AKTIN NÖVÜ
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
QƏBUL EDİLDİYİ TARİX
21.01.2016
QEYDİYYAT NÖMRƏSİ
01
ADI
“Qiymətli kağızlara sərəncam verilməsinə dair notariat qaydasında təsdiqlənmiş müqavilələr üzrə ödənişlərin həyata keçirilməsi və həmin müqavilələrin depozitar sistemində qeydiyyatı Qaydası”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
27.01.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.110.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201601210001
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
26.01.2016
“Qiymətli kağızlara sərəncam verilməsinə dair notariat qaydasında təsdiqlənmiş müqavilələr üzrə ödənişlərin həyata keçirilməsi və həmin müqavilələrin depozitar sistemində qeydiyyatı Qaydası”nın təsdiq edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASININ QİYMƏTLİ KAĞIZLAR ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN QƏRARI

Qəbul edildiyi tarix

21.01.2016

Qeydiyyat nömrəsi

01

Adı

“Qiymətli kağızlara sərəncam verilməsinə dair notariat qaydasında təsdiqlənmiş müqavilələr üzrə ödənişlərin həyata keçirilməsi və həmin müqavilələrin depozitar sistemində qeydiyyatı Qaydası”nın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

27.01.2016

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.110.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201601210001

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

26.01.2016

 

 

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 566 nömrəli Fərmanının 3.2-ci bəndinin icrası məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 14.5-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (Komitə)

 

Q Ə R A R A  A L I R:

 

1. “Qiymətli kağızlara sərəncam verilməsinə dair notariat qaydasında təsdiqlənmiş müqavilələr üzrə ödənişlərin həyata keçirilməsi və həmin müqavilələrin depozitar sistemində qeydiyyatı Qaydası” təsdiq edilsin (Əlavə olunur).

2. Hüquq şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3. Milli Depozit Mərkəzinə (A.Əliyev) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələləri həll etsin.

4. Tədavülün tənzimlənməsi şöbəsinə (A.Xudaverdiyev) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələləri həll etsin.

5. Ümumi şöbəyə (E.İsayev) tapşırılsın ki, Komitənin aparatının və Komitənin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin bu Qərarla tanış olmalarını təmin etsin.

6. Bu Qərarın icrasına nəzarət sədr müavini C.Əliyevə həvalə edilsin.

 

 

Sədr                                                                                                                                            Rüfət Aslanlı

 

 


 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

Qərar № 01

21 yanvar 2016-cı il

Sədr

_______________

R. Aslanlı

 

 

Qiymətli kağızlara sərəncam verilməsinə dair notariat qaydasında təsdiqlənmiş müqavilələr üzrə ödənişlərin həyata keçirilməsi və həmin müqavilələrin depozitar sistemində qeydiyyatı

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. “Qiymətli kağızlara sərəncam verilməsinə dair notariat qaydasında təsdiqlənmiş müqavilələr üzrə ödənişlərin həyata keçirilməsi və həmin müqavilələrin depozitar sistemində qeydiyyatı Qaydası” (bundan sonra – bu Qayda) “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-ci maddəsinə müvafiq olaraq hazırlanmışdır.

1.2. Bu Qayda qiymətli kağızlara dair sərəncamverənin bu hüquqa malik olmasının yoxlanılması məqsədi ilə Milli Depozit Mərkəzinin (bundan sonra - MDM) idarə etdiyi depozitar sistemində (bundan sonra – Depozitar sistem) qeydiyyata alınmış qiymətli kağızların və onların yüklənməsi barədə məlumatın notariusun real vaxt rejimində əldə etməsi, habelə notariat qaydasında təsdiqlənmiş müqavilənin dərhal elektron formada Depozitar sisteminə ötürülməsi və Depozitar sistemindən hüquq əldə edənin hüquqlarını təsdiqləyən sənədlərin alınması, bu məqsədlə təşkil edilmiş elektron informasiya sistemlərində məlumat mübadiləsi və onun təhlükəsizliyinə dair tələbləri müəyyən edir.

1.3. Bu Qayda MDM tərəfindən uçotu aparılan qiymətli kağızlara şamil edilir.

 

2. Qarşılıqlı əlaqənin təmin edilməsi

 

2.1. Qiymətli kağızlar üzrə sərəncamvermə hüquqlarının, Depozitar sistemində qeydiyyata alınmış qiymətli kağızlar və onların yüklənməsi barədə məlumatların və bu Qaydanın 2.7-ci bəndində müəyyən edilən sənədlərin ötürülməsi Depozitar sistem və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi (bundan sonra - “Elektron notariat” sistemi) arasında real vaxt rejimində həyata keçirilir.

2.2. Qiymətli kağızlara mülkiyyət hüququnun ötürülməsinə dair müqavilənin (bundan sonra – müqavilə) predmeti olan qiymətli kağızlara dair sərəncamverənin bu hüquqa malik olmasının yoxlanılması, həmin qiymətli kağızların yüklənməsi və hüquq əldə edənin “depo” hesabının mövcudluğu barədə məlumatların notarius tərəfindən real vaxt rejimində əldə edilməsi üçün qiymətli kağızlara mülkiyyət hüququnun ötürülməsinə dair sərəncamverənin ərizəsi əsasında notarius “Elektron notariat” sistemi vasitəsi ilə Depozitar sistemə aşağıdakı məlumatları ötürür:

2.2.1. müqavilənin tərəfləri barədə məlumat (əqdi bağlayan fiziki şəxs olduqda - adı, soyadı, atasının adı və şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi; hüquqi şəxs olduqda - hüquqi şəxsin tam adı, VÖEN);

2.2.2. müqavilənin predmeti olan qiymətli kağızların dövlət qeydiyyat nömrəsi;

2.2.3. müqavilənin predmeti olan qiymətli kağızların sayı;

2.2.4. əqdin məbləği.

2.3. Müqavilənin predmeti olan qiymətli kağızlara dair sərəncamverənin bu hüququ mövcud olduqda və həmin qiymətli kağızlar yüklü olmadıqda və müqavilə üzrə hüquq əldə edənin “depo” hesabı mövcud olduqda MDM tərəfindən həmin qiymətli kağızlar sərəncamverənin “depo” hesabında 1 (bir) iş günü müddətinə dondurulur və Depozitar sistem vasitəsi ilə “Elektron notariat” sisteminə aşağıdakı məlumatlar ötürülür:

2.3.1. əməliyatın tarixi və vaxtı;

2.3.2. “depo” hesabının nömrəsi;

2.3.3. “depo” hesab sahibi haqqında məlumat (fiziki şəxs olduqda - adı, soyadı, atasının adı və şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi; hüquqi şəxs olduqda - hüquqi şəxsin tam adı, VÖEN);

2.3.4. emitentin adı;

2.3.5. dondurulmuş qiymətli kağızların dövlət qeydiyyat nömrəsi;

2.3.6. dondurulmuş qiymətli kağızların sayı və nominal qiymət üzrə məbləği.

2.4. Müqavilənin predmeti olan qiymətli kağızlara dair sərəncamverənin bu hüququ mövcud olmadıqda və ya həmin qiymətli kağızlar yüklü olduqda və müqavilə üzrə hüquq əldə edənin “depo” hesabı mövcud olmadıqda, MDM tərəfindən Depozitar sistem vasitəsi ilə “Elektron notariat” sisteminə həmin qiymətli kağızlar ilə müqavilənin bağlanılmasının mümkün olmaması barədə səbəbləri göstərilməklə məlumat ötürülür.

2.5. Bu Qaydanın 2.3-cü və 2.4-cü bəndlərində müəyyən edilən məlumatın Depozitar sistem vasitəsi ilə “Elektron notariat” sisteminə ötürülməsi yalnız sərəncamverənin bu barədə MDM-ə təqdim etdiyi razılığı əsasında baş verir. Razılıq mövcud olmadıqda MDM tərəfindən Depozitar sistem vasitəsi ilə “Elektron notariat” sisteminə bu barədə məlumat ötürülür.

2.6. Bu Qaydanın 2.3-cü bəndində müəyyən edilən məlumat “Elektron notariat” sistemindən notarius tərəfindən əldə edildikdən sonra qiymətli kağızlarla müqavilə tərəflərin imzası ilə imzalanır və notarius tərəfindən təsdiq edilir. Notarius tərəfindən Depozitar sistemindən əldə edilmiş məlumatlar çap olunaraq aparılmış notariat hərəkəti üzrə işə tikilir.

2.7. Qiymətli kağızlarla müqavilə notarius tərəfindən təsdiq edildikdən sonra qiymətli kağızlara mülkiyyət hüquqlarının ötürülməsini təmin etmək üçün aşağıdakı sənədlər notarius tərəfindən dərhal elektron formada (notariusun elektron imzası ilə təsdiq edilməklə) “Elektron notariat” sistemindən Depozitar sistemə ötürülür:

2.7.1. notarius tərəfindən təsdiq edilmiş müqavilə;

2.7.2. müqavilə üzrə ödənişlərin hüquq əldə edən (alıcı) tərəfindən notariusun bankdakı depozit hesabına həyata keçirildiyini təsdiq edən sənəd;

2.7.3. MDM-in müvafiq xidmət haqqının ödənildiyini təsdiq edən sənəd.

2.8. Müqavilənin predmeti olan qiymətli kağızlara mülkiyyət hüquqları ötürüldükdən sonra “Elektron notariat” sisteminə bu barədə Depozitar sistem tərəfindən məlumat göndərilir.

2.9. Müqavilələrin bağlanılması zamanı sui-istifadə halları barədə şübhə olduqda, qiymətli kağızlar üzrə mülkiyyət hüquqları ötürülmür və MDM bu barədə bu barədə səbəbləri göstərilməklə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə) dərhal məlumat verir. Məlumat Komitəyə təqdim edildikdən sonra MDM tərəfindən Depozitar sistem vasitəsi ilə “Elektron notariat” sisteminə qiymətli kağızlar üzrə hüquqların ötürülməməsi və müqavilənin şübhəli olduğu barədə məlumatın Komitəyə təqdim edilməsi haqqında məlumat ötürülür.

2.10. Sənədsiz qiymətli kağızı əldə edən şəxsin mülkiyyət hüquqları həmin qiymətli kağızların ötürülməsinin MDM-də qeydiyyatı ilə, sənədli qiymətli kağızları əldə edən şəxsin mülkiyyət hüquqları isə müvafiq əqdin bağlanması ilə yaranır.

 

3. Ödənişlər

 

3.1. “Elektron notariat” sistemi və Depozitar sistemi ilə real vaxt rejimində qarşılıqlı şəkildə mübadilənin təşkili üçün əlavə haqq (ödəniş) tələb olunmur.

3.2. Notariat qaydasında təsdiqlənmiş müqavilələr üzrə ödənişlər müqavilə üzrə hüquq əldə edən (alıcı) tərəfindən notariusun bankdakı depozit hesabı vasitəsi ilə həyata keçirilir.

3.3. Notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında qiymətli kağızlar üzrə mülkiyyət hüquqlarının ötürülməsi üçün MDM-in hesabına hüquq əldə edən və ya sərəncamverən tərəfindən müvafiq xidmət haqqı ödənilir.

3.4. Ödənişlərin həyata keçirilməli olduğu MDM-in bank hesablarında dəyişikliklər baş verdikdə MDM bu barədə 1 (bir) iş günü müddətində Ədliyyə Nazirliyini məlumatlandırır.

 

4. Real vaxt rejimində əldə edilən məlumatların və sənədlərin təhlükəsizliyinin təmin olunması və məsuliyyət

 

4.1. “Elektron notariat” və Depozitar sistemləri məlumat mübadiləsinə başlamazdan əvvəl bir-birlərini informasiya texnologiyalarından istifadə etməklə eyniləşdirməlidirlər.

4.2. “Elektron notariat” və Depozitar sistemləri arasında məlumat mübadiləsi üçüncü şəxsin ötürmə kanallarından istifadə etməklə aparılarsa, məlumat yalnız qarşı tərəfin oxuya bilməsi şərti ilə şifrələnməlidir.

4.3. Hər bir tərəf digər tərəfdən götürdüyü məlumatın məxfi saxlanılmasına və mühafizə edilməsinə görə məsuliyyət daşıyır.

4.4. Məlumatları informasiya sistemləri vasitəsi ilə təqdim edən tərəf onların düzgünlüyünə cavabdehdir.

4.5. Məlumatı əldə edən tərəf müqavilə tərəfləri qarşısında həmin məlumatların düzgünlüyünə görə cavabdeh deyil.

4.6. Hər bir tərəfin digər tərəfdən götürdüyü məlumat həmin digər tərəfin məlumatı hesab olunur.

4.7. Məlumatları təqdim edən və əldə edən tərəflər “Elektron notariat” və Depozitar sistemlərinin dayanıqlı fəaliyyətinin qorunub saxlanılması və məlumat bazalarının təhlükəsizliyinin təmin edilməsi, məlumat itkisinin qarşısının alınması istiqamətlərində bütün tədbirləri görməlidirlər.

4.8. “Elektron notariat” və Depozitar sistemlərinin dayanıqlı fəaliyyətinin qorunub saxlanılması və məlumat bazalarının təhlükəsizliyinin təmin edilməməsi ilə əlaqədar hüquqi və fiziki şəxslərə dəyən ziyana görə təqsiri olan tərəf məsuliyyət daşıyır.

4.9. Azərbaycan Respublikasının Qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, məlumatların üçüncü şəxslərə təqdim edilməsinə yol verilmir.

4.10. MDM bu Qaydanın 2.2-ci bəndində müəyyən edilən ərizənin surətini notariusdan sorğu edə bilər. Notarius sorğu edilmiş ərizənin surətini 3 (üç) gün ərzində MDM-ə təqdim edir.

4.11. Zəruri hallarda “Elektron notariat” və Depozitar sistemlərindən istifadə olunması, təhlükəsizlik və sair məsələlərlə bağlı hər bir tərəf digər tərəfin istifadəçilərinə treninqlərin keçirilməsini təşkil edir.

 

5. Səhvlərin və uyğunsuzluqların aradan qaldırılması və mübahisələrin həlli

 

5.1. Təqdim edilən sənədlərlə “Elektron notariat” və Depozitar sistemlərindəki məlumatlar arasında hər hansı uyğunsuzluq dərhal qarşılıqlı əlaqə vasitəsi ilə aradan qaldırılır. Bu məqsədlə hər iki tərəfdə əlaqələndirici şəxslər təyin olunur və əlaqə vasitələri barədə qarşı tərəf məlumatlandırılır.

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status