AKTIN NÖVÜ
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
QƏBUL EDİLDİYİ TARİX
03.02.2016
QEYDİYYAT NÖMRƏSİ
9-q
ADI
“Qiymətli kağızların girovunun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutmanın yönəldilməsi Qaydası”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
10.02.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.110.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201602030009
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
09.02.2016
“Qiymətli kağızların girovunun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutmanın yönəldilməsi Qaydası”nın təsdiq edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı

Qəbul edildiyi tarix

03.02.2016

Qeydiyyat nömrəsi

9-q

Adı

“Qiymətli kağızların girovunun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutmanın yönəldilməsi Qaydası”nın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

10.02.2016

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.110.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201602030009

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

09.02.2016

 

 

“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1285-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 567 nömrəli Fərmanının 3-cü hissəsinin icrası məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 14.5-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (Komitə)

 

Q Ə R A R A  A L I R:

 

1.  “Qiymətli kağızların girovunun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutmanın yönəldilməsi Qaydası” təsdiq edilsin (Əlavə olunur).

2.  Hüquq şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3.  Qiymətli kağızların qeydiyyatı şöbəsinə (E.Allahverdiyev) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələləri həll etsin.

4.  Ümumi şöbəyə (E.İsayev) tapşırılsın ki, Komitənin aparatının və Komitənin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin bu Qərarla tanış olmalarını təmin etsin.

5. “Qiymətli kağızlarla girovun dövlət qeydiyyatı” Qaydalarının təsdiq edilməsi haqqında” 2010-cu il 23 dekabr tarixli 300 nömrəli Əmrin 1-ci hissəsi ləğv edilsin.

6.  Bu Qərarın icrasına nəzarət sədr müavini C.Əliyevə həvalə edilsin.

 

Sədr                                                                                                  Rüfət Aslanlı

 


 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

Qərar № 9-q

“03” fevral 2016-cı il

 

Sədr

______________________

Rüfət Aslanlı

 

Qiymətli kağızların girovunun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutmanın yönəldilməsi Qaydası

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1078-23.17-ci maddəsinə müvafiq olaraq hazırlanmış və qiymətli kağızların girovunun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutmanın yönəldilməsi qaydasını müəyyən edir.

 

2. Qiymətli kağızlar üzrə girov hüququnun qeydiyyata alınması (maliyyə girovu istisna olunmaqla)

 

2.1. Qiymətli kağızlar üzrə girov hüququ yalnız girov predmetinin mülkiyyətçisi olan girov qoyanın tapşırığı əsasında Milli Depozit Mərkəzinin (bundan sonra - Mərkəzi Depozitar) depozitar sistemində qeydiyyata alınmalıdır.

2.2. Qiymətli kağızlar üzrə girov hüququnun qeydiyyata alınmasına dair tapşırıqda aşağıdakı məlumatlar öz əksini tapmalıdır:

2.2.1. mülkiyyətçinin və hüquqların xeyrinə qoyulduğu üçüncü şəxslər barədə məlumatlar (hüquqi şəxs olduqda - onun tam adı, ünvanı; fiziki şəxs olduqda – adı, soyadı, atasının adı, ünvanı);

2.2.2. mülkiyyətçinin və hüquqların xeyrinə qoyulduğu üçüncü şəxsin Mərkəzi Depozitarda olan fərdi eyniləşdirmə nömrələri;

2.2.3. qiymətli kağızların növü, forması, qeydiyyat nömrəsi və sayı;

2.2.4. qiymətli kağızlar üzrə yüklənən hüquqların növü və qüvvədə olma müddəti (olduqda);

2.2.5. qiymətli kağızlar üzrə hüquqların ötürülməsini təsdiq edən sənədlər;

2.2.6. mülkiyyətçinin imzası.

2.3. Qiymətli kağızlarla girov hüququnun qeydiyyata alınmasına dair tapşırığa girov müqaviləsinin əsli və ya həmin müqavilənin notariat qaydasında təsdiqlənmiş surəti əlavə olunur.

2.4. Mərkəzi Depozitar qiymətli kağızlar üzrə girov hüququnun qeydiyyata alınması üçün təqdim edilmiş sənədlərə onların təqdim edilməsi tarixindən etibarən üç iş günü müddətində baxır. Qeydiyyatdan imtina üçün bu Qaydanın 2.6-cı bəndində nəzərdə tutulmuş hallar olmadıqda, depozitar sistemdə girov hüququ qeydiyyata alınır və bu barədə girov saxlayana Çıxarış verilir.

2.5. Qiymətli kağızlar üzrə girov hüququnun qeydiyyata alınması üçün təqdim edilmiş sənədlər Mərkəzi Depozitara daxil olduğu gün girova qoyulan qiymətli kağızlar üzrə əməliyyatlar sənədlərə baxılma müddəti ərzində dayandırılır.

2.6. Mərkəzi Depozitar aşağıdakı hallarda qiymətli kağızlarla girov hüququnun qeydiyyata alınmasından imtina edir:

2.6.1. bu Qaydanın 2.2-ci bəndində göstərilən sənədlər tam təqdim olunmadıqda;

2.6.2. təqdim edilmiş sənədlər bu Qaydanın və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 280-ci maddəsinin tələblərinə cavab vermədikdə;

2.6.3. tapşırıqda və ya ona əlavə edilmiş sənədlərdə qeyri-dürüst, yaxud təhrif edilmiş məlumatların daxil edildiyi müəyyən olunduqda.

2.7. Bu Qaydanın 2.6-cı bəndində göstərilən hallar müəyyən edildikdə, Mərkəzi Depozitar qiymətli kağızlar üzrə girov hüququnun qeydiyyata alınmasından imtina barədə əsaslandırılmış qərar qəbul etməli və bu qərarı iki iş günü ərzində girov qoyana göndərməlidir. Mərkəzi Depozitar qiymətli kağızlar üzrə girov hüququnun qeydiyyata alınmasından imtina etdikdə, dayandırılmış qiymətli kağızlar üzrə əməliyyatlar bərpa olunur.

2.8. Qiymətli kağızlar üzrə girov hüququnda aşağıdakı dəyişikliklər olduqda girov saxlayan (girov predmeti özgəninkiləşdirildiyi halda girov qoyan) dəyişikliklərin qeydiyyata alınması üçün Mərkəzi Depozitara müraciət etməlidir:

2.8.1. girov müqaviləsində girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə;

2.8.2. girovla təmin edilən öhdəlik üzrə tələb hüququ başqa şəxsə keçdikdə;

2.8.3. girov predmeti dəyişdirildikdə;

2.8.4. girov predmeti özgəninkiləşdirildikdə.

2.9. Bu Qaydanın 2.8-ci bəndində müəyyən edilən dəyişikliklərin qeydiyyata alınması üçün girov saxlayan (girov predmeti özgəninkiləşdirildiyi halda girov qoyan) aşağıdakı sənədləri Mərkəzi Depozitara təqdim etməlidir:

2.9.1. girov müqaviləsinə edilən dəyişikliklər haqqında razılaşmanın əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti;

2.9.2. tələb hüququ başqa şəxsə keçdikdə tələb hüququnun ötürülməsi haqqında müqavilənin əsli və ya notariat qaydasında təsdiq olunmuş surəti.

2.10. Mərkəzi Depozitar qiymətli kağızlar üzrə girov hüququnda dəyişikliklərin qeydiyyata alınması ilə bağlı təqdim edilmiş sənədlərə onların təqdim edilməsi tarixindən etibarən üç iş günü müddətində baxır. Qeydiyyatdan imtina üçün bu Qaydanın 2.11-ci bəndində nəzərdə tutulmuş hallar olmadıqda, depozitar sistemdə girov hüququnda dəyişikliklərin qeydiyyatını həyata keçirilir və bu barədə girov saxlayana məlumat verilir.

2.11. Mərkəzi Depozitar aşağıdakı hallarda qiymətli kağızlarla girov hüququnda dəyişikliklərin qeydiyyata alınmasından imtina edir:

2.11.1. bu Qaydanın 2.9-cu bəndində müəyyən edilən sənədlər tam təqdim olunmadıqda;

2.11.2. təqdim edilmiş sənədlər bu Qaydanın və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin girovla bağlı tələblərinə cavab vermədikdə;

2.11.3. təqdim edilmiş sənədlərə qeyri-dürüst, yaxud təhrif edilmiş məlumatların daxil edildiyi müəyyən olunduqda.

2.12. Bu Qaydanın 2.11-ci bəndində müəyyən edilən hallar müəyyən edildikdə, Mərkəzi Depozitar qiymətli kağızlar üzrə girov hüququnda dəyişikliklərin qeydiyyata alınmasından imtina barədə əsaslandırılmış qərar qəbul etməli və bu qərarı iki iş günü ərzində girov saxlayana (girov predmeti özgəninkiləşdirildiyi halda həm də girov qoyana) göndərməlidir.

2.13. Qiymətli kağızlar üzrə sonrakı girov hüququnun qeydiyyata alınması bu Qaydanın 2.1-ci bəndinə uyğun olaraq aparılır.

 

3. Qiymətli kağızlarla girov predmetinə tutmanın yönəldilməsi

(maliyyə girovu istisna olunmaqla)

 

3.1. Borclu öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə girov saxlayanın tələbinin ödənilməsi üçün qiymətli kağızlara tutma yönəldilir.

3.2. Girov saxlayan qiymətli kağızlara tutmanın yönəldilməsi barədə bildirişi girov qoyana, girov qoyulmuş qiymətli kağızlara tutmanın yönəldilməsi barədə bildirişin surətini sonrakı girov saxlayanlara (olduqda) və birgə girov saxlayanlara (olduqda) göndərməklə girov predmetinə tutmanı yönəltməyə başlayır.

3.3. Girov predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir:

3.3.1. girov hüququnun Mərkəzi Depozitarda qeydiyyata alınmasının tarixi;

3.3.2. girov predmeti barədə məlumat (qiymətli kağızların emitentinin adı, qiymətli kağızların qeydiyyat nömrəsi, növü, forması, sayı, nominal dəyəri, seriyası (olduqda);

3.3.3. icra olunmalı öhdəlik barədə məlumat;

3.3.4. girov predmetinə tutmanın yönəldilməsinin girov müqaviləsində nəzərdə tutulduğu və ya girov kağızının verildiyi hallar istisna olmaqla, girov predmetinə tutmanın yönəldilməsi üçün notariat qaydasında razılaşmanın təsdiq edilməsi barədə təklif və ya girov predmetinə notariusun icra qeydi və ya məhkəmə qaydasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq;

3.3.5. bildirişin tarixi, bildiriş verən şəxsin vəzifəsi, adı və imzası.

3.4. Girov saxlayan girov predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi girov qoyana göndərdiyi tarixdən etibarən yeddi iş günü ərzində onun bir nüsxəsini Mərkəzi Depozitara göndərməlidir.

3.5. Mərkəzi Depozitar üç iş günü ərzində bildirişi qeydə alır, girov qoyulmuş qiymətli kağızlarla əməliyyatları dayandırır və bu barədə girov saxlayana məlumat verir.

3.6. Məhkəmə qərarı ilə girov predmeti olan qiymətli kağızların tutmaya yönəldilməsi girov saxlayanın iddiası əsasında həyata keçirilir.

3.7. Məhkəmə girov predmetinin satışı barədə qərar qəbul etdikdə, girov predmeti icra məmurunun investisiya şirkətinə verilən tapşırığı əsasında girov müqaviləsində göstərilən qiymətə fond birjasında satışa çıxarılır.

3.8. Girov predmeti olan qiymətli kağızlara tutmanın yönəldilməsi məhkəməyə müraciət edilmədən həyata keçirildikdə girov predmeti olan qiymətli kağızlar girov qoyanla girov saxlayanın notariat qaydasında təsdiq olunmuş razılaşması əsasında fond birjası vasitəsilə satışa çıxarılır.

3.9. Razılaşmada ayrı qayda nəzərdə tutulmadığı halda Mərkəzi Depozitar girov predmeti olan qiymətli kağızların satılmasına dair investisiya şirkətinə tapşırıq verir.

3.10. Mərkəzi Depozitar bu Qaydanın 3.5-ci bəndində olan məlumatı girov saxlayana göndərdikdən sonra girov predmeti olan qiymətli kağızlar ən azı 30 təqvim günü keçdikdən sonra satışa çıxarılır.

3.11. Girov müqaviləsi ilə girov predmetinin qiyməti müəyyən edilmədikdə qiymətli kağızlar nominal dəyər ilə fond birjasında satışa çıxarılır.

3.12. Girov predmeti fond birjasında satılmadıqda girov predmetini təşkil edən qiymətli kağızlar girov saxlayana təklif olunur.

 

4. Maliyyə girovu

 

4.1. Maliyyə girovunun predmeti tənzimlənən bazarda ticarət olunan qiymətli kağızlar və ya törəmə maliyyə alətləri olduqda həmin maliyyə girovu müqaviləsi Mərkəzi Depozitarın depozitar sistemində bağlanır və dərhal qeydiyyata alınır.

4.2. Maliyyə girovu haqqında müqavilədə aşağıdakı məlumatlar öz əksini tapmalıdır:

4.2.1. müqavilənin adı;

4.2.2. tərəflərin adı və yaşayış yeri (olduqları yer);

4.2.3. girova qoyulan qiymətli kağızlar və törəmə maliyyə alətləri barədə məlumat;

4.2.4. girovla təmin edilən öhdəliyin mahiyyəti və ölçüsü;

4.2.5. girovla təmin edilən öhdəliyin icra müddəti;

4.2.6. qiymətli kağızlar üzrə yüklənən hüquqların növü və qüvvədə olma müddəti (olduqda);

4.2.7. öhdəliklərin yerinə yetirilmədiyi təqdirdə girov qoyana məxsus qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin girov saxlayanın mülkiyyətinə keçməsi barədə razılaşma.

4.3. Depozitar sistemdə bağlanmış maliyyə girovu müqavilələri üzrə öhdəliklərin icra müddəti başa çatdığı gün, öhdəliklərin icra olunması barədə məlumat verilmədikdə girova qoyulmuş qiymətli kağızlar və ya törəmə maliyyə alətləri girov saxlayanın mülkiyyətinə ötürülür.

 

5. Qiymətli kağızlar üzrə girov hüququna xitam verilməsi

 

5.1. Girova aşağıdakı hallarda xitam verilir:

5.1.1. girov saxlayan və girov qoyan bu barədə razılığa gəldikdə;

5.1.2. girovla təmin edilmiş öhdəliyə xitam verildikdə;

5.1.3. tutmanın yönəldilməsi nəticəsində girov predmeti satıldıqda;

5.1.4. girov qoyulmuş əşya məhv olduqda və ya girov goyulmuş hüquqa xitam verildikdə;

5.1.5. girov saxlayan öz vəzifəsini kobudcasına pozaraq girov qoyulmuş əşyanın itirilməsi və ya zədələnməsi təhlükəsini doğurduqda girov qoyan girova vaxtından əvvəl xitam verilməsini tələb etdikdə.

5.2. Girova xitam verilməsi üçün bu Qaydanın 5.1-ci bəndində müəyyən edilmiş hallar baş verdikdə, girov saxlayan üç iş günü ərzində bu barədə Mərkəzi Depozitara məlumat verməlidir.   

5.3. Mərkəzi Depozitar bu Qaydanın 5.2-ci bəndində müəyyən edilən məlumat əsasında iki gün ərzində qiymətli kağızları öhdəliklərdən azad edir və bu barədə məlumatı girov saxlayana və girov qoyana verir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status