![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
AZƏRBAYCAN RESPUBLİKASININ QİYMƏTLİ KAĞIZLAR ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN QƏRARI |
Qəbul edildiyi tarix |
03.02.2016 |
Qeydiyyat nömrəsi |
18-q |
Adı |
“Səhmlərin birləşdirilməsi, xırdalanması və onların nominal dəyərinin artırılması zamanı səhmlərin emissiyası haqqında Qaydalar”ın təsdiq edilməsi barədə |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
16.02.2016 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
090.110.000 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15201602030018 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
15.02.2016 |
“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1285-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 567 nömrəli Fərmanının 1.4-cü bəndinin icrası məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 14.5-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (Komitə)
Q Ə R A R A A L I R:
1. “Səhmlərin birləşdirilməsi, xırdalanması və onların nominal dəyərinin artırılması zamanı səhmlərin emissiyası haqqında Qaydalar” təsdiq edilsin (Əlavə olunur).
2. Hüquq şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
3. Qiymətli kağızların qeydiyyatı şöbəsinə (E.Allahverdiyev) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələləri həll etsin.
4. Ümumi şöbəyə (E.İsayev) tapşırılsın ki, Komitənin aparatının və Komitənin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin bu Qərarla tanış olmalarını təmin etsin.
5. Bu Qərarın icrasına nəzarət sədr müavini C.Əliyevə həvalə edilsin.
Sədr Rüfət Aslanlı
|
“Təsdiq edilmişdir” Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Qərar № 18-q 3 fevral 2016-cı il Sədr _______________ Rüfət Aslanlı |
Səhmlərin birləşdirilməsi, xırdalanması və onların nominal dəyərinin artırılması zamanı səhmlərin emissiyası haqqında Qaydalar
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 104.1-ci, 1077.7-ci maddələrinə müvafiq olaraq hazırlanmışdır və səhmlərin birləşdirilməsi, xırdalanması, onların nominal dəyərinin artırılması və azaldılması zamanı səhmlərin emissiyasını tənzimləyir.
1.2. Səhmlərin birləşdirilməsi zamanı birləşdirilən iki və ya daha artıq sayda səhmlər nominal dəyəri həmin səhmlərin ümumi nominal dəyərinə bərabər olan bir səhmə dəyişdirilir.
1.3. Səhmlərin xırdalanması zamanı xırdalanan bir səhm ümumi nominal dəyəri həmin səhmin nominal dəyərinə bərabər olan iki və ya daha artıq sayda səhmlərə dəyişdirilir.
1.4. Səhmlərin nominal dəyərinin artırılması zamanı daha aşağı nominal dəyəri olan səhmlər daha yüksək nominal dəyəri olan səhmlərə dəyişdirilir.
1.5. Səhmlərin nominal dəyərinin azaldılması zamanı daha yüksək nominal dəyəri olan səhmlər daha aşağı nominal dəyəri olan səhmlərə dəyişdirilir.
2. Səhmlərin buraxılışı haqqında qərar
2.1. Səhmlərin birləşdirilməsi, xırdalanması, səhmlərin nominal dəyərinin artırılması və azaldılması səhmlərin buraxılışı haqqında səhmdarların ümumi yığıncağının qərarı əsasında həyata keçirilir.
2.2. Səhmlərin buraxılışı haqqında qərarda aşağıdakılar göstərilməlidir:
2.2.1. emitentin tam adı və olduğu yer;
2.2.2. səhmlərin buraxılışı haqqında qərarın qəbul edilməsi tarixi;
2.2.3. qərarı qəbul etmiş emitentin idarəetmə orqanının adı;
2.2.4. səhmlərin növü;
2.2.5. səhmlərin nominal dəyəri, buraxılışa daxil olan səhmlərin sayı və ümumi məbləği;
2.2.6. səhmlərin mülkiyyətçisinin bir qiymətli kağızla təsbit edilən hüquqları;
2.2.7. səhmlərin mülkiyyətçisinin qarşısında emitentin öhdəlikləri;
2.2.8. səhmlərin yerləşdirilməsi üsulu və qaydası;
2.2.9. səhmlərin yerləşdirilməsinin başlanma və başa çatma tarixləri;
2.2.10. səhmlərin dəyərinin ödənilməsi şərtləri və qaydası (səhmlərin nominal dəyərinin artması zamanı).
2.3. Səhmlərin birləşdirilməsi zamanı səhmlərin buraxılışı haqqında qərarda yerləşdirilən hər səhmə dəyişdirilən səhmlərin sayı tam ədədlə ifadə olunmalıdır. Səhmlərin birləşdirilməsi zamanı tam dəyişdirilməsi mümkün olmayan səhmlər olduqda səhmlərin buraxılışı haqqında qərarın qəbul edilməsinə yol verilmir.
2.4. Səhmlərin xırdalanması zamanı səhmlərin buraxılışı haqqında qərarda xırdalanan hər səhmin dəyişdirildiyi səhmlərin sayı tam ədədlə ifadə olunmalıdır.
2.5. Səhmlərin nominal dəyərinin artırılması yolu ilə emitentin nizamnamə kapitalının artırılması yalnız emitentin bölüşdürülməmiş mənfəəti və ya səhmdarları tərəfindən edilən ödənişlər hesabına həyata keçirilir.
2.6. Səhmlərin nominal dəyəri artırılan və ya azaldılan zaman səhmlərin buraxılışı haqqında qərar emitent tərəfindən geri alınmış səhmlər olmadığı halda qəbul edilə bilər.
2.7. Səhmlərin buraxılışı haqqında qərarda səhmlərin dəyişdirilməsi zamanı səhmdarların səhmlərlə təsbit olunan hüquqlarının həyata keçirilməsi qaydası göstərilməlidir.
3. Səhm buraxılışının dövlət qeydiyyatı
3.1. Səhmlərin buraxılışının dövlət qeydiyyatına alınması üçün emitent ərizə ilə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə) müraciət edir. Ərizə (Əlavə №1) Komitənin poçt və ya rəsmi internet informasiya ehtiyatında xüsusi elektron xidmət bölməsi vasitəsi ilə verilir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
3.1.1. səhmlərin buraxılışı haqqında qərar;
3.1.2. emitentin hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin və nizamnaməsinin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surətləri;
3.1.3. səhmlərin nominal dəyərinin bölüşdürülməmiş mənfəətin hesabına artırılması zamanı – başa çatmış son maliyyə ili üzrə emitentin maliyyə hesabatları və onların yoxlanılması haqqında auditor rəyinin surətini və son rüb üzrə tərtib edilmiş, emitentin nizamnaməsi ilə müəyyən edilən şəxslər tərəfindən təsdiq edilmiş maliyyə hesabatları;
3.1.4. səhmlərin nominal dəyərinin azaldılması zamanı - emitentin nizamnamə kapitalının azaldılması haqqında onun kreditorlarına bildirişlərin göndərilməsini təsdiq edən sənədi;
3.1.5. səhmlərin birləşdirilməsi və xırdalanması zamanı - birləşdirilən və ya xırdalanan səhmlərin mülkiyyətçilərinin sayı və onların hər birinə məxsus səhmlərin sayı göstərilən siyahını.
3.2. Səhmlərin buraxılışının dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərə onların təqdim edilməsi tarixindən etibarən 15 (on beş) iş günü müddətində baxılır və qeydiyyatdan imtina üçün əsas olmadıqda, səhmlərin buraxılışı dövlət qeydiyyatına alınır.
3.3. Səhm buraxılışı dövlət qeydiyyatına alındıqda Komitə tərəfindən emitentə səhm buraxılışının dövlət qeydiyyatına alınması barədə qiymətli kağızların dövlət reyestrindən Çıxarış verilir.
3.4. Səhmlərin buraxılışının dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilir:
3.4.1. Bu Qaydaların 3.1-ci bəndində göstərilən sənədlər təqdim edilmədikdə;
3.4.2. səhmlərin buraxılışı haqqında qərara (səhmlərin buraxılışının dövlət qeydiyyatı üçün əsas olan digər sənədlərə) qeyri-dürüst, yaxud təhrif edilmiş məlumatların daxil edildiyi müəyyən olunduqda;
3.4.3. emitentin səhmlərinin əvvəlki emissiyasının yekunları haqqında hesabat təsdiq edilmədikdə.
3.5. Bu Qaydaların 3.4-cü bəndində göstərilən hallar müəyyən edildikdə, Komitə səhmlərin buraxılışının dövlət qeydiyyatına alınmasından imtina barədə əsaslandırılmış qərar qəbul edir və bu qərarı 2 (iki) iş günü ərzində emitentə göndərir.
3.6. Səhm buraxılışının dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında qərardan inzibati və ya məhkəmə qaydasında şikayət verilə bilər.
4. Səhmlərin yerləşdirilməsi
4.1. Emitent səhmlərini yerləşdirmək hüququnu onların buraxılışı dövlət qeydiyyatına alındığı andan əldə edir.
4.2. Səhmlərin yerləşdirilməsi səhmlərin buraxılışı haqqında qərara əsasən qapalı yerləşdirmə üsulu ilə həyata keçirilir.
4.3. Səhmlərin dəyişdirilməsini həyata keçirmək məqsədi ilə emitent mərkəzi depozitara səhm buraxılışı dövlət qeydiyyatına alındığı tarixdən etibarən 30 (otuz) gündən gec olmayaraq müraciət etməlidir.
4.4. Qiymətli kağızların xırdalanması zamanı depozitar sistemdə xırdalanan bir qiymətli kağız ümumi nominal dəyəri həmin qiymətli kağızın nominal dəyərinə bərabər olan yeni buraxılışın iki və ya daha artıq sayda qiymətli kağızlarına dəyişdirilir.
4.5. Qiymətli kağızların birləşdirilməsi zamanı depozitar sistemdə birləşdirilən iki və ya daha artıq sayda qiymətli kağızlar nominal dəyəri həmin qiymətli kağızların ümumi nominal dəyərinə bərabər olan yeni buraxılışın bir qiymətli kağızına dəyişdirilir.
4.6. Səhmlərin nominal dəyərinin artırılması yolu ilə səhmdar cəmiyyətinin nizamnamə kapitalının artırılması zamanı depozitar sistemdə daha aşağı nominal dəyəri olan səhmlər daha yüksək nominal dəyəri olan səhmlərə dəyişdirilir.
4.7. Səhmlərin nominal dəyərinin azaldılması yolu ilə səhmdar cəmiyyətinin nizamnamə kapitalının azaldılması zamanı depozitar sistemdə daha yüksək nominal dəyəri olan səhmlər daha aşağı nominal dəyəri olan səhmlərlə dəyişdirilir.
5. Səhmlərin emissiyasının yekunları haqqında hesabat
5.1. Səhmlərin yerləşdirilməsi başa çatdığı tarixdən etibarən 10 (on) iş günü müddətində emitent səhmlərin emissiyasının yekunları haqqında hesabatı (Əlavə №3), onun təsdiq edilməsi üçün ərizə (Əlavə №2) ilə birlikdə Komitəyə poçt və ya Komitənin rəsmi internet informasiya ehtiyatında xüsusi elektron xidmət bölməsi vasitəsi ilə təqdim etməlidir.
5.2. Komitə səhmlərin emissiyasının yekunları haqqında hesabata 15 (on beş) gün müddətində baxır və imtina üçün bu Qaydaların 5.3-cü bəndində göstərilən əsaslar olmadıqda onu təsdiq edir və bu barədə emitentə qiymətli kağızlarının dövlət reyestrindən çıxarış verir.
5.3. Səhmlərin emissiyasının yekunları haqqında hesabata baxarkən qiymətli kağızların emissiyası şərtlərinin, habelə “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun II fəslinin tələblərinin pozulması faktı müəyyən olunduqda, Komitə əsasları göstərilməklə aşağıdakı qərarlardan birini qəbul etməlidir:
5.3.1. pozuntuya yol vermiş şəxslərin həmin pozuntuları müəyyən edilən vaxt ərzində aradan qaldırması barədə;
5.3.2. yol verilmiş pozuntuların aradan qaldırılması mümkün olmadıqda, səhmlərin emissiyasının yekunları haqqında hesabatın təsdiq edilməsindən imtina barədə.
5.4. Bu Qaydaların 5.3.1-ci yarımbəndində nəzərdə tutulan qərar qəbul edildiyi halda, pozuntuya yol vermiş şəxs Komitənin müəyyən etdiyi vaxt ərzində həmin pozuntuların aradan qaldırılması barədə hesabatı, müvafiq təsdiqləyici sənədlər əlavə olunmaqla, Komitəyə təqdim etməlidir. Komitə həmin hesabatdan pozuntuların aradan qaldırıldığını müəyyən etdikdə, səhmlərin emissiyasının yekunları haqqında hesabatı təsdiq edir, pozuntuların aradan qaldırılmadığı və ya ümumiyyətlə bu barədə hesabat təqdim olunmadığı halda, bu Qaydaların 5.3.2-ci yarımbəndində nəzərdə tutulan qərarı qəbul edir və bu barədə emitentə məlumat verir.
5.5. Səhmlərin emissiyasının yekunları haqqında hesabatın təsdiq edilməsindən imtina səhmlərin emissiyasının baş tutmamış hesab edilməsi üçün əsasdır. Səhmlərin emissiyasının baş tutmamış hesab edilməsi haqqında məlumat Komitə tərəfindən dərc edildiyi tarixdən etibarən 10 (on) gün müddətində emitent səhmlərin yerləşdirilməsindən əldə olunmuş vəsaitin investorlara qaytarılmasını təmin etməlidir.
5.6. Emitent səhmlərin emissiyasının yekunları haqqında hesabatın təsdiq edilməsindən imtinadan inzibati və ya məhkəmə qaydasında şikayət edə bilər.
|
“Səhmlərin birləşdirilməsi, xırdalanması və onların nominal dəyərinin artırılması zamanı səhmlərin emissiyası haqqında Qaydalar”a Əlavə №1 |
|
|
|
|
SƏHM BURAXILIŞININ DÖVLƏT QEYDİYYATINA ALINMASI ÜÇÜN
ƏRİZƏ ………………………………………………………………..................……………………………….. (Emitentin tam adı) Səhmdarların ümumi yığıncağının ………………………………………………………………..................……………………………….. (Səhmlərin buraxılışı haqqında qərarın qəbul edildiyi tarix və protokolun nömrəsi)
qərarına müvafiq olaraq qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək ……………………………………………………………..................………………………………….. (Yerləşdirilən səhmlərin nominal dəyəri və miqdarı) ………………………………………………………..........................………………………………….. (Yerləşdirilən səhmlərin növü)
səhmlərin dövlət qeydiyyatına alınmasını xahiş edir. ……………………………………………………………………..................………………………….. (Səhm buraxılışının dövlət qeydiyyatına alınması üçün ərizəyə əlavə olunmalı sənədlərin adları və hər sənədin vərəqlərinin miqdarı) …………………………………………………………………..................…………………………….. (Emitentin olduğu yer, poçt indeksi göstərilməklə) ………………………………………………………………………......................…………………….. (Emitentin əlaqə telefonlarının nömrələri, şəhərlərarası telefon kodu göstərilməklə) ………………………………………………………………………..................……………………….. (Emitentin kollegial icra orqanının və ya təkbaşçı icra orqanının rəhbərinin, həmin vəzifəni icra edən şəxsin adı, soyadı və emitentin möhürü ilə təsdiq edilmiş imzası) …………………………….. (Ərizənin tarixi)
|
||
|
“Səhmlərin birləşdirilməsi, xırdalanması və onların nominal dəyərinin artırılması zamanı səhmlərin emissiyası haqqında Qaydalar”a Əlavə №2 |
|
|
|
|
|
|
|
SƏHMLƏRİN EMİSSİYASININ YEKUNLARI HAQQINDA HESABATIN TƏSDİQ EDİLMƏSİ ÜÇÜN
ƏRİZƏ
..…………………………………………..…………………………………………………...…………. (Emitentin tam adı)
..…………………………………………..……………………………………………...………………. (Səhm buraxılışının dövlət qeydiyyatına alındığı tarix)
tarixində dövlət qeydiyyatına alınmış
..…………………………………………..………………………………………………..……………. (Səhm buraxılışının dövlət qeydiyyat nömrəsi)
..…………………………………………..…………………………………………..…………………. (Yerləşdirilən səhmlərin nominal dəyəri və miqdarı)
..…………………………………………..……………………………………………………..………. (Yerləşdirilən səhmlərin növü) səhmlərin emissiyasının yekunları haqqında hesabatın təsdiq edilməsini xahiş edir.
..…………………………………………..…………………..........……………………………………. (Emitentin olduğu yer, poçt indeksi göstərilməklə)
..…………………………………………..…………………………………………………..…………. (Emitentin əlaqə telefonlarının nömrələri, şəhərlərarası telefon kodu göstərilməklə və elektron poçtunun ünvanı (olduqda)) ..………………………………………..…………………………………………………………..……. (Emitentin kollegial icra orqanının və ya təkbaşçı icra orqanının rəhbərinin, həmin vəzifəni icra edən şəxsin adı, soyadı və emitentin möhürü ilə təsdiq edilmiş imzası)
..………………………………… (Ərizənin tarixi)
|
||
|
Səhmlərin birləşdirilməsi, xırdalanması və onların nominal dəyərinin artırılması zamanı səhmlərin emissiyası haqqında Qaydalar”a Əlavə №3 |
|
|
|
|
|
|
|
SƏHMLƏRİN EMİSSİYASININ YEKUNLARI HAQQINDA HESABATIN FORMASI 1. SƏHMLƏRİN EMİSSİYASININ YEKUNLARI HAQQINDA HESABATIN TİTUL SƏHİFƏSİNİN FORMASI
..………………………………………….....……………………………………………………………. (Emitentin tam adı) ..…………………………………………..……………………………………………………...………. (Səhmlərin nominal dəyəri və miqdarı) ..…………………………………………..………………..……………………………………………. (Səhmlərin növü)
SƏHMLƏRİN EMİSSİYASININ YEKUNLARI HAQQINDA HESABAT
..…………………………………………..……………………………..………………………………. (Səhm buraxılışının dövlət qeydiyyat nömrəsi) ..…………………………………………..……………………………….......…………………………. (Emitentin olduğu yer, poçt indeksi göstərilməklə) ..…………………………………………..………………………………………...……………………. (Emitentin əlaqə telefonlarının nömrələri, şəhərlərarası telefon kodu göstərilməklə və elektron poçtunun ünvanı (olduqda)) ..…………………………………………..………………………………………...……………………. (Emitentin kollegial icra orqanının və ya təkbaşçı icra orqanının rəhbərinin vəzifəsi, həmin vəzifəni icra edən şəxsin adı, soyadı və emitentin möhürü ilə təsdiq edilmiş imzası) ..………………………………… (Hesabatın tarixi) |
||
2. SƏHMLƏRİN EMİSSİYASININ YEKUNLARI HAQQINDA HESABATA DAXİL EDİLƏN MƏLUMAT
1. Səhmlərin növü və forması.
Səhmlərin növü (adi və ya imtiyazlı) göstərilir.
2. Səhmlərin miqdarı.
Səhmlərin miqdarı rəqəmlə və yazı ilə göstərilir.
3. Səhmlərin nominal dəyəri.
Səhmlərin nominal dəyəri rəqəmlə və yazı ilə göstərilir.
4. Səhmlərin məcmu nominal dəyəri.
Səhmlərin məcmu nominal dəyəri rəqəmlə və yazı ilə göstərilir.
5. Səhmlərin yerləşdirilməsi müddəti.
Səhmlərin faktiki yerləşdirilməsinin tarixi göstərilir.
6. Yerləşdirilmiş səhmlər haqqında məlumat. Yerləşdirilmiş səhmlərin mülkiyyətçilərinin sayı və onların hər birinə yerləşdirilmiş səhmlərin miqdarı, səhmlərin dəyişdirilmə qaydası, yerləşdirilmiş səhmlərə dəyişdirilmiş səhmlərin növü, forması, nominal dəyəri, miqdarı, həmin səhm buraxılışının dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi göstərilir. |