AKTIN NÖVÜ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
11.12.2015
QEYDİYYAT NÖMRƏSİ
8
ADI
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
19.12.2015
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
070.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201512110008
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
18.12.2015
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

11.12.2015

Qeydiyyat nömrəsi

8

Adı

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

19.12.2015

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

070.010.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201512110008

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

18.12.2015

 

 

“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsini rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qərara alır:[1]

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göstərilən aşağıdakı elektron xidmətlər üzrə inzibati reqlamentlər təsdiq edilsin (əlavə olunur):

1.1. “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi elektron xidməti üzrə inzibati reqlament”;

1.2. “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilərə verilməsi elektron xidməti üzrə inzibati reqlament”.

2. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Hüquq şöbəsinə (G.İsgəndərova) tapşırılsın ki, bu Qərarın qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının İnformasiya texnologiyaları şöbəsinə (E.Məcidov) və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə (F.Əlizadə) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsinlər.

4. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Ümumi şöbəsinə (L.Abdullayeva) tapşırılsın ki, bu Qərarın surətinin çoxaldılaraq Nazirliyin aidiyyəti struktur bölmələrinə çatdırılmasını təmin etsin.

5. Qərarın icrasına nəzarət nazir müavini İ.İsayevə həvalə edilsin.

 

Nazir                                                                                          Səlim Müslümov

 


 

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2015-ci il “11” dekabr tarixli “8” nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi elektron xidməti üzrə inzibati reqlament

 

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi.

1.2. Elektron xidmətin məzmunu:

 Bu elektron xidmət işəgötürənin əmək müqaviləsi bildirişlərinin elektron informasiya sistemində qeydiyyata alınmasını, əmək müqaviləsi bildirişlərinin və bu bildirişlərlə bağlı göndərilən məlumatların reyestrinə baxmaq və onları çap etmək imkanının yaradılmasını nəzərdə tutur.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci və 2-1-ci hissələri, 12-ci maddəsinin 1-ci hissəsinin “h” yarımbəndi və 49-cu maddəsi;

1.3.2. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli 100 nömrəli Fərmanının 4-cü hissəsi;

1.3.3. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;[2]

1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"və “Elektron xidmət növlərinin Siyahısı”nın 9.13-cü bəndi;

1.3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”nın 3-cü, 4-cü, 5-ci, 6-cı və 7-ci hissələri.

 

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Elektron xidmətin icra müddəti tələb olunan məlumatların elektron informasiya sistemi tərəfindən emalı müddətinə bərabərdir.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Bu elektron xidmət vasitəsi ilə işəgötürənlər tərəfindən işçilərlə əmək müqaviləsi bağlandıqda, ona dəyişikliklik edildikdə və ya xitam verildikdə bununla bağlı elektron informasiya sisteminə daxil edilən əmək müqaviləsi bildirişləri qeydiyyata alınır və bu barədə işəgötürənə məlumat göndərilir.

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: interaktiv

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz

2.3. Elektron xidmətin istifadəçiləri: İşəgötürənlər.

 

2.4. Elektron xidmətin təqdim olunma yeri: https://www.e-mlspp.gov.az; https://www.e-eesmn.gov.az; https://www.e-gov.az;

2.5. Elektron xidmət barədə məlumatlandırma:

İnternet ünvanı: https://www.e-mlspp.gov.az; https://www.e-eesmn.gov.az; https://www.e-gov.az ; http://www.mlspp.gov.az; ; http://www.eesmn.gov.az.

Elektron poçt: info@mlspp.gov.az ;

Telefon: 142

 

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətin göstərilməsi üçün heç bir sənəd tələb olunmur.

 

3.      Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

 

3.2 İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.2.1. Sorğunun formalaşdırılması: Elektron xidmətdən istifadə üçün istifadəçi https://www.e-mlspp.gov.az; https://www.e-eesmn.gov.az; https://www.e-gov.az internet ünvanına daxil olur, gücləndirilmiş elektron imza ilə autentifikasiyadan keçir, “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumat verilməsi” elektron xidmətini seçir və müvafiq menyulardan istifadə etməklə əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi və xitam verilməsi ilə bağlı bildirişləri elektron informasiya sisteminə daxil edir.

3.2.2. Sorğunun qəbulu: Əmək müqaviləsi bildirişləri elektron informasiya sisteminə daxil edilərək istifadəçi tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq olunduğu anda elektron informasiya sistemində qeydiyyata alınır və ona bildirişin qeydiyyata alınması barədə məlumat göndərilir.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi bu Reqlamentin 3.2.1-ci yarımbəndində nəzərdə tutulan prosedurları keçmədikdə və ya səhv keçdikdə, həmçinin məlumatları tam daxil etmədikdə sorğu qəbul olunmur.

3.3.2. Sorğunun qəbulu: İstifadəçi bu Reqlamentin 3.2.1-ci yarımbəndində nəzərdə tutulan prosedurları düzgün keçdikdə və məlumatları dolduraraq təsdiq etdikdə sorğu qəbul olunur.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

Elektron xidmət tam avtomatlaşdırıldığından hər hansı inzibati əməliyyat mövcud deyil.

Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsuliyyət daşıyır.

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti:

Proses istifadəçinin tələb olunan məlumatları daxil etməsindən və bunun elektron informasiya sistemində emalı müddətindən asılıdır.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. Hər bir inzibati prosedurun nəticəsi:

Bu elektron xidmət əmək müqavilələrinin hüquqi qüvvəyə minməsi üçün işəgötürənlər tərəfindən işçilərlə əmək müqaviləsi bağlandıqda, ona dəyişikliklik edildikdə və ya xitam verildikdə bununla bağlı elektron informasiya sisteminə daxil edilən əmək müqaviləsi bildirişlərinin (Əlavə 1-5) qeydiyyata alınmasını, bu barədə istifadəçiyə məlumatın (Əlavə 6-8) göndərilməsini və istifadəçiyə göndərilən məlumatların reyestrinə baxmaq və onları çap etmək imkanının yaradılmasını nəzərdə tutur.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. Nəzarətin forması: Elektron xidmətin işlək vəziyyətdə olması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən gündəlik nəzarətdə saxlanılır.

3.5.2. Nəzarətin qaydası: Monitorinq nəticəsində müraciətlər barədə toplanılan məlumatlar xüsusi proqram təminatı vasitəsilə yoxlanılır, daxil olan müraciətlərin təhlili nəticəsində müraciətlərin qəbulu, cavablandırılmasının müddəti və prosesin tamlığı izlənilir, müraciətlərin tamlığı və cavabların verilmə sürətinə dair, eləcə də icra zamanı baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar elektron informasiya sisteminin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir.

Bu elektron xidmətin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Bu prosesdə yaranan texniki anlaşılmazlıqların aradan qaldırılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının İnformasiya texnologiyaları şöbəsi tərəfindən təmin edilir.

 

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və ya məhkəməyə şikayət edə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən 1 ay müddətində baxılır.

Məhkəməyə edilmiş şikayətlərə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

 


 

1 nömrəli əlavə

 

ƏMƏK MÜQAVİLƏSİNİN BAĞLANILMASI İLƏ

BAĞLI ƏMƏK MÜQAVİLƏSİ

B İ L D İ R İ Ş İ

№__________

Tarix___________

Dövlət orqanı və ya hüquqi şəxs olan işəgötürən barədə məlumatlar

Dövlət orqanı və ya hüquqi şəxsin tam adı:

SUN:                                                                                       VÖEN:

Hüquqi ünvanı:

Faktiki ünvanı:

Əlaqə telefonları:

İşəgötürənin səlahiyyətlərini yerinə yetirən şəxs barədə məlumat

Vəzifəsi:            

Soyadı:                                                   Adı:                                        Atasının adı: 

FİN:      

Şəxsiyyətini təsdiq edən sənədin

adı:                                                                                    seriyası və nömrəsi:  

verildiyi tarix:                                                                     sənədi verən orqanın adı:

İşçi barədə məlumat

Şəkil

Soyadı:                                                     Adı:                 Atasının adı:

Vətəndaşlığı:                                            Cinsi:

Şəxsiyyətini təsdiq edən sənədin

adı:                                                                    seriyası və nömrəsi:   

verildiyi tarix:                                                    sənədi verən orqanın adı:

SSN:                                                                  FİN:

Doğum tarixi:

Qeydiyyatda olduğu ünvanı:

Yaşadığı ünvanı:

Əlaqə telefonları:

İş yeri barədə məlumatlar

İş yerinin adı:

İş yerinin  əsas və ya əlavə olması barədə qeyd:

İşçinin vəzifəsinin (peşəsinin) adı:

Digər məlumatlar

Əmək müqaviləsinin bağlandığı tarix:

Əmək müqaviləsinin növü:

Müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix:

Əməyin ödənilməsi formasının işəmuzd və ya vaxtamuzd olması barədə qeyd:

İşçinin aylıq əməkhaqqının məbləği (manatla):

 

Çap tarixi: dd.mm.yyyyhh:mm

 

 

 

 

 


 

2 nömrəli əlavə

 

ƏMƏK MÜQAVİLƏSİNİN BAĞLANILMASI İLƏ

BAĞLI ƏMƏK MÜQAVİLƏSİ

B İ L D İ R İ Ş İ

№__________

Tarix___________

Fiziki şəxs olan işəgötürən barədə məlumatlar

Soyadı:                                                        Adı:                                  Atasının adı:

SUN:                                                           VÖEN:

Qeydiyyatda olduğu ünvanı:

Əlaqə telefonları:

SSN:                                                            FİN:                                     

Şəxsiyyətini təsdiq edən sənədin

adı:                                                                                  seriyası və nömrəsi:  

verildiyi tarix:                                                                   sənədi verən orqanın adı:

İşçi barədə məlumat

Şəkil

Soyadı:                                               Adı:                              Atasının adı:

Vətəndaşlığı:                                                                          Cinsi:

Şəxsiyyətini təsdiq edən sənədin adı:                 seriyası və nömrəsi:  

verildiyi tarix:                                                       sənədi verən orqanın adı:

SSN:                                                                     FİN:

Doğum tarixi:

Qeydiyyatda olduğu ünvanı:

Yaşadığı ünvanı:

Əlaqə telefonları:

İş yeri barədə məlumatlar

İş yerinin adı:

İş yerinin  əsas və ya əlavə olması barədə qeyd:

İşçinin vəzifəsinin (peşəsinin) adı:

Digər məlumatlar

Əmək müqaviləsinin bağlanıldığı tarix:

Əmək müqaviləsinin növü:

Müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix:

Əməyin ödənilməsi formasının işəmuzd və ya vaxtamuzd olması barədə qeyd:

İşçinin aylıq əməkhaqqının məbləği (manatla):

 

Çap tarixi: dd.mm.yyyyhh:mm

 

 

 

 

 


 

3 nömrəli əlavə

 

ƏMƏK MÜQAVİLƏSİNDƏ DƏYİŞİKLİK EDİLMƏSİ İLƏ

BAĞLI ƏMƏK MÜQAVİLƏSİ

B İ L D İ R İ Ş İ

№__________

Tarix___________

Dövlət orqanı və ya hüquqi şəxs olan işəgötürən barədə məlumatlar

Dövlət orqanı və ya hüquqi şəxsin tam adı: məlumat

                                      əvvəlki məlumat

SUN: məlumat                                                                         VÖEN: məlumat

Hüquqi ünvanı: məlumat

                         əvvəlki məlumat

Faktiki ünvanı:  məlumat

                         əvvəlki məlumat

Əlaqə telefonları: məlumat

                            əvvəlki məlumat

İşəgötürənin səlahiyyətlərini yerinə yetirən şəxs barədə məlumat

Vəzifəsi: məlumat

               əvvəlki məlumat

Soyadı:  məlumat                 Adı: məlumat                    Atasının adı: məlumat

              əvvəlki məlumat             əvvəlki məlumat                              əvvəlki məlumat

FİN: məlumat

       əvvəlki məlumat         

Şəxsiyyətini təsdiq edən sənədin

adı:  məlumat                                             seriyası və nömrəsi: məlumat

        əvvəlki məlumat                                                                   əvvəlki məlumat

verildiyi tarix:  məlumat                             sənədi verən orqanın adı:  məlumat

                      əvvəlki məlumat                                                             əvvəlki məlumat

İşçi barədə məlumat

Şəkil

Soyadı: məlumat                 Adı: məlumat           Atasının adı: məlumat

             əvvəlki məlumat              əvvəlki məlumat                   əvvəlki məlumat

Vətəndaşlığı: məlumat                  Cinsi: məlumat

                      əvvəlki məlumat

Şəxsiyyətini təsdiq edən sənədin

adı: məlumat                            seriyası və nömrəsi: məlumat

       əvvəlki məlumat                                                  əvvəlki məlumat     

 

verildiyi tarix: məlumat            sənədi verən orqanın adı: məlumat

                     əvvəlki məlumat                                            əvvəlki məlumat

 

SSN:   məlumat                                                       FİN: məlumat

Doğum tarixi: məlumat

 

Qeydiyyatda olduğu ünvanı:  məlumat

                                              əvvəlki məlumat

Yaşadığı ünvanı: məlumat

                           əvvəlki məlumat

Əlaqə telefonları: məlumat

                            əvvəlki məlumat

 

İş yeri barədə məlumatlar

İş yerinin adı: məlumat

                      əvvəlki məlumat

İş yerinin  əsas və ya əlavə olması barədə qeyd: məlumat

                                                                              əvvəlki məlumat

İşçinin vəzifəsinin (peşəsinin) adı: məlumat

                                                     əvvəlki məlumat

Digər məlumatlar

Əmək müqaviləsinin bağlandığı tarix: məlumat

                                                            əvvəlki məlumat

Əmək müqaviləsinin növü: məlumat

                                           əvvəlki məlumat

Müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix: məlumat

                                                                                           əvvəlki məlumat

Əməyin ödənilməsi formasının işəmuzd və ya vaxtamuzd olması barədə qeyd: məlumat

əvvəlki məlumat

İşçinin aylıq əməkhaqqının məbləği (manatla): məlumat

                                                                          əvvəlki məlumat

Əmək müqaviləsində edilən digər dəyişikliklərin qısa məzmunu:

Əvvəlki:

Dəyişiklik:

 

 

Çap tarixi: dd.mm.yyyyhh:mm

 

 

 

 

 


 

4 nömrəli əlavə

 

ƏMƏK MÜQAVİLƏSİNDƏ DƏYİŞİKLİK EDİLMƏSİ İLƏ

BAĞLI ƏMƏK MÜQAVİLƏSİ

B İ L D İ R İ Ş İ

№__________

Tarix___________

Fiziki şəxs olan işəgötürən barədə məlumatlar

Soyadı: məlumat            Adı: məlumat                Atasının adı: məlumat

            əvvəlki məlumat         əvvəlki məlumat                           əvvəlki məlumat 

SUN: məlumat                                                                         VÖEN: məlumat

Qeydiyyatda olduğu ünvanı: məlumat

                                              əvvəlki məlumat

Əlaqə telefonları: məlumat

                             əvvəlki məlumat

SSN:   məlumat                                           FİN: məlumat    

Şəxsiyyətini təsdiq edən sənədin

adı: məlumat                                                seriyası və nömrəsi:  məlumat

       əvvəlki məlumat                                                                      əvvəlki məlumat

verildiyi tarix: məlumat                                sənədi verən orqanın adı: məlumat

                      əvvəlki məlumat                                                               əvvəlki məlumat

İşçi barədə məlumat

Şəkil

Soyadı:  məlumat           Adı: məlumat                Atasının adı: məlumat

              əvvəlki məlumat       əvvəlki məlumat                         əvvəlki məlumat

Vətəndaşlığı:  məlumat                                         Cinsi: məlumat

                       əvvəlki məlumat

Şəxsiyyətini təsdiq edən sənədin

adı:  məlumat                                    seriyası və nömrəsi: məlumat

        əvvəlki məlumat                                                          əvvəlki məlumat

verildiyi tarix: məlumat         sənədi verən orqanın adı: məlumat

          əvvəlki məlumat                                       əvvəlki məlumat

SSN: məlumat                                                 FİN: məlumat

Doğum tarixi: məlumat

Qeydiyyatda olduğu ünvanı:  məlumat

                                               əvvəlki məlumat

Yaşadığı ünvanı:   məlumat

                             əvvəlki məlumat

Əlaqə telefonları: məlumat

                             əvvəlki məlumat

 

İş yeri barədə məlumatlar

İş yerinin adı:  məlumat

                       əvvəlki məlumat

İş yerinin  əsas və ya əlavə olması barədə qeyd:  məlumat

                                                                              əvvəlki məlumat

İşçinin vəzifəsinin (peşəsinin) adı: məlumat

                                                      əvvəlki məlumat

Digər məlumatlar

Əmək müqaviləsinin bağlanıldığı tarix: məlumat

                                                               əvvəlki məlumat

Əmək müqaviləsinin növü: məlumat

                                            əvvəlki məlumat

Müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix:  məlumat

                                                                                               əvvəlki məlumat

Əməyin ödənilməsi formasının işəmuzd və ya vaxtamuzd olması barədə qeyd: məlumat

əvvəlki məlumat

İşçinin aylıq əməkhaqqının məbləği (manatla):  məlumat

                                                                            əvvəlki məlumat

Əmək müqaviləsində edilən digər dəyişikliklərin qısa məzmunu:

Əvvəlki:

Dəyişiklik:

 

 

Çap tarixi: dd.mm.yyyyhh:mm

 

 

 

 

 


 

5 nömrəli əlavə

 

ƏMƏK MÜQAVİLƏSİNƏ XİTAM VERİLMƏSİ İLƏ

BAĞLI ƏMƏK MÜQAVİLƏSİ

B İ L D İ R İ Ş İ

№__________

Tarix___________

1. Əmək müqaviləsinə xitam verilmişdir:

1.1. əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq əmrin nömrəsi və tarixi:

1.2. əmək müqaviləsinə xitam verilməsinin əsası:

 

2. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı aşağıda qeyd olunan əmək müqaviləsi bildirişi ləğv edilmişdir:

2.1. işəgötürənin adı:

2.2. işçinin soyadı, adı, atasının adı:

2.3. işçinin FİN:

2.3. əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişinin nömrəsi:

2.4. əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişinin tarixi:

Çap tarixi: dd.mm.yyyyhh:mm

 


 

6 nömrəli əlavə

 

Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair

MƏLUMAT

№ ____

tarix __________

 

 

İşəgötürənlə _________________________________________________________________

          (işəgötürən dövlət orqanı və ya hüquqi şəxs olduqda adı, fiziki şəxs

           olduqda adı, atasının adı və soyadı) 

 

 

_____________________________________________________________________________

(işəgötürənin səlahiyyətli şəxsinin adı, atasının adı və soyadı)

İşçi

_____________________________________________________________________________

(işçinin adı, atasının adı və soyadı)

arasında bağlanılmış əmək müqaviləsi “___” ___________ tarixli _____ nömrəli “Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır.

 


 

7 nömrəli əlavə

 

 

 

Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair

MƏLUMAT

№ ____

 

tarix___________

 

 

İşəgötürənlə _______________________________________________________________

                          (işəgötürən dövlət orqanı və ya hüquqi şəxs olduqda adı, fiziki şəxs olduqda adı,

                          atasının adı və soyadı)

_____________________________________________________________________________

(işəgötürənin  səlahiyyətli şəxsinin adı, atasının adı və soyadı)

İşçi

_____________________________________________________________________________

(işçinin adı, atasının adı və soyadı)

arasında bağlanılmış əmək müqaviləsində dəyişiklik “___” __________ tarixli ____ nömrəli “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır.

 

 

 


 

8 nömrəli əlavə

 

Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair

MƏLUMAT

№ ____

tarix   _______

 

 

İşəgötürənlə ________________________________________________________________

                             (işəgötürən dövlət orqanı və ya hüquqi şəxs olduqda adı, fiziki şəxs olduqda

                             adı, atasının adı və soyadı)

_____________________________________________________________________________

(işəgötürənin səlahiyyətli şəxsinin adı, atasının adı və soyadı)

İşçi

_____________________________________________________________________________

(işçinin adı, atasının adı və soyadı)

arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsi “___” __________ tarixli ____ nömrəli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır.

 


 

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2015-ci il “11” dekabr tarixli “8” nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilərə verilməsi elektron xidməti üzrə inzibati reqlament

 

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilərə verilməsi.

1.2. Elektron xidmətin məzmunu:

 Bu elektron xidmət işçinin özü ilə bağlı elektron informasiya sisteminə daxil edilmiş müvafiq əmək müqaviləsi bildirişi (bildirişləri) barədə məlumatların bu sistemdən real vaxt rejimində əldə edilməsini nəzərdə tutur.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: 

1.3.1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “o” yarımbəndi və 49-cu maddəsi;

1.3.2. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli 100 nömrəli Fərmanının 4-cü hissəsi;

1.3.3. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;[3]

1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 9.14-cü bəndi;

1.3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”nın 7-ci hissəsi.

 1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Elektron xidmətin icra müddəti tələb olunan məlumatların elektron informasiya sistemi tərəfindən emalı müddətinə bərabərdir.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Bu elektron xidmət vasitəsi ilə işçi özü ilə bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi (bildirişləri) barədə məlumatları bu sistemdən real vaxt rejimində əldə edir.

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1. Elektron xidmətin növü: interaktiv

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz

2.3. Elektron xidmətin istifadəçiləri: fiziki şəxslər.

 

2.4. Elektron xidmətin təqdim olunma yeri: https://www.e-mlspp.gov.az; https://www.e-eesmn.gov.az; https://www.e-gov.az;

2.5. Elektron xidmət barədə məlumatlandırma:

İnternet ünvanı: https://www.e-mlspp.gov.az; https://www.e-eesmn.gov.az; https://www.e-gov.az ; http://www.mlspp.gov.az; http://www.eesmn.gov.az.

Elektron poçt: info@mlspp.gov.az ;

Telefon: 142

 

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətin göstərilməsi üçün heç bir sənəd tələb olunmur.

 

4.      Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

 

3.2 İnteraktiv elektron xidmətlər üçün sorğu:.

3.2.1. Sorğunun formalaşdırılması: Elektron xidmətdən istifadə üçün istifadəçi https://www.e-mlspp.gov.az; https://www.e-eesmn.gov.az; https://www.e-gov.az internet ünvanına daxil olur, portalın mövcud autentifikasiya vasitələrindən istifadə etməklə “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilərə verilməsi” elektron xidmətini seçir və özü barədə əmək müqaviləsi bildirişi (bildirişləri) barədə məlumatları bu sistemdən real vaxt rejimində əldə edir.

3.2.2. Sorğunun qəbulu: İstifadəçi bu Reqlamentin 3.2.1-ci yarımbəndində nəzərdə tutulan prosedurlara uyğun xidmətə keçdikdə elektron informasiya sistem tərəfindən sorğu qəbul olunur və işçi özü ilə bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi (bildirişləri) barədə məlumatları bu sistemdən real vaxt rejimində əldə edir.

 

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi bu Reqlamentin 3.2.1-ci yarımbəndində nəzərdə tutulan prosedurları keçmədikdə və ya səhv keçdikdə sorğu qəbul olunmur.

3.3.2. Sorğunun qəbulu: İstifadəçi bu Reqlamentin 3.2.1-ci yarımbəndində nəzərdə tutulan prosedurları düzgün keçdikdə sorğu qəbul olunur.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

Elektron xidmət tam avtomatlaşdırıldığından hər hansı inzibati əməliyyat mövcud deyil.

Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsuliyyət daşıyır.

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti:

Sorğunun elektron informasiya sistemində emalı müddətindən asılıdır.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. Hər bir inzibati prosedurun nəticəsi:

Bu elektron xidmət işçinin onunla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi (bildirişləri) barədə məlumatların bu sistemdən real vaxt rejimində əldə edilməsini nəzərdə tutur.

 

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. Nəzarətin forması: Elektron xidmətin işlək vəziyyətdə olması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən gündəlik nəzarətdə saxlanılır.

3.5.2. Nəzarətin qaydası:

Monitorinq nəticəsində müraciətlər barədə toplanılan məlumatlar xüsusi proqram təminatı vasitəsilə yoxlanılır, daxil olan müraciətlərin təhlili nəticəsində müraciətlərin qəbulu, cavablandırılmasının müddəti və prosesin tamlığı izlənilir, müraciətlərin tamlığı və cavabların verilmə sürətinə dair, eləcə də icra zamanı baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar elektron informasiya sisteminin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir.

Bu elektron xidmətin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Bu prosesdə yaranan texniki anlaşılmazlıqların aradan qaldırılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının İnformasiya texnologiyaları şöbəsi tərəfindən təmin edilir.

 

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və ya məhkəməyə şikayət edə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət şəxsən və ya nümayəndə vasitəsilə təqdim edilə və ya poçt, telefaks, yaxud elektron müraciət qaydasında göndərə bilər. Şikayətdə fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı (yaxud işlədiyi yer) göstərilməlidir.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayətə 15 (on beş) iş günü ərzində baxılır. Əlavə öyrənilməsi və yoxlanılması tələb edilən şikayətə 30 (otuz) iş günü müddətində baxılır.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       26 sentyabr 2017-ci il tarixli 13 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709260013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2017-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 26 sentyabr 2017-ci il tarixli 13 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709260013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2017-ci il) ilə Qərarın preambulasında “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilmişdir.

 

[2] 26 sentyabr 2017-ci il tarixli 13 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709260013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2017-ci il) ilə “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi elektron xidməti üzrə inzibati reqlament”in 1.3.3-cü yarımbəndində “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilmişdir.

 

[3] 26 sentyabr 2017-ci il tarixli 13 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709260013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2017-ci il) ilə “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilərə verilməsi elektron xidməti üzrə inzibati reqlament”in 1.3.3-cü yarımbəndində “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status