AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
04.12.2015
QEYDİYYAT NÖMRƏSİ
33-VQD
ADI
“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 08-12-2015, Nəşr nömrəsi: 270), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2015, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 1447)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
08.12.2015
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.180.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201512040033
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
08.12.2015
“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Q

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1.Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 996; 1993, № 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 251; 2003, № 12, I kitab, maddə 677; 2005, № 4, maddə 291; 2006, № 10, maddə 846; 2007, № 3, maddə 213; 2008, № 6, maddələr 452, 472; 2009, № 1, maddə 4, № 5, maddə 312, № 7, maddələr 514, 515, № 12, maddə 974; 2010, № 3, maddə 174, № 11, maddə 960; 2011, № 11, maddə 992; 2012, № 7, maddə 664, № 11, maddələr 1036, 1048, 1061; 2013, № 5, maddələr 460, 478, № 10, maddə 1143, № 12, maddə 1477; 2014, № 6, maddələr 612, 623) 2-ci maddəsində “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005-2010)” yubiley medalı” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilsin:

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” yubiley medalı;”.

Maddə 2. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

Maddə 3. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq edilsin (əlavə olunur).

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 4 dekabr 2015-ci il

33-VQD

 

 


 

 

Azərbaycan Respublikasının

2015-ci il 4 dekabr tarixli 33-VQD nömrəli Qanunu ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” Azərbaycan Respublikasının yubiley medalı haqqında

 

ƏSASNAMƏ

 

Maddə 1. Təltif edilən şəxslər

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarının fəaliyyətinin təşkilində, inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətləri olan, habelə mülki müdafiə işinin təşkili, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması və fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirlərinin həyata keçirilməsində fəal iştirak edən şəxslər təltif edilirlər.

Maddə 2. Təltif edən orqan

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005-2010)” Azərbaycan Respublikasının yubiley medalından sonra taxılır.

 

 


 

 

Azərbaycan Respublikasının

2015-ci il 4 dekabr tarixli 33-VQD nömrəli Qanunu ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” Azərbaycan Respublikasının yubiley medalının təsviri

 

Maddə 1. Medalın ümumi təsviri

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) bürüncdən tökülmüş, diametri 36 mm olan qızılı rəngli dairəvi lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfi hamar səthlidir. Mərkəzdən yuxarıda relyefli şüaların fonunda, dəfnə yarpaqlarından hörülmüş çələngin üzərində, yaşıl fonda, müvafiq icra hakimiyyəti orqanının emblemindən ibarət kompozisiya təsvir edilmişdir.

2.2. Medalın yuxarı qövsü boyunca qızılı rəngdə “AZƏRBAYCAN RESPUBLİKASI”, aşağı qövsü boyunca həmin rəngdə “FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ” sözləri yazılmışdır. Medalın mərkəzindən aşağı hissədə Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərinə uyğun lentin üzərində ağ minalı “10 İL” sözləri, medalın sol tərəfində lentdən yuxarı hissədə alt-alta qızılı rəngdə “2005” və “2015” rəqəmləri yazılmış, lentin üzərində sağa istiqamətlənən qızılı rəngdə palıd yarpaqlarının təsviri verilmişdir.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfinin mərkəzində “AZƏRBAYCAN RESPUBLİKASI FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN 10 İLLİYİ” sözləri və “2005-2015” rəqəmləri milli ornamentlə tamamlanır. Sözlər, rəqəmlər və ornament relyefli və qızılı rəngdədir.

3.2. Medalın arxa tərəfində seriyası və nömrəsi göstərilmişdir.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan, üst hissəsi 40 mm x 4 mm, alt hissəsi 40 mm x 6,5 mm ölçüdə qızılı rəngli metal lövhədən, orta hissəsi 37 mm x 50 mm ölçüdə xara lentdən ibarət düzbucaqlı lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Alt hissədə olan qızılı rəngli metal lövhənin üzərində milli ornament vardır.

4.2. Xara lent, mərkəzdə eni 2 mm olan qırmızı, mərkəzdən kənarlara doğru isə ardıcıllıqla eni 3 mm olan ağ, 12,5 mm olan qırmızı, 2 mm olan göy rəngli şaquli zolaqlara bölünmüşdür.

4.3. Medalı lövhəyə birləşdirən üç ədəd qızılı rəngli metal halqaların diametri 5 mm-dir.

4.4. Medala paltara bərkidilmək üçün elementi olan, metaldan düzəldilmiş və eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçüdə qəlib əlavə olunur.

 

 


“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” Azərbaycan Respublikasının yubiley medalı

 

 

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status