“Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 11 iyul tarixli 886 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində “Aqrokompleks” təşkilatı yaradılsın.
2. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində yaradılan “Aqrokompleks” təşkilatına Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin şöbəsi statusuna malik təşkilat statusu verilsin və onun saxlanılması dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin.
3. “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 11 iyul tarixli 886 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 10, maddə 920, № 2, maddə 1132; 2006, № 4, maddə 344; 2007, № 1, maddə 26, № 6, maddələr 659, 660, № 12, maddələr 1287, 1288) 1-ci hissəsində “54” rəqəmləri “58” rəqəmləri ilə əvəz edilsin.
4. Həmin Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin strukturu”nda “İnformasiya texnologiyaları sektoru” bəndindən sonra aşağıdakı məzmunda bənd əlavə edilsin:
|
||
|
|
|
|
|
|
5. Həmin Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin şöbəsi statusuna malik olan təşkilatların siyahısı”na aşağıdakı məzmunda 13-cü hissə əlavə edilsin:
“13. “Aqrokompleks”
[1]
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 may 2014-cü il
№ 508
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
- 13 oktyabr 2021-ci il tarixli 2955 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1137)
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
13 oktyabr 2021-ci il tarixli 2955 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1137) ilə 3-5-ci hissələri ləğv edilmişdir.