×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
14.03.1995
QEYDİYYAT NÖMRƏSİ
58
ADI
Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və ehtiyat hissələrinin komisyon satışı qaydaları haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və ehtiyat hissələrinin komisyon satışı qaydaları haqqında

Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və ehtiyat hissələrinin komisyon satışı qaydaları haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və onlar üçün ehtiyat hissələrinin komisyon satışı qaydalarını təkmilləşdirmək məqsədi ilə, Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Ədliyyə, Maliyyə, Ticarət, Daxili İşlər nazirlikləri, Baş Dövlət Vergi Müfəttişliyi və İstehlak Cəmiyyətləri İttifaqı tərəfindən birgə hazırlanmış “Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və onlar üçün ehtiyat hissələrinin komisyon satışı qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Ticarət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, İstehlak Cəmiyyətləri İttifaqı və Daxili İşlər Nazirliyi 30 gün müddətində Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələri və kənd təsərrüfatı texnikasının komisyon satışı ilə məşğul olan dövlət mağazalarının razılaşdırılmış siyahı-dislokasiyasını Nazirlər Kabinetinə təqdim etsinlər. [1]

3. Azərbaycan SSR Nazirlər Sovetinin 1975-ci il 18 avqust tarixli 262 nömrəli “Minik avtomobilləri və qoşqulu motosikllərin komisyon ticarəti qaydalarının təsdiqi haqqında” qərarı öz qüvvəsini itirmiş hesab edilsin.

4. Bu qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin ticarət və pullu xidmətlər şöbəsinə tapşırılsın.

 

Baş nazirin vəzifəsini icra edən

F.QULİYEV.

 

Bakı şəhəri, 14 mart 1995-ci il

                    № 58

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1995-ci il 14 mart tarixli 58 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

 

Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və onlar üçün ehtiyat hissələrinin komisyon satışı

Qaydaları

 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və onlar üçün ehtiyat hissələrinin (zavod, aqreqat nişan nömrələri olan ehtiyat hissələri), (mətndə “nəqliyyat vasitələri”) komisyon yolla satışı ilə mülkiyyət formasından asılı olmayaraq (mövcud qanunvericiliklə icazəsi olan) bütün ticarət, təchizat müəssisələri və təşkilatlar məşğul olurlar.

Komisyon mağazalar (bundan sonra – Mağaza) qüvvədə olan qanunvericiliyə əsasən təşkil edilir. [2]

 

2. Nəqliyyat vasitələrinin komisyon satışına qəbulu

 

2.1. Komisyon satış üçün təzə və ya istifadə olmuş, texniki cəhətdən saz və nasaz minik, yük maşınları (bütün tipləri) və xüsusi tanınma nişanları, avadanlıqları sökülmüş ixtisaslaşdırılmış maşınlar, əldə düzəldilən nəqliyyat vasitələri və onlar üçün qoşqular, avtobuslar, avtofurqonlar, traktorlar, kənd təsərrüfatı üçün lazım olan bütün maşınlar, motosikletlər, moped və motorollerlər və həmin maşınlar üçün aqreqat nömrəsi olan ehtiyat hissələri qəbul olunur.

Müdafiə, Daxili İşlər, Sahiyyə nazirliklərinə və Dövlət Sərhəd Xidmətinə məxsus olan xüsusi təyinatlı maşınların və mexanizmlərin komisyon satışı, həmin nazirliklərin birgə təklifinə əsasən hazırlanmış ayrıca qaydalarla tənzimlənir. [3]

2.2. Dövlət Yol Polisi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən qeydiyyata alınmayan və qeydiyyatdan çıxarılmayan nəqliyyat vasitələri komisyon satışı üçün qəbul edilmir. [4]

2.3. Nəqliyyat vasitələri komisyon yolu ilə satışa aşağıda müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərdən qəbul edilir:

Azərbaycan Respublikası vətəndaşlarından pasport və ya onu əvəz edən sənəd təqdim edilməklə, özünün xüsusi mülkiyyətində olması haqqında sənəd və ya müəyyən edilmiş qaydada satışa səlahiyyəti çatması haqqında etibarnamə olduqda;

vətəndaşlığı olmayan şəxslərdən, xarici vətəndaşlardan, müvafiq olaraq yaşamaq hüququ haqqında sənədi təqdim edilməklə və gömrük orqanlarının icazəsi olduqda (xaricdən gətirilmiş nəqliyyat vasitələri üçün);

təşkilat, idarə və müəssisələrdən, birgə müəssisələrdən, konsernlərdən, assosiasiyalardan, firmalardan, kooperativlərdən və s. — onların nümayəndələri tərəfindən təsdiq olunmuş etibarnamə təqdim edildikdə.

vergi orqanlarından müsadirə olunmuş və sahibsiz nəqliyyat vasitələri, texnika və onlar üçün ehtiyat hissələri üzrə, məhkəmə orqanlarının hökmü, qərar və qətnamələri, habelə buna səlahiyyəti olan digər orqanların qərarları, notarial ofisləri tərəfindən dövlətə varislik hüquqi verən şəhadətnamə olduqda; [5]

nəqliyyat vasitələrinin mülkiyyətçisi olan xarici vətəndaşların mənafeyini qoruyan xarici ölkə nümayəndəliklərindən müəyyən olunmuş qaydada sənəd təqdim edildikdə, habelə Azərbaycan Respublikası ərazisində qəzaya uğramış xarici ölkələrdən gətirilmiş nəqliyyat vasitələri, müəyyən olunmuş qaydada sənəd təqdim edildikdə;

Azərbaycanın xaricdəki birgə müəssisə, birlik, assosiasiya və digər idarələrindən, habelə Azərbaycan Respublikası vətəndaşlarından onların xüsusi mülkiyyətində və xaricdə qeydiyyatda olan nəqliyyat vasitələri Azərbaycana gətirildikdə satışa icazə verilmə haqqında qeydiyyatı olan gömrük sənədləri, nəqliyyat vasitələrinə milli (gətirildiyi ölkənin) qeydiyyat sənədləri təqdim edildikdə.

Azərbaycan Respublikasında müəyyən olunmuş qaydada qeydiyyatdan keçmiş nəqliyyat vasitələri — texniki pasportlar və qeydiyyat haqqında şəhadətnamə (xarici vətəndaşlardan) və yaxud nəqliyyat vasitələrinin texniki talonları (qoşqu və yarımqoşqulara), habelə mədaxil olunacaq “Tranzit” nişan nömrələri və yoldan istifadəyə görə vergi ödəməsi barədə müvafiq orqanlardan alınmış arayış təqdim edildikdə qəbul edilir. [6]

Dövlət vergi xidməti və başqa dövlət orqanlarından göstərilən sənədləri olmayan nəqliyyat vasitələri qəbul edildikdə alıcılarla bağlanılmış alqı-satqı müqaviləsində “Texniki pasportsuz (qeydiyyat haqqında şəhadətnaməsiz, texniki talonsuz) qəbul edilmiş və satılmışdır” sözləri yazılır. [7]

2.4. Nömrəli aqreqatlar (mühərriklər, kuzovlar, ramalar, şassilər) mülkiyyəti təsdiq edən sənədlər (Dövlət yol polisinin arayışı və ya mülkiyyət haqqında digər sənədlər) olduqda komisyon satışa qəbul edilir.

2.5. Nəqliyyat vasitələri satışa qəbul edildikdə mal sahibinin (etibar edilmiş şəxsin) iştirakı ilə onun texniki vəziyyəti və komplektliliyi yoxlanılır.

2.6. Nəqliyyat vasitələri və ehtiyat hissələri mağaza tərəfindən satışa mülki qanunvericiliyə uyğun olaraq bağlanılmış komissiya müqaviləsinə əsasən qəbul edilir. [8]

2.7. Nəqliyyat vasitələri mağazada satışa qəbul olunarkən onların sənədləri yoxlanılır, sənədlərdə təhrif olunma halları müəyyən edilərsə, bu haqda mağaza polis orqanlarına xəbər verilməlidir.

2.8. Komisyaya qəbul edilmiş nəqliyyat vasitələrinə, mağaza nümayəndəsinin və mal sahibinin imzası ilə müəyyən edilmiş formada mal yarlığı bərkidilir.

2.9. Mağaza satışa qəbul edilmiş nəqliyyat vasitələrinin, texnikanın və nömrəli aqreqatların (qovşaqların) jurnal uçotunu aparır (əlavə №3).

Jurnalın saxlama müddəti 10 ildir.

2.10. Nəqliyyat vasitələrinin satışa qəbul müddəti onlar qeydiyyatdan çıxdıqdan sonra 2 aydır.

 

3. Nəqliyyat vasitələrinin qiymətləndirilməsi və yenidən qiymətləndirilməsi

 

3.1. Nəqliyyat vasitələrinin qiyməti mal sahibi tərəfindən müəyyən edilir.

3.2. Əgər nəqliyyat vasitələri 15 iş günü ərzində satılmazsa, mal sahibinin (etibar edilmiş şəxsin) əvvəlcədən razılığı ilə ucuzlaşdırma edilir. Birinci ucuzlaşdırmadan 15 iş günü keçdikdən sonra mal satılmazsa, mal sahibinin (etibar edilmiş şəxsin) razılığı ilə ikinci ucuzlaşdırma edilir. Üçüncü ucuzlaşdırma isə ikincidən 15 iş günü keçdikdən sonra mal sahibinin (etibar edilmiş şəxsin) razılığı ilə edilir.

Əgər nəqliyyat vasitələri, üçüncü ucuzlaşdırmadan sonra 15 iş günü müddətində satılmazsa, onlar mal sahibinin razılığı ilə satılacaq qiymətə qədər ucuzlaşdırılır. Mal sahibi buna razı olmadıqda satışdan çıxarılır və sahibinə qaytarılır.

Əgər mal sahibi (etibar edilmiş şəxs) mağazanın çağırışına əsasən üzürsüz səbəbdən nəqliyyat vasitələrinin, yenidən qiymətləndirilməsinə gəlməzsə, həmin mallar satışdan çıxarılır və sahibkardan bu qayda ilə nəzərdə tutulmuş miqdarda saxlama haqqı alınır.

3.3. Mal sahibi (etibar edilmiş şəxs) istədiyi vaxt komissiya müqaviləsində qeyd-şərt aparmaqla malın qiymətini dəyişdirə bilər. [9]

3.4. Əgər nəqliyyat vasitələri, bağışlanıbsa və yaxud varislik, mülkiyyətin bölünməsi və s. nəticəsində mağazaya təhvil verilibsə, onun yenidən qiymətləndirilməsi mövcud olan bazar qiymətləri üzrə aparılır.

Mal sahibi (etibar edilmiş şəxs) satışa təhvil verdiyi malı istədiyi vaxt geri ala bilər. Bu vaxt o, mağazanın direktorunun adına ərizə yazmalı, komissiya müqaviləsini, pasport və ya onu əvəz edən sənədi təqdim etməlidir. [10]

Mal sahibinə qaytarılarkən, o, hər saxlanılmış ay üçün malın qiymətinin 0,2 faizi həcmində saxlama haqqı verməlidir.

 

4. Nəqliyyat vasitələrinin satışı

 

4.1. Satışa qəbul olunmuş nəqliyyat vasitələri bir gündən gec olmayaraq satışa verilməlidir.

4.2. Nəqliyyat vasitələri Azərbaycan Respublikası vətəndaşına və Azərbaycan Respublikasında yaşayan və ya respublikaya müvəqqəti gəlmiş xarici vətəndaşlara, habelə mülkiyyət formasından asılı olmayaraq təşkilat, idarə və müəssisələrə, birgə müəssisələrə, firmalara, kooperativlərə, kolxoz və sovxozlara və s. satıla bilər.

4.3. Nəqliyyat vasitələri mal sahibinin göstərişi ilə hər hansı bir konkret şəxsə satıla bilər.

4.4. Mağaza ilə alıcı arasında nəqliyyat vasitəsinin və nömrəli aqreqatın (qovşaqların) satışına dair mülki qanunvericiliyə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılır. Nəqliyyat vasitəsinin satışı zamanı mağaza tərəfindən alıcıya “Tranzit” nömrə nişanı, habelə nəqliyyat vasitəsinin texniki pasportu və qeydiyyat şəhadətnaməsi, digər hissələr, qovşaqlar və ehtiyat hissələri satılarkən isə qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) verilir. [11]

4.5. Nömrəli aqreqatın (qovşaqların) satışı zamanı mağaza alıcıya arayış-hesab, digər hissələr, qovşaqlar və ehtiyat hissələri satarkən isə mal çeki verir. [12]

4.6. Alınmış nəqliyyat vasitələrinin dəyərini alıcı mağazanın kassasına nağd və ya köçürmə yolu ilə ödəyir.

4.7. Avtonəqliyyat və təkərli texnika vasitələrinin satışı zamanı, alıcı “Yol fondu”na onların satış qiymətinin 2 faizi məbləğində avtonəqliyyat və təkərli texnika vasitələrinin alınmasına görə vergi ödəyir.

4.8. Alıcıya satılmış nəqliyyat vasitələri Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş əsaslarla və qaydada geri qaytarıla bilər. [13]

4.9. Nəqliyyat vasitələrinin satışına görə mağaza mal sahibindən malın qiymətinin 2 faizi həcmində komisyon rüsumu alır.

4.10. Satılmış nəqliyyat vasitələrinin dəyəri mal sahibinə mal satıldıqdan sonra 3 gün müddətində “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq nağdsız qaydada və ya nağd yolla ödənilir. [14]

4.11. Mal sahibi (etibar edilmiş şəxs) ona çatacaq pul üçün gəlməzsə, mağaza həmin məbləği öz balansında 3 il müddətində qeydiyyatda saxlayır, sonra isə büdcəyə keçirir.

4.12. Alınmış nəqliyyat vasitələri üçün verilmiş arayış-hesab alıcı tərəfindən itirildiyi hallarda, alıcının ərizəsinə əsasən (pasport və ya onu əvəz edən sənəd təqdim edilməklə) mağaza tərəfindən mühasibat uçotu sənədlərinə uyğun olaraq yeni arayış-hesab verilir. Alıcıya verilmiş yeni arayış-hesabda “Dublikat” sözü yazılaraq, əvvəlki arayış-hesabın nömrəsi, seriyası və tarixi göstərilməlidir. Yeni arayış-hesab mağaza müdiri və baş mühasibin imzaları ilə rəsmiləşdirilir, onun nömrəsi və seriyası, “Nəqliyyat vasitələrinin, kənd təsərrüfatı texnikasının, nömrəli aqreqatların və onlara aid qovşaqların komisyaya qəbulu və satışının uçotu jurnalına yazılır. [15]

Arayış-hesablar itirildikdə və ya oğurlandıqda, mağazanın müdiriyyəti bu barədə rayon, şəhər polis orqanına, Daxili İşlər Nazirliyinin İnformasiya mərkəzinə və qeydiyyat məntəqəsinə təcili məlumat verməlidir.

4.13. Komisyon mağazada satışa qəbul edilmiş nəqliyyat vasitələri satış üçün uyğun olan görünən yerdə qoyulur və satış yerində bu qaydalardan, həmçinin, onların qeydiyyatı və uçotu Qaydalarından çıxarışlar asılır.

4.14. Nəqliyyat vasitələrinin komisyon mağazasından satışı qanunvericiliklə müəyyən edilmiş qaydada notarial qaydada təsdiq edilməlidir. [16]

4.15. Kənd təsərrüfatı texnikasının alınması, hüquqi və fiziki şəxslərə satılması və bu zaman həyata keçirilən ödənişlər barədə məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq, “Elektron kənd təsərrüfatı” informasiya sisteminə daxil edilir. [17]

 


 

Əlavə № 1

 

AKT-QƏBZ №______ [18]

 

 

Ticarət müəssisəsi___________________________________________________________

 (adı, mənsubiyyəti)

 

Ünvanı _______________________________

telefonu ______________

“____” ______________199___ il

 

 

Komisyanın tərkibi __________________________________________________________

____________________________________________________________________________

___________________________________________________ komisyaya qəbul edilmişdir

                               (komitent, onun ünvanı)

Etibarnamə üzrə _____________________________________________________________

                                   (etibar edilmiş şəxsin familiyası, adı, atasının adı, onun ünvanı)

Pasport yaxud onu əvəz edən sənəd _____________________________________________

______________________________________________________________________________

(seriyası, nömrəsi, kim tərəfindən və nə vaxt verilib)

______________________________________________________________________________

(nəqliyyat vasitəsinin, texnikanın adı, markası, modeli)

mühərrikin №-si___________ şassinin №-si___________ kuzovun №-si____________

Buraxılış tarixi ____________Texniki pasportu: seriya ______№________________

Gediş _________________________________km

                       (spidometrin məlumatı üzrə)

Xarici vəziyyəti, qüsurları, komplektliliyi ____________________________________

_________________________________________________________________________

_________________________________________________________________________

 

Kuzası____________________________ Rəngi____________________________

Mühərriki__________________________ Transmissiyası__________________________

Rezini_______________________________ Ümumi köhnəlmə %-i______________

                                (yararlılığı)

Komisya üzvləri  __________________________________________________

(imza)

                               __________________________________________________

(imza)

                               __________________________________________________

(imza)

                               __________________________________________________

(imza)

Satış qiyməti________________________________________________________________

(məbləğ sözlə, manat)

 

Təhvil verdim_________________________

Qəbul etdim__________________________

(komitentin və ya etibar edilən şəxsin imzası)

(mağaza nümayəndəsinin imzası)

 

              Akt-qəbzlə tanış oldum. Hazırlayıcı zavod tərəfindən mühərrik, şassi və kuzovda həkk edilən nömrələr mənim iştirakımla yoxlanılmış və texniki pasport göstəricilərinə müvafiqdir.

______________________________________________________________________________

(alıcının imzası, tarix)

                Akt-qəbzin əks tərəfi _________________________________________________

              Komisyaya qəbul etdikdən 15 iş günündən sonra yenidən qiymətləndirmə aparılmışdır.

Tarix ______________________

Satış qiyməti ________________________________________________________________

(məbləğ sözlə, manat)

                                                        Mağaza müdiri __________________________________

                                                                                                                    (imza)

                                                        Qəbul edən _____________________________________

                                                                                                                    (imza)

                          Komitent (etibar edilən şəxs) _____________________________________

                                                                                                                    (imza)

              Komisyaya qəbul etdikdən 30 iş günündən sonra yenidən qiymətləndirmə aparılmışdır.

Tarix: _______________________________________________________________________

Satış qiyməti ________________________________________________________________

(məbləğ sözlə, manat)

 

Mağaza müdiri ____________________________

                                                                                                                          (imza)

Qəbul edən _____________________________

                                                                                                                          (imza)

Komitent (etabar edilən şəxs) ______________________________

                                                                                                                          (imza)

              Komisyaya qəbul etdikdən 45 iş günündən sonra yenidən qiymətləndirmə aparılmışdır ______________________________________________________________

Tarix ______________________

Satış qiyməti _______________________________________________________________

(məbləğ sözlə, manat)

Saxlanma pulu ______________________________________________________________

(qaytarılan zaman, sözlə, manat)

Komisyon haqqı ____________________________________________________________

(məbləğ sözlə, manat)

komitentə veriləsi məbləğ ____________________________________________________

(sözlə, manat)

Mağaza müdiri __________________________

                                                                                                                          (imza)

Qəbul edən ___________________________

                                                                                                                          (imza)

Komitent (etibar edilən şəxs) ___________________________

                                                                                                                          (imza)

 


 

Əlavə № 2

 

Ticarət müəssisəsi __________________________________________________________

____________________________________________________________________________

(adı, mənsubiyyəti)

 

KOMİSYON SAZİŞİ №______

__________________________________________________ komisyaya qəbul edilmişdir.

                              (komitent, onun ünvanı)

Müəssisənin (təşkilatın) hesablaşma-hesabı №____________________________________

Etibarnamə №________________ verilmə tarixi ___________________________________

Patent (qeydiyyat vəsiqəsi) № ____________________ tarixi ________________________

Pasport və ya onu əvəz edən sənəd _____________________________________________

                                                              (seriyası, nömrəsi, kim tərəfindən və nə vaxt verilib)

 

Komisyon əsaslarla satılmaq üçün aşağıdakı məmulatlar komisyaya qəbul edilmişdir.

 

Sıra №-si

Məmulatın adı və texniki vəziyyəti

Ölçü vahidi

Miqdarı

Vahidin qiyməti

Məbləğ

1

 

 

 

 

 

2

 

 

 

 

 

3

 

 

 

 

 

.

 

 

 

 

 

Yekunu:

 

 

 

 

 

Məbləğ, sözlə

 

 

 

 

 

 

Komisyon haqqının ölçüsü _______________________________

 

Sıra №-si

Akt

Komisyon sazişi ilə müəyyən edilmiş qiymət

Yenidən qiymətləndirmə ölçüsü

Yenidən qiymətləndirmədən sonrakı qiymət

Tarix

1.

 

 

 

 

 

2.

 

 

 

 

 

3.

 

 

 

 

 

 

Komisyon sazişinin əks tərəfi

______________________________________________________________________________

Çatası pul məbləğinin ödənmə şərti ______________________________________________

Əlavə şərtlər __________________________________________________________________

______________________________________________________________________________

 

Komitent _____________________

Müdir(əmtəəşünas) __________________________

                   (imza)

                                             (imza)

 

Qaytarılan məmulatın saxlanılması üçün komitentdən __________________________% ____________________________________________________________ məbləğdə alınsın.

(sözlə, manat)

 

Müdir ______________________________

Komitent______________________________

(imza)

(imza)

Mədaxil orderi №_____________________

məbləğ_______________________________

 

(sözlə, manat)

Kassir_______________________________

 

(imza)

 

 

Komisyaya təhvil verilən məmulatı geri aldım ________________________________

                                                                                    (tarix)

 

Komitent_____________________

 

(imza)

 

 

 


Əlavə № 3

Nəqliyyat vasitələrinin, kənd təsərrüfatı texnikasının, nömrəli aqreqatların və onlara aid qovşaqların komisyaya qəbulu və satışının uçotu

JURNALI

Ticarət müəssisəsi _______________________________________________________________________________________________

(adı, mənsubiyyəti)

 

Sıra №-si

Komisyaya qəbul

Nəqliyyat vasitəsi, texnika və ya nömrəli aqreqatlar, qovşaqlar haqqında məlumat

Qəbul tarixi

Komitentin (etibar edilmiş şəxsin) f.a. atasının adı, ünvanı, pasportunun seriya və nömrəsi, kim tərəfindən, nə vaxt verilib, məmulatı satışa təhvil verən hüquqi şəxs haqqında məlumat

markası (modeli)

mühərrikin nömrəsi

Şassinin nömrəsi

kuzovun nömrəsi

ramanın nömrəsi

texniki pasportunun seriya və nömrəsi

təhvil verilmiş «Tranzit» nişanın seriya və nömrəsi

satış qiyməti

Sair

Satılmışdır. Alıcının familiyası, adı, atasının adı, ünvanı, pasportunun seriya və nömrəsi, nə vaxt və kim tərəfindən verilib, alıcı- hüquqi şəxs haqqında məlumat

satış tarixi

arayış-hesabın seriya və nömrəsi

satış qiyməti

vergi məbləği

verilmiş «Tranzit» nişanın seriya və nömrəsi

alıcının imzası

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15 [19]

16

17.

18

19

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Əlavə № 4

Nəqliyyat vasitələri və texnika alınan vaxtdan (andan) 5 sutka ərzində müvafiq orqanlarda qeydiyyata alınmalıdır.

ARAYIŞ-HESAB

seriya ______№______________

 

 

Ticarət müəssisəsi ___________________________________________________________

___________________________________________________________________________

(adı, mənsubiyyəti)

“____” __________________199____ il

Kimə ________________________________________________________________________

Ünvan _______________________________________________________________________

Təqdim edilmişdir __________________________________________________________

___________________________________________________________________________

___________________________________________________________________________

(pasportun seriyası, nömrəsi, kim tərəfindən və nə vaxt verilmişdir; təşkilat haqqında məlumat və s.)

Satılıb və verilib __________________________________________________________

(nəqliyyat vasitəsinin, texnikanın adı)

mühərrik №______________ şassi №______________ kuzov №_______________

rama №________________ texniki pasport №__________________

dəyəri _______________________________________________________________________

(məbləğ, sözlə, manat)

_____________________________________________________ istifadəyə ______________

                                              (şəxsi, kollektiv)

 

Mağaza möhürünün yeri

Müdir _____________________

 

                      (imza)

 

Mühasib ___________________

 

                       (imza)

 

 

Ödəniş ____________________

manat məbləğində alındı.

(sözlə)

 

 

Kassir _____________________

 

(imza)

Bu arayış-hesabda göstərilən

_______________________________________________

_________________________________________________ aldım.    _____________________

 

                                                                                     (imza)

 

______________________________________________________________________________

(nəqliyyat vasitəsinin, texnikanın, nömrəli aqreqatın, qovşağın adı)

Qeyd:

1. Arayış-hesab nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası, nömrəli aqreqatlar və qovşaqların satışı zamanı verilir.

2. Arayış-hesabların bankları mətbəə üsulu ilə mühafizə toru olan kağızda hazırlanır və ciddi hesabat sənədidir.

3. Arayış-hesabın nömrəsi mətbəə üsulu ilə yerinə yetirilir.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.             24 yanvar 2001-ci il tarixli 22 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 01, maddə 71)

2.             29 yanvar 2001-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 01, maddə 74)

3.             02 iyun 2003-cü il tarixli 73 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 06, maddə 342)

4.             29 dekabr 2015-ci il tarixli 408 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 07 yanvar 2016-cı il, № 02, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 01, maddə 170)

5.             23 iyul 2018-ci il tarixli 319 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 iyul 2018-ci il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №7, II kitab, maddə 1652)

6.             22 sentyabr 2018-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 sentyabr 2018-ci il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1938)

7.             28 mart 2019-cu il tarixli 132 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 mart 2019-cu il, № 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 565)

8.             23 may 2019-cu il tarixli 239 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 may 2019-cu il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 972)

9.             10 aprel 2020-ci il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 aprel 2020-ci il, № 69)

10.          14 oktyabr 2020-ci il tarixli 389 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 oktyabr 2020-ci il, № 213, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1277)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 29 yanvar 2001-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 01, maddə 74) ilə 2-ci bəndi çıxarılmışdır.

 

[2] 14 oktyabr 2020-ci il tarixli 389 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 oktyabr 2020-ci il, № 213, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1277) ilə “Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və onlar üçün ehtiyat hissələrinin komisyon satışı Qaydaları”nın 1.1-ci bəndin ikinci abzasına “Komisyon mağazalar” sözlərindən sonra “(bundan sonra – Mağaza)” sözləri əlavə edilmişdir.

 

[3] 02 iyun 2003-cü il tarixli 73 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 06, maddə 342) ilə "Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və onlar üçün ehtiyat hissələrinin komisyon satışı Qaydaları"nın 2.1-ci bəndinə "nazirliklərinə" sözlərindən sonra "və Dövlət Sərhəd Xidmətinə" sözləri əlavə edilmişdir.

 

[4] 29 dekabr 2015-ci il tarixli 408 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 07 yanvar 2016-cı il, № 02, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 01, maddə 170) “Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və onlar üçün ehtiyat hissələrinin komisyon satışı Qaydaları”nın 2.2-ci bəndində “nazirliyinin dövlət texniki nəzarət orqanlarında” sözləri “Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi tərəfindən” sözləri ilə əvəz edilmişdir.

 

23 iyul 2018-ci il tarixli 319 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 iyul 2018-ci il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №7, II kitab, maddə 1652) ilə “Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və onlar üçün ehtiyat hissələrinin komisyon satışı Qaydaları”nın 2.2-ci bəndində “Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi” sözləri “Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti” sözləri ilə əvəz edilmişdir.

 

23 may 2019-cu il tarixli 239 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 may 2019-cu il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 972) ilə “Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və onlar üçün ehtiyat hissələrinin komisyon satışı Qaydaları”nın 2.2-ci bəndində “Baş Dövlət Texniki Nəzarət Xidməti” sözləri “Aqrar Xidmətlər Agentliyi” sözləri ilə əvəz edilmişdir.

 

[5] 28 mart 2019-cu il tarixli 132 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 mart 2019-cu il, № 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 565) ilə “Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və onlar üçün ehtiyat hissələrinin komisyon satışı Qaydaları”nın 2.3-cü bəndinin beşinci abzasında “kontorları” sözü “ofisləri” sözü ilə əvəz edilmişdir.

 

[6] 24 yanvar 2001-ci il tarixli 22 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 01, maddə 71) ilə “Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və onlar üçün ehtiyat hissələrinin komisyon satışı Qaydaları”nın 2.3 bəndinin səkkizinci abzasından “və yoldan istifadəyə görə vergi ödəməsi” sözləri, 4.7 bəndi, 3 nömrəli əlavəsinin “vergi məbləği” sütunu çıxarılmışdır.

 

14 oktyabr 2020-ci il tarixli 389 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 oktyabr 2020-ci il, № 213, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1277) ilə “Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və onlar üçün ehtiyat hissələrinin komisyon satışı Qaydaları”nın 2.3-cü bəndin səkkizinci abzasından “və yaxud nəqliyyat vasitələrinin texniki talonları (qoşqu və yarımqoşqulara)” sözləri çıxarılmışdır.

 

[7] 14 oktyabr 2020-ci il tarixli 389 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 oktyabr 2020-ci il, № 213, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1277) ilə “Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və onlar üçün ehtiyat hissələrinin komisyon satışı Qaydaları”nın 2.3-cü bəndin doqquzuncu abzasında “alıcılara verilən arayış-hesab sənədlərində” sözləri “alıcılarla bağlanılmış alqı-satqı müqaviləsində” sözləri ilə, “yazılaraq və mağazanın direktoru tərəfindən imzalanaraq möhürlə təsdiq edilir” sözləri isə “yazılır” sözü ilə əvəz edilmişdir və həmin abzasdan “texniki talonsuz” sözləri çıxarılmışdır.

 

[8] 14 oktyabr 2020-ci il tarixli 389 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 oktyabr 2020-ci il, № 213, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1277) ilə “Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və onlar üçün ehtiyat hissələrinin komisyon satışı Qaydaları”nın 2.6-cı bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

2.6. Nəqliyyat vasitələri mağaza tərəfindən satışa qəbul edildikdə 3 nüsxədən ibarət akt-qəbz (əlavə 1), ehtiyat hissələri qəbul edildikdə isə komisyon sazişi (əlavə 2) tərtib edilir. Mağaza satışa qəbul edilmiş nəqliyyat vasitələrinin akt-qəbzlərdə qeyd edilmiş göstəricilərə uyğun olmasına, onların qorunub saxlanmasına görə mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.

 

[9] 14 oktyabr 2020-ci il tarixli 389 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 oktyabr 2020-ci il, № 213, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1277) ilə “Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və onlar üçün ehtiyat hissələrinin komisyon satışı Qaydaları”nın 3.3-cü bəndində “akt-qəbzdə və ya komisya sazişində qeydiyyat” sözləri “komissiya müqaviləsində qeyd-şərt” sözləri ilə əvəz edilmişdir.

 

[10] 14 oktyabr 2020-ci il tarixli 389 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 oktyabr 2020-ci il, № 213, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1277) ilə “Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və onlar üçün ehtiyat hissələrinin komisyon satışı Qaydaları”nın 3.4-cü bəndin ikinci abzasının ikinci cümləsində “akt-qəbz və yaxud komisyon sazişi” sözləri “komissiya müqaviləsini” sözləri ilə əvəz edilmişdir.

 

[11] 14 oktyabr 2020-ci il tarixli 389 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 oktyabr 2020-ci il, № 213, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1277) ilə “Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və onlar üçün ehtiyat hissələrinin komisyon satışı Qaydaları”nın 4.4-cü bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

4.4. Mağaza nəqliyyat vasitələrini satarkən alıcıya müəyyən olunmuş formada (əlavə №4) arayış-hesab, “Tranzit” nömrə nişanı, habelə nəqliyyat vasitəsinin texniki pasportunu, yaxud qeydiyyat haqqında şəhadətnaməsini və ya texniki talonunu verir. Həmin formanın (əlavə №4) “Xüsusi qeydiyyatlar bölməsində” arayış-hesaba əsasən satılıb” (seriyası, №-si) yazılışı aparılaraq, mağazanın direktorunun imzası və möhürlə təsdiqlənir, satış aparılan günün tarixi yazılır.

Mağaza “Tranzit” nişan nömrələri verərkən arayış-hesabda və nəqliyyat vasitələrinin satışı üçün uçot jurnalında müvafiq qeydiyyat aparır.

 

[12] 14 oktyabr 2020-ci il tarixli 389 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 oktyabr 2020-ci il, № 213, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1277) ilə “Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və onlar üçün ehtiyat hissələrinin komisyon satışı Qaydaları”nın 4.5-ci, 4.6-ci və 4.12-ci bəndləri ləğv edilmişdir.

 

[13] 29 yanvar 2001-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 01, maddə 74) ilə "Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və onlar üçün ehtiyat hissələrinin komisyon satışı Qaydaları"nın 4.8-ci bənd yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

4.8. Alıcıya satılmış nəqliyyat vasitələri mağaza tərəfindən geri götürülmür.

 

[14] 29 yanvar 2001-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 01, maddə 74) ilə "Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və onlar üçün ehtiyat hissələrinin komisyon satışı Qaydaları"nın 4.10-cu bənddə "köçürmə yolu ilə" sözlərindən sonra "və ya nağd yolla" sözləri əlavə edilmişdir.

 

14 oktyabr 2020-ci il tarixli 389 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 oktyabr 2020-ci il, № 213, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1277) ilə “Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və onlar üçün ehtiyat hissələrinin komisyon satışı Qaydaları”nın 4.10-cu bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

 

4.10. Satılmış nəqliyyat vasitələrinin dəyəri mal sahibinə, mal satılandan sonra 3 gün müddətində nağd yolla və ya əgər hüquqi şəxsdirsə, hesablaşma-hesabına pul köçürmə yolu ilə və ya nağd yolla ödənilir.

Mal sahibi olan vətəndaşın arzusu ilə ödəniləcək məbləğ, onun bankda olan hesabına da köçürülə bilər.

 

[15] 22 sentyabr 2018-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 sentyabr 2018-ci il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1938) ilə “Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və onlar üçün ehtiyat hissələrinin komisyon satışı Qaydaları”nın 4.12-ci bəndinin birinci cümləsinə “mühasibat” sözündən sonra “uçotu” sözü əlavə edilmişdir.

 

[16] 29 yanvar 2001-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 01, maddə 74) ilə "Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və onlar üçün ehtiyat hissələrinin komisyon satışı Qaydaları"nın yeni redaksiyada 4.14-cü bənd əlavə edilmişdir.

 

[17] 10 aprel 2020-ci il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 aprel 2020-ci il, № 69) ilə “Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və onlar üçün ehtiyat hissələrinin komisyon satışı Qaydaları”na yeni məzmunda 4.15-ci bənd əlavə edilmişdir.

 

[18] 14 oktyabr 2020-ci il tarixli 389 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 oktyabr 2020-ci il, № 213, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1277) ilə “Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və onlar üçün ehtiyat hissələrinin komisyon satışı Qaydaları”nın 1, 2 və 4 nömrəli əlavələri ləğv edilmişdir.

 

[19] 14 oktyabr 2020-ci il tarixli 389 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 oktyabr 2020-ci il, № 213, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1277) ilə “Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və onlar üçün ehtiyat hissələrinin komisyon satışı Qaydaları”nın 3 nömrəli əlavəsindən “arayış-hesabın seriya və nömrəsi” sütunu çıxarılmışdır.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status