AKTIN NÖVÜ
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
QƏBUL EDİLDİYİ TARİX
27.01.2016
QEYDİYYAT NÖMRƏSİ
05
ADI
“Emissiya prospektinə və informasiya memorandumuna dair tələblər haqqında Qaydalar”ın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
04.02.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.110.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201601270005
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
03.02.2016
“Emissiya prospektinə və informasiya memorandumuna dair tələblər haqqında Qaydalar”ın təsdiq edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASININ QİYMƏTLİ KAĞIZLAR ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN QƏRARI

Qəbul edildiyi tarix

27.01.2016

Qeydiyyat nömrəsi

05

Adı

“Emissiya prospektinə və informasiya memorandumuna dair tələblər haqqında Qaydalar”ın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

04.02.2016

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.110.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201601270005

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

03.02.2016

 

 

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 566 nömrəli Fərmanının 3.1-ci bəndinin icrası məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 14.5-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (Komitə)

 

Q Ə R A R A  A L I R:

 

1. “Emissiya prospektinə və informasiya memorandumuna dair tələblər haqqında Qaydalar” təsdiq edilsin (Əlavə olunur).

2. Hüquq şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3. Qiymətli kağızların qeydiyyatı şöbəsinə (E.Allahverdiyev) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələləri həll etsin.

4. Ümumi şöbəyə (E.İsayev) tapşırılsın ki, Komitənin aparatının və Komitənin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin bu Qərarla tanış olmalarını təmin etsin.

5. “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və “Azərbaycan Respublikasının 2011-ci il 15 noyabr tarixli Qanununun tətbiqi və “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının icrası ilə əlaqədar bir sıra normativ hüquqi aktların təsdiqi barədə” 2012-ci il 11 may tarixli 07 nömrəli Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş “İnvestisiya qiymətli kağızların emissiyası Qaydaları” və “İnvestisiya qiymətli kağızların emissiyası” Qaydalarına dəyişikliklər edilməsi barədə” 2012-ci il 6 sentyabr tarixli 11 nömrəli Qərar ləğv olunsun.

6. Bu Qərarın icrasına nəzarət sədr müavini İ.Muradova həvalə edilsin.

 

 

Sədr                                                                                                                                     Rüfət Aslanlı

 

 


 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

Qərar № 05

27 yanvar 2016-cı il

Sədr

_______________

R. Aslanlı

 

 

Emissiya prospekti və informasiya memorandumuna dair tələblər haqqında Qaydalar

 

1.                  Ümumi müddəalar

 

1.1              . Bu Qaydalar “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 5.3-cü, 5.5.3-cü, 5.5.4-cü, 5.9-cu və 5.11-ci maddələrinə müvafiq olaraq hazırlanmışdır və emissiya prospektinə və informasiya memorandumuna dair tələbləri müəyyən edir.

1.2  . İnvestisiya qiymətli kağızlarının kütləvi təklifi emissiya prospekti ilə müşayiət olunur. Emitent və ya investisiya qiymətli kağızlarını təklif edən şəxs investisiya qiymətli kağızlarının tənzimlənən bazarda ticarətə buraxılması üçün emissiya prospekti tərtib etməlidir.

1.3    . Aşağıdakı hallarda emitent emissiya prospektinin tərtib edilməsindən azaddır:

1.3.1    . dövlət və bələdiyyə, Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar və ya Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən investisiya qiymətli kağızları emissiya edildikdə;

1.3.2     . dövlət zəmanəti ilə təmin edilən investisiya qiymətli kağızları emissiya edildikdə;

1.3.3     . səhmdarlardan ödəniş tələb etməyən və dividendlərin ödənilməsi əvəzinə mövcud olan səhmlərlə eyni növdə buraxılan səhmlər emissiya edildikdə;

1.3.4     . tənzimlənən bazarda bir təqvim ili ərzində buraxılan səhmlər emitentin nizamnamə kapitalının on faizindən az olan hissədə kütləvi təklif edildikdə;

1.3.5     . investisiya qiymətli kağızlar konvertasiya edildikdə;

1.3.6     . investisiya qiymətli kağızlarının kütləvi təklifi nəzərdə tutulmadıqda.

1.4    . Emissiya prospektinin əvəzinə aşağıdakı hallarda informasiya memorandumu tərtib edilir:

1.4.1     . investisiya qiymətli kağızları, o cümlədən bu növ investisiya qiymətli kağızlarına hüquqlar, qoşulan hüquqi şəxsin səhmdarlarına və ya payçılarına təklif edildikdə və onların arasında yerləşdirildikdə;

1.4.2     . investisiya qiymətli kağızları, o cümlədən bu növ investisiya qiymətli kağızlarına hüquqlar, ayrılan hüquqi şəxsin səhmdarlarına və ya payçılarına təklif edildikdə və onların arasında yerləşdirildikdə;

1.4.3     . investisiya qiymətli kağızlarının buraxılışının məbləği 100.000 (yüz min) manatdan az olduqda;

1.4.4     . emitent tərəfindən bir təqvim ili ərzində buraxılan investisiya qiymətli kağızların məcmu nominal dəyəri 1.000.000 (bir milyon) manatdan çox olmadıqda;

1.4.5     . institusional investorlara ünvanlanan təklif edildikdə.

1.5    . Bir il ərzində emissiyası nəzərdə tutulan bir neçə istiqraz buraxılışları üçün emitent baza emissiya prospektini tərtib edir. Bu Qaydaların 2.1-ci bəndində müəyyən edilmiş tələblər baza emissiya prospektinə şamil olunur.

 

2.    Emissiya prospektinə və informasiya memorandumuna dair tələblər

 

2.1    .Emissiya prospektində aşağıdakılar öz əksini tapmalıdır:

2.1.1        .emissiya prospektinə daxil edilmiş bütün məlumatlara və ya müəyyən bir hissənə dair məsul olan bütün fiziki (hər birinin soyadı, adı və atasının adı, tutduqları vəzifə) və hüquqi (adları və qeydiyyatda olduğu ünvanları) şəxslərin siyahısı;

2.1.2        .emissiya prospektinə daxil edilmiş məlumatların həqiqi faktlar əsasında olduğu, heç bir faktın gizlədilmədiyi və bunun üçün bütün lazımi tədbirlərin görüldüyü barədə bu Qaydaların 2.1.1-ci yarımbəndində qeyd edilmiş şəxslərin bəyanatları;

2.1.3        .emissiya prospektinin aydın və təfərrüatlı mündəricatı;

2.1.4        .bu Qaydanın 1-ci Əlavəsinə uyğun olaraq hazırlanmış xülasə. Xülasə prospektin ümumi həcminin 7%-dən və ya 15 səhifədən artıq olmamalıdır. Xülasədə olan məlumat aydın və başa düşülən formada təqdim edilməlidir;

2.1.5    .səhm emissiyası zamanı bu Qaydaların 2 saylı Əlavəsinə uyğun olaraq emitent barədə məlumat;

2.1.6        .istiqrazların emissiyasını həyata keçirən emitent bank olduqda bu Qaydaların 7 saylı Əlavəsinə uyğun olaraq emitent barədə məlumat;

2.1.7   .istiqrazların emissiyasını həyata keçirən emitent xarici dövlət orqanı olduqda bu Qaydaların 8 saylı Əlavəsinə uyğun olaraq emitent barədə məlumat;

2.1.8   . istiqrazların emissiyasını həyata keçirən emitent bir neçə dövlət tərəfindən təsis edilmiş təşkilat olduqda (beynəlxalq təşkilat) bu Qaydaların 9 saylı Əlavəsinə uyğun olaraq emitent barədə məlumat;

2.1.9   . istiqrazların emissiyasını həyata keçirən emitent bu Qaydaların 2.1.6-cı, 2.1.7-ci və 2.1.8-ci yarımbəndlərində müəyyən edilmiş şəxslərdən olmadıqda, bu Qaydaların 5 saylı Əlavəsinə uyğun olaraq emitent barədə məlumat;

2.1.10    . təminatçının fəaliyyət növündən və təşkilati hüquqi-formasından asılı olaraq (təmin edilmiş istiqrazların emissiyası zamanı) bu Qaydaların 2.1.6-cı - 2.1.9-cu yarımbəndlərinə əsasən təminatçı barədə məlumat;

2.1.11    . bu Qaydaların 4 saylı Əlavəsinə uyğun olaraq təklif olunan səhmlər barədə məlumat;

2.1.12    . bu Qaydaların 6 saylı Əlavəsinə uyğun olaraq təklif olunan istiqrazlar barədə məlumat;

2.1.13     .bu Qaydaların 10 saylı Əlavəsinin 1-ci hissəsi ilə tələb olunan məlumatlar (baza emissiya prospekti üçün);

2.1.14    . təmin edilmiş istiqrazlar üzrə təminatın təsviri və şərtləri;

2.1.15     .emissiya prospektinə daxil edilən məlumat audit edildiyi halda bu barədə müvafiq auditor rəyi və audit hesabatı;

2.1.16     .emissiya prospektinə hər hansı bir ekspertin hesabatı daxil edildikdə, həmin ekspertin soyadı, adı, iş yeri, ixtisası və ekspertin müstəqilliyinə təsir göstərə biləcək və maraqların toqquşmasına səbəb ola biləcək məlumat (məlumat “Ekspertlərin hesabatları və maraqların toqquşması barədə bəyannamə” adı altında əks olunmalıdır);

2.1.17     .emissiya prospektinə üçüncü şəxslər tərəfindən təqdim olunan məlumatlar daxil edildikdə, həmin məlumatları mənbələri göstərməklə, dəqiq verildiyi və təhrif olunmaması barədə emitentin bəyanatı (“Üçüncü tərəflərin məlumatı” adı altında əks olunmalıdır);

2.1.18    . buraxılışa cəlb olunmuş məsləhətçilər barədə məlumat emissiya prospektinə daxil edildikdə, onların iştirakının mahiyyəti barədə məlumat. Baza emissiya prospekti tərtib edildiyi halda, emitent hər bir istiqraz buraxılış üçün baza emissiya prospektinə əlavə sənəd formasında bu Qaydaların 10 saylı Əlavəsinin 2-ci hissəsinin tələblərinə əsasən istiqraz buraxılışı haqqında Yekun şərtləri (bundan sonra –Yekun Şərtlər) hazırlamalıdır.

2.2    . Yekun şərtlərin açıqlanması qaydası onların baza emissiya prospektinin açıqlanma qaydası ilə eyni olmalıdır.

2.3    . Yekun şərtlər baza emissiya prospektində verilən hər hansı bir məlumatı dəyişdirməməli və ona zidd olmamalıdır.

2.4    . Yekun şərtlərin hazırlanması zamanı baza emissiya prospektinə istinad edilir.

2.5    . Yekun şərtlərə aşağıdakı məlumatları özündə əks etdirən bəyanat əlavə edilməlidir:

2.5.1        . yekun şərtlərin baza emissiya prospekti ilə birgə oxunması barədə məlumat;

2.5.2        . baza emissiya prospektinin və onun əlavəsinin (əlavələrinin) açıqlanması yeri;

2.5.3        . hər bir buraxılışın xülasəsinin yekun şərtlərə əlavə olunması barədə məlumat.

2.6    . Baza emissiya prospekti əsasında emissiya edilən hər bir istiqraz buraxılışı haqqında xülasə yekun şərtlərə əlavə olunmalıdır. Həmin xülasədə aşağıdakı məlumatlar əks olunmalıdır:

2.6.1        . baza emissiya prospektinin xülasəsindən həmin buraxılış barədə məlumat;

2.6.2        . baza emissiya prospekti ilə müəyyən edilmiş və bu buraxılışa aid edilən hüquqlar.

2.7    . Yekun şərtlər emitentin hüquqi nümayəndəsi, emissiya prospektinə məsul şəxsin və ya hər ikisi tərəfindən imzalanmalıdır.

2.8    . Aşağıdakı məlumatlar əvvəllər dərc olunmuş sənədlərə istinad etmək yolu ilə emissiya prospektinə daxil edilir:

2.8.1        . illik və ya aralıq maliyyə hesabatları;

2.8.2        . emitentin birləşmə və ya ayrılma yolu ilə yenidən təşkili barədə kütləvi informasiya vasitələrində açıqlanan məlumat;

2.8.3        . audit hesabatları;

2.8.4        . hüquqi şəxsin təsis sənədləri;

2.8.5        . əvvəllər təsdiq olunmuş və dərc edilmiş emissiya prospektləri;

2.8.6        . emitentə və ya buraxılışa aid olan dövlət orqanlarının məlumatı.

2.9         . İstinad vasitəsilə verilən məlumat dəyişikliklərə məruz qalmış məlumatdan ibarət olduqda, prospektdə bu barədə yenilənmiş məlumat təqdim edilməlidir.

2.10     . Məlumatın aydın təqdim olunması baxımından investorların hüquqlarının qorunmasına təhlükə törədə biləcəyi istinadın dəqiq və səlis təqdim olunmaması təqdirində məlumatın istinada əsasən verilməsinə icazə verilmir.

2.11     . Emitent emissiya prospektinin və ya informasiya memorandumunun qüvvədə olduğu müddət ərzində aşağıdakı sənədlərin (və ya onların nüsxəsinin) elektron və ya kağız formada açıqlanmasını təmin etməlidir:      

2.11.1    . emitentin təsis sənədləri;

2.11.2    . emitentin sorğusu əsasında hazırlanan və prospektdə qeyd edilən hər hansı bir ekspert tərəfindən hazırlanmış hesabatlar, məktublar, keçmiş maliyyə məlumatları, qiymətləndirmələr və digər sənədlər;

2.11.3    . son 2 il ərzində emitent və onun törəmə şirkətlərinin maliyyə məlumatları;

2.12     . Emitent xarici dövlət orqanı olduqda, emissiya prospektinın qüvvədə olduğu müddət ərzində, yalnız bu Qaydaların 2.11.2-ci yarımbəndində qeyd olunmuş məlumatların açıqlanmasını təmin etməlidir.

2.13     . Emitent beynəlxalq təşkilat olduqda, emissiya prospektinın qüvvədə olduğu müddət ərzində, yalnız bu Qaydaların 2.11.1-ci və 2.11.2-ci yarımbəndlərində qeyd olunmuş məlumatın və son 2 il ərzində olan emitentin maliyyə və audit hesabatlarının açıqlanmasını təmin etməlidir.

2.14     . Bu Qaydaların 2.11-ci, 2.12-ci və 2.13-cü bəndlərində göstərilmiş sənədlərdən hər hansı biri azərbaycan dilində tərtib olunmadıqda, həmin sənədlər azərbaycan dilinə tərcümə edilmiş sənədlə birgə açıqlanmalıdır.

2.15     . İnformasiya memorandumu bu Qaydaların 1 saylı Əlavəsinə uyğun olaraq hazırlanmalıdır.

 

 


 

 

“Emissiya prospektinə və informasiya memorandumuna dair tələblər haqqında” Qaydalara Əlavə № 1

 

 

Xülasəyə (informasiya memorandumuna) dair tələblər

 

1.      Xəbərdarlıqlar

1.1. Aşağıdakı məzmunda xəbərdarlıq:

1.1.1. bu sənəd emissiya prospektinin giriş hissəsidir;

1.1.2. qiymətli kağızlara investisiya etmək barədə hər hansı bir qərar investorun emissiya prospektini (informasiya memorandumunu) oxuduqdan sonra həyata keçirilməlidir;

1.1.3. emissiya prospektində (informasiya memorandumunda) olan məlumatların yanlış, qeyri-dəqiq, ziddiyyətli olduğu və ya qiymətli kağızlara investisiya edib-etməmək barədə qərar verən investorlara kömək etmək məqsədilə əsas informasiyanın verilmədiyi zaman emissiya prospektini hazırlamış şəxslər mülki məsuliyyəti daşıyırlar.

 

2. Emitent və zamin (olduqda) haqqında məlumat

2.1.      Səhm emissiyası zamanı aşağıdakı məlumatlar təqdim edilməlidir:

2.1.1.   emitentin tam adı;

2.1.2.   emitentin olduğu yer və təşkilati-hüquqi forması, emitentin qeydiyyatda olduğu ölkə;

2.1.3.   emitentin rəqabət apardığı əsas bazarların təsviri və cari il üzrə fəaliyyət kateqoriyası və coğrafi amilləri nəzərə alaraq ümumi gəlirlərin tədqiqi;

2.1.4.   emitentə və onun əməliyyat apardığı sahələrə təsir edən ən vacib son tendensiyaların təsviri;

2.1.5.   emitentin digər hüquqi şəxslərdə mövqeyinin qısa təsviri;

2.1.6.   emitentin nizamnamə kapitalında mühüm iştirak payına sahib olan səhmdarların adları, vətəndaşlığı və onlara məxsus səhmlərin sayı və nizamnamə kapitalında olan faiz nisbəti;

2.1.7. mühüm iştirak payına sahib olan səhmdarların malik olduğu səhmlər üzrə səs hüquqları barədə məlumat;

2.1.8. mühüm iştirak payına sahib olan səhmdarlar tərəfindən emitentə nəzarətin xüsusiyyəti;

2.1.9.   son üç maliyyə ili ərzində hər maliyyə ili üzrə seçilmiş maliyyə məlumatı əsasında emitentin maliyyə durumunun əsas göstəriciləri. Aralıq dövrlər üçün seçilmiş maliyyə məlumatı verildiyi zaman əvvəlki maliyyə ilində eyni dövr barədə müqayisəli məlumatlar verilməlidir. Maliyyə məlumatları ətraflı izah ilə müşayiət olunmalıdır;

2.1.10.      seçilmiş proforma maliyyə məlumatı. Seçilmiş proforma maliyyə məlumatının emitentin fərziyyəyə əsaslanan vəziyyətinin təsvir edilməsi və buna görə də şirkətin faktiki maliyyə göstəricilərini özündə əks etdirməməsi barədə qeyd;

2.1.11.      gəlir proqnozunun mövcud olduğu zaman bu barədə qeyd;

2.1.12.   audit edilmiş maliyyə məlumatlarına dair auditorun rəyinin qısa təsviri;

2.1.13. dövriyyə kapitalının emitentin cari ehtiyacları üçün kifayət etmədiyi təqdirdə tələb olunan əlavə vəsaitlərin mənbələri barədə məlumat.

2.2 İstiqrazların emissiyası zamanı aşağıdakı məlumatlar təqdim edilməlidir:

2.2.1.   emitentin tam adı;

2.2.2.   emitentin olduğu yer və təşkilati-hüquqi forması, emitentin qeydiyyatda olduğu ölkə;

2.2.3.   emitentə və onun əməliyyat apardığı sahələrə təsir edən məlum tendensiyaların təsviri;

2.2.4.   emitentin digər hüquqi şəxslərdə mövqeyinin qısa təsviri. Emitentin qrupda olan şəxslərdən asılı olduğu təqdirdə bu barədə qeyd;

2.2.5.   gəlir proqnozunun mövcud olduğu zaman bu barədə qeyd;

2.2.6.   audit edilmiş maliyyə məlumatlarına dair auditorun rəyinin qısa təsviri;

2.2.7.   son üç maliyyə ili ərzində hər maliyyə ili üzrə seçilmiş maliyyə məlumatı əsasında emitentin maliyyə durumunun əsas göstəriciləri. Aralıq dövrlər üçün seçilmiş maliyyə məlumatı verildiyi zaman əvvəlki maliyyə ilində eyni dövr barədə müqayisəli məlumatlar verilməlidir. Son dərc olunmuş audit edilmiş maliyyə hesabatlarından bəri emitentin fəaliyyətində dəyişikliyin olub-olmaması barədə məlumat. Aralıq dövrlər üçün seçilmiş maliyyə məlumatı verildiyi zaman əvvəlki maliyyə ilində eyni dövr barədə müqayisəli məlumatlar verilməlidir;

2.2.8.   emitentin ödəmə qabiliyyətinin qiymətləndirilməsinə təsir edən ən son hadisələr;

2.2.9.   emitentin əsas fəaliyyətlərinin təsviri;

2.2.10. mühüm iştirak payına sahib olan şəxslər tərəfindən emitentə nəzarətinin xüsusiyyəti.

2.3. İstiqrazların emissiyası bank tərəfindən həyata keçirildikdə aşağıdakı məlumatlar təqdim edilməlidir:

2.3.1.   emitentin tam adı;

2.3.2.   emitentin olduğu yer və təşkilati-hüquqi forması, emitentin qeydiyyatda olduğu ölkə;

2.3.3.   emitentə və onun əməliyyat apardığı sahələrə təsir edən məlum tendensiyaların təsviri;

2.3.4.   emitentin digər hüquqi şəxslərdə mövqeyinin qısa təsviri. emitentin qrupda olan şəxslərdən asılı olduğu təqdirdə bu barədə qeyd;

2.3.5.   gəlir proqnozunun mövcud olduğu zaman bu barədə qeyd;

2.3.6.   audit edilmiş maliyyə məlumatlarına dair auditorun rəyinin qısa təsviri;

2.3.7.   son üç maliyyə ili ərzində hər maliyyə ili üzrə seçilmiş maliyyə məlumatı əsasında emitentin maliyyə durumunun əsas göstəriciləri. Aralıq dövrlər üçün seçilmiş maliyyə məlumatı verildiyi zaman əvvəlki maliyyə ilində eyni dövr barədə müqayisəli məlumatlar verilməlidir. Son dərc olunmuş audit edilmiş maliyyə hesabatlarından bəri emitentin fəaliyyətində dəyişikliyin olub-olmaması barədə məlumat. Aralıq dövrlər üçün seçilmiş maliyyə məlumatı verildiyi zaman əvvəlki maliyyə ilində eyni dövr barədə müqayisəli məlumatlar verilməlidir;

2.3.8.   emitentin ödəmə qabiliyyətinin qiymətləndirilməsinə təsir edən ən son hadisələr;

2.3.9.   emitentin əsas fəaliyyətlərinin təsviri;

2.3.10.   mühüm iştirak payına sahib olan şəxslər tərəfindən emitentə nəzarətinin xüsusiyyəti.

2.4. İstiqrazların emissiyası xarici dövlət orqanı tərəfindən həyata keçirildikdə aşağıdakı məlumatlar təqdim edilməlidir:

2.4.1.   emitentin adı və onun mənsub olduğu ölkədə fəaliyyət istiqamətlərinin təsviri;

2.4.2. emitentin ödəmə qabiliyyətinin qiymətləndirilməsinə aid ən son hadisələr;

2.4.3. emitentin ölkəsinin iqtisadi sektorlarının strukturu;

2.4.4.   keçmiş iki fiskal ili üzrə emitentin ölkəsinin iqtisadiyyatın sektorları üzrə ümumdaxili məhsulu.

2.5. İstiqrazların emissiyası beynəlxalq təşkilat tərəfindən həyata keçirildikdə aşağıdakı məlumatlar təqdim edilməlidir:

2.5.1.   emitentin adı və hüquqi statusu;

2.5.2. emitentin təşkilati-hüquqi forması;

2.5.3. emitentin məqsədinin və funksiyalarının qısa təsviri;

2.5.4. maliyyə mənbələri, zəmanətlər və üzvləri tərəfindən emitentə yerinə yetirilməli olan öhdəliklər barədə məlumat;

2.5.5. emitentin ödəmə qabiliyyətinin qiymətləndirilməsi ilə bağlı baş verən ən son hadisələr;

2.5.6.   son iki maliyyə ilini əhatə edən son audit edilmiş seçilmiş maliyyə məlumatı. Bu, son audit edilmiş maliyyə məlumatından bəri emitentin maliyyə vəziyyətinə baş verən dəyişikliklərin təsviri.

 

3. Qiymətli kağızlar haqqında məlumat

3.1. Səhm emissiyası zamanı aşağıdakı məlumatlar təqdim edilməlidir:

3.1.1.   səhmlərin növü və qeydiyyat nömrəsi (tədavüldə olan səhmlər üçün);

3.1.2. emitentin emissiya hesabında olan səhmlərinin sayı və nominal dəyəri. Emitentin törəmə müəssisələrinə məxsus emitentin səhmlərinin sayı və nominal dəyəri;

3.1.3.   səhmlərlə təsbit olunan hüquqlar;

3.1.4.   səhmlərlə təsbit olunan məhdudiyyətlər;

3.1.5.   səhmlərin tənzimlənən bazarda ticarətə buraxılması barədə emitent tərəfindən müraciətin edilməsinin nəzərdə tutulub-tutulmaması barədə məlumat. Belə bir müraciətin edilməsi nəzərdə tutulduğu halda səhmlərin ticarətə buraxılacağı tənzimlənən bazar barədə məlumat və ticarətə buraxılmanın şərtləri;

3.1.6.   emitentin dividend siyasətinin təsviri.

3.2. İstiqraz emissiyası zamanı aşağıdakı məlumatlar təqdim edilməlidir:

3.2.1.   istiqrazların növü;

3.2.2.   istiqrazların valyutası;

3.2.3.   istiqrazların təsbit olunan məhdudiyyətlər;

3.2.4.   istiqrazların təsbit olunmuş hüquqların təsviri ;

3.2.5.   istiqrazların faiz dərəcəsi. İstiqrazların faizlərinin və dəyərinin ödənilmə tarixi və müddəti. Faiz dərəcəsi müəyyən olunmadığı halda istiqrazın faiz dərəcəsinin nəyin əsasında hesablanması üsulu, həmin əsas barədə məlumat və onun müəyyən olunmasının mənbələri;

3.2.6. təmin edilmiş istiqrazlar üzrə təminatın təsviri və şərtləri;

3.2.7. istiqrazların geri satın alınma şərtləri;

3.2.8. gəlirin qısa formada hesablama metodunu göstərməklə gəlir göstəricisi;

3.2.9. istiqrazların mülkiyyətçisinin təmsilçisinin adı;

3.2.10. təmin edilmiş istiqrazlar təklif olunduqda təminatın dəyərinin istiqrazların və onlar üzrə faizlərin ödənişinə təsiri barədə aydın və ətraflı məlumat;

3.2.11. istiqrazların tənzimlənən bazarda ticarətə buraxılması barədə emitent tərəfindən müraciətin edilməsinin nəzərdə tutulub-tutulmaması barədə məlumat. Belə bir müraciətin edilməsi nəzərdə tutulduğu halda səhmlərin ticarətə buraxılacağı tənzimlənən bazar barədə məlumat və ticarətə buraxılmanın şərtləri.

 

4. Risk faktorları

4.1. Təklif olunan qiymətli kağızlarla əlaqəli bazar risklərini qiymətləndirmək üçün zəruri olan risk faktorları;

4.2. Səhm emissiyası zamanı emitentin və ya onun fəaliyyət göstərdiyi sahəyə xas olan risk faktorları, istiqraz emissiyası zamanı emitentin öhdəliklərini yerinə yetirmək qabiliyyətinə təsir edə bilən risk faktorları;

 

5. Təklif

5.1. Səhm emissiyası zamanı aşağıdakı məlumatlar təqdim edilməlidir:

5.1.1.   emissiyanın həyata keçirilməsindən nəzərdə tutulan xərclər və cəlb olunacaq vəsaitlərin xalis məbləği;

5.1.2.   təklifin səbəbləri, gəlirlərin istifadəsi, gəlirlərin nəzərdə tutulan xalis məbləği;

5.1.3.   təklifin şərtlərinin təsviri;

5.1.4.   emissiyada iştirak edən şəxslərin maraqları, o cümlədən maraqların toqquşması, barədə ətraflı məlumat;

5.1.5.   təklif edilən səhmlərin mülkiyyətçilərinin adı və ünvanı, emitent ilə hər hansı bir səhmdar arasında müəyyən olunmuş müddət ərzində həmin səhmdara məxsus səhmlərin satılmaması haqqında olan müqavilələr barədə məlumat, iştirak edən tərəflər, müqavilənin müddəti;

5.1.6.   yeni səhm təklifi nəticəsində mövcud səhm mülkiyyətçilərinin paylarında olan dəyişmə ehtimalları (miqdarı və faizi göstərilməklə);

5.1.7. səhm alıcısının ödəməli olduğu vergi və xərclərin məbləği.

5.1.8.   qiymətli kağızların yerləşdirilməsində iştirak edəcək anderrayter barədə məlumat (adı, lisenziyasının nömrəsi, verilmə tarixi).

5.1.9. qiymətli kağızların təklifinin və yerləşdirilməsinin başlama və başa çatma tarixləri;

5.1.10. anderrayter tərəfindən təklifin şərtləri barədə məlumatın investorlara təklif zamanı təqdim olunması barədə qeyd.

5.2. İstiqraz emissiyası zamanı aşağıdakı məlumatlar təqdim edilməlidir:

5.2.1. təklifin səbəbi mənfəətin əldə edilməsi və ya bəzi risklərin sığortalanmasından fərqli olduğu təqdirdə emissiyanın səbəbi;

5.2.2. təklifin şərtlərinin təsviri;

5.2.3. emissiyada iştirak edən şəxslərin maraqları, o cümlədən maraqların toqquşması, barədə ətraflı məlumat;

5.2.4. istiqraz alıcısının ödəməli olduğu vergi və xərclərin məbləği.

 

 


 

 

“Emissiya prospektinə və informasiya memorandumuna dair tələblər haqqında” Qaydalara Əlavə № 2

 

 

Səhmlərin emitenti barədə tələb olunan məlumat

 

1.    Emitentin auditorları barədə məlumat

1.1    .Son üç maliyyə ili ərzində emitentin auditorlarının adı, ünvanları və hər hansı təşkilatda üzvlüyü barədə məlumat;

1.2    .Son üç maliyyə ili ərzində auditorların əvəzlənməsi və ya dəyişdirilməsi barədə, səbəbləri göstərilməklə məlumat.

 

2.    Seçilmiş maliyyə məlumatı

2.1    .Son üç maliyyə ili ərzində (hər maliyyə ili üzrə ayrı-ayrılıqda göstərməklə) seçilmiş maliyyə məlumatı əsasında emitentin maliyyə durumunun əsas göstəriciləri. Aralıq dövrlər üçün seçilmiş maliyyə məlumatı verildikdə əvvəlki maliyyə ilində eyni dövr barədə müqayisəli məlumatlar verilməlidir.

 

3.    Emitent barədə məlumat

3.1    .Emitentin tam adı, təşkilati-hüquqi forması;

3.2    .Emitentin dövlət qeydiyyatının rekvizitləri;

3.3    .Emitentin təşkilati-hüquqi forması dəyişdirildikdə, onun bütün əvvəlki adları, təşkilati-hüquqi formaları, o cümlədən bu dəyişikliklərin dövlət qeydiyyatı tarixi;

3.4    .Emitentin olduğu yer, poçt ünvanı, elektron poçt ünvanı, emitentin internet səhifəsinin ünvanı və əlaqə telefonları;

3.5    .Son üç maliyyə ili ərzində hər bir maliyyə ili üçün emitentin əsas investisiyalarının təsviri (məbləği göstərilməklə);

3.6    .Emitentin cari investisiyalarının təsviri, onların coğrafi bölüşdürülməsi (xarici və daxili) və maliyyələşdirmə üsulu (daxili və xarici);

3.7    .İdarəetmə orqanlarının emitentin gələcək investisiyaları ilə bağlı öhdəlikləri.

 

4.    Emitentin biznesinin icmalı

4.1    .Son üç maliyyə ili ərzində (hər maliyyə ili üzrə ayrı-ayrılıqda göstərməklə), emitentin satılmış məhsullarının və ya göstərilmiş xidmətlərin əsas kateqoriyalarını göstərərək, emitentin əməliyyatlarının və əsas fəaliyyətlərinin xarakteri ilə bağlı əsas faktorlar və onların təsviri;

4.2    .Təqdim olunmuş yeni məhsul və ya xidmətlər barədə məlumat, onların inkişaf statusu;

4.3    .Emitentin rəqabət apardığı əsas bazarların təsviri və son üç maliyyə ili ərzində (hər maliyyə ili üzrə ayrı-ayrılıqda göstərməklə) fəaliyyət kateqoriyası və coğrafi amilləri nəzərə alaraq ümumi gəlirlərin qruplaşdırılması;

4.4    .Bu Əlavənin 4.1-ci, 4.2-ci və 4.3-cü bəndlərində göstərilmiş məlumatlara təsir edən amillər;

4.5    .Emitentin patent və lisenziyalardan, sənaye, kommersiya və ya maliyyə müqavilələrindən və ya istehsal proseslərindən asılılığı barədə məlumat;

4.6    .Emitentin rəqabət mövqeyinə dair bəyanatı olduğu halda onun əsaslandırması.

 

5.    Digər təşkilatlarda iştirak

5.1    .Emitentin digər hüquqi şəxslərdə mövqeyinin qısa təsviri;

5.2    .Emitentin bütün törəmə və digər müəssisələrdə iştirakının payı (faizlə), onların tam adı, olduğu yer.

 

6.    Emitentin əsas vəsaitləri

6.1    .Emitentin icarəyə verilmiş, mövcud olan və əldə olunması nəzərdə tutulan əsas vəsaitləri;

6.2    .Əsas vəsaitlərin istifadəsinə təsir edə biləcək ətraf mühitlə (emitentin fəaliyyət istiqamətindən asılı olaraq əsas vəsaitlərin xarici amillərin təsiri altında baş verə biləcək dəyişiklik ) bağlı olan amillərin təsviri.

 

7.    Emitentin maliyyə və əməliyyat nəticələrinin icmalı

7.1    .Son üç maliyyə ili ərzində (hər maliyyə ili üzrə ayrı-ayrılıqda göstərməklə) mənfəət və zərər göstəriciləri;

7.2    .Emitentin maliyyə vəziyyətində dəyişikliklər baş verdiyi halda həmin dəyişikliklər və onlar barədə məlumat;

7.3    .Emitentin əməliyyatlardan gələn gəlirinə təsir edən amillər və gəlirin bundan nə qədər asılı olduğunu göstərən faktorlar;

7.4    .Xalis satışlarda və ya gəlirlərdə dəyişikliklər maliyyə hesabatlarında açıqlandığı halda bu dəyişikliklərin səbəblərinin təsviri;

7.5    .İqtisadi, fiskal, monetar, siyasi və digər amillərin emitentin əməliyyatlarına təsir etmiş və ya birbaşa və ya dolayı yolla təsir edə bilən faktorlar barədə məlumat.

 

8               Emitentin kapital resursları

8.1         .Emitentin kapital qoyuluşları (qısa və uzun müddətli);

8.2    .Emitentin pul vəsaitlərinin hərəkətinin mənbələrinin və məbləğlərinin izahı və təsviri;

8.3    .Emitentin borclanma ehtiyacları və maliyyələşmə strukturu barədə məlumat;

8.4    .Emitentin əməliyyatlarına birbaşa və ya dolayı yolla təsir etmiş və ya təsir edə bilən kapital qoyuluşlarının istifadəsinə dair hər hansı bir məhdudiyyətlərlə əlaqəli məlumat;

8.5    .Bu Əlavənin 3.7-ci və 6.1-ci bəndlərində qeyd olunmuş öhdəlikləri yerinə yetirmək üçün tələb olunan vəsaitlərin mənbələri barədə məlumat.

 

9          Tədqiqatlar, lisenziyalar və patentlər

9.1    .Son üç maliyyə ili ərzində emitentin hesabına aparılmış tədqiqat və inkişaf fəaliyyətlərinə sərf olunmuş məbləğ daxil olmaqla, emitentin tədqiqatları, patentləri, əqli mülkiyyət obyektləri və lisenziyaları barədə məlumat.

 

10  . Tendensiyalar barədə məlumat

10.1.Cari maliyyə ilinin əvvəlindən səhm buraxılışı haqqında qərarın qəbul edilməsi tarixinədək emitentin fəaliyyət göstərdiyi iqtisadi sahədə (istehsalat, satışların həcmi və mal-material ehtiyatları, xərclər və satış qiymətləri) müşahidə olunan tendensiyalar;

10.2. Emitentin fəaliyyətinə cari maliyyə ili dövründə təsir etmə ehtimalı olan məlum tendensiyalar, qeyri-müəyyənliklər, tələblər, öhdəliklər və ya hadisələr barədə məlumat.

 

11  . Gəlir proqnozu

11.1. Emitent öz mülahizəsinə əsasən emissiya prospektinə, bu Əlavənin 11.2-ci – 11.5-ci bəndlərinin tələblərinə uyğun, gəlir proqnozunu emissiya prospektinə əlavə edir;

11.2. Emitent tərəfindən müəyyən edilən və proqnozun əsasını təşkil edən əsas fərziyyələr haqqında hesabat gəlir proqnozuna əlavə edilməlidir. Hesabatda emitentin idarə heyətinin təsir edə biləcəyi və həmçinin idarə heyətinin təsirindən kənarda olan amillər və fərziyyələr arasındakı fərq aydın şəkildə göstərilməlidir;

11.3.Gəlir proqnozunun emitent uçot siyasətinə uyğunluğu haqqında müstəqil auditorun hesabatı gəlir proqnozuna əlavə edilməlidir;

11.4.Gəlir proqnozu və ya hesablaması keçmiş maliyyə məlumatları ilə müqayisə edilə bilən əsasda hazırlanmalıdır;

11.5.Emissiya prospektinə əvvəl dərc olunmuş gəlir proqnozu daxil edildikdə, həmin proqnozun emissiya prospektinin tərtib olunması tarixinə etibarlılığı barədə məlumat təqdim edilməlidir.

 

12  . Emitentin təsisçiləri, idarəetmə və nəzarət orqanları

12.1. Emitent 5 ildən az müddətdə mövcud olduğu təqdirdə, hər birinin soyadı, adı, atasının adı və tutduğu vəzifələr göstərilməklə onun təsisçilərə haqqında məlumat;

12.2. Emitentin idarəetmə və nəzarət orqanlarının üzvü olan hər bir şəxs barədə aşağıdakı məlumatlar:

12.2.1     .adı, soyadı, atasının adı;

12.2.2     .təhsili barədə məlumat;

12.2.3     .hazırda tutduğu vəzifə və son beş il ərzində bu və ya digər hüquqi şəxslərdə tutduğu vəzifə;

12.2.4     .bu şəxslər arasında olan hər hansı yaxın qohumluğun mövcudluğu haqqında məlumat;

12.2.5     .son beş il ərzində şəxsin vəzifə saxtakarlığı ilə bağlı məhkumluğun olub-olmaması haqqında məlumat;

12.2.6    . şəxsin hər hansı bir hüquqi şəxsin idarə edilməsində rəhbər vəzifə tutduğu zaman həmin hüquqi şəxsin ləğv olunması, müflis elan olunması və ya müflisləşmə prosesinin başlanması haqqında məlumat;

12.2.7    . şəxsin xidməti vəzifələri ilə şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda maraqların toqquşması barədə məlumat;

12.2.8     .bu şəxslərin emitentin nizamnamə kapitalında payı və ya emitentin səhmlərinə olan opsionları.

 

13  . Emitentin idarəedilməsində iştirak edən şəxslərin mükafatlandırılması, imtiyazları və digər kompensasiyaları

13.1.Bu Əlavənin 12.2-ci bəndində göstərilən şəxslərə maliyyə ilinin yekunu ilə əlaqədar ödənilmiş mükafatların (hər hansı şərti və ya təxirə salınmış kompensasiyalar da daxil olmaqla) məbləği, emitent və onun törəmə şirkətləri tərəfindən həmin şəxslərə göstərilən xidmətlər;

13.2.Kompensasiya və ya yardımlar vermək məqsədilə emitent və ya emitentin törəmə müəssisələri tərəfindən ayrılmış məbləğlər.

 

14  . İdarə heyətinin işgüzar praktikası

14.1.Maliyyə ilinin nəticələrinə əsasən bu Əlavənin 12.2-ci bəndində göstərilən şəxslər haqqında aşağıdakı məlumatlar:

14.1.1     .cari vəzifədə xidmət etdiyi müddət və səlahiyyət müddətinin başa çatma tarixi;

14.1.2     .səlahiyyətlərinə xitam verilməsi ilə bağlı müavinət vermək üçün emitent və ya onun törəmə müəssisələri ilə inzibati, idarəetmə və ya nəzarət orqanlarının xidmət müqavilələri barədə məlumat;

14.2. Audit və mükafatlandırma (olduqda) komitələrinin üzvlərinin adları və komitələrin əsasnamələri ilə onlara verilmiş səlahiyyət əsasında gördükləri işlərin icmalı;

14.3. Emitentin, qeydiyyatda olduğu ölkədə mövcud olan korporativ idarəetmə standartlarına uyğun olub-olmadığı barədə hesabat. Uyğun olmadığı halda bu barədə izahat.

 

15  . Emitentin işçi heyəti

15.1.Son üç maliyyə ili ərzində (hər maliyyə ili üzrə ayrı-ayrılıqda göstərməklə) və səhm buraxılışı haqqında qərar qəbul edilənə qədər olan dövr müddətində emitentin müvəqqəti və daimi işçilərin sayını göstərməklə işçilərinin sayı;

15.2.İşçilərin emitentin nizamnamə kapitalında iştirakı;

15.3.Emitentin nizamnamə kapitalına işçiləri cəlb etmək üçün proqramlar haqqında məlumat.

 

16  . Emitentin nizamnamə kapitalında mühüm iştirak payına sahib olan səhmdarlar

16.1.Emitentin nizamnamə kapitalında on faizdən artıq iştirak payına sahib olan səhmdarların adları, vətəndaşlığı və onlara məxsus səhmlərin sayı və nizamnamə kapitalında olan faiz nisbəti;

16.2.Mühüm iştirak payına sahib olan səhmdarların malik olduğu səhmlər üzrə səs hüquqları haqqında məlumat;

16.3.Mühüm iştirak payına sahib olan səhmdarlar tərəfindən emitentə nəzarətin xüsusiyyətləri və bu nəzarətin sui-istifadə edilmədiyinə əmin olmaq üçün tədbirlərin təsviri;

16.4.Mühüm iştirak payına sahib olan səhmdarların dəyişməsinə gətirə bilən və emitentə məlum olan əməliyyatlar barədə məlumat.

 

17           . Aidiyyəti şəxslərlə əməliyyatlar

17.1     .Son üç maliyyə ili ərzində emitentin aidiyyəti şəxslərlə bağlanmış müqavilələri barədə aşağıdakı məlumat Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq tərtib edilmiş məlumat;

17.2     .Məlumat MHBS uyğun olaraq tərtib edilmədiyi təqdirdə, həmin məlumat aşağıdakıları özündə əks etdirməlidir:

17.2.1    . müqavilənin mahiyyəti və ölçüsü;

17.2.2     .aidiyyəti şəxslər öhdəliyi tam icra etmədiyi təqdirdə bu öhdəliyin hansı səbəbdən tam icra edilmədiyinin izahı;

17.2.3     .emitentin ödənilməmiş borclarının məbləği;

17.2.4    . aidiyyəti şəxslərlə olan əməliyyatların emitentin ümumi dövriyyəsində payı.

 

18  . Emitentin maliyyə məlumatları

18.1     .Emitentin başa çatmış son üç maliyyə ili üzrə audit edilmiş maliyyə hesabatları;

18.2     .Emitent bir ildən az müddətdə fəaliyyət göstərdiyi təqdirdə bu dövrü əhatə edən audit edilmiş maliyyə hesabatları;

18.3     .Emitent yeni yaradılmış hüquqi şəxs olduğu ilə əlaqədar maliyyə hesabatlarını tərtib edə bilmədiyi təqdirdə bu Qaydaların 3 saylı əlavəsinə uyğun olaraq maliyyə hesabatlarının əvəzinə proforma maliyyə hesabatını təqdim etməlidir;

18.4     .Maliyyə hesabatları MHBS-ə uyğun hazırlanmadığı təqdirdə, belə maliyyə hesabatları milli uçot standartlarına uyğun olaraq hazırlanmalıdır və ən azı aşağıdakıları özündə əks etdirməlidir:

18.4.1    .maliyyə vəziyyəti haqqında hesabat;

18.4.2    .mənfəət və zərər haqqında hesabat;

18.4.3    .kapitalda dəyişiklik haqqında hesabat;

18.4.4    .nağd pul vəsaitlərinin hərəkəti haqqında hesabat;

18.4.5    .uçot siyasətləri və izahlı qeydlər.

18.5     .Emitentin konsolidasiya olunmuş maliyyə hesabatı (olduqda);

18.6     .Aralıq və digər maliyyə məlumatları;

18.7     .Emitent son audit edilmiş maliyyə hesabatlarının təsdiq edilmə tarixindən etibarən rüblük və ya yarımillik maliyyə hesabatlarını dərc etdiyi təqdirdə onları emissiya prospektinə daxil etməlidir. Rüblük və ya yarımillik maliyyə hesabatları audit edildiyi təqdirdə hesabata audit rəyi əlavə edilməlidir. Rüblük və ya yarımillik maliyyə hesabatı audit edilmədikdə prospektə bu qeyd edilməlidir;

18.8     .Emissiya prospekti audit olunmuş son maliyyə hesabatından doqquz ay sonra hazırlanarsa bu zaman aralıq audit edilmiş və ya edilməmiş ən azı yarımillik maliyyə hesabatı emissiya prospektinə əlavə edilməlidir. Aralıq maliyyə hesabatı əvvəlki maliyyə ili ilə eyni dövr üzrə müqayisəli hesabatla birgə tərtib edilməlidir;

18.9     .Son üç maliyyə ili ərzində (hər maliyyə ili üzrə ayrı-ayrılıqda göstərməklə) emitentin səhmlərinin sayını göstərməklə, hər səhmə düşən və ödənilmiş dividendlər haqqında məlumat;

18.10 .Emitentin maliyyə vəziyyətinə və ya gəlirliliyinə təsir edən son bir il ərzində hüquqi proseslər barədə məlumat (həllini gözləyən proseslər də daxil olmaqla);

18.11 .Maliyyə hesabatlarının dərc edilməsindən sonra emitentin maliyyə vəziyyətində baş verən dəyişikliklər barədə məlumat.

 

19  . Emitent haqqında əlavə məlumatlar

19.1     .Emitentin nizamnamə kapitalı və onun tərkibi haqqında, o cümlədən nizamnamə kapitalının miqdarı, səhmlərin sayı, onların nominal dəyəri və növləri, habelə səhmlərin ayrı-ayrı növlərinin imtiyazları haqqında məlumat, adi və imtiyazlı səhmlərlə təsbit olunmuş hüquqların məzmunu;

19.2     .Emitentin emissiya hesabında olan səhmlərinin sayı və nominal dəyəri;

19.3     .Emitentin törəmə müəssisələrinə məxsus emitentin səhmlərinin sayı və nominal dəyəri;

19.4     .Əsas şərtlərini və məbləğini göstərməklə emitentin konvertasiya edilə bilən və təmin olunmuş qiymətli kağızları barədə məlumat;

19.5     .Emitentin səhmlərinə olan opsionlar barədə məlumat;

19.6     .Son üç il ərzində nizamnamə kapitalında baş verən dəyişikliklər barədə məlumat;

19.7     .Emitentin nizamnaməsi barədə aşağıdakı məlumat:

19.7.1    . fəaliyyət və məqsədlərin təsviri;

19.7.2     .idarəetmə və nəzarət orqanlarının səlahiyyətləri barədə müddəaların icmalı;

19.7.3    . mövcud səhmlərin hər bir növü məhdudiyyətlərin təsviri;

19.7.4     .səhmdarların illik və növbədənkənar ümumi yığıncaqlarına çağırılma qaydası.

19.8     .Son 2 il ərzində emitentin əsas fəaliyyəti ilə bağlı olmayan müqavilələr barədə məlumat.

 

 


 

 

“Emissiya prospektinə və informasiya memorandumuna dair tələblər haqqında” Qaydalara Əlavə № 3

 

 

Proforma maliyyə hesabatına dair tələblər

 

1.    Proforma maliyyə hesabatına əməliyyatların, biznesin və əməliyyatların tərəflərinin təsviri, məlumatın aid olduğu dövr daxil edilməlidir. Proforma maliyyə hesabatında onun hazırlanmasının məqsədi göstərilməlidir və hesabatın fərziyyəyə əsaslanan vəziyyəti təsvir etdiyi və buna görə də şirkətin faktiki maliyyə göstəricilərinin əks edilmədiyi qeyd edilməlidir.

2.    Proforma maliyyə hesabatına emitent balans, mənfəət və zərər hesabatlarını və onları müşayiət edən izahedici qeydləri əlavə edir.

3.    Proforma maliyyə hesabatına cədvəl formasında təqdim edilir və aşağıdakı məlumatlardan ibarət olur:

3.1    .düzəliş edilməmiş keçmiş maliyyə məlumatları;

3.2. proforma düzəlişlər (əməliyyatın keçmiş maliyyə göstəricilərinə təsiri);

3.3. yekun proforma maliyyə məlumatı.

Proforma maliyyə hesabatının mənbələri bəyan edilməli və qoşulmuş müəssisələrin (olduqda) maliyyə hesabatları emissiya prospektinə daxil edilməlidir.

4.    Proforma maliyyə hesabatı emitentin son və ya növbəti maliyyə hesabatlarında mövcud mühasibat standartlarına uyğun hazırlanmalı və bundan əlavə daxil edilmiş məlumatın mənbəyini müəyyən etməlidir;

5.    Proforma maliyyə hesabatı yalnız aşağıdakılarla bağlı olaraq dərc edilməlidir:

5.1    cari maliyyə dövrü;

5.2    sonuncu maliyyə dövrü;

5.3    son aralıq maliyyə dövrü.

6.    Proforma maliyyə məlumatında düzəlişlər aydın şəkildə göstərilməli və əməliyyatlar ilə bilavasitə əlaqəli olmalıdır.

7.    Proforma maliyyə hesabatının düzgün və emitentin uçot siyasətinə uyğun şəkildə tərtib edilməsi haqqında auditorun rəyi hesabata əlavə olunmalıdır.

 

 


 

 

“Emissiya prospektinə və informasiya memorandumuna dair tələblər haqqında” Qaydalara Əlavə № 4

 

 

Səhmlər haqqında tələb olunan məlumat

 

1.        Əsas məlumat

1.1    .Emitentin dövriyyə kapitalı (carı aktivlərdən cari öhdəlikləri çıxmaqla) barədə hesabat;

1.2    .Dövriyyə kapitalının emitentin cari ehtiyacları üçün kifayət etdiyi və ya lazım olan əlavə vəsaitlər və onların mənbələri barədə məlumat;

1.3    .Emissiya prospektinin tərtib edilməsi tarixinə qədər son üç ay ərzində emitentin kapitallaşma və borcları (zəmanətli və zəmanətsiz, təminatlı və təminatsız, dolayı və şərti borcluluq) barədə hesabat;

1.4    .Emissiyada iştirak edən şəxslərin maraqları, o cümlədən maraqların toqquşması, barədə ətraflı məlumat;

1.5    .Səhmlərin təklifinin səbəbləri və səhmlərin yerləşdirilməsindən və ya satılmasından əldə edilən vəsaitlərin istifadə edilməsi barədə ətraflı məlumat;

1.6    .Əldə olunan vəsaitlərin nəzərdə tutulan layihələri maliyyələşdirmək üçün kifayət etmədiyi təqdirdə lazım olan digər pul vəsaitlərinin məbləği və mənbələri;

1.7    .Əldə olunan vəsaitlərin digər müəssisələrin alışını maliyyələşdirmək, borcları qaytarmaq və ya restrukturizasiya etmək və ya emitentin əsas fəaliyyətinə aidiyyatı olmayan aktivləri əldə etmək üçün istifadə olunması nəzərdə tutulduqda bu barədə ətraflı məlumat.

 

2                    . Təklif edilən səhmlər haqqında məlumat

2.1               .Qiymətli kağızların emissiyasını tənzimləyən Azərbaycan Respublikasının qanunları;

2.2              .Səhmlərin növü;

2.3    .Təklif edilən qiymətli kağızların sayı və nominal dəyəri (yeni buraxılan və mövcud olan səhmlər barədə məlumat ayrı ayrılıqda göstərilməklə);

2.4              .Səhmlərin qeydiyyat nömrəsi (tədavüldə olan səhmlər üçün);

2.5  .Səhmlərlə təsbit olunan hüquqlar;

2.6   .Səhmlərlə təsbit olunan məhdudiyyətlər;

2.7    .Səhmlərin saxlanması və onlara hüquqların uçotunu aparan Mərkəzi Depozitarın olduğu yer;

2.8    .Dividend siyasəti;

2.9    .Üstünlük hüququ tətbiq edildiyi halda, həmin hüququn həyata keçirilməsi qaydası və müddəti, yaxud üstünlük hüququnun tətbiq edilmədiyi barədə qeyd;

2.10.Səhmlərin geri satın alınma şərtləri (olduqda);

2.11     .Səhmlərin konvertasiyası şərtləri (olduqda);

2.12     .Səhmlərin emissiyası haqqında qərarın qəbul edilməsi tarixi, nömrəsi və qərarı qəbul etmiş emitentin idarəetmə orqanının adı;

2.13     .Səhmlərin əldə edilməsi üçün məhdudiyyətlər (olduqda);

2.14     .Səhm emissiyası hər hansı bir məcburi qoşulma və ya ayrılma ilə bağlı olduqda bu barədə məlumat;

2.15     .Keçən və cari maliyyə ili ərzində emitentin səhmlərinin alınmasına dair məcburi təkliflərin mövcudluğu. Bu təkliflər və onların nəticələri ilə bağlı qiymət və ya konvertasiya şərtləri barədə məlumat;

2.16     .Dividendlərdən mənbədə verginin tutulması barədə məlumat. Dividendlərdən mənbədən verginin tutulması barədə emitentin öhdəliyi.

 

3.      Təklifin şərtləri

3.1     .Təklifin və yerləşdirmənin başlanma və başa çatma tarixləri;

3.2    .Təklifin qüvvədə olduğu müddət ərzində prospektə düzəlişlərin edilə biləcəyi müddət və düzəlişlərin edilməsi qaydası;

3.3    .Təklifin dayandırılması və ya təxirə salınması hallarının izahı;

3.4    .Təklifin nəzərdə tutulan müddətdən tez başa çatdırılmasının şərtləri;

3.5    .Səhmlərə abunə yazılışının qaydası;

3.6    .Abunə yazılışının minimum və maksimum məbləği;

3.7    .Abunə yazılışı zamanı sifarişlərin geri çağırılması və abunəçilər tərəfindən ödənilmiş artıq məbləğin geri qaytarılması qaydası;

3.8    .Abunə yazılışı zamanı sifarişlərin məbləği təklifin məbləğindən çox olduqda səhmlərin yerləşdirilməsi qaydası;

3.9         .Bir şəxs tərəfindən, abunə yazılışı zamanı, verilən bir neçə sifarişlərin qəbul edilib- edilmədiyinin şərtləri;

3.10.Səhmlərin dəyərinin ödənilməsi və investorların səhmlərlə təchizatı qaydası;

3.11.Üstünlük hüququnun istifadəsi qaydası və həmin hüquqdan istifadə olunmadıqda bunun nəticələri bərədə məlumat;

3.12.Potensial investorların müxtəlif kateqoriyaları barədə məlumat;

3.13.Səhmlərin satışının başlanması barədə investorlara bildirişlərin göndərilməsi qaydası və satışın xəbərdarlıq edilməzdən öncə başlaya bilib-bilməməsi barədə məlumat;

3.14.Emitentin məlumatları əsasında yerləşdirilən səhmlərin mühüm iştirak payına sahib olan səhmdarlar və ya emitentin idarəetmə və nəzarət orqanların üzvləri tərəfindən və ya təklifin 5%-dən çoxunu almaq niyyəti olan şəxslər barədə məlumat;

3.15.İnstutisional və pərakəndə investorlar və emitentin işçiləri üçün təklifin hissələrə bölünməsi barədə məlumat;

3.16.Yerləşdirmə zamanı bəzi investor qruplarına əvvəlcədən müəyyən olunmuş səhmlərin imtiyazlı alışının təsviri, bu cür imtiyazlı alış üçün ayrılmış səhmlərin faiz nisbəti və belə investor qruplarına daxil olma meyarları;

3.17.Səhmlərin təklif qiyməti. Qiymətin məlum olmadığı təqdirdə səhmlərin qiymətinin müəyyənləşdirmə metodunu göstərilməklə bu prosesdə iştirak edən və məsuliyyət daşıyan şəxs(lər) barədə məlumat;

3.18.Satış qiymətinin açıqlanma qaydası;

3.19     .Səhm alıcısının ödəməli olduğu vergi və xərclərin məbləği;

3.20.Səhmləri öhdəlik götürməklə və ya öhdəlik götürmədən yerləşdirən anderrayter barədə məlumat (adı, lisenziyanın nömrəsi, verilmə tarixi), xidmət haqqı.

 

4.    Ticarətə buraxılma və onun tənzimlənməsi

4.1    .Səhmlərin tənzimlənən bazarda ticarətə buraxılması barədə emitent tərəfindən müraciətin edilməsinin nəzərdə tutulub-tutulmaması barədə məlumat. Belə bir müraciətin edilməsi nəzərdə tutulduğu halda səhmlərin ticarətə buraxılacağı tənzimlənən bazar barədə məlumat və ticarətə buraxılmanın şərtləri;

4.2    .Emitentin qiymətli kağızlarının ticarətə buraxıldığı tənzimlənən bazarlar barədə məlumat;

4.3    .Market meyker(lər) barədə məlumat (olduqda);

4.4    .Səhmlərin qiymətinin sabitləşdirməyə yönəlmiş əqdlərin bağlanması nəzərdə tutulduğu halda aşağıdakılar qeyd olunmalıdır:

4.4.1    .Sabitləşmənin həyata keçirilə bilməsi barədə məlumat;

4.4.2    .Sabitləşmənin həyata keçirilməsi müddətinin əvvəli və sonu;

4.4.3        .Qiymətin təyin olunmuş minimum və maksimum həddi.

 

5.    Təklif edilən səhmlərin mülkiyyətçiləri haqqında məlumat

5.1    .Təklif edilən səhmlərin mülkiyyətçilərinin adı və ünvanı, eyni zamanda onlar ilə emitent arasında son üç il ərzində olan münasibətlərin xüsusiyyətləri;

5.2    .Səhmdarlara məxsus olan təklif edilən qiymətli kağızların sayı və növü;

5.3    .Emitent ilə hər hansı bir səhmdar arasında müəyyən olunmuş müddət ərzində həmin səhmdara məxsus səhmlərin satılmaması haqqında olan müqavilələr barədə aşağıdakı məlumat:

5.3.1        .iştirak edən tərəflər;

5.3.2        .müqavilənin qısa məzmunu və istisnalar;

5.3.3        .müqavilənin bağlanma müddəti.

 

6.      Emissiya xərci

6.1 .Emissiyanın həyata keçirilməsindən nəzərdə tutulan xərclər və cəlb olunacaq vəsaitlərin xalis məbləği.

 

7.      Payın azalması

7.1    .Yeni səhm təklifi nəticəsində mövcud səhm mülkiyyətçilərinin paylarında olan dəyişmə ehtimalları.

 

 


 

 

“Emissiya prospektinə və informasiya memorandumuna dair tələblər haqqında” Qaydalara Əlavə №5

 

 

İstiqrazların emitenti və zamin (olduqda) barədə tələb olunan məlumat

 

1.        Emitentin auditorları barədə məlumat

1.3    .Son üç maliyyə ili ərzində emitentin auditorlarının adı, ünvanları və hər hansı təşkilatda üzvlüyü barədə məlumat;

1.4    .Son üç maliyyə ili ərzində auditorların əvəzlənməsi və ya dəyişdirilməsi barədə səbəbləri göstərilməklə məlumat.

 

2.      Seçilmiş maliyyə məlumatı

2.1    .Son üç maliyyə ili ərzində (hər maliyyə ili üzrə ayrı-ayrılıqda göstərməklə) seçilmiş maliyyə məlumatı əsasında emitentin maliyyə durumunun əsas göstəriciləri. Aralıq dövrlər üçün seçilmiş maliyyə məlumatı verildiyi zaman əvvəlki maliyyə ilində eyni dövr barədə müqayisəli məlumatlar verilməlidir.

 

3.      Emitent barədə məlumat

3.1    .Emitentin tam adı, təşkilati-hüquqi forması;

3.2    .Emitentin dövlət qeydiyyatının rekvizitləri;

3.3    .Emitentin təşkilati-hüquqi forması dəyişdirildikdə, onun bütün əvvəlki adları, təşkilati-hüquqi formaları, o cümlədən dəyişikliklərin dövlət qeydiyyatı tarixi;

3.4    .Emitentin olduğu yer, poçt ünvanı, elektron poçt ünvanı, emitentin internet səhifəsinin ünvanı və əlaqə telefonları;

3.5    .Maliyyə hesabatlarının son dərc olunma tarixindən etibarən əsas investisiyaların təsviri (məbləği göstərilməklə);

3.6              .İdarəetmə orqanlarının emitentin gələcək investisiyaları ilə bağlı öhdəliklər və həmin öhdəlikləri yerinə yetirmək üçün lazım olan maliyyə vəsaiti mənbələri ilə bağlı məlumat.

3.7              . Emitentin qiymətli kağızlarının ticarətə buraxıldığı tənzimlənən bazarlar barədə məlumat.

 

4.        Emitentin biznesinin icmalı

4.1    .Emitentin satılmış məhsullarının və ya göstərilmiş xidmətlərinin əsas kateqoriyalarını göstərərək emitentin əsas fəaliyyətlərinin təsviri;

4.2    .Təqdim olunmuş yeni məhsul və ya xidmətlər barədə məlumat, onların inkişaf statusu;

4.3    .Emitentin rəqabət apardığı əsas bazarların təsviri;

4.4    .Emitentin rəqabət mövqeyinə dair bəyanatı olduğu halda onun əsaslandırması.

 

5 . Digər təşkilatlarda iştirak

5.1    .Emitentin digər hüquqi şəxslərdə qısa təsviri;

5.2    .Emitent daxil olduğu qruplardan asılılığı və bu asılılığın səbəbi.

 

6 . Tendensiyalar barədə məlumat

6.1    .Audit edilmiş maliyyə hesabatlarının son dərc olunma tarixindən etibarən emitentin emissiya prospektində mənfi dəyişiklik olmadığı barədə məlumat;

6.2    .Emitentin fəaliyyətinə cari maliyyə ili dövründə təsir etmə ehtimalı olan məlum tendensiyalar, qeyri-müəyyənliklər, tələblər, öhdəliklər və ya hadisələr barədə məlumat.

 

7 . Gəlir proqnozu

7.1    .Emitent öz mülahizəsinə əsasən emissiya prospektinə, bu Əlavənin 7.2-ci – 7.5-ci bəndlərinin tələblərinə uyğun, gəlir proqnozu barədə məlumatı emissiya prospektinə əlavə edir;

7.2    .Emitent tərəfindən müəyyən edilən və proqnozun əsasını təşkil edən əsas fərziyyələr haqqında hesabat. Hesabatda emitentinin idarə heyətinin təsir edə biləcəyi və həmçinin idarə heyətinin təsirindən kənarda olan amillər və fərziyyələr arasındakı fərq aydın şəkildə göstərilməlidir;

7.3    .Gəlir proqnozunun emitentin uçot siyasətinə uyğunluğu haqqında müstəqil auditorun hesabatı gəlir proqnozuna əlavə edilməlidir;

7.4    .Gəlir proqnozu və ya hesablaması keçmiş maliyyə məlumatları ilə müqayisə edilə bilən əsasda hazırlanmalıdır;

7.5    .Emissiya prospektinə əvvəl dərc olunmuş gəlir proqnozu daxil edildikdə, həmin proqnozun emissiya prospektinin tərtib olunması tarixinə etibarlılığı barədə məlumat təqdim edilməlidir.

 

8      . Emitentin idarəetmə və nəzarət orqanları

8.1    .Emitentin idarəetmə və nəzarət orqanlarının hər bir üzvü barədə aşağıdakı məlumatlar:

8.1.1    .adı, soyadı, atasının adı;

8.1.2    .funksiyaları;

8.1.3   .xidməti vəzifələri ilə şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda maraqların toqquşması barədə hesabat.

 

9      . İdarə heyətinin işgüzar praktikası

9.1    .Audit və mükafatlandırma (olduqda) komitələrinin üzvlərinin adları və komitələrin əsasnamələri ilə onlara verilmiş səlahiyyət əsasında gördükləri işlərin icmalı;

9.2    .Emitentin, qeydiyyatda olduğu ölkədə mövcud olan korporativ idarəetmə standartlarına uyğun olub-olmadığı barədə hesabat. Uyğun olmadığı halda bu barədə izahat.

 

10 . Emitentin nizamnamə kapitalında mühüm iştirak payına sahib olan şəxslər

10.1     .Emitentin nizamnamə kapitalında on faizdən artıq iştirak payına sahib olan şəxslərin adları, vətəndaşlığı və onlara məxsus səhmlərin sayı və nizamnamə kapitalında olan faiz nisbəti;

10.2     .Mühüm iştirak payına sahib olan şəxslər tərəfindən emitentə nəzarətin xüsusiyyəti və bu nəzarətin sui-istifadə edilmədiyinə əmin olmaq üçün lazımi tədbirlərin təsviri;

10.3     .Mühüm iştirak payına sahib olan şəxslərin dəyişməsinə gətirə bilən və emitentə məlum olan əməliyyatlar barədə məlumat.

 

11 . Emitentin maliyyə məlumatları

11.1     .Emitentin başa çatmış son iki maliyyə ili üzrə audit edilmiş maliyyə hesabatları;

11.2     . Emitent bir ildən az müddətdə fəaliyyət göstərdiyi təqdirdə bu dövrü əhatə edən audit edilmiş maliyyə hesabatları;

11.3     .Maliyyə hesabatları MHBS-ə uyğun hazırlanmadığı təqdirdə, belə maliyyə hesabatları milli uçot standartlarına uyğun olaraq hazırlanmalıdır və ən azı aşağıdakıları özündə əks etdirməlidir:

11.3.1        .maliyyə vəziyyəti haqqında hesabatı;

11.3.2        .mənfəət və zərər haqqında hesabatı;

11.3.3        .kapitalda dəyişiklik haqqında hesabatı;

11.3.4        .nağd pul vəsaitlərinin hərəkəti haqqında hesabatı;

11.3.5        .uçot siyasətləri və izahlı qeydləri.

11.4     .Emitentin konsolidasiya olunmuş maliyyə hesabatı (olduqda);

11.5     .Emitent son audit edilmiş maliyyə hesabatlarının tarixindən etibarən rüblük və ya yarımillik maliyyə hesabatlarını dərc etdiyi təqdirdə onlar emissiya prospektinə daxil edilməlidir. Rüblük və ya yarımillik maliyyə hesabatları audit edildiyi təqdirdə hesabata audit rəyi əlavə edilməlidir. Rüblük və ya yarımillik maliyyə hesabatı audit edilmədikdə bu qeyd edilməlidir;

11.6     .Emissiya propekti audit olunmuş son maliyyə hesabatından doqquz ay sonra hazırlanarsa bu zaman ən azı yarım illik aralıq audit edilmiş və ya audit edilməmiş maliyyə hesabatı prospektə əlavə edilməlidir. Aralıq maliyyə hesabatı əvvəlki maliyyə ilində eyni dövr üzrə müqayisəli hesabatla birgə tərtib edilməlidir;

11.7     .Emitentin maliyyə vəziyyətinə və ya gəlirliliyinə təsir edən son bir il ərzində hüquqi proseslər barədə məlumat (həllini gözləyən proseslər də daxil olmaqla);

11.8     .Maliyyə hesabatlarının dərc edilməsindən sonra emitentin maliyyə vəziyyətində baş verən dəyişikliklər barədə məlumat.

 

12 . Emitent haqqında əlavə məlumatlar

12.1     .Emitentin nizamnamə kapitalı və onun tərkibi haqqında, o cümlədən nizamnamə kapitalının miqdarı, səhmlərin (payların) miqdarı, onların nominal dəyəri və növləri, habelə səhmlərin ayrı-ayrı növlərinin imtiyazları haqqında məlumat, adi və imtiyazlı səhmlərlə təsbit olunmuş hüquqların məzmunu;

12.2     .Emitentin nizamnaməsi barədə aşağıdakı məlumat:

12.2.1     .fəaliyyət və məqsədlərin təsviri;

12.2.2     .idarəetmə və nəzarət orqanlarının səlahiyyətləri barədə müddəaların icmalı;

12.3     .Emissiya olunan qiymətli kağızlar baxımından qiymətli kağızlar barədə emitentin öhdəliklərini yerinə yetirmək qabiliyyətinə təsir edən emitentin əsas fəaliyyəti ilə bağlı olmayan müqavilələr barədə məlumat.

 

 


 

 

“Emissiya prospektinə və informasiya memorandumuna dair tələblər haqqında” Qaydalara Əlavə № 6

 

 

İstiqrazlar barədə tələb olunan məlumat

 

1.    Əsas məlumat

1.1    .Emissiyada iştirak edən şəxslərin maraqları, o cümlədən maraqların toqquşması, barədə ətraflı məlumat;

1.2    .İstiqraz təklifinin səbəbləri və istiqrazların yerləşdirilməsindən əldə edilən vəsaitlərin istifadə edilməsi barədə ətraflı məlumat;

1.3    .Əldə olunan vəsaitlərin nəzərdə tutulan layihələrinin maliyyələşdirmək üçün kifayət etmədiyi təqdirdə tələb olunan əlavə pul vəsaitlərinin məbləği və mənbələri;

1.4    .Əldə olunan vəsaitlərin digər müəssisələrinin alışını maliyyələşdirmək, borcları qaytarmaq və ya restrukturizasiya etmək və ya emitentin əsas fəaliyyətinə aidiyyatı olmayan aktivləri əldə etmək üçün istifadə olunması nəzərdə tutulduqda bu barədə ətraflı məlumat.

 

2.        İstiqrazlar barədə məlumat

2.1     .Qiymətli kağızların emissiyasını tənzimləyən qanunvericilik;

2.2  . İstiqrazların növü;

2.3    .Təklif edilən qiymətli kağızların sayı və nominal dəyəri (yeni buraxılan və mövcud olan istiqrazlar barədə məlumat ayrı-ayrılıqda göstərilməklə);

2.4   .İstiqrazların valyutası;

2.5    .İstiqrazların saxlanması və onlara hüquqların uçotunu aparan Mərkəzi depozitarın olduğu yer;

2.6    .Təklif olunan istiqrazların reytinqi (olduqda) və bu reytinqə təsir edən amillər barədə məlumat;

2.7    .İstiqrazlarla təsbit olunan hüquqlar, onların həyata keçirilmə qaydası və onlara dair məhdudiyyətlər;

2.8    .İstiqrazlar üzrə gəlirliyin faiz dərəcəsi (müəyyən olduqda);

2.9    .İstiqrazların və faizlərin ödənilməsi tarixi və müddəti;

2.10.Faiz və əsas borcun ödənilməsi ilə bağlı iddia müddəti;

2.11.Faiz dərəcəsi müəyyən olunmadığı halda istiqrazın faiz dərəcəsinin hesablanması üsulu;

2.12     .Bazarda baş verən hadisələrin istiqrazların baza aktivinə (olduqda) və istiqrazlar üzrə hesablaşmalara mənfi təsiri barədə məlumat. Belə halların tənzimlənməsi qaydaları və ya prosedurları;

2.13.Ödənişlər üzrə hesablaşma agentinin adı;

2.14     .Təmin edilmiş istiqrazlar təklif olunduqda təminatın dəyərinin istiqrazların və onlar üzrə faizlərin ödənişinə təsiri barədə aydın və ətraflı məlumat;

2.15     .İstiqrazların geri satın alınmasının şərtləri;

2.16     .Gəlirlik dərəcəsi və onun hesablanması qaydası;

2.17.İnvestorları təmsil edən təşkilat barədə (olduqda) məlumat;

2.18     .İstiqrazların emissiyası haqqında qərarın qəbul edilməsi tarixi, nömrəsi və qərarı qəbul etmiş emitentin idarəetmə orqanının adı;

2.19     .İstiqrazların əldə edilməsi üçün məhdudiyyətlər (olduqda);

2.20     .İstiqraz üzrə gəlirlərdən mənbədə verginin tutulması barədə məlumat. İstiqraz üzrə gəlirlərdən mənbədən verginin tutulması barədə emitentin öhdəliyi.

 

3.             Təklifin şərtləri

3.1   .Təklifin və yerləşdirmənin başlanma və başa çatma tarixləri;

3.2    .Təklifin qüvvədə olduğu müddət ərzində prospektə düzəlişlərin edilə biləcəyi müddət və düzəlişlərin edilməsi qaydası;

3.3    .Təklifin dayandırılması və ya təxirə salınması hallarının izahı;

3.4   .İstiqrazlara abunə yazılışı keçirildikdə aşağıdakı məlumat:

3.4.1        .İstiqrazlara abunə yazılışının qaydası;

3.4.2        .Abunə yazılışı zamanı sifarişlərin geri çağırılması və abunəçilər tərəfindən ödənmiş artıq məbləğin geri qaytarılması qaydası və müddəti;

3.4.3        .Abunə yazılışının (investisiya etmək üçün qiymətli kağızların sayına və ya məcmu miqdarına) minimum və/və ya maksimum məbləğini;

3.5    .İstiqrazlar hərrac vasitəsilə yerləşdirildikdə, hərracın keçirilməsi qaydası;

3.6    .İstiqrazların dəyərinin ödənilməsi və investorların istiqrazlarla təchizatı şərtləri və qaydası;

3.7    .Potensial investorların müxtəlif kateqoriyaları barədə məlumat;

3.8    .İstiqrazların satışının başlanması barədə investorlara bildirişlərin göndərilməsi qaydası və satışın xəbərdarlıq edilməzdən öncə başlaya bilib-bilməməsi barədə məlumat;

3.9         .İstiqrazların təklif qiyməti. Qiymətin məlum olmadığı təqdirdə istiqrazların qiymətin müəyyənləşdirmə metodunu göstərilməklə bu prosesdə iştirak edən və məsuliyyət daşıyan şəxslər barəsində məlumat;

3.10     .İstiqraz alıcısının ödəməli olduğu vergi və xərclərin məbləği;

3.11     İstiqrazları öhdəlik götürməklə və ya öhdəlik götürmədən yerləşdirən anderrayter barədə məlumat (adı, lisenziyası və ünvanı). Xidmət haqqı;

3.12     .Anderraytinq müqaviləsinin bağlandığı və ya bağlanacağı vaxtı.

 

4.        Ticarətə buraxılma və onun tənzimlənməsi

4.1    .İstiqrazların tənzimlənən bazarda ticarətə buraxılması barədə emitent tərəfindən müraciətin edilməsinin nəzərdə tutulub tutulmaması barədə məlumat. Belə bir müraciətin edilməsi nəzərdə tutulduğu halda istiqrazların ticarətə buraxılacağı tənzimlənən bazar barədə məlumat və ticarətə buraxılmanın şərtləri;

4.2    .Market meyker(lər) barədə məlumat.

 

5.        Kredit reytinqləri

5.1    .Reytinq prosesində emitentin sorğusu və ya emitentlə əməkdaşlıq nəticəsində emitent və ya onun borc qiymətli kağızları üçün təyin olunmuş kredit reytinqləri.

 

 


 

 

“Emissiya prospektinə və informasiya memorandumuna dair tələblər haqqında” Qaydalara Əlavə № 7

 

 

İstiqrazların emitenti barədə tələb olunan məlumat (istiqrazların emissiyasını həyata keçirən emitent bank olduqda)

 

1.    Emitentin auditorları barədə məlumat

1.1    .Son üç maliyyə ili ərzində emitentin auditorlarının adı, ünvanları və hər hansı təşkilatda üzvlüyü barədə məlumat;

1.2    .Son üç maliyyə ili ərzində auditorların əvəzlənməsi və ya dəyişdirilməsi barədə, səbəbləri göstərilməklə, məlumat.

 

2.     Emitent barədə məlumat

2.1    .Emitentin tam adı, təşkilati-hüquqi forması;

2.2    .Emitentin dövlət qeydiyyatının rekvizitləri;

2.3    .Emitentin təşkilati-hüquqi forması dəyişdirildikdə, onun bütün əvvəlki adları, təşkilati-hüquqi formaları, o cümlədən dəyişikliklərin qeydiyyat tarixi;

2.4    .Emitentin olduğu yer, poçt ünvanı, elektron poçt ünvanı, emitentin internet səhifəsinin ünvanı və əlaqə telefonları;

2.5              .Emitentin qiymətli kağızlarının ticarətə buraxıldığı tənzimlənən bazarlar barədə məlumat.

 

3.    Emitentin biznesinin icmalı

3.1    .Emitentin əsas fəaliyyət istiqaməti;

3.2    .Emitentin satılmış məhsullarının və ya göstərilmiş xidmətlərinin əsas kateqoriyalarını göstərərək emitentin əsas fəaliyyətlərinin təsviri;

3.3    .Təqdim olunmuş yeni məhsul və ya xidmətlər barədə məlumat, onların inkişaf statusu;

3.4    .Emitentin rəqabət apardığı əsas bazarların təsviri;

3.5    .Emitentin rəqabət mövqeyinə dair bəyanatı olduğu halda onun əsaslandırması.

 

4      . Digər təşkilatlarda iştirak

4.1    .Emitentin digər hüquqi şəxslərdə mövqeyinin qısa təsviri;

4.2    .Emitentin qrupdakı digər müəssisələrdən asılı olduğu təqdirdə bu barədə məlumat.

 

5      . Tendensiyalar barədə məlumat

5.1    .Audit edilmiş maliyyə hesabatlarının son dərc olunma tarixindən etibarən emitentin emissiya prospektində mənfi dəyişikliyin olub-olmaması barədə məlumat;

5.2    .Emitentin fəaliyyətinə cari maliyyə ili dövründə təsir etmə ehtimalı olan məlum tendensiyalar, qeyri-müəyyənliklər, tələblər, öhdəliklər və ya hadisələr barədə məlumat.

 

6 . Gəlir proqnozu

6.1    .Emitent öz mülahizəsinə əsasən emissiya prospektinə, bu Əlavənin 6.2-ci – 6.5-ci bəndlərinin tələblərinə uyğun, gəlir proqnozu barədə məlumatı emissiya prospektinə əlavə edir;

6.2    .Emitent tərəfindən müəyyən edilən və proqnozun əsasını təşkil edən əsas fərziyyələr haqqında hesabat. Hesabatda emitentin idarə heyətinin təsir edə biləcəyi və həmçinin idarə heyətinin təsirindən kənarda olan amillər və fərziyyələr arasındakı fərq aydın şəkildə göstərilməlidir;

6.3    .Gəlir proqnozunun emitentin uçot siyasətinə uyğunluğu haqqında müstəqil auditorun hesabatı gəlir proqnozuna əlavə edilməlidir;

6.4    .Gəlir proqnozu keçmiş maliyyə məlumatları ilə müqayisə edilə bilən əsasda hazırlanmalıdır;

6.5    .Prospektə əvvəl dərc olunmuş gəlir proqnozu daxil edildikdə, həmin proqnozun prospektin tərtib olunması tarixinə etibarlılığı barədə məlumat.

 

7 . Emitentin idarəetmə və nəzarət orqanları

7.1    .Emitentin idarəetmə və nəzarət orqanlarının hər bir üzvü barədə aşağıdakı məlumatlar:

7.1.1   . adı, soyadı, atasının adı;

7.1.2    .funksiyaları;

7.1.3   . xidməti vəzifələri ilə şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda maraqların toqquşması barədə hesabat.

 

8 . Emitentin nizamnamə kapitalında mühüm iştirak payına sahib olan səhmdarlar

8.1    .Emitentin nizamnamə kapitalında on faizdən artıq iştirak payına sahib olan şəxslərin adları, ünvanları və vətəndaşlığı;

8.2    .Mühüm iştirak payına sahib olan şəxslər tərəfindən emitentə nəzarətin xüsusiyyəti və bu nəzarətin sui-istifadə edilmədiyinə əmin olmaq üçün lazımi tədbirləri təsviri;

8.3    .Mühüm iştirak payına sahib olan şəxslərin dəyişməsinə gətirə bilən və emitentə məlum olan əməliyyatlar barədə məlumat.

 

9 . Emitentin maliyyə məlumatları

9.1    .Emitentin başa çatmış son iki maliyyə ili üzrə audit edilmiş maliyyə hesabatları;

9.2    .Emitent bir ildən az müddətdə fəaliyyət göstərdiyi təqdirdə bu dövrü əhatə edən audit edilmiş maliyyə hesabatları;

9.3    .Maliyyə hesabatları MHBS-ə uyğun hazırlanmadığı təqdirdə, belə maliyyə hesabatları milli uçot standartlarına uyğun olaraq hazırlanmalıdır və ən azı aşağıdakıları özündə əks etdirməlidir:

9.3.1        .maliyyə vəziyyəti haqqında hesabat;

9.3.2        .mənfəət və zərər haqqında hesabat;

9.3.3        .kapitalda dəyişikliklər haqqında hesabat;

9.3.4        .nağd pul vəsaitlərinin hərəkəti haqqında hesabat;

9.3.5        .uçot siyasətləri və izahlı qeydlər.

9.4    .Emitentin konsolidasiya olunmuş maliyyə hesabatı (olduqda);

9.5    .Emitent son audit edilmiş maliyyə hesabatlarının tarixindən etibarən rüblük və ya yarım illik maliyyə hesabatlarını dərc etdiyi təqdirdə onlar emissiya prospektinə daxil edilməlidir. Rüblük və ya yarımillik maliyyə hesabatları audit edildiyi təqdirdə hesabata audit rəyi əlavə edilməlidir. Rüblük və ya yarımillik maliyyə hesabatı audit edilmədikdə bu qeyd edilməlidir;

9.6    .Emissiya prospekti audit olunmuş son maliyyə hesabatından doqquz ay sonra hazırlanarsa bu zaman ən azı yarımillik aralıq audit edilmiş və ya audit edilməmiş maliyyə hesabatı prospektə əlavə edilməlidir. Aralıq maliyyə hesabatı əvvəlki maliyyə ilində eyni dövr üzrə müqayisəli hesabatla birgə tərtib edilməlidir;

9.7    .7 il ərzində hüquqi proseslər barədə məlumat (həllini gözləyən proseslər də daxil olmaqla);

9.8    .Maliyyə hesabatlarının dərc edilməsindən sonra emitentin maliyyə vəziyyətində baş verən dəyişikliklər barədə məlumat.

 

10  . Müqavilələr

10.1.Emissiya olunan qiymətli kağızlar baxımından qiymətli kağızlar barədə emitentin öhdəliklərini yerinə yetirmək qabiliyyətinə təsir edən emitentin əsas fəaliyyəti ilə bağlı olmayan müqavilələr barədə məlumat.

 

 


 

 

“Emissiya prospektinə və informasiya memorandumuna dair tələblər haqqında” Qaydalara Əlavə № 8

 

 

İstiqrazların emitenti barədə tələb olunan məlumat (istiqrazların emissiyasını həyata keçirən emitent xarici dövlət orqanı olduqda)

 

1.    Emitent barədə məlumat

1.1    .Emitentin adı və onun mənsub olduğu ölkədə fəaliyyət istiqamətlərinin təsviri;

1.2    .Emitentin olduğu yer, ünvanı və telefon nömrəsi;

1.3    .Emitentin ödəmə qabiliyyətinin qiymətləndirilməsi ilə bağlı baş verən son hadisələr;

1.4    .Emitentin ölkəsinin iqtisadi sektorlarının strukturu;

1.5    .Keçmiş iki fiskal ili üzrə emitentin ölkəsinin ümumdaxili məhsulu, iqtisadiyyatın sektorları üzrə;

1.6    .Emitentin ölkəsinin siyasi sisteminin və hökumətinin təsviri;

1.7    .Emitentin qiymətli kağızlarının ticarətə buraxıldığı tənzimlənən bazarlar barədə məlumat.

 

2.    Dövlət maliyyəsi və ticarət

2.1    .Emissiya prospektinin tərtib edilmə tarixindən əvvəlki iki fiskal ili üzrə aşağıdakı məlumatlar:

2.1.1    .Vergi və büdcə sistemləri;

2.1.2    .Ödənilməmiş qalan borcun ödəmə strukturu (xüsusilə bir ildən az müddətə qalan borcu qeyd etməklə), ümumi dövlət borcu;

2.1.3    .Xarici ticarət və tədiyyə balansı;

2.1.4    .Valyuta ehtiyatları;

2.1.5        .Milli valyutaya uyğun likvid depozitlər də daxil olmaqla maliyyə vəziyyəti və resurslar;

2.1.6    .Mədaxil və məxaric göstəriciləri.

 

3 . Hüquqi proseslər

3.1    .Emitentin maliyyə vəziyyətinə və ya gəlirliyinə təsir edən son bir il ərzində hüquqi proseslər barədə məlumat.

 

 


 

 

“Emissiya prospektinə və informasiya memorandumuna dair tələblər haqqında” Qaydalara Əlavə № 9

 

 

İstiqrazların emitenti barədə tələb olunan məlumat (istiqrazların emissiyasını həyata keçirən emitent beynəlxalq təşkilat olduqda)

 

1.    Emitent barədə məlumat

1.1    .Emitentin hüquqi adı və hüquqi statusu;

1.2    .Emitentin olduğu yer, təşkilati-hüquqi forması, ünvanı və telefon nömrəsi;

1.3    .Emitentin idarəetmə orqanları və idarəetmə mexanizmləri barədə məlumat;

1.4    .Emitentin məqsədinin və funksiyalarının qısa təsviri;

1.5    .Maliyyə mənbələri, zəmanətlər və üzvləri tərəfindən emitentə yerinə yetirilməli olan öhdəliklər barədə məlumat;

1.6    .Emitentin ödəmə qabiliyyətinin qiymətləndirilməsi ilə bağlı baş verən ən son hadisələr;

1.7    .Emitentin üzvlərinin siyahısı;

1.8              .Emitentin qiymətli kağızlarının ticarətə buraxıldığı tənzimlənən bazarlar barədə məlumat.

 

2.        Maliyyə məlumatı

2.1    .Emitent tərəfindən qəbul edilmiş uçot və audit prinsiplərinə uyğun olaraq hazırlanmış son dərc olunmuş audit edilmiş son iki il üzrə maliyyə hesabatı və uçot və audit prinsiplərinin qısa təsviri;

2.2    .Ən son dərc olunmuş audit edilmiş illik maliyyə hesabatının sonundan etibarən baş vermiş emitentin maliyyə vəziyyətilə əlaqəli dəyişikliklər barədə məlumat.

 

3.    Hüquqi proseslər

3.1    .Emitentin maliyyə vəziyyətinə və ya gəlirliliyinə bir il ərzində təsir edən hüquqi proseslər barədə məlumat.

 


 

 

“Emissiya prospektinə və informasiya memorandumuna dair tələblər haqqında” Qaydalara Əlavə № 10

 

 

Baza emissiya prospekti üzrə istiqrazlar haqqında tələb olunan məlumat

 

1.                  İstiqrazlar haqqında ümumi məlumat

1.1     .Qiymətli kağızların emissiyasını tənzimləyən qanunvericilik;

1.2     .Təklif olunan qiymətli kağızların reytinqi və bu reytinqə təsir edən amillər barədə məlumat;

1.3     .İstiqrazların əldə edilməsi üçün məhdudiyyətlər (olduqda);

1.4     .İstiqraz üzrə gəlirlərdən mənbədə verginin tutulması barədə məlumat. İstiqraz üzrə gəlirlərdən mənbədən verginin tutulması barədə emitentin öhdəliyi;

1.5     .Potensial investorların müxtəlif kateqoriyaları barədə məlumat;

1.6     .Bu Əlavənin 2.1-ci–2.12-ci bəndlərində göstərilən hər hansı məlumat emitentə məlum olduğu təqdirdə baza emissiya prospektinin qeydiyyatı zamanı təqdim edilməlidir.

 

2 . İstiqrazların buraxılışı haqqında yekun şərtlər

2.1     .İstiqrazların növü;

2.2     .Təklif edilən istiqrazların sayı və nominal dəyəri;

2.3     .İstiqrazların valyutası;

2.4     .İstiqrazlarla təsbit olunan hüquqlar, onların həyata keçirilmə qaydası və onlara dair məhdudiyyətlər;

2.5     .Faiz və əsas borcun ödənilməsi ilə bağlı iddia müddəti;

2.6     .İstiqrazlar üzrə ödənilməli faizlər;

2.7     .Faiz dərəcəsi müəyyən olunmadığı halda istiqrazın faiz dərəcəsinin hesablanması üsulu;

2.8     .Bazarda baş verən hadisələrin istiqrazların baza aktivinə (olduqda) və istiqrazlar üzrə hesablaşmalara mənfi təsiri barədə məlumat. Belə halların tənzimlənməsi qaydaları və ya prosedurları;

2.9     .Təmin edilmiş istiqrazlar təklif olunduqda təminatın dəyərinin istiqrazların və onlar üzrə faizlərin ödənişinə təsiri barədə aydın və ətraflı məlumat;

2.10 .İstiqrazların geri satın alınmasının şərtləri;

2.11 .Gəlirlilik dərəcəsi və onun hesablanması qaydası;

2.12 .İnvestorları təmsil edən təşkilat barədə (olduqda) məlumat;

2.13 .İstiqrazların təklif qiyməti məlum olmadığı təqdirdə istiqrazların qiymətinin müəyyənləşdirmə metodunu göstərilməklə bu prosesdə iştirak edən və məsuliyyət daşıyan şəxs(lər) barədə məlumat;

2.14 .İstiqrazların tənzimlənən bazarda ticarətə buraxılması barədə emitent tərəfindən müraciətin edilməsinin nəzərdə tutulub tutulmaması barədə məlumat. Belə bir müraciətin edilməsi nəzərdə tutulduğu halda səhmlərin ticarətə buraxılacağı tənzimlənən bazar barədə məlumat və ticarətə buraxılmanın şərtləri;

2.15 .Emissiyada iştirak edən şəxslərin maraqları, o cümlədən maraqların toqquşması, barədə ətraflı məlumat;

2.16 .Təklifinin səbəbləri və istiqrazların yerləşdirilməsindən əldə edilən vəsaitlərin istifadə edilməsi barədə ətraflı məlumat;

2.17 .Əldə olunan vəsaitlərin nəzərdə tutulan layihələri maliyyələşdirmək üçün kifayət etmədiyi təqdirdə tələb olunan əlavə pul vəsaitlərinin məbləği və mənbələri;

2.18 .Əldə olunan vəsaitlərin istifadəsi, digər müəssisələrinin alışını maliyyələşdirmək üçün və ya borcları qaytarmaq, azaltmaq, restrukturizasiya etmək üçün və ya başqa aktivləri əldə etmək üçün istifadə olunması barədə məlumat;

2.19     .İstiqrazların saxlanması və onlara hüquqların uçotunu aparan Mərkəzi Depozitarın olduğu yer;

2.20 .İstiqrazlar üzrə gəlirliyin faiz dərəcəsi (müəyyən olunduqda);

2.21 .İstiqrazların və faizlərin ödənilmə tarixi və müddəti;

2.22 .Ödənişlər üzrə hesablaşma agentinin adı;

2.23     .İstiqrazların emissiyası haqqında qərarın qəbul edilməsi tarixi, nömrəsi və qərarı qəbul etmiş emitentin idarəetmə orqanının adı;

2.24 .Təklifin və yerləşdirmənin başlanma və başa çatma tarixləri;

2.25 .Təklifin qüvvədə olduğu müddət ərzində prospektə düzəlişlərin edilə biləcəyi müddət və düzəlişlərin edilməsi qaydası;

2.26 .Təklifin dayandırılması və ya təxirə salınması hallarının izahı;

2.27 .İstiqrazlara abunə yazılışı keçirildikdə aşağıdakı məlumat:

2.27.1         .İstiqrazlara abunə yazılışının qaydası;

2.27.2         .Abunə yazılışı zamanı sifarişlərin geri çağırılması və abunəçilər tərəfindən ödənmiş artıq məbləğin geri qaytarılması qaydası və müddəti;

2.27.3         .Abunə yazılışının (investisiya etmək üçün qiymətli kağızların sayına və ya məcmu miqdarına) minimum və/və ya maksimum məbləğini.

2.28 .İstiqrazlar hərrac vasitəsilə yerləşdirildikdə, hərracın keçirilməsi qaydası;

2.29 .İstiqrazların dəyərinin ödənilməsi və investorların istiqrazlarla təchizatı şərtləri və qaydası;

2.30 .İstiqrazların yerləşdirilməsinin başlanması barədə investorlara bildirişlərin göndərilməsi qaydası və yerləşdirmənin xəbərdarlıq edilməzdən öncə başlaya bilib-bilməməsi barədə məlumat;

2.31 .İstiqrazların təklif qiyməti;

2.32 .İstiqraz alıcısının ödəməli olduğu vergi və xərclərin məbləği;

2.33 .İstiqrazları öhdəlik götürməklə və ya öhdəlik götürmədən yerləşdirən anderrayter barədə məlumat (adı, lisenziyasi və ünvanı). Xidmət haqqı.

2.34 .Emitentin qiymətli kağızlarının ticarətə buraxıldığı tənzimlənən bazarlar barədə məlumat;

2.35 .Marketmeyker(lər) barədə məlumat;

2.36     .Reytinq prosesində emitentin sorğusu və ya emitentlə əməkdaşlıq nəticəsində emitent və ya onun borc qiymətli kağızları üçün təyin olunmuş kredit reytinqləri.

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status