“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 596 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 11, maddə 704; 2003, № 10, maddə 563; 2004, № 12, maddə 1005; 2005, № 2, maddə 69; 2008, № 1, maddə 8; 2012, № 11, maddə 1082; 2013, № 5, maddə 497) ilə təsdiq edilmiş “Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları”nın 6.1-ci və 6.2-ci bəndlərində “Bakı Metropoliteni” sözləri “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin.
2. “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli 187 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 12. maddə 975; 2010, № 6, maddə 501, № 7, maddə 609; Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 148 nömrəli Fərmanı) 9.1-ci və 9.2-ci bəndlərində “Bakı Metropoliteni” sözləri “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin.
3. “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 19 dekabr tarixli 55 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1522) 2-ci hissəsinin 2.12.1.3-cü yarımbəndində “Bakı Metropoliteninə” sözləri “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 sentyabr 2014-cü il
№ 287