Dövlət əhəmiyyətli və xüsusi (sahəvi) təyinatlı geodeziya və kartoqrafiya fəaliyyəti növlərinin siyahısının təsdiq edilməsi haqqında
Azərbaycan Respublİkasının Nazİrlər KabİnetİnİN Qərarı
«Geodeziya və Kartoqrafiya haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyul tarixli 738 nömrəli Fərmanının icrası məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Dövlət əhəmiyyətli və xüsusi (sahəvi) təyinatlı geodeziya və kartoqrafiya fəaliyyəti növlərinin siyahısı» təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 17 oktyabr 1998-ci il
№ 207
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 17 oktyabr tarixli 207 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Dövlət əhəmiyyətli və xüsusi (sahəvi) təyinatlı geodeziya və kartoqrafiya fəaliyyəti növlərinin
Sİyahısı
Dövlət əhəmİyyətlİ geodezİya və kartoqrafİya fəalİyyətİ növlərİ
1. Geodeziya işləri
1.1. Dövlət Geodeziya Şəbəkəsinin 1, 2, 3, 4-cü sinifli geodeziya məntəqələrinin yaradılması, bərpası, modernləşdirilməsi (trianqulyasiya, poliqonometriya, trilaterasiya, peyk geodeziyası üsulları ilə aparılan ölçülər);
Son nəticə: yerlərdə geodeziya nişan və mərkəzləri və onların koordinat kataloqları.
1.2. Dövlət Yüksəklik Əsasının yaradılması, bərpası, modernləşdirilməsi (I, II, III, IV sinif nivelirləmə şəbəkəsində aparılan ölçülər).
Son nəticə: yerlərdə nivelirləmə mərkəzləri və onların yüksəklik kataloqları.
2. Qravimetriya işləri
2.1. Dövlət Qravimetriya Şəbəkəsinin yaradılması, bərpası, modernləşdirilməsi (1, 2-ci sinifli qravimetriya şəbəkəsində aparılan ölçülər).
Son nəticə: yerlərdə qravimetriya mərkəzləri və onların kataloqları.
3. Topoqrafik çəkiliş işləri
3.1. 1:2000, 1:5000 miqyaslarda şəhər və şəhər tipli qəsəbələrin planalınması, köhnə plan və xəritə materiallarının təzələnməsi;
3.2. 1:10000, 1:25000 miqyaslarda ərazinin (quruda və dənizdə, o cümlədən su anbarlarında və göllərdə) planalınması, köhnə xəritə materiallarının təzələnməsi;
3.3. 1:10000 miqyasda ayrı-ayrı şəhərlərin planalınması, köhnə xəritə materiallarının təzələnməsi;
3.4. 1:50000, 1:100000 miqyaslı xəritələrin təzələnməsi.
Son nəticə: plan və xəritələrin orijinalları.
4. Kartoqrafiya işləri
4.1. Xəritə tərtibatı və çapa hazırlıq işləri.
Son nəticə: çap orijinalları.
5. Poliqrafiya işləri
5.1. Çap orijinalları əsasında plan və xəritələrin nəşri.
Son nəticə: çap olunmuş plan və xəritələrin nüsxələri.
6. Geodinamik poliqonların müşahidəsi
6.1. Geodinamik poliqonlarda yüksək dəqiqli geodezi ölçülərin aparılması (xüsusi məqsədli mərkəzlərin plan və yüksəklik müşahidələri).
Son nəticə: yerlərdə geodinamik mərkəzlər və onların koordinat yüksəklik kataloqları.
7. Layihə-hesablama işləri
7.1. Geodeziya, topoqrafiya və kartoqrafiya işlərinin obyektlər üzrə layihələşdirilməsi;
7.2. Geodeziya, topoqrafiya, qravimetriya və sair ölçülərin nəticələrinin riyazi hesablanması və tarazlaşdırılması.
Son nəticə: texniki layihələr, hesablama və tarazlaşdırmanın nəticələri.
8. Dövlət sərhədlərində delimitasiya, demarkasiya və redemarkasiya işləri
8.1. Dövlət sərhədlərində (quruda və Xəzər dənizində) delimitasiya, demarkasiya və redemarkasiya ilə bağlı geodeziya, topoqrafiya və kartoqrafiya işlərinin yerinə yetirilməsi (aerofotoçəkiliş, geodezi ölçülər, xəritələrin təzələnməsi, yeni xəritələrin çapı, delimitasiya albomlarının hazırlanması, sərhəd nişanlarının hazırlanması və yerində qurulması, sərhəd nişanları koordinatlarının təyin edilməsi, xüsusi sənədlərin hazırlanması, sərhəd nişanlarının bərpası).
9. Coğrafi İnformasiya Sisteminin yaradılması işləri
9.1. Dövlət əhəmiyyətli Coğrafi İnformasiya Sisteminin yaradılması ilə bağlı işlərin yerinə yetirilməsi.
Son nəticə: CİS-məlumat.
10. Dövlət Kadastr işləri
10.1. Dövlət Kadastr işləri.
Son nəticə: kadastr məlumatı.
11. Sair işlər
11.1. Topoqrafiya, geodeziya, kartoqrafiya fəaliyyəti ilə bağlı sənədlərin hazırlanması (təlimatların, standartların, şərti işarələrin və sair texniki-normativ sənədlərin hazırlanması və çapı).
Xüsusİ (sahəvİ) təyİnatlı geodezİya və kartoqrafİya fəalİyyətİ növlərİ
1. Mühəndis-geodeziya işləri
1.1. Xalq təsərrüfatının müxtəlif sahələrində xüsusi təyinatlı mühəndis-geodeziya işləri (yeraltı, yerüstü və sualtı kommunikasiyaların çəkilişi və tikinti zamanı müşahidəsi, naturaya çıxarılması, müxtəlif təyinatlı qurğuların müşahidəsi və s.)
Son nəticə: sifarişlərə uyğun olaraq kommunikasiyaları əks etdirən sənədlər, qurğuların müşahidəsi nəticələrinin kataloqları və s.
2. İri miqyaslı plan və xəritə çəkilişi işləri
2.1. Xalq təsərrüfatının müxtəlif sahələrinin sifarişi ilə iri miqyaslı plan və xəritə çəkilişi işləri (1:2000 — 1:200 miqyaslarda plan və xəritələrin hazırlanması).
Son nəticə: iri miqyaslı plan və xəritələr.