“Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 dekabr tarixli 382 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1283-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 1239 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 dekabr tarixli 382 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1660) ilə təsdiq edilmiş “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 6.4.10-cu yarımbənddə “bağlanılmasına razılıq verilməsi” sözləri “və aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin (müstəqil auditorun rəyi əlavə olunmaqla) bağlanılması haqqında qərarın qəbul edilməsi” sözləri ilə əvəz edilsin.
2. Aşağıdakı məzmunda 6.4.10-1-ci yarımbənd əlavə edilsin:
“6.4.10-1. aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edir;”.
3. 7.1.14-cü yarımbəndə “müqavilələr” sözündən əvvəl “bu Nizamnamənin 6.4.10-cu və 6.4.10-1-ci yarımbəndlərinin tələbləri nəzərə alınmaqla” sözləri əlavə edilsin.
4. 8-ci hissə üzrə:
4.1. adı aşağıdakı redaksiyada verilsin:
“Cəmiyyətdə uçot, hesabat və nəzarət”;
4.2. aşağıdakı məzmunda 8.5-1-ci bənd əlavə edilsin:
“8.5-1. İdarə Heyətinin sədri və ya üzvləri, habelə Cəmiyyətin struktur bölmələrinin (filial, nümayəndəlik, idarə və s.) rəhbərləri özlərinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.6-cı və 49-1.7-ci maddələri ilə müəyyən edilmiş qaydada təqdim etməlidirlər.”.
5. 12.1-ci bənddən sonra aşağıdakı məzmunda “Qeyd” əlavə edilsin:
“Qeyd. Bu Nizamnamədə dəyişikliklər Azərbaycan Respub-likası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 16 fevral 2016-cı il
№ 58