Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:
1. “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur). *
2. “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin strukturu” təsdiq edilsin (əlavə olunur). *
3. “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi” təsdiq edilsin (əlavə olunur). *
4. “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı” təsdiq edilsin (əlavə olunur). *
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
5.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 yanvar 2016-cı il
№ 724
__________________________
* Əlavələr dərc edilmir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
10 iyul 2018-ci il tarixli 206 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1492)
2.
6 mart 2019-cu il tarixli 573 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 7 mart 2019-cu il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 414)
3.
8 oktyabr 2019-cu il tarixli 835 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 9 oktyabr 2019-cu il, № 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №10, maddə 1580)
4.
23 oktyabr 2019-cu il tarixli 847 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №10, maddə 1592)
5.
28 fevral 2020-ci il tarixli 951 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 29 fevral 2020-ci il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 109)
6.
20 may 2020-ci il tarixli 1031 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 may 2020-ci il, № 99, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 556)
7.
16 iyun 2020-ci il tarixli 1059 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 17 iyun 2020-ci il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 700)
8.
18 mart 2021-ci il tarixli 1305 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 mart 2021-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 229)
9.
18 yanvar 2022-ci il tarixli 1577 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 1, maddə 24)
10.
17 mart 2022-ci il tarixli 1635 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 mart 2022-ci il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 223)
11.
27 oktyabr 2022-ci il tarixli 1868 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 oktyabr 2022-ci il, “Xalq” qəzeti, 28 oktyabr 2022-ci il, № 236, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 10 maddə 1145)
12.
15 dekabr 2022-ci il tarixli 1906 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 dekabr 2022-ci il, “Xalq” qəzeti, 16 dekabr 2022-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1416)