Azərbaycan Respublikasının hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş ərazilərinin bərpası və yenidən qurulması üzrə Dövlət Komissiyası haqqında
[1]
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərə külli miqdarda maddi ziyan vurulduğunu, həmin ərazilərdə dinc əhalinin əmlakının talanmasının kütləvi xarakter daşıdığını, ölüm təhlükəsi nəticəsində ata-baba torpaqlarını tərk edən qaçqınlara gələcəkdə öz yerlərinə qayıtmaları üçün normal şərait yaradılması zərurətini nəzərə alaraq qərara alıram:
1. Azərbaycan Respublikasının hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş ərazilərinin bərpası və yenidən qurulması üzrə aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:
[2]
Dövlət Komissiyasının sədri
[3]
Şahin Mustafayev − Azərbaycan Respublikası Baş Nazirinin müavini
Dövlət Komissiyasının üzvləri
Naxçıvan Muxtar Respublikasının Baş Naziri
Azərbaycan Respublikası Müdafiə nazirinin müavini
Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini
Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini
Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini
Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası Maliyyə nazirinin müavini
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Azərbaycan Respublikası Mərkəzi Bankının sədri
Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin direktoru.
2. Dövlət Komissiyası respublika büdcəsi və beynəlxalq təşkilatlar tərəfindən ayrılan vəsait hesabına maliyyələşdirilən hüquqi şəxs statusuna malik daimi işçi orqan yaratsın.
3. Dövlət Komissiyası öz əsasnaməsinin layihəsini iki həftə ərzində hazırlasın və təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
4. Proqramın həyata keçirilməsi üzrə görüləcək işlərin əlaqələndirilməsi üçün Dünya Bankı və BMT İnkişaf Proqramının nümayəndələrinin həmsədrliyi ilə, xarici dövlət və qeyri-dövlət təşkilatlarının iştirakı ilə Məsləhətçi Şuranın yaradılması məqsədəuyğun hesab edilsin.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 iyul 1996-cı il
№ 471
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
14 may 1999-cu il tarixli 137 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
2.
28 iyul 2004-cü il tarixli 96 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 07, maddə 535)
3.
3 iyul 2006-cı il tarixli 424 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 07, maddə 588)
4.
10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 02, maddə 80)
5.
1 noyabr 2015-ci il tarixli 671 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1301)
6.
21 yanvar 2017-ci il tarixli 1204 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 yanvar 2017-ci il, № 14; “Xalq” qəzeti, 28 yanvar 2017-ci il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 51)
7.
11 mart 2020-ci il tarixli 954 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 12 mart 2020-ci il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №3 , maddə 230)
- 15 yanvar 2021-ci il tarixli 1250 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 yanvar 2021-ci il, № 10, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №1, maddə 20)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
15 yanvar 2021-ci il tarixli 1250 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 yanvar 2021-ci il, № 10, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №1, maddə 20) ilə ləğv edilmişdir.
[2]
10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 02, maddə 80) ilə 1-ci bənddə “Milli Bankın” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bankın” sözləri ilə əvəz edilmişdir.
28 iyul 2004-cü il tarixli 96 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 07, maddə 535) ilə Azərbaycan Respublikasının hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş ərazilərinin bərpası və yenidən qurulması üzrə Dövlət Komissiyasının tərkibinə aşağıdakı şəxslər daxil edilmişdilər:
“Eldar Mahmudov – Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri
Əvəz Ələkbərov – Azərbaycan Respublikasının maliyyə naziri
Əlövsət Baxşıyev – Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin sədri
Fikrət Məmmədov – Azərbaycan Respublikasının ədliyyə naziri”
28 iyul 2004-cü il tarixli 96 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 07, maddə 535) ilə Namiq Abbasov, Fikrət Yusifov, Şəmsəddin Xanbabayev, Südabə Həsənova Azərbaycan Respublikasının hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş ərazilərinin bərpası və yenidən qurulması üzrə Dövlət Komissiyasının tərkibindən çıxarılmışdılar.
3 iyul 2006-cı il tarixli 424 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 07, maddə 588) ilə 1-ci bəndində “Əvəz Ələkbərov - Azərbaycan Respublikasının maliyyə naziri” sözləri “Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri” sözləri ilə əvəz edilmişdir.
1 noyabr 2015-ci il tarixli 671 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1301) ilə 1-ci hissədə “Eldar Mahmudov – Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri” sözləri “Mədət Quliyev – Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini” sözləri ilə əvəz edilmişdir.
21 yanvar 2017-ci il tarixli 1204 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 yanvar 2017-ci il, № 14; “Xalq” qəzeti, 28 yanvar 2017-ci il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 51) ilə 1-ci hissəsində “Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini” sözləri “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi” sözləri ilə əvəz edilmişdir.
[3]
11 mart 2020-ci il tarixli 954 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 12 mart 2020-ci il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №3 , maddə 230) ilə 1-ci hissə ilə yaradılmış Dövlət Komissiyasının tərkibi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
|
||
|
|
|
|
||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|