab verməlidirlər:
4.9.1. investisiya şirkəti tərəfindən emissiya edilib və tam ödənilmişdir;
4.9.2. investisiya şirkəti tərəfindən birbaşa və ya dolayı yolla maliyyələşdirilmir;
4.9.3. adi səhmlər üzrə dividendlərin ödənilməsi ilə bağlı qərarlar investisiya şirkətinin idarəetmə orqanının səlahiyyətində qalmalı, qeyri-kumulyativ olmaqla və yetəri qədər vəsait olduqda ödənilməlidir. Adi səhmlər üzrə ödəniləcək dividendlərin məbləği heç bir halda əvvəlcədən dəqiq müəyyən edilə bilməz. Dividendlərin adi səhmlər formasında ödənilməsinə yol verilmir.
4.10. Bu qaydaların 4.6-cı bəndində nəzərdə tutulmuş məcmu kapital üzrə məhdudiyyətlər nəzərə alınmaqla, investisiya şirkətinin II dərəcəli kapitalı aşağıdakıların cəminə bərabərdir:
4.10.1. cari maliyyə ilinin mənfəəti;
4.10.2. ən azı 5 il müddətinə buraxılmış subordinasiya borc öhdəlikləri;
4.10.3. risklərin qarşısını ala bilmək məqsədi ilə məhdudiyyətsiz və istifadəyə yararlı aşağıdakı yenidən qiymətləndirmə ehtiyatları:
4.10.3.1. ədalətli dəyərlə qiymətləndirilmiş səhmlər ilə bağlı yenidən qiymətləndirmə ehtiyatlarının realizə olunmamış 80%-i;
4.10.3.2. ədalətli dəyərlə qiymətləndirilmiş öz istifadəsində olan daşınmaz əmlakın yenidən qiymətləndirilməsindən realizə olunmamış kumulyativ gəlirin 80%-i;
4.10.3.3. ədalətli dəyərlə qiymətləndirilmiş investisiyanın (daşınmaz əmlak və satıla bilən səhmlər xaric olmaqla) realizə olunmamış kumulyativ gəlirinin 80%-i.
4.10.4. xüsusi ehtiyatlar.
4.11. II dərəcəli kapitalda olan subordinasiya borc öhdəliyinin həcmi ödəniş müddətinin başa çatmasına qalan son 5 ildə II dərəcəli kapitala daxil edilmək üçün hər il 20 faiz azaldılır.
4.12. İnvestisiya şirkəti birbaşa və ya dolayı yolla özünə subordinasiya krediti verə bilməz.
4.13. Məcmu kapitala aşağıdakı tutulmalar yönəldilir:
4.13.1. ticarət kitabında göstərilmədiyi halda, digər investisiya şirkətlərinin kapitalına xalis investisiyalar (iştirak payı 10%-dən artıq olduqda);
4.13.2. ticarət kitabında göstərilmədiyi halda, investisiya şirkəti olmayan digər maliyyə institutlarının və birjada listinqə çıxmış hüquqi şəxslərin kapitalına xalis investisiyalar (iştirak payı 10%-dən artıq olduqda);
4.13.3. investisiya şirkətinin məcmu kapitalının hesablanmasında göstərdiyi sığorta və təkrar sığorta öhdəliklərində, pensiya fondlarında olan və sığorta holdinqlərinin maliyyə alətlərinə investisiyalar.
- Kredit riskinin hesablanması
5.1. Kredit riski üzrə kapital tələbinin hesablanması zamanı risk bu Qaydalara uyğun olaraq kateqoriyalara bölünür, hər bir kateqoriya üzrə risk çəkisi müəyyən edilir və cəmi risk dərəcəsi üzrə ölçülmüş aktivlərin 8%-i həddində kredit riski üzrə kapital tələbi müəyyən edilir.
5.2. Kredit riskləri aşağıdakı kateqoriyalara bölünür:
5.2.1. digər dövlətlərə və mərkəzi banklarına qarşı risklər;
5.2.2. Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı risklər;
5.2.3. yerli orqanlara qarşı risklər;
5.2.4. beynəlxalq təşkilatlara qarşı risklər;
5.2.5. maliyyə institutlarına qarşı risklər;
5.2.6. korporativ təşkilatlara qarşı risklər;
5.2.7. pərakəndə risklər;
5.2.8. təxirə salınmış aktivlərə qarşı risklər;
5.2.9. yüksək riskli sayılan aktivlərə qarşı risklər;
5.2.10. investisiya fondlarına qarşı risklər;
5.2.11. digər aktivlərə qarşı risklər.
5.3. Hər kateqoriya üzrə risk çəkisi risk keyfiyyətindən (xarici kredit qiymətləndirmə institutlarının (XKQİ) risk qiymətləndirməsindən) asılı olaraq müəyyən olunur.
5.4. Kredit keyfiyyəti reytinqi digər dövlətlər, mərkəzi banklar, beynəlxalq təşkilatlar yerli orqanlar, maliyyə institutları, korporativ təşkilatlar və investisiya fondları üçün 1-dən (ən yüksək) 6-dək (ən aşağı) Cədvələ (Əlavə № 2) uyğun olaraq qiymətləndirilir.
5.5. Digər dövlətlərə qarşı risklər uzunmüddətli kredit qiymətləndirməsi mövcud olan ölkələr üçün Cədvələ (Əlavə № 3) uyğun olaraq müəyyən edilir.
5.6. Uzunmüddətli kredit qiymətləndirməsi mövcud olmayan ölkələrə qarşı risk çəkisi 100% olaraq müəyyən edilir.
5.7. Azərbaycan Respublikasının hökumətinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı risk çəkisi 0% olaraq müəyyən edilir.
5.8. Beynəlxalq təşkilatlar olan Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı
və Qara Dəniz Ticarət və İnkişaf Bankına qarşı risk çəkisi 0% olaraq müəyyən edilir.
5.9. Uzunmüddətli kredit qiymətləndirməsi mövcud olan yerli orqanlara qarşı, habelə maliyyə institutları, korporativ təşkilatlar və investisiya fondlarına qarşı risklər aşağıdakı qaydada Cədvələ (Əlavə № 4) uyğun olaraq müəyyən edilir:
5.9.1. uzunmüddətli kredit qiymətləndirməsi mövcud olmayan yerli orqanlara qarşı, habelə maliyyə institutlarına və investisiya fondlarına qarşı risklər borcalanın digər dövlətlərin kredit reytinqindən bir səviyyə aşağı reytinq verilərək müəyyən edilir;
5.9.2. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları və bələdiyyələrinə qarşı risklər 20% olaraq müəyyən edilir;
5.9.3. borcalanın digər dövlətlərin kredit reytinqi mövcud olmadıqda, risk çəkisi 100% olaraq müəyyən edilir;
5.9.4. korporativlər üzrə risk çəkisi 100% olaraq müəyyən olunur.
5.10. Maliyyə institutları tərəfindən emissiya edilən səhmlərə və ya digər tənzimləyici kapital alətlərinə edilən investisiyalar şirkətin məcmu kapitalından tutulmadıqda, risk çəkisi 100% olaraq müəyyən edilir.
5.11. Pərakəndə risklər üzrə risk çəkisi aşağıdakı şərtlərə cavab verdikdə, 75% olaraq müəyyən edilir:
5.11.1. risk bir və ya bir neçə fiziki və ya hüquqi şəxsə aid olduqda;
5.11.2. investisiya şirkətinin cəmi riskli məbləği 1 000 000 ( bir milyon) AZN-dən çox olmadıqda;
5.11.3. qiymətli kağızlara investisiya olunmadıqda.
5.12. Təxirə salınmış aktivlərə qarşı risk çəkisi 150% olaraq müəyyən edilir.
5.13. Yüksək riskli sayılan aktivlərə, o cümlədən, yeni yaranmış və üç ildən az fəaliyyət göstərən yüksək riskli şirkətlərə və özəl sərmayə şirkətlərinə edilən investisiyalara qarşı risk çəkisi 150% olaraq müəyyən edilir.
5.14. Digər aktivlərə qarşı risk çəkisi aşağıdakı qaydada müəyyən edilir:
5.14.1. daşınmaz əmlak və avadanlıqlar üzrə risk çəkisi 100% olaraq;
5.14.2. verilmiş avanslar və qazanılmamış gəlir üzrə risk çəkisi 100% olaraq;
5.14.3. debitor borcları üzrə risk çəkisi 20%, kassada olan pul vəsaitləri və onun ekvivalentləri üzrə risk çəkisi 0% olaraq;
5.14.4. qızıl ehtiyatları üzrə risk çəkisi 0% olaraq müəyyən edilir.
6. Bazar riskinin hesablanması
6.1. Bazar riski üzrə kapital tələbi ticarət kitabı əhəmiyyətli hesab edilən investisiya şirkətləri üçün aşağıdakı risklər üzrə kapital tələbinin cəminə bərabərdir:
6.1.1.səhm qiymət riski;
6.1.2.spesifik borc aləti qiymət riski;
6.1.3.ümumi faiz dərəcəsi riski;
6.1.4.əmtəə qiymət riski;
6.1.5.xarici valyuta riski;
6.1.6.kollektiv investisiyalara dair qiymət riski.
6.2. Bazar riski üzrə kapital tələbi ticarət kitabı əhəmiyyətli hesab edilməyən investisiya şirkətləri üçün aşağıdakı risklər üzrə kapital tələbinin cəminə bərabərdir:
6.2.1.əmtəə qiymət riski;
6.2.2.xarici valyuta riski.
6.3. Səhm qiymət riski üzrə kapital tələbi spesifik və ümumi risklər üzrə kapital tələbinin cəminə bərabərdir.
SQRK: Səhm qiymət riski üzrə kapital tələbi;
Sr: Spesifik risklər;
Ür: Ümumi risklər.
6.4. İnvestisiya şirkəti səhmlərdəki spesifik və ümumi riskləri üzrə kapital tələbini hesablamaq üçün xalis uzun mövqelərini və xalis qısa mövqelərini hesablamalıdır.
6.5. Xalis uzun mövqe hər bir səhm üzrə uzun mövqenin qısa mövqedən çox olan hissəsinə bərabərdir.
UM: Səhmlər üzrə uzun mövqe;
QM: Səhmlər üzrə qısa mövqe;
XUM: Səhmlər üzrə xalis uzun mövqe.
6.6. Xalis qısa mövqe hər bir səhm üzrə qısa mövqenin uzun mövqedən çox olan hissəsinə bərabərdir.
XQM: Səhmlər üzrə xalis qısa mövqe.
6.7. Spesifik risklər üzrə kapital tələbi cəmi xalis uzun mövqelər ilə cəmi xalis qısa mövqelərin modul qiymətlərinin cəminin 8% risk çəkisi ilə hasilinə bərabərdir.
6.8. Ümumi risklər üzrə kapital tələbi cəmi uzun mövqelər ilə cəmi qısa mövqelərin modul qiymətlərinin fərqinin 8% risk çəkisi ilə hasilinə bərabərdir.
6.9. Borc alətləri üzrə kapital tələbi spesifik borc aləti qiymət riski və ümumi faiz dərəcəsi riskləri üzrə kapital tələbinin cəminə bərabərdir.
BAK: Borc alətləri üzrə kapital tələbi;
SQR: Spesifik borc aləti qiymət riski;
ÜFR: Ümumi faiz dərəcəsi riski.
6.10. Spesifik borc aləti qiymət riski üzrə kapital tələbi aşağıdakı qaydada Cədvələ (Əlavə № 5) uyğun olaraq hesablanır:
6.10.1. “aşağı risk” kateqoriyası 0% kredit risk çəkisi ilə qiymətləndirilən dövlət orqanlarına şamil olunur;
6.10.2. “orta risk” kateqoriyası 20% və ya 50% kredit risk çəkisi ilə qiymətləndirilən təşkilatlara şamil olunur;
6.10.3. “yüksək risk” kateqoriyası 100% kredit risk çəkisi ilə qiymətləndirilən təşkilatlara şamil olunur;
6.10.4. “digər” kateqoriyası 150% kredit risk çəkisi ilə qiymətləndirilən təşkilatlara şamil olunur.
6.11. İnvestisiya şirkətinin ticarət kitabında əks olunan borc alətləri üzrə mövqelər risk kateqoriyasına və ödəniş müddətinə əsasən Cədvələ (Əlavə № 5) daxil edilir və müvafiq risk əmsalının hasili ilə hesablanır. Spesifik borc aləti qiymət riski üzrə kapital tələbi aşağıdakı düsturla hesablanır:
: Borc aləti üzrə mövqe;
: Borc aləti üzrə risk əmsalı.
6.12. Ümumi faiz dərəcəsi riski üzrə kapital tələbi Cədvələ (Əlavə № 6) uyğun olaraq hesablanır.
6.13. İnvestisiya şirkətinin ticarət kitabındakı mövqelər qalıq ödəniş müddətinə və faiz dərəcəsinə uyğun olaraq Cədvələ (Əlavə № 5) daxil edilir və hər mövqe müvafiq risk əmsalının hasili ilə hesablanır.
6.14. Risk çəkisi ilə müəyyən edilmiş ümumi faiz dərəcəsi riski üzrə kapital tələbi Ümumi xalis mövqe üzrə, Zaman həddi üzrə və Aralıqlar üzrə kapital tələbinin cəminə bərabərdir.
Üxm: Ümumi xalis mövqe üzrə kapital tələbi;
: Zaman həddi üzrə kapital tələbi;
At: Aralıqlar üzrə kapital tələbi.
6.15. Ümumi xalis mövqe üzrə kapital tələbi risk əmsalı ilə hesablanmış cəmi uzun mövqelər ilə cəmi qısa mövqelərin fərqinə bərabərdir və aşağıdakı düsturla hesablanır:
UM: Borc alətləri üzrə uzun mövqe;
QM: Borc alətləri üzrə qısa mövqe;
Ri: Borc aləti üzrə risk əmsalı.
6.16. Zaman həddi üzrə kapital tələbi yalnız örtüşən mövqelər üçün və aşağıdakı düstura müvafiq olaraq hesablanır:
ÖRM: Örtüşən mövqe.
6.17. Bir zaman həddində həm uzun, həm də qısa mövqe olduqda, mövqelər örtüşür. Bu zaman kəmiyyətcə kiçik olan mövqe örtüşür və örtüşən mövqe üzrə kapital tələbi hesablanır. Mövqenin örtüşməyən hissəsi uzun mövqe ilə kiçik mövqenin fərqinə bərabərdir və Aralıqlar üzrə kapital tələbinin hesablanmasında istifadə olunur.
6.18. Aralıqlar üzrə kapital tələbi aşağıdakı düstura uyğun olaraq hesablanır:
A1öm: 1-ci Aralıqda örtüşən mövqelər;
A2öm: 2-ci Aralıqda örtüşən mövqelər;
A3öm: 3-cü Aralıqda örtüşən mövqelər;
A1A2öm: 1-ci və 2-ci Aralıqlar arasında örtüşən mövqelər;
A2A3öm: 2-ci və 3-cü Aralıqlar arasında örtüşən mövqelər;
A1A3öm: 1-ci və 3-cü Aralıqlar arasında örtüşən mövqelər;
6.19. Bir Aralığın müxtəlif zaman hədlərində həm uzun, həm də qısa mövqe olduqda, mövqelər örtüşür. Örtüşən mövqelər üzrə Aralıq daxili və Aralıqlar arası kapital tələbi müəyyən edilir.
6.20. Əmtəə qiymət riski üzrə kapital tələbi aşağıdakılar üzrə hesablanır:
6.20.1. qiymətli metallar, kənd təsərrüfatı məhsulları, faydalı qazıntılar;
6.20.2. əmtəəyə əsaslanan törəmə alətlər.
6.21. Əmtəə qiymət riski üzrə kapital tələbi hesablanarkən ilk növbədə tək formalı əmtəələr müəyyən edilməlidir.
6.22. Tək formalı əmtəə aşağıdakıları əhatə edir:
6.22.1. bir-birinə çevrilə bilən alt kateqoriya əmtəə mövqeləri üzrə tutulan mövqelər;
6.22.2. bir-birini əvəz edə bilən oxşar əmtəələr üzrə mövqe, bu halda əmtəələrin qiymət dəyişikliyi arasında azı son bir il ərzindəki korrelyasiya 0,9-dan az olmamalıdır.
6.23. Əmtəə qiymət riski üzrə kapital tələbi sadələşdirilmiş yanaşma ilə hesablanır. Sadələşdirilmiş yanaşmaya müvafiq olaraq hər bir əmtəə standart ölçü vahidi və cari valyuta kursu ilə göstərilir.
6.24. Əmtəə qiymət riski üzrə kapital tələbi aşağıdakı düstura uyğun olaraq hesablanır:
ƏmRK: Əmtəə qiymət riski üzrə kapital tələbi;
XM: Əmtəə qiymət riski üzrə xalis mövqe;
ÜM: Əmtəə qiymət riski üzrə ümumi mövqe.
6.25. Cəmi xalis mövqe hər bir əmtəə və tək formalı əmtəə üçün cəmi uzun mövqelər ilə cəmi qısa mövqelərin fərqinə bərabərdir;
UM: Əmtəə qiymət riski üzrə uzun mövqe;
QM: Əmtəə qiymət riski üzrə qısa mövqe.
6.26. Cəmi ümumi mövqe hər bir əmtəə və tək formalı əmtəə üzrə ümumi uzun mövqelər ilə qısa mövqelərin modul qiymətinin cəminə bərabərdir.
6.27. İnvestisiya şirkətinin xarici valyuta üzrə cəmi xalis mövqeyi onun məcmu kapitalının 2%-dən çox olduqda, xarici valyuta riski üzrə kapital tələbi aşağıdakı düstura uyğun olaraq hesablanır:
MK: Məcmu kapital;
XM: Xarici valyuta riski üzrə xalis mövqe;
XVRK: Xarici valyuta riski üzrə kapital tələbi.
6.28. Cəmi xalis mövqe aşağıdakı qaydada hesablanır:
XUM: Xarici valyuta riski üzrə xalis uzun mövqe;
XQM: Xarici valyuta riski üzrə xalis qısa mövqe;
QzM: Qızıl üzrə xalis mövqe.
6.28.1. hər bir xarici valyuta və qızıl üzrə xalis mövqelər müəyyən edilir və cari valyuta kursu ilə göstərilir;
6.28.2. xarici valyutalar üzrə cəmi xalis mövqe uzun mövqelər ilə cəmi xalis qısa mövqelərdən daha böyük olanı müəyyən edilir;
6.28.3. qızıl üzrə uzun və ya qısa olmasından asılı olmayaraq xalis mövqe müəyyən edilir.
6.29. Aşağıdakı mövqelər xarici valyuta riski üzrə kapital tələbinin hesablanmasından istisna edilir:
6.29.1. investisiya şirkətinin kapital adekvatlığının xarici valyuta riskindən qorunması üçün tutulan və ticarət məqsədi daşımayan uzunmüddətli mövqelər;
6.29.2. məcmu kapitalın hesablanması zamanı şirkətin məcmu kapitalından tutulan xarici valyuta riski daşıyan mövqelər.
6.30. Xarici valyuta riski üzrə kapital tələbinin hesablanmasından istisna edilən mövqelər haqqında investisiya şirkəti tərəfindən Komitəyə məlumat verilməlidir.
6.31. Kollektiv investisiyalara dair qiymət riski üzrə kapital tələbi mövqelərin ümumi bazar riski və spesifik riskləri müəyyən edilərək, hər bir xalis mövqeyin 16% risk çəkisi ilə vurulması ilə hesablanır.
KİRK: Kollektiv investisiyalara dair qiymət riski üzrə kapital tələbi;
Kisr: Kollektiv investisiyalara dair spesifik risk;
KiÜr: Kollektiv investisiyalara dair ümumi risk;
UM: Kollektiv investisiyalar üzrə uzun mövqe;
QM: Kollektiv investisiyalar üzrə qısa mövqe.
7. Əməliyyat riskinin hesablanması
7.1. Əməliyyat riskləri üzrə kapital tələbi audit yoxlamasından keçmiş maliyyə bəyanatına əsasən keçmiş üç il üçün müsbət ümumi gəlir götürülərək, aşağıdakı düsturla hesablanır:
ƏRK: Əməliyyat riskləri üzrə hesablanmış kapital tələbi
: ümumi gəlir;
: xalis gəlirin müsbət olduğu illərin sayı.
7.2. Ümumi gəlir, 1 №-li kommersiya təşkilatları üçün milli mühasibat uçotu standartlarının mənfəət və zərər haqqında (xərclərin funksiyası üzrə) hesabatında olan aşağıdakı komponentlərin cəminə bərabərdir:
- Əsas əməliyyat gəliri;
- komissiya xərcləri və xidmət üzrə ödənişlər (-);
- Sair əməliyyat gəlirləri;
- Satış məqsədilə saxlanılan maliyyə alətlərindən yaranan mənfəət və ya zərər;
- Ticarət kitabına daxil edilmiş maliyyə alətləri üzrə divident gəlirləri;
- Maliyyə mənfəəti;
- Maliyyə xərcləri (-);
- Ümumi mənfəət =;
8. Hesablaşma və kontragent riskinin hesablanması
8.1. Hesablaşma riski üzrə kapital tələbi investisiya şirkəti tərəfindən səhm, borc alətləri, xarici valyuta və əmtəə ilə aparılan əqdlərdə (repo və əks-repo müqavilələri və qiymətli kağızlar və əmtəələrin kreditə verilməsi və borc götürülməsi istisna olmaqla) hesablaşmanın vaxtından gec aparılması nəticəsində razılaşdırılmış hesablaşma qiyməti ilə cari bazar qiyməti arasında yaranan fərq üçün hesablanır.
8.2. Hesablaşma riski üzrə kapital tələbi Cədvələ (Əlavə № 7) uyğun olaraq müəyyən edilir və hesablaşma məbləğinin müvafiq risk çəkisinə vurulması ilə hesablanır.
HRK: Hesablaşma riski üzrə kapital tələbi;
HM: Hesablaşma məbləği;
Ri: Hesablaşma riski üzrə risk çəkisi.
8.3. Çatdırılma riski üzrə kapital tələbi aşağıdakı şərtlərdə investisiya şirkəti tərəfindən hesablanır:
8.3.1. investisiya şirkəti qiymətli kağızlar, xarici valyuta və ya əmtəəni qəbul etmədən əvvəl ödəniş etdikdə və ya sözügedən alətləri ödəniş qəbul etmədən əvvəl çatdırdıqda;
8.3.2. sərhəddən kənar əməliyyatlar üzrə investisiya şirkəti tərəfindən ödəniş və ya çatdırılma həyata keçirildikdən sonra bir və ya bir neçə gün keçdikdə.
8.4. Çatdırılma riski üzrə kapital tələbi Cədvələ (Əlavə № 8) uyğun olaraq hesablanır.
8.5. Kontragent riski əqd üzrə hesablaşmanın həyata keçməsindən əvvəl kontragentin defolt elan edilməsindən yaranır və kontragent riski üzrə kapital tələbi investisiya şirkətinin ticarət kitabındakı aşağıdakı mövqelər üzrə hesablanır:
8.5.1.birjadan kənar törəmə alətləri və kredit törəmə alətləri üzrə mövqelər;
8.5.2.repo, əks-repo müqavilələri, habelə qiymətli kağızlar və əmtəələrin kreditə verilməsi və ya borc götürülməsi üzrə mövqelər;
8.5.3.qiymətli kağızlar və əmtəə ilə marja ticarəti əqdləri üzrə mövqelər;
8.5.4.uzunmüddətli hesablaşma nəzərdə tutulmuş əqdləri üzrə mövqelər.
8.6. Kontragent riski üzrə kapital tələbi kontragent risk əmsalı verilmiş girovdan böyük olduqda, fərq Kredit risk dərəcəsi üzrə ölçülmüş aktivlərin 8% həddində müəyyən edilərək, aşağıdakı düsturla hesablanır:
R*: Kontragent riskinə məruz qalmış yekun məbləğ;
: Kontragent riskinə məruz qalmış qiymətin volatilliyə uyğunlaşdırılmış məbləği;
: Girovun volatliliyə uyğunlaşdırılmış məbləği;
Ri:Kredit risk çəkisi;
KKR: Kontragent riski üzrə kapital tələbi.
8.7. Girovun volatilliyə uyğunlaşdırılmış məbləği aşağıdakı qayda ilə hesablanır:
G: Girovun qiyməti
: girov üzrə müəyyən edilmiş volatillik
: məzənnə fərqi üzrə müəyyən edilmiş volatillik
8.8. Kontragent riskinə məruz qalmış qiymətin volatilliyə uyğunlaşdırılmış məbləği aşağdakı qayda ilə hesablanır:
: Kontragent riskinə məruz qalmış məbləğ üzrə müəyyən edilmiş volatillik
R: Kontragent riskinə məruz qalmış məbləğ
8.9. Törəmə maliyyə alətləri üzrə birjadan kənar əqdlər zamanı Kontragent riskinə məruz qalmış qiymətin volatilliyə uyğunlaşdırılmış məbləği kontragent riskinə məruz qalmış məbləğə bərabərdir:
9. Konsentrasiya riskinin hesablanması
9.1. Konsentrasiya riski investisiya şirkətinin öz hesabına əməliyatlarının aparılması üzrə xidmətlərin davamiyyətinə təhlükə yarada bilən, şirkətin məcmu kapitalının əhəmiyyətli hissəsini təşkil edən müəyyən aktiv və öhdəliklərdən yaranan fərdi müştəri və ya müştəri qrupuna qarşı risklərdir.
9.2. Konsentrasiya riski aşağıdakılar istisna olmaqla, balans və balansdan kənar komponentlərdir:
9.2.1.investisiya şirkətinin məcmu kapitalından tutulmalar;
9.2.2.xarici valyuta ilə əməliyyatlar zamanı iki iş günü ərzində hesablaşma ilə bağlı risklər;
9.2.3.qiymətli kağızlarla əqdlərdə ödəniş və ya çatdırılmadan sonra beş iş günü ərzində hesablaşma ilə bağlı risklər;
9.2.4.investisiya şirkəti tərəfindən anderraytinq zamanı müştəri adına açılmış pul hesabı.
9.3. İnvestisiya şirkəti ticarət kitabı üzrə və fərdi müştəriyə qarşı konsentrasiya risklərini aşağıda qeyd olunanların cəmini hesablayaraq müəyyən etməlidir:
9.3.1.fərdi müştəri tərəfindən emissiya edilən bütün maliyyə alətləri üzrə uzun mövqelərin qısa mövqelərdən çox olan hissəsini (müsbət olduqda);
9.3.2.fərdi müştərinin cəmi debitor borcu ilə bağlı risklər;
9.3.3.anderraytinq məqsədi ilə fərdi müştərinin borc aləti və ya səhmlərinin alışı ilə bağlı xalis riskləri;
9.3.4.əqd və ya müqavilələrdən meydana gələn fərdi müştəriyə qarşı kontragent risklərini;
9.3.5. fərdi müştəriyə qarşı ticarət kitabı üzrə və ticarət kitabından kənar risklərin cəmini.
9.4. İnvestisiya şirkətinin fərdi müştəriyə və ya müştəri qrupuna dair riskləri onun likvid vəsaitlərinin 10%-i həcmində və ya daha çox olduqda, bu Konsentrasiya riski hesab olunur.
9.5. İnvestisiya şirkətinin fərdi müştəriyə və ya müştəri qrupuna dair konsentrasiya risk limiti (maliyyə institutları istisna olmaqla) onun məcmu kapitalının 25%-dən çox ola bilməz.
9.6. İnvestisiya şirkətinin maliyyə institutlarına dair konsentrasiya risk limiti onun məcmu kapitalının 100%-dən çox ola bilməz.
9.7. İnvestisiya şirkəti fərdi müştəriləri yeni müştəri kimi qeydiyyatdan keçirəndə onun digər müştərilərlə eyni qrupa aid olub-olmamasını müəyyən etməlidir.
9.8. 0% Kredit risk çəkisi daşıyan ölkələrə və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı mövqelər konsentrasiya riski olaraq kapital tələbinin hesablanmasından azad olunur.
9.9. İnvestisiya şirkəti ticarət kitabındakı konsentrasiya risk limitini keçən əməliyyatları üzrə kapital tələbini sözügedən riskin spesifik risk və tələb olunduqda hesablaşma və kontragent riskləri üzrə kapital tələbinə əsasən hesablamalıdır.
9.10. Limitdən artıq risk 10 gün və ya daha az davam etdikdə, konsentrasiya riski üzrə əlavə kapital tələbi spesifik risklər və ya hesablaşma və kontragent riskləri üzrə kapital tələbinin 200% məbləğində müəyyən edilir.
9.11. Limitdən artıq risk 10 gündən çox davam etdikdə, investisiya şirkəti konsentrasiya riski üzrə əlavə kapital tələbini sözügedən əqdlər üzrə spesifik risk və/ya kontragent/hesablaşma riski üzrə kapital tələbinin cəmi Cədvələ (Əlavə № 9) uyğun olaraq hesablanır.
“İnvestisiya şirkətinin davamlı kapital
tələbləri haqqında Qaydalar”a Əlavə № 1
__________________________ /___ / /_________ /_____ - __ il tarixinə
(investisiya şirkəti) (gün) (ay) (il)
Sıra |
Qiymətli kağızın növü |
Qiymətli kağızın sayı |
Emitent |
Qiymətli kağızın dövlət qeydiyyatı nömrəsi |
Qiymətli kağızın nominal dəyəri |
Uzun mövqe (AZN) |
Qısa mövqe (AZN) |
Qalıq ödəniş müddəti (borc alətləri üzrə) |
|
1 |
2 |
3 |
4 |
5 |
6 |
9 |
10 |
|
Mövqelər |
|
|
|
|
|
|
|
1 |
|
|
|
|
|
|
|
|
2 |
|
|
|
|
|
|
|
|
3 |
|
|
|
|
|
|
|
|
4 |
|
|
|
|
|
|
|
|
|
Cəmi mövqelər |
|
|
|
|
|
|
|
“İnvestisiya şirkətinin davamlı kapital
tələbləri haqqında Qaydalar”a Əlavə № 2
Kredit keyfiyyəti reytinqi
Kredit keyfiyyəti reytinqi |
Kredit reytinqi |
||
|
Fitch Ratings |
Moody's Investors Service |
Standard and Poor's Rating Services |
1 |
AAA-dan AA- |
Aaa-dan Aa3 |
AAA-dan AA- |
2 |
A+-dan A- |
A1-dan A3 |
A+-dan A- |
3 |
BBB+-dan BBB- |
Baa1-dan Baa3 |
BBB+-dan BBB- |
4 |
BB+-dan BB- |
Ba1-dan Ba3 |
BB+-dan BB- |
5 |
B+-dan B- |
B1-dan B3 |
B+-dan B- |
6 |
CCC+ i və aşağı |
Caa1 i və aşağı |
CCC+ i və aşağı |
“İnvestisiya şirkətinin davamlı kapital
tələbləri haqqında Qaydalar”a Əlavə № 3
Kredit riskinin digər dövlətlərə qarşı risklər kateqoriyası üzrə
kredit qiymətləndirmə
Cədvəli
Kredit keyfiyyəti reytinqi |
1 |
2 |
3 |
4 |
5 |
6 |
Kredit Risk çəkisi |
0% |
20% |
50% |
100% |
150% |
150% |
“İnvestisiya şirkətinin davamlı kapital
tələbləri haqqında Qaydalar”a Əlavə № 4
Kredit riskinin yerli orqanlar, maliyyə institutları, korporativ təşkilatlar və investisiya fondlarına qarşı risklər kateqoriyası üzrə
kredit qiymətləndirmə
Cədvəli
Kredit keyfiyyəti reytinqi |
1 |
2 |
3 |
4 |
5 |
6 |
Kredit Risk çəkisi |
20% |
50% |
100% |
100% |
150% |
150% |
“İnvestisiya şirkətinin davamlı kapital
tələbləri haqqında Qaydalar”a Əlavə № 5
Spesifik borc aləti qiymət riski üzrə kapital tələbinin hesablanması
Cədvəli
Risk kateqoriyaları |
Qalıq ödəniş müddəti (ay) |
Kredit risk çəkisi |
Borc alətləri üzrə risk əmsalı (%) |
Aşağı risk |
|
0% |
0 |
Orta risk |
< 6 |
20%, 50% |
0,25 |
6 – 24 |
1 |
||
> 24 |
1,60 |
||
Yüksək risk |
|
100% |
8 |
Digər |
|
150% |
12 |
“İnvestisiya şirkətinin davamlı kapital
tələbləri haqqında Qaydalar”a Əlavə № 6
Ümumi faiz dərəcəsi riski üzrə kapital tələbinin hesablanması
Cədvəli
Aralıqlar |
Ödəniş həddi |
Borc alətləri üzrə risk əmsalı (%) |
Nəzərdə tutulan faiz dəyişikliyi (%) |
|||
3% və ya daha artıq faiz |
3%-dən az faiz |
|||||
Aralıq 1 |
Zaman həddi |
0 ≤ 1 ay |
Zaman həddi |
0 ≤ 1 ay |
0,00 |
- |
> 1 ≤ 3 ay |
> 1 ≤ 3 ay |
0,20 |
1,00 |
|||
> 3 ≤ 6 ay |
> 3 ≤ 6 ay |
0,40 |
1,00 |
|||
> 6 ≤ 12 ay |
> 6 ≤ 12 ay |
0,70 |
1,00 |
|||
Aralıq 2 |
> 1 ≤ 2 il |
> 1,0 ≤ 1,9 il |
1,25 |
0,90 |
||
> 2 ≤ 3 il |
> 1,9 ≤ 2,8 il |
1,75 |
0,80 |
|||
> 3 ≤ 4 il |
> 2,8 ≤ 3,6 il |
2,25 |
0,75 |
|||
Aralıq 3 |
> 4 ≤ 5 il |
> 3,6 ≤ 4,3 il |
2,75 |
0,75 |
||
> 5 ≤ 7 il |
> 4,3 ≤ 5,7 il |
3,25 |
0,70 |
|||
> 7 ≤ 10 il |
> 5,7 ≤ 7,3 il |
3,75 |
0,65 |
|||
> 10 ≤ 15 il |
> 7,3 ≤ 9,3 il |
4,50 |
0,60 |
|||
> 15 ≤ 20 il |
> 9,3 ≤ 10,6 il |
5,25 |
0,60 |
|||
> 20 il |
> 10,6 ≤ 12,0 il |
6,00 |
0,60 |
|||
|
> 12,0 ≤ 20,0 il |
8,00 |
0,60 |
|||
|
> 20 il |
12,50 |
0,60 |
“İnvestisiya şirkətinin davamlı kapital
tələbləri haqqında Qaydalar”a Əlavə № 7
Hesablaşma riski üzrə kapital tələbinin hesablanması
Cədvəli
Hesablaşma tarixindən etibarən keçən iş gününün sayı |
Risk çəkisi (%) |
5-15 |
8 |
16-30 |
50 |
31-45 |
75 |
46 və ya daha çox |
100 |
“İnvestisiya şirkətinin davamlı kapital
tələbləri haqqında Qaydalar”a Əlavə № 8
Çatdırılma riski üzrə kapital tələbinin hesablanması
Cədvəli
Əqdin növü |
Çatdırılma |
İlk müqavilə ödənişi və ya çatdırılmayadək |
Kapital tələbi nəzərdə tutulmur. |
İkinci müqavilə ödənişi və ya çatdırılmadan dörd gün sonarayadək |
Kredit riski hesab edilir və bu Qaydalara uyğun olaraq kapital tələbi hesablanır. |
İkinci müqavilə ödənişi və ya çatdırılmadan sonra 5 iş günündən etibarən əqdin bitməsinədək |
Məcmu kapitaldan əqdin dəyəri tutulmalıdır. |
“İnvestisiya şirkətinin davamlı kapital
tələbləri haqqında Qaydalar”a Əlavə № 9
Konsentrasiya riski üzrə kapital tələbinin hesablanması
Cədvəli
Konsentrasiya risk limitindən artıq kapital tələbi |
Əmsal |
40%-dək |
200% |
40%-dən 60%-dək |
300% |
60%-dən 80%-dək |
400% |
80%-dən 100%-dək |
500% |
100%-dən 250%-dək |
600% |
250%-dən çox |
900% |