×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
23.02.2016
QEYDİYYAT NÖMRƏSİ
81
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 yanvar tarixli 20 nömrəli qərarı ilə təsdiq edilmiş “İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicənin Şərtləri və Qaydaları”nda dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 30-03-2016, Nəşr nömrəsi: 65), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2016, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 605)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
30.03.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201602230081
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
31.03.2016
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 yanvar tarixli 20 nömrəli qərarı ilə təsdiq edilmiş “İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicənin Şərtləri və Qaydaları”nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 yanvar tarixli 20 nömrəli qərarı ilə təsdiq edilmiş “İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicənin Şərtləri və Qaydaları”nda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1362-IVQD nömrəli Qanununun tətbiqi barədə” 2015-ci il 12 noyabr tarixli 676 nömrəli və “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1364-IVQD nömrəli Qanununun tətbiqi barədə” 2015-ci il 12 noyabr tarixli 677 nömrəli fərmanlarının 1.2-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 yanvar tarixli 20 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 50) ilə təsdiq edilmiş “İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicənin Şərtləri və Qaydaları”na aşağıdakı məzmunda 1.3-1-ci bənd əlavə edilsin:

“1.3-1. Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicəsi barədə məhkəmə qərarlarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir.”.

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 23 fevral 2016-cı il

     № 81

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status