AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
06.10.2015
QEYDİYYAT NÖMRƏSİ
1372-IVQD
ADI
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 22-11-2015, Nəşr nömrəsi: 257), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2015, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1279)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
22.11.2015
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
210.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201510061372
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
24.11.2015
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 365; 2005, № 4, maddə 278; 2007, № 11, maddə 1072; 2010, № 3, maddə 168; 2012, № 11, maddə 1057; 2013, № 11, maddə 1313) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddənin beşinci hissəsində, 5-ci maddənin adında və ikinci hissəsində, 7-ci maddənin ikinci və üçüncü hissələrində, 13-cü maddənin birinci hissəsinin ikinci cümləsində, 25-ci maddənin altıncı hissəsində və 27-ci maddənin ikinci hissəsində “Azərbaycan Milli Elmlər Akademiyasının” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın” sözləri ilə əvəz edilsin.

2. 13-cü maddənin birinci hissəsinin birinci cümləsində, 14-cü maddənin birinci hissəsində və 20-ci maddənin ikinci hissəsində “Azərbaycan Milli Elmlər Akademiyasına” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilata” sözləri ilə əvəz edilsin.

3. 5-ci maddənin birinci hissəsində, 20-ci maddənin birinci və üçüncü hissələrində, 21-ci maddənin birinci hissəsində “Azərbaycan Milli Elmlər Akademiyası” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 oktyabr 2015-ci il

№ 1372-IVQD

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status