×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
18.12.2015
QEYDİYYAT NÖMRƏSİ
60-VQD
ADI
Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 16-01-2016, Nəşr nömrəsi: 10), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2016, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 27)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
16.01.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
250.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201512180060
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
15.01.2016
Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, №8, maddə 478; 2001, №12, maddə 736; 2002, №5, maddələr 237, 241; 2003, №1, maddə 11, №6, maddə 256, №8, maddə 423; 2004, №2, maddə 59, №6, maddə 415, №10, maddə 761; 2006, №2, maddə 67, №6, maddə 478, №8, maddə 657, №11, maddə 932; 2007, №1, maddə 3, №8, maddə 745; 2008, №5, maddə 348, №6, maddə 460, №8, maddə 707, №12, maddə 1048; 2009, №2, maddə 36; 2012, №6, maddə 497; 2013, №6, maddə 621; 2015, № 4, maddə 358, Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1330-IVQD nömrəli Qanunu) 50-ci maddəsinin 3-cü hissəsi aşağıdakı redaksiyada verilsin:

“3. Torpaqdan müvəqqəti istifadə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli müvəqqəti istifadə - on beş ilədək müəyyən oluna bilər. Uzunmüddətli müvəqqəti istifadə xüsusi mülkiyyətdə olan torpaqlar üçün - on beş ildən 99 ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə - on beş ildən 49 ilədək müəyyən oluna bilər.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 18 dekabr 2015-ci il

№ 60-VQD

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status