AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
04.11.2015
QEYDİYYAT NÖMRƏSİ
346
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında geodeziya-istinad məntəqələrinin istifadəsi və mühafizəsi qaydalarına dair Əsasnamə”də dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2015, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1410)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
04.11.2015
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
250.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
30.11.2015
“Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın forması və tərtibi qaydası"nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında geodeziya-istinad məntəqələrinin istifadəsi və mühafizəsi qaydalarına dair Əsasnamə”də dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanının 9.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr tarixli 212 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 10, maddə 633; 1999, № 11, maddə 654) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında geodeziya-istinad məntəqələrinin istifadəsi və mühafizəsi qaydalarına dair Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4-cü hissədə “yalnız Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsinin Rejim və Dövlət Geodeziya Nəzarəti İdarəsinin” sözləri “xüsusi (sahəvi) təyinatlı geodeziya fəaliyyətinə münasibətdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin (bundan sonra - ƏMDK), digər hallarda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra - ETSN)” sözləri ilə əvəz edilsin;

1.2. 6-cı hissədə “Rejim və Dövlət Geodeziya Nəzarəti İdarəsi” sözləri “xüsusi (sahəvi) təyinatlı geodeziya fəaliyyətinə münasibətdə ƏMDK, digər hallarda ETSN” sözləri ilə əvəz edilsin;

1.3. 10-cu hissədə “Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsinə” sözləri “xüsusi (sahəvi) təyinatlı geodeziya fəaliyyətinə münasibətdə ƏMDK-yə, digər hallarda ETSN-ə” sözləri ilə əvəz edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov

 

Bakı şəhəri, 4 noyabr 2015-ci il

                  № 346

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status