AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
01.02.2016
QEYDİYYAT NÖMRƏSİ
121-VQD
ADI
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 28-02-2016, Nəşr nömrəsi: 46), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 29-02-2016, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 217)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
28.02.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
350.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201602010121
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
29.02.2016
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 17-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 11, maddə 612; 2002, № 5, maddə 250, № 6, maddə 328; 2004, № 3, maddə 133; 2005, № 12, maddə 1079; 2006, № 2, maddə 64, № 11, maddə 933, № 12, maddə 1005; 2007, № 6, maddə 560; 2008, № 4, maddə 252, № 6, maddə 462; 2010, № 3, maddə 172, № 6, maddə 487; 2011, № 4, maddələr 252, 268, № 11, maddə 989; 2014, № 2, maddə 88, № 7, maddə 764) aşağıdakı dəyişikliklər edilsin:

1. 10-cu maddə üzrə:

1.1. I hissənin:

1.1.1. 8-ci bəndində “yaşayış binalarına, habelə digər qapalı tikililərə” sözləri “yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə” sözləri ilə əvəz edilsin;

1.1.2. 9-cu bəndində “yaşayış binalarının, habelə digər qapalı tikililərin” sözləri “yaşayış yerlərinin, hasarlanmış tikinti obyektlərinin” sözləri ilə əvəz edilsin;

1.2. III hissə aşağıdakı redaksiyada verilsin:

“III. Bu maddənin I hissəsinin 3-5, 8, 9 (texniki vasitələrdən istifadə etməklə və ya səsyazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə yaşayış yerinə münasibətdə) və 10-cu bəndlərində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri bu maddənin IV hissəsində göstərilən hallar istisna olmaqla, məhkəmənin (hakimin) qərarı əsasında həyata keçirilir.”;

1.3. IV hissənin 2-ci bəndində “yaşayış binalarına, habelə digər qapalı tikililərə” sözləri “yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə” sözləri ilə əvəz edilsin;

1.4. aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:

“Qeyd: Bu Qanunun 10-cu və digər maddələrində “yaşayış yeri” dedikdə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 7.0.34-cü maddəsində nəzərdə tutulmuş yerlər başa düşülür.”.

2. 12-ci maddənin III hissəsinə “8” rəqəmindən sonra “, 9 (texniki vasitələrdən istifadə etməklə və ya səsyazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə yaşayış yerinə münasibətdə)” sözləri əlavə edilsin.

3. 13-cü maddənin II hissəsində “mənzillərə” sözü “binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 fevral 2016-cı il

№ 121-VQD

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status