![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
AZƏRBAYCAN RESPUBLİKASININ QİYMƏTLİ KAĞIZLAR ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN QƏRARI |
Qəbul edildiyi tarix |
29.09.2015 |
Qeydiyyat nömrəsi |
16-q |
Adı |
“Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin icra orqanlarının üzvlərinin və investisiya şirkətinin filiallarının rəhbərlərinin attestasiyasının keçirilməsi” Qaydasının təsdiq edilməsi barədə |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
13.10.2015 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
090.110.000 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15201509290016 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
12.10.2015 |
“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 566 nömrəli Fərmanının 3.1-ci bəndinin icrası məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 14.5-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK)
Q Ə R A R A A L I R:
1. “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin icra orqanlarının üzvlərinin və investisiya şirkətinin filiallarının rəhbərlərinin attestasiyasının keçirilməsi” Qaydası təsdiq edilsin (Əlavə olunur).
2. Hüquq şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
3. Lisenziyalaşdırma və nəzarət şöbəsinə (C.Nəzərov) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələləri həll etsin.
4. Ümumi şöbəyə (E.İsayev) tapşırılsın ki, QKDK-nın aparatının və QKDK-nın Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin bu Qərarla tanış olmalarını təmin etsin.
5. Bu Qərarın icrasına nəzarət sədr müavini İ.Muradova həvalə edilsin.
Sədr Rüfət Aslanlı
|
“Təsdiq edilmişdir” Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Qərar № 16-q 29 sentyabr 2015-ci il
Sədr ________________________ R. Aslanlı |
Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin icra orqanlarının üzvlərinin və investisiya şirkətinin filiallarının rəhbərlərinin attestasiyasının keçirilməsi Qaydası
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 63.2-ci maddəsinə (bundan sonra - Qanun) müvafiq olaraq hazırlanmışdır və investisiya şirkətinin, fond birjasının, klirinq təşkilatının, investisiya fondunun depozitarının icra orqanlarının üzvlərinin və investisiya şirkətinin filiallarının rəhbərlərinin attestasiyasına (bundan sonra - attestasiya) dair tələbləri, habelə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən (bundan sonra – Komitə) belə attestasiyaların keçirilməsi qaydasını müəyyən edir.
1.2. Bu Qaydada, investisiya şirkətinin, fond birjasının, klirinq təşkilatının, investisiya fondunun depozitarının icra orqanları dedikdə, kollegial (idarə heyəti) və (və ya) təkbaşına icra orqanı başa düşülür.
2. Attestasiyanın məqsədi
2.1. Attestasiya, investisiya şirkətinin, fond birjasının, klirinq təşkilatının, investisiya fondunun depozitarının icra orqanlarının üzvlüyünə və ya investisiya şirkətinin filiallarının rəhbərliyinə təqdim edilən namizədlərin tutacaqları vəzifələrə, habelə cavabdeh olacaqları sahəyə peşəkar məqbulluğunu müəyyən etmək məqsədi ilə keçirilir.
2.2. Attestasiyada keçirilən müsahibə nəticələrinə əsasən, namizədin iddia etdiyi vəzifəyə uyğun olub-olmaması barədə qərar qəbul edilir.
3. Attestasiyanın keçirilməsi
3.1. İnvestisiya şirkəti, fond birjası, klirinq təşkilatı və ya investisiya fondunun depozitarı fəaliyyətinə lisenziyasının alınması üçün ilkin müraciət edilərkən namizədlərin sənədlərinə müsbət baxıldıqda, Komitə attestasiyanın yerini və vaxtını təyin edir və attestasiya gününə ən azı 10 (on) iş günü qalmış bu barədə müraciəti təqdim edən şəxsə(lərə) yazılı məlumat verir.
3.2. İnvestisiya şirkəti, fond birjası, klirinq təşkilatı və ya investisiya fondunun depozitarı fəaliyyətinə lisenziyanın alınması üçün yekun müraciətin edilməsi zamanı attestasiyadan keçmiş namizədlər arasında dəyişiklik baş verdikdə namizədlər barədə Qanunda nəzərdə tutulmuş sənədlər təqdim edilməli və Qanunla müəyyən olunmuş yekun müraciətə baxılma müddəti ərzində Komitədə attestasiyadan keçməlidirlər. Təqdim edilmiş sənədlərə müsbət baxıldıqda Komitə attestasiyanın yerini və vaxtını təyin edir və 10 (on) iş gün ərzində müraciəti təqdim edən şəxsə(lərə) yazılı məlumat verir.
3.3. İnvestisiya şirkətinin, fond birjasının, klirinq təşkilatının və investisiya fondunun depozitarının icra orqanlarında və ya investisiya şirkətinin filiallarının rəhbərlərində (namizədlərin siyahısında) dəyişiklik baş verdikdə bu barədə 3 iş günündən gec olmayaraq Komitəyə məlumat verilir və yeni təyin olunmuş şəxslərin attestasiyadan keçirilməsi üçün müraciət edilir.
3.4. İnvestisiya şirkəti, fond birjası, klirinq təşkilatı və investisiya fondunun depozitarı fəaliyyətləri dövründə təqdim edəcəkləri namizədlər haqqında Komitəyə aşağıdakı sənədləri təqdim etməlidirlər:
3.4.1. icra orqanının üzvlüyünə və investisiya şirkətinin filiallarının rəhbərliyinə təyin olunması nəzərdə tutulan şəxslərin siyahısı;
3.4.2. namizəd tərəfindən doldurulmuş anket (Əlavə №1);
3.4.3. namizədin investisiya şirkətində, fond birjasında, klirinq təşkilatında, investisiya fondunun depozitarında və digər hüquqi şəxslərdə mühüm iştirak payını göstərən siyahı;
3.4.4. namizədin təhsil və iş təcrübəsi haqqında sənədlərin notariat qaydasında təsdiq edilmiş surətləri;
3.4.5. namizədin cavabdeh olacağı sahə haqqında yazılı məlumat;
3.4.6. namizəd tərəfindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə (Əlavə №2);
3.4.7. namizəd əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış.
3.5. İnvestisiya şirkətinin, fond birjasının, klirinq təşkilatının və investisiya fondunun depozitarının fəaliyyətləri dövründə icra orqanının üzvlüyünə və investisiya şirkətinin filiallarının rəhbərliyinə namizədin attestasiyadan keçməsi ilə bağlı təqdim edilmiş sənədlərə Komitə tərəfindən 30 (otuz) təqvim günü ərzində baxılır.
3.6. Attestasiya ilə bağlı təqdim edilmiş sənədlərdə nöqsan və ya uyğunsuzluqlar aşkar edilmədikdə Komitə tərəfindən 10 (on) iş günü ərzində attestasiya təşkil olunur.
3.7. Attestasiya ilə bağlı təqdim edilmiş sənədlərdə nöqsan və ya uyğunsuzluq aşkar edildikdə müraciət edənə 5 (beş) iş günü ərzində nöqsanların və ya uyğunsuzluğun aradan qaldırılması üçün rəsmi bildiriş göndərilir. Attestasiya ilə bağlı təqdim edilmiş sənədlərdəki nöqsan və ya uyğunsuzluqlar müraciət edən şəxs tərəfindən 15 (on beş) təqvim günü ərzində aradan qaldırılmalıdır. Attestasiya ilə bağlı təqdim edilmiş sənədlərdə nöqsan və ya uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra Komitə tərəfindən 10 (on) iş günü ərzində attestasiya təşkil olunur.
3.8. Komitə tərəfindən attestasiya gününə ən azı 5 (beş) iş günü qalmış attestasiyanın keçirilmə yeri və vaxtı barədə müraciət edənlərə yazılı surətdə məlumat göndərilir.
3.9. Namizədi təqdim edənlərin rəhbər işçisi(ləri) attestasiyada müşahidəçi qismində iştirak edə bilər.
3.10. Namizəd üzrlü səbəbdən attestasiyaya gəlmədikdə, attestasiya tarixindən etibarən 3 (üç) iş günündən gec olmayaraq bu barədə hüquqi şəxs tərəfindən Komitəyə yazılı məlumat təqdim edilməlidir. Komitəyə yazılı məlumat təqdim edildikdən etibarən 7 (yeddi) iş günü müddətində attestasiyanın müddəti başqa vaxta keçirilir və bu barədə müraciət edənə yazılı məlumat verilir.
3.11. Namizəd təyin olunan vaxtda üzrlü səbəb olmadan attestasiyaya gəlmədikdə və ya üzrlü səbəb olmaqla ikinci dəfə təşkil olunmuş attestasiyaya gələ bilmədikdə, attestasiyadan keçməmiş hesab edilir.
3.12. Attestasiya müsahibə üsulu ilə keçirilir.
3.13. Suallar hər bir vəzifənin səlahiyyət və məsuliyyət dərəcəsindən, iş xüsusiyyətlərindən asılı olaraq əsasən, aşağıdakı sahələr üzrə verilir:
3.13.1. qiymətli kağızlar bazarı, investisiya fondları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin səhmdar cəmiyyətləri ilə bağlı müddəaları;
3.13.2. aidiyyəti təşkilatın fəaliyyəti üzrə daxili nəzarətin və daxili auditin tətbiqi;
3.13.3. maraqların toqquşmasının idarəedilməsi prinsipləri;
3.13.4. korporativ idarəetmə standartları;
3.13.5. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanunvericiliyi.
3.14. Attestasiya zamanı verilən sualların və cavabların qısa məzmunu attestasiya vərəqəsində qeyd olunur (Əlavə №3).
4. Attestasiya komissiyasının təşkili və fəaliyyəti
4.1. Attestasiya Komitə tərəfindən təşkil olunmuş və daimi əsaslarla fəaliyyət göstərən komissiya tərəfindən həyata keçirilir. Attestasiya komissiyası 5 (beş) nəfərdən az olmamaqla tək sayda Komitənin işçiləri sırasından Komitə sədrinin əmri ilə yaradılır. Attestasiya komissiyasının fəaliyyətinə Komissiya sədri rəhbərlik edir. Komitənin sədri Komitənin işçiləri sırasından Attestasiya komissiyasının katibini təyin edir. Attestasiya komissiyasının katibi komissiyanın iclaslarında səsvermə hüququna malik deyildir.
4.2. Attestasiya komissiyasının iclaslarında komissiyanın 3 (üç) üzvü iştirak etdikdə səlahiyyətli sayılır.
4.3. Attestasiya komissiyası aşağıdakı səlahiyyətlərə malikdir:
4.3.1. attestasiyanın keçirilməsini təmin etmək;
4.3.2. attestasiyanının davam etmə müddətini müəyyən etmək;
4.3.3. attestasiyanın keçirilmə tarixini və vaxtını müəyyən etmək;
4.3.4. attestasiyanın nəticələri üzrə qərar qəbul etmək;
4.3.5. komissiyanın işinin təkmilləşdirilməsi üçün təkliflər vermək;
4.3.6. attestasiya ilə əlaqədar digər məsələlər.
4.4. Attestasiya komissiyasının işi bu Qaydanın tələblərinə cavab verməli, obyektivlik və qərəzsizlik şəraitində aparılmalıdır. Attestasiya komissiyası öz qərarını açıq səsvermə yolu ilə iclasda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edir. Səslər bərabər olduqda iclasa sədrlik edənin səsi həlledici sayılır. Attestasiya komissiyasının iclasında attestasiyanın nəticələrindən asılı olaraq aşağıdakı qərarlardan birini qəbul edir:
4.4.1. təqdim edilən namizəd iddia etdiyi vəzifəni tutmağa uyğundur;
4.4.2. təqdim edilən namizəd iddia etdiyi vəzifəni tutmağa uyğun deyildir.
4.5. Attestasiyanın nəticələri attestasiya günü elan olunur.
4.6. Attestasiyanın nəticələri iki nüsxədə tərtib edilən, Attestasiya komissiyasının sədri, katibi və komissiyanın səsvermədə iştirak etmiş üzvləri tərəfindən imzalanan Attestasiya vərəqəsi və iclasın protokolu ilə rəsmiləşdirilir. Attestasiya vərəqəsinin imzalanmış nüsxəsi 3 (üç) iş günündən gec olmayaraq müraciət etmiş hüquqi şəxsə təqdim olunur.
4.7. İnvestisiya şirkətinin, fond birjasının, klirinq təşkilatının və investisiya fondunun depozitarının attestasiyada iştirak edən rəhbər işçisi(ləri) attestasiyaya dair öz xüsusi rəyini Attestasiya komissiyasına bildirə bilər. Bu halda, bildirilmiş rəy Attestasiya vərəqəsində qeyd edilir.
4.8. Namizəd attestasiyanın nəticəsi barədə qəbul olunmuş qərarla razılaşmadıqda, Komitəyə 7 (yeddi) iş günü ərzində apellyasiya şikayəti ilə müraciət edə bilər. Apellyasiya şikayətinə 15 (on beş) iş günü ərzində baxılır və müvafiq qərar qəbul olunur. Qəbul olunmuş qərar haqqında məlumat yazılı surətdə 5 (beş) iş günü ərzində namizədə bildirilir.
4.9. Attestasiyadan keçə bilməmiş şəxsin namizədliyi attestasiya günündən ən azı 6 (altı) ay keçdikdən sonra yenidən təqdim oluna bilər.
4.10. Attestasiyadan müvəffəqiyyətlə keçmiş şəxs eyni fəaliyyəti həyata keçirən başqa hüquqi şəxsdə eyni səlahiyyətli vəzifəyə namizəd kimi təqdim olunduqda onun yenidən attestasiyadan keçməsi tələb olunmur. Bu zaman Qaydanın 3.4-cü bəndində göstərilən sənədlər Komitəyə təqdim olunur.
|
“Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin icra orqanlarının üzvlərinin və investisiya şirkətinin filiallarının rəhbərlərinin attestasiyasının keçirilməsi Qaydası”na Əlavə № 1 |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
Şəkil üçün yer 3 x 4 |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ANKET |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
1. Adı __________________________________________________________________________________ (soyadı) (adı) (atasının adı) |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
2. Ünvanı __________________________________________________________________________________ (ölkə) (şəhər/rayon) (poçt indeksi) |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
3. Doğulduğu tarix __________________________________________________________________________________ (gün) (ay) (il) |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
4. Doğulduğu yer __________________________________________________________________________________ (ölkə) (şəhər/rayon) |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
5. Vətəndaşlığı __________________________________________________________________________________ (ölkə) |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
6. Şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi, təqdim edən dövlət orqanının adı __________________________________________________________________________________ |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
7. Əlaqə telefonu (ları) ______________ _______________ ______________ (ev) (iş) (mobil) |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
8. Faks nömrəsi (ləri) (əgər varsa) __________________________________________ |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
9. Elektron poçt ünvanı(ları) (əgər varsa) __________________________________________ |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
10. Ailə vəziyyəti
Yaxın qohumları (əri/arvadı, valideynləri, o cümlədən ərinin/arvadının valideynləri, babaları, nənələri, övladları, o cümlədən övladlığa götürənləri (götürülənləri), qardaşları və bacıları):
11. İstifadə edilmiş və ya dəyişdirilmiş soyadlar və adlar
Bütün digər keçmiş adları, onlardan istifadə edilməsinin və ya dəyişdirilməsinin səbəblərini, habelə istifadə dövrünü göstərin (nigahdan əvvəlki soyadınızı, əvvəlki nigahlardakı soyadınızı, qanuni olaraq və digər qaydada dəyişdirilmiş soyadlarınızı və s.).
12. Yaşayış yerləri barədə məlumatlar
Son beş ildə bütün yaşayış yerlərinizi xronoloji qaydada göstərin (sonuncudan başlamaqla).
13. Ali təhsili və peşə təcrübəsi barədə məlumatlar
a) Ali təhsil barədə məlumatları göstərin
b) Elmi dərəcələrinizi, elmi adlarınızı və elmi əsərlərinizi göstərin.
c) İxtisas dərəcənizi müəyyənləşdirmək üçün mühüm hesab etdiyiniz hər hansı başqa məlumatları (ixtisas üzrə yerli və ya beynəlxalq seminarlarda, treyninq-kurslarda, simpoziumlarda və s. tədbirlərdə iştirak) təqdim edin. _________________________________________________________________________________ _________________________________________________________________________________ 14. İş yeri barədə məlumatlar
a) İş yeriniz və ya müstəqil məşğuliyyətiniz barədə aşağıdakı məlumatları xronoloji qaydada göstərin (sonuncu iş yerindən başlayaraq). Bütün işsizlik dövrlərini və əvvəlki işdən çıxma səbəblərini göstərin.
1. İş yerinin adı: ______________________________________________________________________________
2. Ünvanı: ______________________________________________________________________________ Ölkə Şəhər/ rayon Küçə Poçt indeksi
İşəgötürənin soyadı, adı ________________________________________________________ İşəgötürənin vəzifəsi ___________________________________________________________ Telefon nömrəsi _______________________________________________________________ Tutduğunuz vəzifə_____________________________________________________________ İşləmə dövrü: _________ -dən ____________ - dək İşdən çıxmanın səbəbləri _______________________________________________________ ______________________________________________________________________________ (sizin işdən azad edilməyiniz və ya hər hansı işdən öz xahişinizlə çıxıb getməyin təklif edilməsi hallarının olub-olmadığını göstərin) Müstəqil fəaliyyətin növü_______________________________________________________
b) Maliyyə xidmətləri sektorunda iş təcrübəniz haqqında məlumat, o cümlədən, rəhbərliyiniz altında olan işçilərin sayını, investisiyalar haqqında və digər mühüm məsələlər üzrə qərarların qəbul edilməsi səlahiyyətlərini göstərin. _________________________________________________________________________________ _________________________________________________________________________________
15. Müxtəlif məlumatlar
a) Əgər belə fakt varsa, müşahidə şurasının, icra orqanının, təftiş komissiyasının və ya daxili audit xidmətinin üzvü və ya digər rəhbəri, yaxud mühüm iştirak payının sahibi olduğunuz hüquqi şəxslər (məhdud məsuliyyətli cəmiyyət, səhmdar cəmiyyəti, təsərrüfat ortaqlığı və s.) barədə aşağıdakı məlumatları göstərin. Bu bölmədə bundan əvvəl təqdim olunmuş məlumatları təkrar etməyin.
b) Aşağıdakılar üçün ərizə verərkən nə vaxtsa rədd cavabı almısınızmı və planlaşdırılan rədd cavabı barədə rəsmi, yaxud qeyri-rəsmi bildiriş aldıqdan sonra öz istəyinizlə ərizəni geri götürmüsünüzmü?
Əgər yuxarıda göstərilən suallardan hər hansı birinə cavab təsdiqedicidirsə, rədd cavabının və ya ərizənin geri götürülməsinin səbəblərini, müvafiq dövlət orqanını, ərizənin verilməsi tarixini və bu məsələyə dair digər məlumatı ətraflı göstərin. _________________________________________________________________________________ _________________________________________________________________________________
ç) Əgər belə fakt varsa, üç ildən az olmayan müddət ərzində müşahidə şurasının, icra orqanının, təftiş komissiyasının və ya daxili audit xidmətinin üzvü və ya digər rəhbəri, işçisi, yaxud mühüm iştirak payının sahibi olduğunuz hüquqi şəxs üçün icazə, şəhadətnamə, sertifikat və ya xüsusi razılıq (lisenziya) alınması ilə əlaqədar hər hansı bir nəzarət orqanına təqdim edilən sənədlərdə saxta və ya yanlış məlumatların olması səbəbindən icazə, şəhadətnamə, sertifikat və ya lisenziyanın ləğv edilməsi halları haqqında ətraflı məlumat göstərin. _________________________________________________________________________________ _________________________________________________________________________________
d) Əgər belə fakt varsa, əlaqədar olduğunuz maliyyə vəziyyətinin pisləşməsi üzündən və ya müflis elan olunaraq, məcburi ləğv edilmiş hüquqi şəxsin ləğvi haqqında qərarın qəbul edildiyi tarixdən ən azı əvvəlki bir il ərzində həmin hüquqi şəxsin müşahidə şurasının, icra orqanının, təftiş komissiyasının və ya daxili audit xidmətinin üzvlüyü barədə məlumatı göstərin. _________________________________________________________________________________ _________________________________________________________________________________
e) Əgər Siz son 3 ildə kənar auditorlar tərəfindən hazırlanmış sənədləri imzalamaqdan imtina etdikləri və ya qeyd-şərt etməklə imzaladıqları hüquqi şəxsin rəhbəri olmusunuzsa, bu barədə ətraflı məlumat verin. _________________________________________________________________________________ _________________________________________________________________________________
ə) Əgər belə fakt varsa, müşahidə şurasının, icra orqanının, təftiş komissiyasının və ya daxili audit xidmətinin üzvü, yaxud mühüm iştirak payının sahibi olduğunuz hüquqi şəxsin fəaliyyəti ilə bağlı son 10 ildə hər hansı cinayət işlərinin istintaqı aparılmışdırsa, istintaqa hansı qismdə (təqsirləndirilən şəxs, şahid və s.) cəlb edildiyinizi göstərin. _________________________________________________________________________________ _________________________________________________________________________________
f) Əgər belə fakt varsa, təsisçisi və ya üzvü olduğunuz qeyri-hökumət təşkilatları barədə aşağıdakı məlumatları göstərin.
g) Əgər sizin məqbul və lazımi keyfiyyətlərə malik olmanızı və ya peşəkarlığınızı təsdiq edən hər hansı məlumatlara maliksinizsə, həmin məlumatları göstərin. _________________________________________________________________________________ _________________________________________________________________________________
Mən, aşağıda imza edən, bu anketdə olan məlumatların düzgünlüyünü təsdiq edirəm.
İmza:_______________
Tarix:________________ |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
“Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin icra orqanlarının üzvlərinin və investisiya şirkətinin filiallarının rəhbərlərinin attestasiyasının keçirilməsi Qaydası”na Əlavə № 2 |
|
|
Vətəndaş qüsursuzluğuna dair
Ə R İ Z Ə _________________________________________________________________________________ (soyadı, adı, atasının adı) _________________________________________________________________________________ _________________________________________________________________________________
Aşağıdakı faktların olmadığını təsdiq edirəm:
1. Mühüm iştirak payının sahibləri, o hüquqi şəxs olduqda onun icra orqanının rəhbərləri: - qəsdən törədilmiş cinayətə görə məhkumluğun olmaması. 2. İnvestisiya şirkətində, fond birjasında, klirinq təşkilatında və investisiya fondunun depozitarında rəhbər vəzifə tutan şəxslər və ləğvedici üçün: - məhkumluğun olmaması, mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və xüsusilə ağır cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi faktının olmaması, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olmağına məhkəmə qərarı ilə qadağanın qoyulmaması.
______________________ __________________________ (imza) (imzanın tarixi)
|
|
“Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin icra orqanlarının üzvlərinin və investisiya şirkətinin filiallarının rəhbərlərinin attestasiyasının keçirilməsi Qaydası”na Əlavə № 3 |
A T T E S T A S İ Y A V Ə R Ə Q Ə S İ
1. Soyadı, adı, atasının adı______________________________________________________ 2. Doğulduğu il_______________________________________________________________
(hansı ali təhsil müəssisəsini və nə vaxt bitirmişdir) ______________________________________________________________________________ (təhsilinə görə peşəsi və ixtisası, elmi dərəcəsi, elmi adı) ______________________________________________________________________________ (ixtisasını nə vaxt və harada artırmışdır)
___________________________________________________________________________ (həmçinin, namizədliyi irəli təşkilatda əmək stajı)
___________________________________________________________________________ 7. Attestasiya edilən şəxsə verilən suallar və cavablar*. 8. Attestasiya Komissiyası üzvlərinin rəyi _________________________________________ ______________________________________________________________________________ ______________________________________________________________________________ ______________________________________________________________________________ 9. Namizədi təqdim etmiş hüquqi şəxsin attestasiyada iştirak edən rəhbər şəxslərinin rəyi ______________________________________________________________________________ ______________________________________________________________________________ ______________________________________________________________________________ 10. Attestasiya edilən şəxsin rəyi _________________________________________________ ______________________________________________________________________________ ______________________________________________________________________________ ______________________________________________________________________________ 11. Attestasiyanın nəticələrinə görə qəbul edilmiş qərar_____________________________ ______________________________________________________________________________ ______________________________________________________________________________ Səslərin miqdarı: lehinə ____________ əleyhinə____________ 12. Qeyd______________________________________________________________________ ______________________________________________________________________________ ______________________________________________________________________________
Attestasiya komissiyasının sədri: _________________ __________________ (imza) (soyadı, adı)
Attestasiya komissiyası sədrinin müavini: _________________ _________________ (imza) (soyadı, adı)
Attestasiya komissiyasının Katibi: _________________ __________________ (imza) (soyadı, adı)
Attestasiya komissiyasının üzvləri: _________________ _________________ (imza) (soyadı, adı)
_________________ __________________ (imza) (soyadı, adı)
_________________ __________________ (imza) (soyadı, adı)
Attestasiyanın keçirilmə tarixi ______________________________ |
Attestasiya edilən şəxsə verilən suallar və cavablar.
__________________________________________________________________________________ __________________________________________________________________________________ __________________________________________________________________________________ __________________________________________________________________________________ __________________________________________________________________________________ __________________________________________________________________________________ __________________________________________________________________________________ __________________________________________________________________________________ __________________________________________________________________________________ __________________________________________________________________________________ __________________________________________________________________________________ __________________________________________________________________________________ __________________________________________________________________________________ __________________________________________________________________________________ __________________________________________________________________________________ __________________________________________________________________________________ __________________________________________________________________________________ __________________________________________________________________________________ __________________________________________________________________________________ __________________________________________________________________________________ __________________________________________________________________________________ __________________________________________________________________________________ __________________________________________________________________________________ __________________________________________________________________________________ __________________________________________________________________________________ __________________________________________________________________________________ __________________________________________________________________________________ __________________________________________________________________________________ __________________________________________________________________________________ __________________________________________________________________________________ __________________________________________________________________________________ __________________________________________________________________________________ __________________________________________________________________________________ __________________________________________________________________________________ __________________________________________________________________________________ |