AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
23.07.1998
QEYDİYYAT NÖMRƏSİ
158
ADI
Azərbaycan Respublikasında torpaqların yeni normativ qiymətinin müəyyən edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-1998, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 477)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
250.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasında torpaqların yeni normativ qiymətinin müəyyən edilməsi haqqında

Azərbaycan Respublikasında torpaqların yeni normativ qiymətinin müəyyən edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Torpaq islahatının həyata keçirilməsi zamanı kadastr qiymət rayonlarının dürüstləşdirilməsi ilə əlaqədar olaraq Dövlət Torpaq Komitəsi tərəfindən torpaqların normativ qiymətinin yenidən işlənilməsini və onun Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Baş Dövlət Vergi Müfəttişliyi və Dövlət Əmlak Komitəsi ilə razılaşdırılmasını nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1.   Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə”, Kadastr qiymət rayonları və yarımrayonları üzrə torpaqların normativ qiyməti vəKadastr qiymət rayonlarına və yarımrayonlarına daxil olan inzibati rayonların torpaqlarının normativ qiymətinin hesablanması üçün tətbiq edilən təshih əmsallarıtəsdiq edilsin (əlavə olunur).

2.   Azərbaycan Respublikası Nazirlər KabinetininTorpağın normativ qiymətinin müəyyən edilməsi haqqında” 1996-cı il 17 oktyabr tarixi 145 nömrəli vəAzərbaycan Respublikası Nazirlər KabinetininTorpağın normativ qiymətinin müəyyən edilməsi haqqında” 1996-cı il 17 oktyabr tarixli 145 nömrəli qərarına dəyişikliklər edilməsi haqqında” 1997-ci il 12 iyul tarixli 78 nömrəli qərarları qüvvədən düşmüş hesab edilsin.

3.   Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmişÖzəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamənin 5-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“5. Respublikanın qəsəbə və kənd yerlərində özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altında yerləşən torpaq sahələrinin normativ qiyməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmişKadastr qiymət rayonları və yarımrayonları üzrə torpaqların normativ qiymətinə uyğun olaraq müəyyən edilir”.

 

Azərbaycan Respublikasının Baş naziri A.Rasİzadə

 

Bakı şəhəri, 23 iyul 1998-ci il

№ 158

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 23 iyul tarixli 158 n
ömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə

 

Əsasnamə

 

1. Torpaqların normativ qiyməti torpaq kadastrı məlumatları, o cümlədən torpaqların keyfiyyət və iqtisadi qiymətləndirmə göstəriciləri əsasında 19 kadastr qiymət rayonu və 3 kadastr qiymət yarımrayonunda keyfiyyət qrupları üzrə differensial gəlirə görə bu Əsasnaməyə əlavə edilən təshih əmsalları tətbiq edilməklə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra - ƏMDK) tərəfindən müəyyən edilir. [1]

Biçənəklərin, kəndətrafı örüşlərin, yay və qış otlaqlarının torpaqlarının normativ qiyməti həmin torpaqlarda aparılmış geobotaniki tədqiqatların nəticələri əsasında bitki formasiyaları üzrə müəyyən edilmiş məhsuldarlığa görə hesablanır.

2. Respublikanın kadastr qiymət rayonları və yarımrayonları üzrə torpaqların normativ qiyməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilir.

3. Torpaq sahələri alınıb-satıldıqda, ipoteka qoyulduqda, irsən verildikdə, onun barəsində digər əqdlər bağlandıqda torpaqların qiyməti bazar qiyməti ilə, lakin torpağın normativ qiymətindən az olmayaraq müəyyən edilir. [2]

4. Torpaqların alqı-satqısı, ipoteka qoyulması, bağışlanılması və irsən verilməsi və s. zamanı (dövlət müəssisə və obyektlərinin, habelə özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri istisna olmaqla) onun normativ qiyməti barədə arayışın verilməsi və onun qeydiyyatı ƏMDK tərəfindən həyata keçirilir. [3]

Dövlət müəssisə və obyektlərinin, habelə özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti barədə arayış verilməsi və onun qeydiyyatı ƏMDK tərəfindən həyata keçirilir. [4]

5. Torpaqların normativ qiymətinə dair qayimə (sertifikat) torpaq mülkiyyətçilərinə və ya istifadəçilərinə torpağa mülkiyyət, daimi və ya müvəqqəti istifadə hüququna dair hüquqi sənədlərlə birlikdə verilir. Torpaq icarəyə verildikdə həmin torpağın normativ qiymətinə dair qayimədəki (sertifikatdakı) məlumatlar tərəflər arasında bağlanan müqavilədə təsbit olunur.

6. Torpaqlarda aparılmış meliorativ və digər torpaq yaxşılaşdırma tədbirləri və ya qeyri-düzgün istifadə nəticəsində torpağın keyfiyyət göstəricilərinin dəyişdiyi halda torpaq mülkiyyəçilərinə və ya istifadəçilərinə verilmiş hüquqi sənədlərə əlavə edilmiş qayimələrdə (sertifikatlarda) həmin torpaqların normativ qiymətində qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq dəyişikliklər aparılır.

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 23 iyul tarixli 158 n
ömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

 

Kadastr qİymət rayonlarına və yarımrayonlarına daxİl olan İnzİbatİ rayonların torpaqlarının normatİv qİymətİnİn hesablanması üçün tətbİq edİlən təshİh əmsalları [5]

Sıra №-si

Kadastr qiymət rayonları, yarımrayonları və ora daxil olan inzibati rayonlar

Təshih əmsalları

əkin və dinc

çoxillik əkmələr

1

2

3

4

1.

Abşeron-Qobustan

1. Abşeron

2. Hacıqabul (Nəvahi-Atbulaq massivi)

3. Xızı (düzən torpaqlar)

4. Siyəzən (Liman gölünə kimi torpaqlar)

 

1,35

1,0

1,31

1,45

 

1,0

1,1

1,15

1,21

2.

Şabran-Xaçmaz

1. Xaçmaz

2. Şabran (düzən torpaqlar)

3. Siyəzən (düzən torpaqlar)

4. Quba (düzən torpaqlar)

5. Qusar (düzən torpaqlar)

 

1,27

1,0

1,0

1,29

1,09

 

1,21

1,06

1,06

1,0

1,11

3.

Qanıx-Türyançay

1. Şəki (düzən torpaqlar)

2. Zaqatala (düzən torpaqlar)

3. Qax (düzən torpaqlar)

4. Oğuz (düzən torpaqlar)

5. Balakən (düzən torpaqlar)

6. Qəbələ (düzən torpaqlar)

 

1,0

1,10

1,12

1,15

1,02

1,06

 

1,0

1,35

1,33

1,36

1,34

1,21

4.

Şəki-Zaqatala

1. Şəki (dağ torpaqlar)

2. Zaqatala (dağ torpaqlar)

3. Qax (dağ torpaqlar)

4. Oğuz (dağ torpaqlar)

5. Balakən (dağ torpaqlar)

6. Qəbələ (dağ torpaqlar)

 

1,0

1,24

1,07

1,09

1,14

1,13

 

1,0

1,31

1,17

1,07

1,18

1,06

5.

Qusar-Qonaqkənd

1. Qusar (dağ torpaqlar)

2. Quba (dağ torpaqlar)

3. Şabran (dağ torpaqlar)

4. Siyəzən (dağ torpaqlar)

5. Xızı (dağ torpaqlar)

 

1,15

1,17

1,27

1,27

1,0

 

1,0

1,21

1,13

1,13

1,05

5 a .

Xinalıq-Xaltan

1. Qusar (orta və yüksək dağ torpaqlar)

2. Quba (orta və yüksək dağ torpaqlar)

 

1,0

1,06

 

1,0

1,18

6.

Dağ-Şirvan

1. Şamaxı

2. İsmayıllı

3. Ağsu (dağ torpaqlar)

4. Göyçay (dağ torpaqlar)

 

1,0

1,06

1,21

1,12

 

1,0

1,04

1,17

1,14

6 a .

Qobustan-Xilmilli [6]

1. Qobustan

 

1,0

 

1,0

7.

Gəncə-Qazax [7]

1. Samux

2. Şəmkir (düzən torpaqlar)

3. Göygöl (düzən torpaqlar)

4. Tovuz (düzən torpaqlar)

5. Ağstafa (düzən torpaqlar)

6. Qazax (düzən torpaqlar)

7. Goranboy (düzən torpaqlar)

 

1,0

1,07

1,0

1,01

1,08

1,02

1,02

 

1,28

1,25

1,28

1,27

1,30

1,29

1,0

8.

Mil-Qarabağ

1. Bərdə

2. Ağcabədi

3. Beyləqan

4. Tərtər

5. Ağdam (düzən torpaqlar)

6. Keçmiş Ağdərə rayonunun ərazisi (düzən torpaqlar)

7. Xocavənd (düzən torpaqlar)

 

1,04

1,08

1,07

1,09

1,07

1,0

1,01

 

1,26

1,29

1,28

1,30

1,18

1,0

1,13

9.

Arazboyu

1. Zəngilan (düzən torpaqlar)

2. Füzuli (düzən torpaqlar)

3. Cəbrayıl (düzən torpaqlar)

 

1,04

1,0

1,06

 

1,0

1,13

1,01

10.

Dəşkəsən-Gədəbəy [8]

1. Gədəbəy

2. Dəşkəsən

3. Goranboy (dağ torpaqlar)

4. Göygöl (dağ torpaqlar)

5. Şəmkir (dağ torpaqlar)

6. Tovuz (dağ torpaqlar)

7. Ağstafa (dağ torpaqlar)

8. Qazax (dağ torpaqlar)

 

1,16

1,10

1,09

1,07

1,12

1,0

1,08

1,04

 

 

 

 

 

 

 

 

 

11.

Laçın-Qubadlı

1. Kəlbəcər

2. Laçın

3. Qubadlı

4. Zəngilan (dağ torpaqlar)

 

1,0

1,26

1,28

1,22

 

12.

Dağ-Qarabağ

1. Ş u ş a

2. Xocalı

3. Xocavənd (dağ torpaqlar)

4. Keçmiş Ağdərə rayonunun ərazisi (dağ torpaqlar)

5. Füzuli (dağ torpaqlar)

6. Cəbrayıl (dağ torpaqlar)

7. Ağdam (dağ torpaqlar)

 

1,04

1,24

1,18

1,20

1,0

1,10

1,25

 

1,20

1,22

1,21

1,08

1,0

1,17

1,30

13.

Muğan-Salyan

1. Salyan

2. Saatlı

3. Sabirabad

4. Biləsuvar

5. İmişli

6. Neftçala

7. Hacıqabul (Kürqırağı düzən hissəsi)

 

1,07

1,08

1,06

1,16

1,04

1,0

1,05

 

 

 

 

 

 

 



14.

Aran-Şirvan

1. Zərdab

2. Kürdəmir

3. Ucar

4. Yevlax

5. Ağdaş

6. Ağsu (düzən torpaqlar)

7. Göyçay (düzən torpaqlar)

 

1,11

1,06

1,0

1,03

1,19

1,15

1,05

 

1,09

1,10

1,0

1,04

1,17

1,20

1,15

15.

Lənkəran-Astara

1. Lənkəran (düzən torpaqlar)

2. Astara (düzən torpaqlar)

3. Masallı (düzən torpaqlar)

 

1,15

1,0

1,21

 

1,10

1,0

1,03

16.

Cəlilabad

1. Cəlilabad (düzən torpaqlar)

 

1,0

 

1,0

16 a

Üçtəpə-Təzəkənd

1. Cəlilabad (dağ torpaqlar)

 

1,0

 

1,0

17.

Lerik-Yardımlı

1. Lerik

2. Yardımlı

3. Masallı (dağ torpaqlar)

4. Lənkəran (dağ torpaqlar)

5. Astara (dağ torpaqlar)

 

1,19

1,0

1,29

1,25

1,23

 

1,0

1,04

1,15

1,14

1,08

18.

Şərur-Ordubad

1. Şərur (düzən torpaqlar)

2. Sədərək (düzən torpaqlar)

3. Babək (düzən torpaqlar)

4. Ordubad (düzən torpaqlar)

5. Culfa (düzən torpaqlar)

 

1,23

1,28

1,26

1,0

1,06

 

1,25

1,26

1,28

1,0

1,10

19.

Şaxbuz-Parağaçay

1. Şahbuz

2. Şərur (dağ torpaqlar)

3. Sədərək (dağ torpaqlar)

4. Babək (dağ torpaqlar)

5. Ordubad (dağ torpaqlar)

6. Culfa (dağ torpaqlar)

 

1,18

1,21

1,26

1,22

1,0

1,07

 

1,12

1,23

1,25

1,28

1,0

1,08


Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-
ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

Kadastr qİymət rayonları və yarımrayonları üzrə torpaqların normatİv qİymə

Sıra №-si

Kadastr qiymət rayonları, yarımrayonları və ora daxil olan inzibati rayonlar

Keyfiy­yət qrupları

Bonitet balları

Əkin və dinc

Çoxillik əkmələr

Şərti yararsız torpaqla­rın normativ qiyməti man/ha

Biçənəklərin normativ qiyməti man/ha

Kəndə­trafı örüşlərin normativ qiyməti man/ha

Qış otlaqlarının normativ qiyməti man/ha

Yay ortlaqlarının normativ qiyməti man/ha

 

 

 

 

Differensial gəlir man/ha

Normativ qiymət man/ha

Differensial gəlir man/ha

Normativ qiymət man/ha

 

 

 

 

 

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

1.

Abşeron-Qobustan

(Abşeron rayonu, Hacıqabulun Nəvahi-Atbulaq massivi, Xızının düzən torpaqları və Siyazənin Liman gölünə kimi düzən torpaqları)

I


II

III

IV

V

100-81


80-61

60-41

40-21

20-1

61718


48708

42334

19363

6171800


4870800

4233400

1936300

126000


99860

77157

65436

12600000


9986000

7715700

6543600

 

 

 

 

 

709700

 

 

 

 

 

 

2359500

 

 

 

 

 

 

1638000

 

 

 

 

 

 

1027720

 

2.

Şabran-Xaçmaz

(Xaçmaz rayonu, Şabran, Siyəzən, Quba və Qusarın düzən torpaqları)

I

II

III

IV

V

100-81

80-61

60-41

40-21

20-1

87391

64062

40974

25378

8739100

6406200

4097400

2537800

34781

27323

18551

13414

3478100

2732300

1855100

1341400

 

 

 

 

1004900

 

 

 

 

 

3871030

 

 

 

 

 

2894720

 

 

3.

Qanıx-Türayançay

(Şəki, Zaqatala, Qax, Oğuz, Balakən və Qəbələnin düzən torpaqları)

I

II

III

IV

V

100-81

80-61

60-41

40-21

20-1

186831

154315

125830

84253

18683100

15431500

12583000

8425300

106549

83137

43289

10654900

8313700

4328900

 

 

 

 

2167200

 

 

 

 

 

8066500

 

 

 

 

 

2715600

 

 

 

 

 

3951125

 

4.

Şəki-Zaqatala

(Şəki, Zaqatala, Oğuz, Qax, Qəbələ və Balakən dağ torpaqları)

I

II

III

IV

V

100-81

80-61

60-41

40-21

20-1

157752

131922

91113

55476

15775200

13192200

9111300

5547600

87370

68182

36112

21842

8737000

6818200

3611200

2184200

 

 

 

 

1814100

 

 

 

 

 

6049875

 

 

 

 

 

3321500

 

 

5.

Qusar-Qonaqkənd

(Qusar, Quba, Şabran, Siyəzən və Xızı rayonlarının dağ torpaqları)

I

II

III

IV

V

100-81

80-61

60-41

40-21

20-1

55068

41310

26128

17123

5506800

4131000

2612800

1712300

17046

14336

10296

6569

1704600

1433600

1029600

656900

 

 

 

 

638800

 

 

 

 

 

4351008

 

 

 

 

 

2803566

 

 

5a.

Xınalıq-Xaltan

(Qusar və Quba rayonlarının orta və yüksək dağ torpaqları)

I

II

III

IV

V

100-81

80-61

60-41

40-21

20-1

27641

17389

16530

5802

2764100

1738900

1653000

580200

14319

12042

8649

5518

1431900

1204200

864900

551800

 

 

 

 

392500

 

 

 

 

 

2318100

 

 

 

 

 

2273600

 

 

6.

Dağ-Şirvan

(Şamaxı, İsmayıllı rayonları, Ağsu və Göyçayın dağ torpaqları)

I

II

III

IV

V

100-81

80-61

60-41

40-21

20-1

47824

36391

23764

13832

4782400

3639100

2376400

1383200

138837

106311

94217

45759

13883700

10631100

9421700

4575900

 

 

 

 

573900

 

 

 

 

3315780

 

 

 

 

3164100

 

 

6a.

Qobustan-Xilmilli [9]

(Qobustan rayonunun dağ torpaqları)

I

II

III

IV

V

100-81

80-61

60-41

40-21

20-1

41670

31576

20670

11947

4167000

3157600

2067000

1194700

133283

102058

90448

43929

13328300

10205800

9044800

4392900

 

 

 

 

487500

 

 

 

 

 

2082900

 

 

 

 

 

1977200

 

 

7.

Gəncə-Qazax

(Samux rayonu, Şəmkir, Göygöl, Tovuz, Ağstafa, Qazax və Goranboy rayonlarının düzən torpaqları) [10]

I

II

III

IV

V

100-81

80-61

60-41

40-21

20-1

43186

32276

27082

18463

4318600

3227600

2708200

1846300

146915

127925

93057

 

14691500

12792500

9305700

 

 

 

 

 

617500

 

 

 

 

 

2987300

 

 

 

 

 

1503400

 

 

8.

Mil-Qarabağ

(Bərdə, Ağcabədi, Beylaqan, Tərtər rayonları, Ağdam, keçmiş Ağdərə rayonunun ərazisinin və Xocavəndin düzən torpaqları)

I

II

III

IV

V

100-81

80-61

60-41

40-21

20-1

91823

73372

57821

32778

9182300

7337200

5782100

3277800

76561

60850

43921

7656100

6085000

4392100

 

 

 

 

1055900

 

 

 

 

 

2472200

 

 

 

 

 

2932100

 

 

 

 

 

1819700

 

9.

Arazboyu

(Zəngilan, Füzuli, Cəbrayıl rayonları