×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
QƏBUL EDİLDİYİ TARİX
19.10.2015
QEYDİYYAT NÖMRƏSİ
21-q
ADI
“Emitentin istiqraz buraxılışının maksimum həcminə dair tələblər haqqında Qaydalar”ın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
29.10.2015
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.110.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201510190021
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
28.10.2015
“Emitentin istiqraz buraxılışının maksimum həcminə dair tələblər haqqında Qaydalar”ın təsdiq edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı

Qəbul edildiyi tarix

19.10.2015

Qeydiyyat nömrəsi

21-q

Adı

Emitentin istiqraz buraxılışının maksimum həcminə dair tələblər haqqında Qaydalar”ın təsdiq edilməsi barədə[1]

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

29.10.2015

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.110.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201510190021

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

28.10.2015

 

 

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 566 nömrəli Fərmanının 3.1-ci bəndini və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 14.5-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

Q Ə R A R A  A L I R:

1.                  Emitentin istiqraz buraxılışının maksimum həcminə dair tələblər haqqında Qaydalar” təsdiq edilsin (Əlavə olunur).

2.                  Hüquq şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3.                  Qiymətli kağızların buraxılışı və qeydiyyatı şöbəsinə (E.Allahverdiyev) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələləri həll etsin.

4.                  Ümumi şöbəyə (E.İsayev) tapşırılsın ki, QKDK-nın aparatının və QKDK-nın Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin bu Qərarla tanış olmalarını təmin etsin.

5.                  Bu Qərarın icrasına nəzarət sədr müavini İ.Muradova həvalə edilsin.

 

Sədr                                                                                                  Rüfət Aslanlı


 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

Qərar № 21-q

“19” oktyabr 2015-ci il

 

Sədr

______________________

R. Aslanlı

 

Emitentin istiqraz buraxılışının maksimum həcminə dair

tələblər haqqında

Qaydalar

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 3.8-ci maddəsinə müvafiq olaraq hazırlanmışdır və emitentin istiqraz buraxılışının maksimum həcminə dair tələblər haqqında qaydaları müəyyən edir.

1.2. Bu Qaydalar dövlət orqanları və bələdiyyələr tərəfindən emissiya edilən və ya yalnız institusional investorlara təklif olunan istiqrazlara şamil edilmir.

1.3. Bu Qaydalarda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.3.1. emitent - istiqrazların emissiyasını “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirən hüquqi şəxs;

1.3.2. institusional investor – investisiya şirkətləri, investisiya fondları və onların idarəçiləri, əsas fəaliyyətini qiymətli kağızlara investisiyalar təşkil edən şəxslər, kredit təşkilatları, sığortaçılar, pensiya fondları və onların idarəçiləri, digər tənzimlənən maliyyə institutları, əmtəələrin və onlar üzrə törəmə alətlərin dilerləri, beynəlxalq maliyyə təşkilatları, dövlətlər, mərkəzi banklar;

1.3.3. təmin edilməmiş istiqrazlar - onlardan irəli gələn öhdəliklər girovla, qarantiya ilə, həmçinin dövlət və ya bələdiyyə zəmanəti ilə təmin edilməyən istiqrazlar;

1.3.4. təmin edilmiş istiqrazlar - onlar üzrə öhdəliklər girovla, qarantiya ilə, həmçinin dövlət və ya bələdiyyə zəmanəti ilə təmin edilmiş istiqrazlar;

1.3.5. xalis aktivlər (kapital) - bütün öhdəliklər çıxıldıqdan sonra emitentin aktivlərinin qalıq dəyəri.

 

2. İstiqraz buraxılışın maksimum həcminə dair

tələblər

 

2.1. İstiqrazların buraxılışının maksimum həcmi aşağıdakı düsturlar sistemi ilə hesablanır:

 

 

M - nəzərdə tutulan təmin edilməmiş istiqraz buraxılışının həcmi;

T - təmin edilmiş istiqrazlar üzrə təminatın dəyəri;

k - təmin edilməmiş istiqraz buraxılışının maksimum həcmi normativinin əmsalı. İstiqraz buraxılışının maksimum həcminin xalis aktivlərin dəyərinə nisbətdə tənzimlənməsi üçün tətbiq olunur;

Bi - hər bir əvvəlki istiqraz buraxılışının yerləşdirilmə prosesində olan, habelə yerləşdirilmiş, lakin ödənilməmiş hissələrinin məcmu nominal dəyəri;

Ci- hər bir əvvəlki təmin edilmiş istiqraz buraxılışının yerləşdirilmə prosesində olan, habelə yerləşdirilmiş, lakin ödənilməmiş hissələrinin məcmu nominal dəyəri;

n - emitentin yerləşdirilmə prosesində olan, habelə yerləşdirilmiş, lakin ödənilməmiş istiqraz buraxılışlarının sayı;

A - emitentin xalis aktivlərinin dəyəri.

2.2. Azərbaycan Respublikasında qeydiyyata alınmış uzunmüddətli kredit reytinqi dərəcəsinə malik olmayan və ya uzunmüddətli kredit reytinqi dərəcəsi bu Qaydaların 2.3-cü bəndində müəyyən edilmiş reytinq dərəcəsindən aşağı olan emitentlər üçün təmin edilməmiş istiqrazlar buraxılışının maksimum həcm normativinin əmsalı 2 (iki) müəyyən edilir.

2.3. Azərbaycan Respublikasında qeydiyyata alınmış və ən azı "BBB -" ("Standard&Poor's" və "Fitch" reytinq agentliklərinin klassifikasiyasına görə), "Baa3" ("Moody's" reytinq agentliyinin klassifikasiyasına görə) və ya digər reytinq agentliklərinin bu reytinq dərəcələrinə ekvivalent olan, uzunmüddətli kredit reytinqi dərəcəsinə malik emitentlər üçün təmin edilməmiş istiqrazlar buraxılışının maksimum həcm normativinin əmsalı 3 (üç) müəyyən edilir.

2.4. Ən azı "BBB -" ("Standard&Poor's" və "Fitch" reytinq agentliklərinin klassifikasiyasına görə), "Baa3" ("Moody's" reytinq agentliyinin klassifikasiyasına görə) və ya digər reytinq agentliklərinin bu reytinq dərəcələrinə ekvivalent olan, uzunmüddətli kredit reytinqi dərəcəsinə malik xarici emitentlər üçün Azərbaycan Respublikasının ərazisində təmin edilməmiş istiqrazlar buraxılışının maksimum həcm normativinin əmsalı 3 (üç) müəyyən edilir.

2.5. Bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş uzunmüddətli reytinq dərəcəsindən aşağı reytinq dərəcəsinə malik olan və ya uzunmüddətli kredit reytinqi dərəcəsinə malik olmayan xarici emitentlər üçün Azərbaycan Respublikasının ərazisində təmin edilməmiş istiqrazların emissiyasına yol verilmir.

2.6. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmamış istiqraz buraxılışlarının reklamı, hər hansı bir investora rəsmi təklif edilməsi, emissiya prospektinin potensial investorlara təqdim edilməsi və yerləşdirilməsi qadağandır.

2.7. Bu Qaydaların tələblərinə cavab verməyən emitentlərin istiqraz buraxılışlarının dövlət qeydiyyatına alınmasına və ya onların istiqrazlarının və ya istiqrazlara hüquqları təsdiq edən qiymətli kağızların yerləşdirilməsinə və ya tədavülə buraxılmasına yol verilmir.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.                  7 iyul 2017-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201707070277, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2017-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 7 iyul 2017-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201707070277, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2017-ci il) ilə ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status