AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
03.02.2016
QEYDİYYAT NÖMRƏSİ
759
ADI
“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 04-02-2016, Nəşr nömrəsi: 25), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 29-02-2016, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 223)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
04.02.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.020.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201602030759
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
04.02.2016
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisəsinin, uşaq evləri sosial xidmət müəssisəsinin, açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinin, məktəbəqədər təhsil müəssisəsinin, ümumtəhsil məktəbinin, ilk peşə-ixtisas təhsili müəssisəsinin, orta ixtisas təhsili müəssisəsinin, ali təhsil müəssisəsinin, xüsusi təhsil müəssisəsinin və ailə tipli kiçik qrup evinin nümunəvi nizamnamələrini üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci və 6.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi icra hakimiyyəti orqanı həyata keçirir; [1]

2.1-1. həmin Qanunun 4.1-ci maddəsində, 4.4-cü maddəsinin ikinci cümləsində, 6.3-cü, 6.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; [2]

2.2. həmin Qanunun 4.4-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müəyyən etdiyi bölgü üzrə bu orqana bilavasitə tabe olan vergi orqanları, habelə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti həyata keçirirlər; [3]

2.3. həmin Qanunun 6.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikasının Prezidenti, digər hallarda Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; [4]

2.4. həmin Qanunun 6.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirirlər. [5]

2.5. bu Fərmanın 2.7-ci bəndi və Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi digər hallar istisna olmaqla, həmin Qanunun 4.1-ci maddəsində “orqan (qurum)” dedikdə aşağıdakılar nəzərdə tutulur: [6]

2.5.1. ali təhsil müəssisələrinə münasibətdə – Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi icra hakimiyyəti orqanı;

2.5.2. orta ixtisas təhsili müəssisələrinə münasibətdə – Azərbaycan Respublikasının Nazirlər Kabineti;

2.5.3. digər təhsil, habelə sosial xidmət və tibb müəssisələrinə münasibətdə –Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, tabeliyində olacağı icra hakimiyyəti orqanı və dövlət adından yaradılan publik hüquqi şəxs; [7]

2.5.4. digər publik hüquqi şəxslərə münasibətdə – Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi icra hakimiyyəti orqanı və dövlət adından yaradılan publik hüquqi şəxs;

2.6. bu Fərmanın 2.7-ci bəndi və Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi digər hallar istisna olmaqla, həmin Qanunun 6.3-cü maddəsində “orqan (qurum)” dedikdə aşağıdakılar nəzərdə tutulur: [8]

2.6.1. ali təhsil müəssisələrinə münasibətdə – Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti;

2.6.2. bu Fərmanın 2.5.2-ci və 2.5.3-cü yarımbəndlərində qeyd olunan publik hüquqi şəxslərə münasibətdə – tabeliyində olduğu icra hakimiyyəti orqanı və dövlət adından yaradılan publik hüquqi şəxs;

2.6.3. digər publik hüquqi şəxslərə münasibətdə – Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi icra hakimiyyəti orqanı və dövlət adından yaradılan publik hüquqi şəxs;

2.7. Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin (dövlət adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla) təklifi əsasında onların tabeliyində yaradılması nəzərdə tutulan publik hüquqi şəxslərə münasibətdə: [9]

2.7.1. həmin Qanunun 4.1-ci maddəsində “orqan (qurum)” dedikdə aşağıdakılar nəzərdə tutulur: [10]

1. ali təhsil və orta ixtisas təhsili müəssisələrinə münasibətdə, müvafiq olaraq, bu Fərmanın 2.5.1-ci və 2.5.2-ci yarımbəndlərində müəyyən edilmiş orqanlar;

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, müvafiq olaraq, digər təhsil müəssislərinə münasibətdə – Azərbaycan Respublikasının Təhsil Nazirliyi, sosial xidmət müəssisələrinə münasibətdə –Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, tibb müəssisələrinə münasibətdə – Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi;

3. digər publik hüquqi şəxslərə münasibətdə – Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi icra hakimiyyəti orqanı;

2.7.2. həmin Qanunun 6.3-cü maddəsində “orqan (qurum)” dedikdə aşağıdakılar nəzərdə tutulur:

1. ali təhsil müəssisələrinə münasibətdə – Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti;

2. digər təhsil müəssislərinə münasibətdə – Azərbaycan Respublikasının Təhsil Nazirliyi, sosial xidmət müəssisələrinə münasibətdə – Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, tibb müəssisələrinə münasibətdə – Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi;

3. digər publik hüquqi şəxslərə münasibətdə – Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi icra hakimiyyəti orqanı;

2.8. Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin (dövlət adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla) tabeliyində yaradılan publik hüquqi şəxsə münasibətdə təsisçinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2.2-1‒8.2.7-ci maddələrində göstərilən səlahiyyətləri həmin dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə aiddir. [11]

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 fevral 2016-cı il

                № 759

 

 

 


FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.       14 iyul 2017-ci il tarixli 1533 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 23 iyul 2017-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1343)

2.       17 yanvar 2018-ci il tarixli 1788 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 18 yanvar 2018-ci il, № 12, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 44)

3.       6 iyul 2018-ci il tarixli 172 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 7 iyul 2018-ci il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №7, I kitab, maddə 1458)

4.       30 avqust 2018-ci il tarixli 255 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 31 avqust 2018-ci il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 8, maddə 1705)

5.       30 avqust 2019-cu il tarixli 827 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 sentyabr 2019-cu il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 8, maddə 1409)

6.       2 avqust 2022-ci il tarixli 1787 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 2 avqust 2022-ci il, “Xalq” qəzeti 4 avqust 2022-ci il, № 163)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 



[1] 14 iyul 2017-ci il tarixli 1533 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 23 iyul 2017-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1343) ilə 2.1-ci bənddə “maddəsində” sözü “və 6.3-cü maddələrində” sözləri ilə əvəz edilmişdir.

30 avqust 2018-ci il tarixli 255 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 31 avqust 2018-ci il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 8, maddə 1705) ilə 2.1-ci bənd ləğv edilmişdir.

 

[2] 14 iyul 2017-ci il tarixli 1533 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 23 iyul 2017-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1343) ilə 2.1-1-ci bənd əlavə edilmişdir.

 

30 avqust 2019-cu il tarixli 827 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 sentyabr 2019-cu il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 8, maddə 1409) ilə 2.1-1-ci bənddə “6.4-cü maddəsində” sözləri “4.1-ci maddəsində, 4.4-cü maddəsinin ikinci cümləsində, 6.3-cü, 6.4-cü maddələrində” sözləri ilə əvəz edilmişdir.

 

[3] 17 yanvar 2018-ci il tarixli 1788 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 18 yanvar 2018-ci il, № 12, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 44) ilə 2.2-ci bənddə “Respublikasının Vergilər Nazirliyi həyata keçirir” sözləri “Respublikası Vergilər Nazirliyinin müəyyən etdiyi bölgü üzrə bu orqana bilavasitə tabe olan vergi orqanları, habelə Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi həyata keçirirlər” sözləri ilə əvəz edilmişdir.

30 avqust 2019-cu il tarixli 827 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 sentyabr 2019-cu il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 8, maddə 1409) ilə 2.2-ci bənddə “maddəsində” sözü “maddəsinin birinci cümləsində” sözləri ilə əvəz edilmişdir.

2 avqust 2022-ci il tarixli 1787 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 2 avqust 2022-ci il, “Xalq” qəzeti 4 avqust 2022-ci il, № 163) ilə 2.2-ci bəndində “Vergilər Nazirliyinin” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin” sözləri ilə və “Vergilər Nazirliyi” sözləri “Dövlət Vergi Xidməti” sözləri ilə əvəz edilmişdir.

 

[4] 6 iyul 2018-ci il tarixli 172 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 7 iyul 2018-ci il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №7, I kitab, maddə 1458) ilə 2.3-cü bəndinə “səlahiyyətlərini” sözündən sonra “Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikasının Prezidenti, digər hallarda” sözləri əlavə edilmişdir.

 

[5] 14 iyul 2017-ci il tarixli 1533 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 23 iyul 2017-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1343) ilə 2.4-cü bənd ləğv edilmişdir.

 

[6] 30 avqust 2018-ci il tarixli 255 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 31 avqust 2018-ci il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 8, maddə 1705) ilə yeni məzmunda 2.5 – 2.8-ci bəndlər əlavə edilmişdir.

 

30 avqust 2019-cu il tarixli 827 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 sentyabr 2019-cu il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 8, maddə 1409) ilə 2.5-ci bəndin birinci abzasında “nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər” sözləri “orqan (qurum)” dedikdə aşağıdakılar nəzərdə tutulur” sözləri ilə əvəz edilmişdir.

 

[7] 30 avqust 2019-cu il tarixli 827 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 sentyabr 2019-cu il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 8, maddə 1409) ilə 2.5.3-cü, 2.5.4-cü, 2.6.2-ci və 2.6.3-cü yarımbəndlərə “orqanı” sözündən sonra “və dövlət adından yaradılan publik hüquqi şəxs” sözləri əlavə edilmişdir.

 

[8] 30 avqust 2019-cu il tarixli 827 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 sentyabr 2019-cu il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 8, maddə 1409) ilə 2.6-cı bəndin birinci abzasında “nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər” sözləri “orqan (qurum)” dedikdə aşağıdakılar nəzərdə tutulur” sözləri ilə əvəz edilmişdir.

 

[9] 30 avqust 2019-cu il tarixli 827 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 sentyabr 2019-cu il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 8, maddə 1409) ilə 2.7-ci bəndin birinci abzasına “şəxslərin” sözündən sonra “(dövlət adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla)” sözləri əlavə edilmişdir.

 

[10] 30 avqust 2019-cu il tarixli 827 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 sentyabr 2019-cu il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 8, maddə 1409) ilə 2.7.1-ci və 2.7.2-ci yarımbəndlərdə “nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər” sözləri “orqan (qurum)” dedikdə aşağıdakılar nəzərdə tutulur” sözləri ilə əvəz edilmişdir.

 

[11] 30 avqust 2019-cu il tarixli 827 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 sentyabr 2019-cu il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 8, maddə 1409) ilə 2.8-ci bənd yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

2.8. Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyində yaradılan publik hüquqi şəxsin strukturunu təsdiq etmək səlahiyyəti, habelə “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2.3-cü, 8.2.4-cü (icra orqanlarının yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi səlahiyyətləri istisna olmaqla), 8.2.5-ci və 8.2.6-cı maddələrində göstərilən səlahiyyətlər dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə aiddir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status