![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı |
Qəbul edildiyi tarix |
21.12.2015 |
Qeydiyyat nömrəsi |
43/5 |
Adı |
“Pul və maliyyə statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”da dəyişikliklər edilməsi barədə |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
29.12.2015 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
100.060.020 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
23201512210435 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
28.12.2015 |
“Pul və maliyyə statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”ın “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 15 may 2015-ci il tarixli Qanununa, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa və “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 27 oktyabr 2015-ci il tarixli 661 nömrəli Fərmanına uyğunlaşdırması məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci və 63-cü maddələrinə, habelə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 46.1-ci maddəsinə əsasən
Q Ə R A R A A L I R:
1. “Pul və maliyyə statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”da dəyişikliklər təsdiq edilsin (əlavə olunur).
2. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
Sədr Elman Rüstəmov
“Təsdiq edilmişdir” Azərbaycan Respublikasının Mərkəzi Bankı Qərar № 43/5
“21” dekabr 2015-ci il
|
“Pul və maliyyə statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında
Təlimat”da dəyişikliklər
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 dekabr 2013-cü il tarixli 25/2 nömrəli 18 dekabr 2013-cü il tarixli 25/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Pul və maliyyə statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”da aşağıdakı dəyişikliklər edilsin:
1. 2.0.2-ci və 3.4.2-ci yarımbəndlərdə “Azərbaycan Respublikası Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun” sözləri “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin” sözləri ilə əvəz edilsin;
2. 2.0.7-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“2.0.7. dövlət istiqrazları - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən büdcə kəsirinin maliyyələşdirilməsi məqsədilə buraxılan qiymətli kağızlar;”;
3. 3.1.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“3.1.5. Statistik vahidin qiymətli kağızlarla əməliyyatları - (Forma BS-5) – əlavə №5.”;
4. 3.6-cı bənddə “Qiymətli kağızlarla əməliyyatlar” sözləri “Statistik vahidin qiymətli kağızlarla əməliyyatları” sözləri ilə, “korporativ” sözü “investisiya” sözü ilə əvəz edilsin;
5. 3.6.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“3.6.5. Yuxarıda göstərilən hər dörd bölmədə statistik vahidin aldığı və satdığı qiymətli kağızlar ayrıca sətirlə göstərilir və mülkiyyətçisi olduğu qiymətli kağızlar üzrə orta faiz dərəcəsi əks olunur.”;
6. 3.6.6-cı yarımbənddə “uduşlu lotereyalar” sözləri “xarici dövlətlərin dövlət qiymətli kağızları, xarici dövlətlərin mərkəzi banklarının qiymətli kağızları” sözləri ilə əvəz edilsin;
7. Əlavə №5 yeni redaksiyada verilsin (əlavə olunur).