Bakı ağır elektrik qaynaq avadanlıqları zavodunun özəlləşdirilməsi haqqında
Azərbaycan Respublİkası Prezİdentİnİn Sərəncamı
Azərbaycan Respublikasının 1995-ci il 29 sentyabr tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında 1995—1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı»na uyğun olaraq ölkədə iqtisadi islahatları həyata keçirmək məqsədi ilə qərara alıram:
1. «Azərelektroterm» Elm İstehsalat Birliyinin Bakı ağır elektrik qaynaq avadanlıqları zavodu özəlləşdirilmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin sərəncamına verilsin.
[1]
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Bakı ağır elektrik qaynaq avadanlıqları zavodunun qanunvericiliyə uyğun olaraq səhmdar cəmiyyətinə çevrilməsini və özəlləşdirilməsini təmin etsin.
[2]
3. Həmin müəssisənin özəlləşdirilməsində yerli sərmayəçilərlə yanaşı, xarici sərmayəçilərin də iştirakına icazə verilsin.
4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri, 2 iyul 1998-ci il
№ 845
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
4 avqust 2022-ci il tarixli 3410 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 911)
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
4 avqust 2022-ci il tarixli 3410 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 911) ilə 1-ci hissədə “Dövlət Əmlak Komitəsinin” sözləri “İqtisadiyyat Nazirliyinin” sözləri ilə əvəz edilmişdir.
[2]
4 avqust 2022-ci il tarixli 3410 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 911) ilə 2-ci hissədə “Dövlət Əmlak Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilmişdir.