AKTIN NÖVÜ
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
QƏBUL EDİLDİYİ TARİX
17.11.2015
QEYDİYYAT NÖMRƏSİ
27-q
ADI
“İpoteka istiqrazlarının və ipoteka örtüyünə daxil olan ipoteka kreditlərinin orta çəki metodu ilə ödəniş müddətlərinin hesablanması Qaydası”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
26.11.2015
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.110.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201511170027
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
25.11.2015
“İpoteka istiqrazlarının və ipoteka örtüyünə daxil olan ipoteka kreditlərinin orta çəki metodu ilə ödəniş müddətlərinin hesablanması Qaydası”nın təsdiq edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı

Qəbul edildiyi tarix

17.11.2015

Qeydiyyat nömrəsi

27-q

Adı

“İpoteka istiqrazlarının və ipoteka örtüyünə daxil olan ipoteka kreditlərinin orta çəki metodu ilə ödəniş müddətlərinin hesablanması Qaydası”nın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

26.11.2015

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.110.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201511170027

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

25.11.2015

 

 

“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 567 nömrəli Fərmanının 3-cü hissəsinin icrası məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 14.5-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK)

 

 

Q Ə R A R A  A L I R:

 

1.                  “İpoteka istiqrazlarının və ipoteka örtüyünə daxil olan ipoteka kreditlərinin orta çəki metodu ilə ödəniş müddətlərinin hesablanması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2.                  Hüquq şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3.                  Qiymətli kağızların buraxılışı və qeydiyyatı şöbəsinə (E.Allahverdiyev) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələləri həll etsin.

4.                  Ümumi şöbəyə (E.İsayev) tapşırılsın ki, QKDK-nın aparatının və QKDK-nın Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin bu Qərarla tanış olmalarını təmin etsin.

5.                  Bu Qərarın icrasına nəzarət sədr müavini İ.Muradova həvalə edilsin.

 

Sədr                                                                                                  Rüfət Aslanlı


 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

Qərar № 27-q

“17” noyabr 2015-ci il

 

Sədr

______________________

R. Aslanlı

 

İpoteka istiqrazlarının və ipoteka örtüyünə daxil olan ipoteka kreditlərinin orta çəki metodu ilə ödəniş müddətlərinin hesablanması

Qaydası

 

1. Ümumi müddəalar

 

1.1   . Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1076-6.6-cı maddəsinə müvafiq olaraq hazırlanmışdır.

1.2  . Bu Qaydalar ipoteka istiqrazlarının və ipoteka örtüyünə daxil olan ipoteka kreditlərinin orta çəki metodu ilə ödəniş müddətlərinin hesablanması qaydalarını tənzimləyir.

 

2.     İpoteka istiqrazlarının və ipoteka örtüyünə daxil olan ipoteka kreditlərinin orta çəki metodu ilə ödəniş müddətlərinin hesablanması

 

2.1.      İpoteka istiqrazlarının ödəniş müddətinin orta çəki metodu ilə hesablanması aşağıdakı düstur ilə həyata keçirilir:

OM – orta çəki metodu ilə ipoteka istiqrazlarının ödəniş müddəti;

n – buraxılışın məbləği üzrə hesablama tarixindən sonra ödənişlərin sayı;

i - buraxılışın məbləği üzrə hesablama tarixindən sonra növbəti ödənişin sayı;

P - buraxılışın məbləği üzrə hesablama tarixindən sonra ödənişlərin həcmi;

t – hesablama tarixindən istiqrazların ödənilməsi tarixinədək olan müddət (illərlə ifadə olunur).

 

2.2.       İpoteka örtüyünə daxil olan ipoteka kreditlərinin orta çəki metodu ilə ödəniş müddəti həmin kreditlərin orta çəki metodu ilə hesablanmış ödəniş müddətlərinin cəmini təşkil edir.

2.3.    İpoteka örtüyünə daxil olan ipoteka kreditlərinin ödəniş müddətinin orta çəki metodu ilə hesablanması aşağıdakı düstur ilə həyata keçirilir:

 

 

KOM - ipoteka kreditlərinin orta çəki metodu ilə ödəniş müddəti;

P – ipoteka kreditinin məbləği;

A – ipoteka örtüyünə daxil olan ipoteka kreditlərinin ödənilməmiş məbləği;

i - buraxılışın məbləği üzrə hesablama tarixindən sonra növbəti ödənişin sayı;

t – hesablama tarixindən istiqrazların ödənilməsi tarixinədək olan müddət (illərlə ifadə olunur).

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status