×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
29.03.2016
QEYDİYYAT NÖMRƏSİ
1932
ADI
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 30-03-2016, Nəşr nömrəsi: 65), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2016, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 572)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
30.03.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
210.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
32201603291932
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
30.03.2016
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 fevral tarixli 273 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”na uyğun olaraq mədəniyyət sahəsində şəffaf və səmərəli idarəetmə sistemi formalaşdırmaq və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunu təkmilləşdirmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin bazasında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi yaradılsın.

2. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin aşağıdakı regional idarələri yaradılsın: [2]

2.1. Sumqayıt şəhər, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayon mədəniyyət və turizm idarə və şöbələrinin bazasında Sumqayıt Regional Mədəniyyət İdarəsi; [3]

2.2. Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayon mədəniyyət şöbələrinin bazasında Xaçmaz Regional Mədəniyyət İdarəsi;

2.3. İsmayıllı, Ağsu, Şamaxı, Qobustan və Qəbələ rayon mədəniyyət şöbələrinin bazasında İsmayıllı Regional Mədəniyyət İdarəsi;

2.4. Şəki şəhər, Oğuz, Qax, Zaqatala və Balakən rayon mədəniyyət şöbələrinin bazasında Şəki Regional Mədəniyyət İdarəsi;

2.5. Kürdəmir, İmişli, Füzuli, Beyləqan və Xocavənd rayon mədəniyyət şöbələrinin bazasında Kürdəmir Regional Mədəniyyət İdarəsi;

2.6. Ağstafa, Qazax və Tovuz rayon mədəniyyət şöbələrinin bazasında Ağstafa Regional Mədəniyyət İdarəsi;

2.7. Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən rayon mədəniyyət şöbələrinin bazasında Şəmkir Regional Mədəniyyət İdarəsi;

2.8. Gəncə və Naftalan şəhər, Samux, Goranboy, Kəlbəcər və Xocalı rayon mədəniyyət idarə və şöbələrinin bazasında Gəncə Regional Mədəniyyət İdarəsi;

2.9. Yevlax və Mingəçevir şəhər, Bərdə və Tərtər rayon mədəniyyət şöbələrinin bazasında Bərdə Regional Mədəniyyət İdarəsi;

2.10. Ağcabədi, Ağdam və Laçın rayon mədəniyyət şöbələrinin bazasında Ağcabədi Regional Mədəniyyət İdarəsi;

2.11. Ağdaş, Ucar, Zərdab və Göyçay rayon mədəniyyət şöbələrinin bazasında Ağdaş Regional Mədəniyyət İdarəsi;

2.12. Şirvan şəhər, Sabirabad, Saatlı, və Hacıqabul rayon mədəniyyət şöbələrinin bazasında Sabirabad Regional Mədəniyyət İdarəsi;

2.13. Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayon mədəniyyət şöbələrinin bazasında Biləsuvar Regional Mədəniyyət İdarəsi;

2.14. Masallı, Yardımlı və Cəlilabad rayon mədəniyyət şöbələrinin bazasında Masallı Regional Mədəniyyət İdarəsi;

2.15. Lənkəran şəhər, Astara və Lerik rayon mədəniyyət şöbələrinin bazasında Lənkəran Regional Mədəniyyət İdarəsi.

3. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin regional idarələrinin abidə mühafizəçiləri ştatları Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə verilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.4. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin regional idarələrinin fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etsin;

4.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi mədəniyyət sahəsinin 2017-ci il yanvarın 1-dən mərkəzləşdirilmiş maliyyələşməyə keçməsini təmin etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 mart 2016-cı il

     № 1932

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       29 yanvar 2021-ci il tarixli 2463 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 30 yanvar 2021-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 1, maddə 79)

2.       23 fevral 2023-cü il tarixli 3766 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 fevral 2023-cü il, “Xalq” qəzeti, 24 fevral 2023-cü il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 288)

 

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 29 yanvar 2021-ci il tarixli 2463 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 30 yanvar 2021-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 1, maddə 79) ilə adından, preambuladan, 1-ci hissədən (hər üç halda), 2-ci hissədən və 3-cü hissədən (hər dörd halda) “və Turizm” sözləri çıxarılmışdır.

 

[2] 23 fevral 2023-cü il tarixli 3766 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 fevral 2023-cü il, “Xalq” qəzeti, 24 fevral 2023-cü il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 288) ilə 2-ci hissə ləğv edilmişdir.

 

[3] 29 yanvar 2021-ci il tarixli 2463 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 30 yanvar 2021-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 1, maddə 79) ilə 2.1 – 2.15-ci bəndlərdən “və Turizm” və “və turizm” sözləri çıxarılmışdır.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status