AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
01.11.2015
QEYDİYYAT NÖMRƏSİ
671
ADI
Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2015, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1301)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
350.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
30.11.2015
Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş ərazilərinin bərpası və yenidən qurulması üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 12 iyul tarixli 471 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 535; 2006, № 7, maddə 588; 2010, № 2, maddə 80) 1-ci hissəsində “Eldar Mahmudov – Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri” sözləri “Mədət Quliyev – Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini” sözləri ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 704; 2002, № 1, maddə 22; 2004, № 6, maddə 436, № 7, maddə 534; 2005, № 10, maddə 910; 2006, № 7, maddə 588; 2007, № 3, maddə 229; 2014, № 9, maddə 1027; 2015, № 9, maddə 1015) 2-ci hissəsində “Eldar Mahmudov – Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri” sözləri “Mədət Quliyev – Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini” sözləri ilə əvəz edilsin.

3. “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 508 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 406, 2004, № 7, maddə 532) 1-ci hissəsində “Eldar Mahmudov – Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri” sözləri “Mədət Quliyev – Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini” sözləri ilə əvəz edilsin.

4. “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 106 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 174; 2002, № 1, maddə 71; 2004, № 4, maddə 282, № 7, maddə 566; 2005, № 8, maddə 733; 2007, № 12, maddə 1251; 2009, № 2, maddə 93; 2012, № 5, maddə 442) 1-ci hissəsində “Mahmudov Eldar Əhməd oğlu – Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri” sözləri “Quliyev Mədət Qəzənfər oğlu – Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini” sözləri ilə əvəz edilsin.

5. “Azərbaycan Respublikasında sərhəd-nəzarət buraxılış məntəqələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə Komissiya haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 20 may tarixli 423 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 5, maddə 349; 2004, № 7, maddə 568; 2014, № 4, maddə 391) 1-ci hissəsində “Eldar Mahmudov – Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri” sözləri “Mədət Quliyev – Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini” sözləri ilə əvəz edilsin.

6. “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 aprel tarixli 196 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 4, maddə 277; 2005, № 6, maddə 524; 2008, № 1, maddə 9) “Mahmudov Eldar Əhməd oğlu – Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri” sözləri “Quliyev Mədət Qəzənfər oğlu – Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə Dövlət Komissiyası və Dövlət Proqramının hazırlanması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 1348 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 245, № 7, maddə 588; 2009, № 2, maddə 74; 2014, № 5, maddə 477) 1-ci hissəsində “Eldar Mahmudov – Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri” sözləri “Mədət Quliyev – Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini” sözləri ilə əvəz edilsin.

8. “İcra hakimiyyəti orqanlarının Mərkəzləşdirilmiş İnformasiya Təminatı Sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 3003 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 8, maddə 764) 2-ci hissəsində “Eldar Mahmudov – Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri” sözləri “Mədət Quliyev – Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini” sözləri ilə əvəz edilsin.

9. “2015-ci ildə şahmat üzrə Dünya Kubokunun və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 14 fevral tarixli 2719 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 2, maddə 159; 2014, № 9, maddə 1027) 1-ci hissəsində “Eldar Mahmudov – Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri” sözləri “Mədət Quliyev – Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini” sözləri ilə əvəz edilsin.

10. “Bakı şəhəri Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğın ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 may tarixli 1229 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 588) 1-ci hissəsində “Eldar Mahmudov – Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri” sözləri “Mədət Quliyev – Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini” sözləri ilə əvəz edilsin.

11. “IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli 1413 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 9, maddə 1055) 1-ci hissəsində “Eldar Mahmudov – Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri” sözləri “Mədət Quliyev – Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 noyabr 2015-ci il

    № 671

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status