×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
01.07.2014
QEYDİYYAT NÖMRƏSİ
215
ADI
“Dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində fəaliyyətin həyata keçirilməsi məqsədi ilə ölçmələrin vəhdətinin təmin edilməsinin xüsusiyyətləri”nin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2014, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 905)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.07.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
350.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
31.07.2014
“Dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində fəaliyyətin həyata keçirilməsi məqsədi ilə ölçmələrin vəhdətinin təmin edilməsinin xüsusiyyətləri”nin təsdiq edilməsi haqqında

“Dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində fəaliyyətin həyata keçirilməsi məqsədi ilə ölçmələrin vəhdətinin təmin edilməsinin xüsusiyyətləri”nin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli 686-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 94 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində fəaliyyətin həyata keçirilməsi məqsədi ilə ölçmələrin vəhdətinin təmin edilməsinin xüsusiyyətləri” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 1 iyul 2014-cü il

   215

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2014-cü il 1 iyul tarixli 215 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində fəaliyyətin həyata keçirilməsi məqsədi ilə ölçmələrin vəhdətinin təmin edilməsinin xüsusiyyətləri

 

1.1. Bu sənəd dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində fəaliyyətin həyata keçirilməsində ölçmələrin vəhdətinin təmin edilməsinin xüsusiyyətlərini müəyyənləşdirir, bu sahədə ölçmələrin vəhdətinin təmin edilməsi üzrə işlərin iştirakçıları arasında münasibətləri tənzimləyir və Azərbaycan Respublikasının “Müdafiə haqqında”, “Milli təhlükəsizlik haqqında” qanunları və digər normativ hüquqi aktları əsasında dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində fəaliyyəti həyata keçirən Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, həmçinin dövlətin müdafiəsi üzrə sifarişləri yerinə yetirən Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinə (bundan sonra - müvafiq orqanlar) şamil edilir. [1]

1.2. Dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində ölçmələrin vəhdətinin təmin edilməsinin əsas məqsədləri aşağıdakılardan ibarətdir:

1.2.1. dövlətin müdafiəsi üzrə sifarişlərin yerinə yetirilməsi və silahların istismarı, hərbi və xüsusi texnikanın, texniki vasitələrin istifadəyə hazırlanması və təyinatı üzrə səmərəli istifadəsi, təhlükəsizliyi sahəsində ölçmələrin nəticələrinin tələb olunan dəqiqliyinə, etibarlılığına və tutuşdurulmasına nail olmaq;

1.2.2. hərbi texnologiyaların inkişafının təmin edilməsi, ordunun müasir, yüksək dəqiqlikli silahlar və döyüş texnikası ilə təchiz edilməsi;

1.2.3. silahların, hərbi və xüsusi texnikaların elmi tədqiqatlarının, təcrübi-konstruktor işlərinin, istehsalının və istismarının səmərəliliyinin təmin edilməsi, onların yaradılma və sınaq müddətlərinin qısaldılması;

1.2.4. Azərbaycan Respublikasının silahlı qüvvələrinin və digər qoşunlarının şəxsi heyətinin həyat və sağlamlığının qorunması;

1.2.5. müvafiq orqanların texniki, döyüş və arxa cəbhə təminatında, dövlətin iqtisadi təhlükəsizliyi üzrə tədbirlərin həyata keçirilməsində ölçmələrin lazımi dəqiqliyinə və etibarlılığına nail olmaq;

1.2.6. antiterror fəaliyyətində səmərəliliyin yüksəldilməsi;

1.2.7. silahların, hərbi və xüsusi texnikanın yaradılması və istismarının gedişində bütün növdən olan resurslara qənaət edilməsi.

1.3. Dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində ölçmələrin vəhdətinin təmin edilməsi davamlılıq, sürətlilik, operativlik, iqtisadi səmərəlilik və dövlət sirrinin qorunması prinsipləri nəzərə alınmaqla təşkil olunur.

1.4. Dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində ölçmələrin vəhdətinin təmin edilməsi üzrə işlər müvafiq orqanların metroloji xidmətləri və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən həyata keçirilir.

1.5. Dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində metroloji işlərin qurumlararası metodiki əlaqələndirilməsi məsələləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən həyata keçirilir.

1.6. Dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində ölçmələrin vəhdətinin təmin edilməsinin texniki bazasını dövlət ilkin kəmiyyət vahidi etalonları ilə izlənilən etalon-daşıyıcılar, kəmiyyət vahidi etalonları, müxtəlif təyinatlı mobil metroloji komplekslər, standart nümunələr və hərbi təyinatlı işçi ölçmə vasitələri təşkil edir. Hərbi və xüsusi təyinatlı ölçmə vasitələrinə müdafiə və təhlükəsizlik sahəsində ölçmələrin aparılması üçün işlənilib hazırlanan və tətbiq edilən ölçmə vasitələri aid edilir.

1.7. Ölçmələrə, o cümlədən ölçmələrin dəqiqlik göstəricilərinə, texniki sistemlərə və ölçmə funksiyalı qurğulara, hərbi və xüsusi təyinatlı ölçmə vasitələrinə və onların tərkib hissələrinə, proqram təminatına və standart nümunələrə dair məcburi metroloji tələblər “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məhsullara, iş, xidmət və proseslərə dair texniki normativ hüquqi aktlarla müəyyən olunur.

1.8. Texniki vasitələrin hərbi və xüsusi təyinatlı ölçmə vasitələrinə aid edilməsi, hərbi və xüsusi təyinatlı ölçmə vasitələrinin tipinin təsdiqi məqsədi ilə sınaqlarının keçirilməsi və onların tipinin təsdiqi, hərbi və xüsusi təyinatlı ölçmə vasitələrinin yoxlanılması, dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində tətbiq olunan ölçmə metodikalarının (metodlarının) attestasiyası dövlət sirrinin qorunması şərtilə “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

1.9. Dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində ölçmələrin vəhdətinin təmin edilməsi üzrə dövlət məlumat fondunun təşkili və aparılması müvafiq orqanlar tərəfindən təqdim olunmuş məlumatlar əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən həyata keçirilir.

1.10. Kəmiyyət vahidlərinin dövlət ilkin kəmiyyət vahidi etalonundan dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində kəmiyyət vahidi etalonuna ötürülməsi yeri, vaxtı və xüsusiyyətləri müvafiq orqanlarla razılaşdırılmaqla və onların iştirakı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən həyata keçirilir.

1.11. Layihə-konstruktor və texnoloji sənədlərin məcburi metroloji ekspertizası “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq orqanlar və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən həyata keçirilir.

1.12. Dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar ölçmə vasitələrinin yoxlanılması, standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi məqsədi ilə sınaqların aparılması, ölçmə metodikalarının (metodlarının) attestasiyası və layihə-konstruktor, texnoloji sənədlərin məcburi metroloji ekspertizası ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya edilmiş hüquqi və ya fiziki şəxslər tərəfindən “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə həyata keçirilir.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)

2.       2 fevral 2021-ci il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 fevral 2021-ci il, № 28, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 192)

3.       25 avqust 2022-ci il tarixli 332 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı 31 avqust 2022-ci il, “Xalq” qəzeti 2 sentyabr 2022-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1019)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə “Dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində fəaliyyətin həyata keçirilməsi məqsədi ilə ölçmələrin vəhdətinin təmin edilməsinin xüsusiyyətləri”nin 1.1-ci bəndindən “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə,” sözləri çıxarılmışdır və həmin bəndə “Fövqəladə Hallar Nazirliyinə,” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə,” sözləri əlavə edilmişdir.

2 fevral 2021-ci il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 fevral 2021-ci il, № 28, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 192) ilə “Dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində fəaliyyətin həyata keçirilməsi məqsədi ilə ölçmələrin vəhdətinin təmin edilməsinin xüsusiyyətləri”ndə mətn üzrə ismin müvafiq hallarında “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti” sözləri ilə əvəz edilmişdir.

25 avqust 2022-ci il tarixli 332 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı 31 avqust 2022-ci il, “Xalq” qəzeti 2 sentyabr 2022-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1019) ilə “Dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində fəaliyyətin həyata keçirilməsi məqsədi ilə ölçmələrin vəhdətinin təmin edilməsinin xüsusiyyətləri”nin 1.1-ci bəndində “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə” sözləri “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status