AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
29.12.2015
QEYDİYYAT NÖMRƏSİ
97-VQ
ADI
Publik hüquqi şəxslər haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 04-02-2016, Nəşr nömrəsi: 25), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 29-02-2016, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 203)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
04.02.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.020.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201512290097
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
04.02.2016
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

Publik hüquqi şəxslər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Maddə 1. Bu Qanunun tətbiq dairəsi

 

1.1. Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndinə uyğun olaraq, publik hüquqi şəxslərin yaradılması, fəaliyyət göstərməsi və təşkili qaydalarını müəyyən edir.

1.2. Bu Qanun dövlətə məxsus müəssisələrə şamil edilmir. [1]

 

Maddə 2. Bu Qanunda istifadə edilən anlayışlar

 

2.1. Publik hüquq – ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur.

2.2. Publik hüquqi şəxs – dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. [2]

 

Maddə 3. Publik hüquqi şəxsin fəaliyyəti

 

3.1. Publik hüquqi şəxslər sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı və nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin.

3.2. Publik hüquqi şəxs nizamnaməsində nəzərdə tutulduğu halda təsərrüfat cəmiyyətləri yarada və ya onlarda iştirak edə bilər. [3]

3.3. Publik hüquqi şəxsin mənfəəti onun nizamnaməsində nəzərdə tutulmayan məqsədlər üçün yalnız təsisçinin qərarı ilə müvafiq olaraq dövlət büdcəsinə və yerli büdcəyə köçürülə bilər.

3.4. Publik hüquqi şəxs “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətləri göstərdiyi və hüquqi hərəkətləri həyata keçirdiyi halda, buna görə həmin Qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu tutur. [4]

 

Maddə 4. Publik hüquqi şəxsin yaradılması

 

4.1. Publik hüquqi şəxs dövlət adından müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), bələdiyyə adından isə müvafiq bələdiyyə orqanları tərəfindən yaradılır. [5]

4.2. Bu Qanunun 4.1-ci maddəsinə uyğun olaraq yaradılan publik hüquqi şəxslər tərəfindən də nizamnaməsində nəzərdə tutulmuş halda publik hüquqi şəxslər yaradıla bilər. [6]

4.3. Bu Qanunla müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, publik hüquqi şəxsin yaradılması ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.

4.4. Publik hüquqi şəxs “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan publik hüquqi şəxsin dövlət qeydiyyatı onun idarəetmə orqanlarının üzvləri tam tərkibdə təyin edilmədiyi halda da həyata keçirilir. [7]

 

Maddə 5. Publik hüquqi şəxsin hüquq qabiliyyəti

 

5.1. Publik hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malik olmaqla mülki vəzifələr daşıyır və publik hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.

5.2. Publik hüquqi şəxs yalnız nizamnaməsində nəzərdə tutulmuş fəaliyyət ilə məşğul ola bilər.

5.3. Dövlət orqanları və bələdiyyə orqanları qanunvericiliklə onlara həvalə edilmiş hüquq və vəzifələri yaratdıqları publik hüquqi şəxslərə ötürə bilməzlər.

5.4. Publik hüquqi şəxs müflis elan oluna bilməz. [8]

 

Maddə 6. Publik hüquqi şəxsin nizamnaməsi

 

6.1. Müxtəlif sahələr üzrə publik hüquqi şəxsin nümunəvi nizamnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən oluna bilər.

6.2. Publik hüquqi şəxsin nizamnaməsində aşağıdakılar göstərilir:

6.2.1. adı, olduğu yer və publik hüquqi şəxs olduğu;

6.2.2. nizamnamənin qəbulu və ona dəyişikliklərin edilməsi qaydası;

6.2.3. fəaliyyətin istiqamətləri, hüquq və vəzifələri; [9]

6.2.4. idarə olunma qaydası;

6.2.5. publik hüquqi şəxsin üzərində nəzarətin forması və əhatə dairəsi;

6.2.6. nizamnamə fondu;

6.2.7. əmlakının formalaşma mənbələri, maliyyə fəaliyyətinin əsasları, publik hüquqi şəxsin məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətlərinin tənzimlənən qiymət olub-olmaması; [10]

6.2.8. sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak etmək hüququ (verildiyi halda); [11]

6.2.8-1. bu Qanunun 6.4-cü maddəsində nəzərdə tutulmuş müddəa; [12]

6.2.9. publik hüquqi şəxsin fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması qaydası;

6.2.10. ləğvi və yenidən təşkili qaydası.

6.3. Dövlətin adından yaradılan publik hüquqi şəxsin və onun törəmə publik hüquqi şəxsin nizamnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən, bələdiyyə adından yaradılan publik hüquqi şəxsin və onun törəmə publik hüquqi şəxsin nizamnaməsi isə müvafiq bələdiyyə tərəfindən təsdiq edilir. [13]

6.4. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda hüquqi faktların qeydiyyatı ilə bağlı xidmətləri göstərən (hüquqi hərəkətləri həyata keçirən) müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan publik hüquqi şəxsin əməkdaşları nizamnaməsində nəzərdə tutulmuş halda dövlət qulluqçularına bərabər tutulurlar. [14]

 

Maddə 7. Publik hüquqi şəxsin əmlakı

 

7.1. Publik hüquqi şəxsin nizamnamə fondu təsisçi (təsisçilər) tərəfindən verilmiş əmlak hesabına formalaşdırılır.

7.2. Publik hüquqi şəxsin əmlakı nizamnamə fondundan, ona təsisçilər tərəfindən verilmiş digər əmlakdan, habelə dövlət və ya yerli büdcələrdən ayrılan vəsaitlərdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan və nizamnamədə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlərdən formalaşa bilər.

7.3. Publik hüquqi şəxsin əmlakı üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsi qaydası onun nizamnaməsi ilə müəyyən edilir.

7.4. Publik hüquqi şəxslərə verilmiş müvafiq olaraq dövlət və bələdiyyə əmlakı onlar tərəfindən yalnız nizamnamədə müəyyən edilmiş məqsədlərə uyğun olaraq istifadə edilir.

7.5. Dövlət və bələdiyyə müvafiq olaraq yaratdıqları publik hüquqi şəxsin öhdəlikləri üçün cavabdeh deyildir və onun fəaliyyəti ilə bağlı zərər üçün publik hüquqi şəxsə verdiyi əmlakın dəyəri həddində risk daşıyır. [15]

7.6. Dövlət və bələdiyyə müvafiq olaraq yaratdıqları publik hüquqi şəxsin üzərinə götürdüyü hər hansı öhdəliklərə görə cavabdeh deyildir.

 

Maddə 8. İdarəçilik

 

8.1. Publik hüquqi şəxsin idarə edilməsi qaydası onun nizamnaməsi ilə müəyyən edilir.

8.2. Publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aşağıdakılar aiddir:

8.2.1. nizamnamənin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi; [16]

8.2.2. idarəetmə orqanlarının yaradılması; [17]

8.2.2-1. idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi; [18]

8.2.3. inkişaf istiqamətlərinin müəyyən edilməsi, illik maliyyə hesabatlarının təsdiqi;

8.2.4. strukturun, əməyin ödənişi fondunun, işçilərin say həddinin və onların əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqi; [19]

8.2.5. təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi; [20]

8.2.6. xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), habelə publik hüquqi şəxsə aidiyyəti olan şəxslərlə əqdin (əqdin dəyəri aktivlərin 5 faiz və daha çox hissəsini təşkil etdikdə) bağlanmasına razılıq verilməsi;

8.2.7. bu Qanunun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi; [21]

8.2.8. publik hüquqi şəxsin yenidən təşkili və ləğv edilməsi.

8.3. Publik hüquqi şəxsin təsisçisi bu Qanunun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərinin (onların bir hissəsinin) həyata keçirilməsini müəyyən etdiyi orqana (quruma, o cümlədən publik hüquqi şəxsin özünə) verə bilər. [22]

8.4. Bu Qanunun 6.4-cü maddəsi nəzərə alınmaqla, idarəetmə orqanlarının rəhbərləri (üzvləri) Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş tələblərə cavab verməlidirlər. [23]

8.5. Publik hüquqi şəxsin əmlakı üzərində rəhbərin sərəncam vermək hüququnun müəyyən şərtlərlə məhdudlaşdırılması nizamnamədə nəzərdə tutula bilər. [24]

 

Maddə 9. Publik hüquqi şəxsin yenidən təşkili və ləğvi

 

Publik hüquqi şəxsin ləğvi və yenidən təşkili ilə bağlı məsələlər onun nizamnaməsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 dekabr 2015-ci il

                 № 97-VQ

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       4 mart 2016-cı il tarixli 138-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 mart 2016-cı il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 404)

2.       31 may 2017-ci il tarixli 708-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 iyul 2017-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1269)

3.       12 iyul 2019-cu il tarixli 1655-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 sentyabr 2019-cu il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1377)

4.       6 oktyabr 2020-ci il tarixli 187-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 noyabr 2020-ci il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1337)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 4 mart 2016-cı il tarixli 138-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 mart 2016-cı il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 404) ilə 1.2-ci, 5.3-cü və 7.6-cı maddələr ləğv edilmişdir.

 

[2] 31 may 2017-ci il tarixli 708-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 iyul 2017-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1269) ilə 2.2-ci maddədə “və ictimai” sözləri “və (və ya) ictimai” sözləri ilə əvəz edilmişdir.

 

12 iyul 2019-cu il tarixli 1655-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 sentyabr 2019-cu il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1377) ilə 2.2-ci maddədən “və ya publik hüquqi şəxs tərəfindən” sözləri çıxarılmışdır.

 

[3] 12 iyul 2019-cu il tarixli 1655-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 sentyabr 2019-cu il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1377) ilə 3.2-ci maddədə “tutulmuş” sözü “tutulduğu” sözü ilə əvəz edilmişdir.

 

[4] 31 may 2017-ci il tarixli 708-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 iyul 2017-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1269) ilə 3.4-cü maddə əlavə edilmişdir.

 

[5] 12 iyul 2019-cu il tarixli 1655-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 sentyabr 2019-cu il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1377) ilə 4.1-ci və 6.3-cü maddələrdə “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilmişdir.

 

[6] 12 iyul 2019-cu il tarixli 1655-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 sentyabr 2019-cu il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1377) ilə 4.2-ci maddə ləğv edilmişdir.

 

[7] 12 iyul 2019-cu il tarixli 1655-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 sentyabr 2019-cu il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1377) ilə 4.4-cü maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[8] 31 may 2017-ci il tarixli 708-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 iyul 2017-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1269) ilə 5.4-cü maddə əlavə edilmişdir.

 

[9] 12 iyul 2019-cu il tarixli 1655-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 sentyabr 2019-cu il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1377) ilə 6.2.3-cü maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

6.2.3. fəaliyyətin məqsədi və istiqamətləri;

 

[10] 31 may 2017-ci il tarixli 708-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 iyul 2017-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1269) ilə 6.2.7-ci maddəyə “əsasları” sözündən sonra “, publik hüquqi şəxsin məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətlərinin tənzimlənən qiymət olub-olmaması” sözləri əlavə edilmişdir.

 

[11] 12 iyul 2019-cu il tarixli 1655-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 sentyabr 2019-cu il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1377) ilə 6.2.8-ci maddəyə “təsərrüfat” sözündən əvvəl “sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq,” sözləri əlavə edilmişdir.

 

[12] 31 may 2017-ci il tarixli 708-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 iyul 2017-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1269) ilə 6.2.8-1-ci maddə əlavə edilmişdir.

 

[13] 31 may 2017-ci il tarixli 708-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 iyul 2017-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1269) ilə 6.3-cü maddədən hər iki halda “və onun törəmə publik hüquqi şəxsin” sözləri çıxarılmışdır.

[14] 31 may 2017-ci il tarixli 708-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 iyul 2017-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1269) ilə 6.4-cü maddə əlavə edilmişdir.

 

[15] 31 may 2017-ci il tarixli 708-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 iyul 2017-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1269) ilə 7.5-ci maddə ləğv edilmişdir.

 

[16] 12 iyul 2019-cu il tarixli 1655-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 sentyabr 2019-cu il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1377) ilə 8.2.1-ci maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

8.2.1. nizamnamənin və strukturunun təsdiqi;

 

[17] 12 iyul 2019-cu il tarixli 1655-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 sentyabr 2019-cu il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1377) ilə 8.2.2-ci maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

8.2.2. nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

 

[18] 12 iyul 2019-cu il tarixli 1655-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 sentyabr 2019-cu il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1377) ilə yeni məzmunda 8.2.2-1-ci maddə əlavə edilmişdir.

 

[19] 12 iyul 2019-cu il tarixli 1655-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 sentyabr 2019-cu il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1377) ilə 8.2.4-cü maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

8.2.4. icra orqanlarının (kollegial və ya təkbaşçı) yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

6 oktyabr 2020-ci il tarixli 187-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 noyabr 2020-ci il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1337) ilə 8.2.4-cü maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

8.2.4. strukturun, işçilərin say həddinin və əməkhaqlarının (o cümlədən əməkhaqqına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqi;

 

[20] 31 may 2017-ci il tarixli 708-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 iyul 2017-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1269) ilə 8.2.5-ci maddədə “yaradılması, habelə idarə, filial və nümayəndəliklərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə” sözləri “yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına” sözləri ilə əvəz edilmişdir.

 

[21] 12 iyul 2019-cu il tarixli 1655-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 sentyabr 2019-cu il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1377) ilə 8.2.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 8.2.7-ci və 8.2.8-ci maddələr əlavə edilmişdir.

 

[22] 31 may 2017-ci il tarixli 708-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 iyul 2017-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1269) ilə 8.3-cü maddədən “həmin orqanın təyin etdiyi” sözləri çıxarılmışdır.

 

12 iyul 2019-cu il tarixli 1655-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 sentyabr 2019-cu il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1377) ilə 8.3-cü maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

8.3. Bu Qanunun 4.1-ci maddəsinə uyğun olaraq yaradılan publik hüquqi şəxs həmin orqanın təyin etdiyi rəhbər və ya kollegial icra orqanı (bundan sonra – rəhbər) tərəfindən idarə olunur.

 

[23] 31 may 2017-ci il tarixli 708-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 iyul 2017-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1269) ilə 8.4-cü maddədə “Rəhbər” sözü “Bu Qanunun 6.4-cü maddəsi nəzərə alınmaqla, rəhbər” sözləri ilə əvəz edilmişdir.

 

12 iyul 2019-cu il tarixli 1655-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 sentyabr 2019-cu il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1377) ilə 8.4-cü maddədə “rəhbər” sözü “idarəetmə orqanlarının rəhbərləri (üzvləri)” sözləri ilə, “verməlidir” sözü “verməlidirlər” sözü ilə əvəz edilmişdir.

 

[24] 12 iyul 2019-cu il tarixli 1655-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 sentyabr 2019-cu il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1377) ilə 8.5-ci maddədən “rəhbərin” sözü çıxarılmışdır.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status