AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
02.03.2016
QEYDİYYAT NÖMRƏSİ
1843
ADI
“Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 03-03-2016, Nəşr nömrəsi: 49), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 03-07-2016, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 486)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
03.03.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
210.040.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
32201603021843
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
03.03.2016
“Məntəqə seçki komissiyasının formalaşdırılması qaydaları haqqında Təlimat”ın təsdiq edilməsinə dair

“Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Yer kürəsində vaxtaşırı olaraq təbii fəlakətlərin baş verməsi, həmçinin insan fəaliyyətinin artması təbii və texnogen xarakterli fövqəladə halların intensivləşməsi ilə nəticələnir.

Son iyirmi ildə Azərbaycanda aparılan geniş quruculuq işləri sayəsində irimiqyaslı dövlət və beynəlxalq əhəmiyyətli layihələr həyata keçirilir. Bununla bağlı əhalinin və infrastruktur obyektlərinin mühafizəsini və fövqəladə halların qabaqlanması üçün profilaktik tədbirlərin planlaşdırılmasını həyata keçirən, bu sahədə müvafiq qərarlar qəbul edən dövlət orqanlarından vahid elmi-praktik yanaşma tələb olunur. Eyni zamanda, ölkə ərazisində baş vermiş və yarana biləcək təbii dağıdıcı hadisələrin elmi cəhətdən sistemli şəkildə öyrənilməsi, onların törədə biləcəyi ziyan və risklərin kompleks qiymətləndirilməsi ön plana çəkilir.

Bu baxımdan “Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın nəşri böyük sosial-iqtisadi əhəmiyyətə malikdir. Atlasın nəşr edilməsində məqsəd təbii resurslardan səmərəli istifadə, əhalinin, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin, digər infrastruktur obyektlərinin, o cümlədən strateji neft-qaz kəmərlərinin, kommunikasiya xətlərinin fövqəladə hallardan qorunması, istehsal qüvvələrinin inkişafı məsələlərinin əsaslandırılmış şəkildə həll edilməsidir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının fövqəladə hallar atlası” nəşr edilsin.

2. “Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın redaksiya heyətinin aşağıdakı tərkibi təsdiq edilsin: [1]

 

Redaksiya heyətinin sədri

 

Hacıbala Abutalıbov – Azərbaycan Respublikası Baş nazirinin müavini

 

Redaksiya heyəti sədrinin müavinləri

 

Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

 

Məsul katib

 

Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru

 

Redaksiya heyətinin üzvləri

 

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikasının energetika naziri

Azərbaycan Respublikasının səhiyyə naziri

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri [2]

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Azərbaycan Respublikasının mədəniyyət naziri

Azərbaycan Respublikasının təhsil naziri

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri [3]

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru

Azərbaycan Milli Elmlər Akademiyasının akademik A.Qarayev adına Fiziologiya İnstitutunun direktoru

Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun direktoru

Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun direktoru

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya Elmi Tədqiqat İnstitutunun direktoru.

 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 2 mart 2016-cı il

                 № 1843

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521)

2.       8 oktyabr 2018-ci il tarixli 527 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2034)

3.       31 may 2022-ci il tarixli 3297 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 3 iyun 2022-ci il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 538)

4.       2 avqust 2022-ci il tarixli 3400 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 3 avqust 2022-ci il, № 162, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 901)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521) ilə 2-ci hissədə “rabitə və yüksək texnologiyalar naziri” sözləri “nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri” sözləri ilə əvəz edilmişdir və həmin hissədən “Ziya Məmmədov – Azərbaycan Respublikasının nəqliyyat naziri” sözləri çıxarılmışdır.

 

8 oktyabr 2018-ci il tarixli 527 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2034) ilə 2-ci hissə ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın redaksiya heyətinin tərkibi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Redaksiya heyətinin sədri

Abid Şərifov

-

Azərbaycan Respublikası Baş nazirinin müavini.

Redaksiya heyəti sədrinin müavinləri:

Kəmaləddin Heydərov

-

Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Akif Əlizadə

-

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti.

Məsul katib

Ramiz Məmmədov

-

Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru.

Redaksiya heyətinin üzvləri:

Şahin Mustafayev

-

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Natiq Əliyev

-

Azərbaycan Respublikasının energetika naziri

Oqtay Şirəliyev

-

Azərbaycan Respublikasının səhiyyə naziri

Ramin Quluzadə

-

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Heydər Əsədov

-

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

Hüseynqulu Bağırov

-

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Əbülfəs Qarayev

-

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Mikayıl Cabbarov

-

Azərbaycan Respublikasının təhsil naziri

Kərəm Həsənov

-

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri

Tahir Budaqov

-

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri

Faiq Tağı-zadə

-

Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin müavini

Rövnəq Abdullayev

-

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti

İlyas Əlizadə

-

Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının Ekologiya şöbəsinin müdiri

İbrahim Quliyev

-

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Qurban Yetirmişli

-

Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru

Ulduz Həşimova

-

Azərbaycan Milli Elmlər Akademiyasının akademik A.Qarayev adına Fiziologiya İnstitutunun direktoru

İlham Ələkbərov

-

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru

Validə Əlizadə

-

Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun direktoru

Elmira Ramazanova

-

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutunun direktoru.

 

[2] 31 may 2022-ci il tarixli 3297 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 3 iyun 2022-ci il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 538) ilə 2-ci hissədə nəqliyyat, rabitə və yüksək texnologiyalar sözləri rəqəmsal inkişaf və nəqliyyat sözləri ilə əvəz edilmişdir.

 

[3] 2 avqust 2022-ci il tarixli 3400 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 3 avqust 2022-ci il, № 162, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 901) ilə 2-ci hissəsindən “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri” sözləri çıxarılmlışdır.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status