“İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 aprel 2016-cı il
№ 878
Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 20 aprel tarixli 878 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və investisiya layihəsinin həyata keçiriləcəyi inzibati ərazi vahidləri
İFNT
|
İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri
|
İnvestisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ
(milyon manatla)
|
||||
Region 1
|
Region 2
|
Region 3
|
Region 4
|
Region 5
|
||
|
Kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və qablaşdırılması
|
-
|
2
|
1
|
0,4
|
0,2
|
|
Qida məhsullarının xüsusi nəqliyyat vasitələri (refrejerator) ilə daşınması
|
-
|
2
|
1
|
0,4
|
0,2
|
|
“Bitkilərin intensiv becərilməsi
(Yağmurlama üsulu ilə suvarılacaq əkin sahəsi 50 hektardan az olmayan təsərrüfatlar)”
|
-
|
-
|
-
|
0,4
|
0,2
|
|
“İntensiv bağçılıq, bostançılıq və çayçılıq
(Damcı sulama və yağmurlama üsulu ilə suvarılacaq ərazisi 5 hektardan az olmayan təsərrüfatlar)”
|
-
|
1
|
-
|
0,4
|
0,2
|
|
İri buynuzlu mal-qaranın (ətlik və südlük istiqamətli) yetişdirilməsi (50 baş cins mal-qaradan az olmayan təsərrüfatlar)
|
-
|
-
|
-
|
0,4
|
0,2
|
|
Sənaye üsulu ilə balıq yetişdirilməsi
|
-
|
-
|
-
|
0,4
|
0,2
|
07
|
Metal filizlərin hasilatı və emalı
|
-
|
-
|
-
|
-
|
50
|
10
|
Qida məhsullarının istehsalı
|
-
|
2
|
1
|
0,4
|
0,2
|
11
|
İçki istehsalı
|
-
|
2
|
1
|
0,4
|
0,2
|
12
|
Tütün məmulatlarının istehsalı
|
-
|
2
|
1
|
0,4
|
0,2
|
13
|
Toxuculuq sənayesi məhsullarının istehsalı
|
5
|
2
|
1
|
0,4
|
0,2
|
14
|
Geyim istehsalı
|
5
|
2
|
1
|
0,4
|
0,2
|
15
|
Dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 1
|
5
|
2
|
1
|
0,4
|
0,2
|
16
|
Ağac emalı və ağacdan məmulatların istehsalı
|
-
|
2
|
1
|
0,4
|
0,2
|
17
|
Kağız və karton istehsalı
|
-
|
2
|
1
|
0,4
|
0,2
|
19
|
SMST 19.20 Təmizlənmiş neft məhsullarının istehsalı sinfindən sürtgü yağlarının istehsalı
|
-
|
3
|
2
|
1
|
0,5
|
20
|
Kimya sənayesi məhsullarının istehsalı (SMST 20.51 Partlayıcı maddələrin istehsalı sinfi istisna olmaqla)
|
-
|
3
|
2
|
1
|
0,5
|
21
|
Əczaçılıq məhsullarının istehsalı
|
-
|
10
|
10
|
10
|
5
|
22
|
Rezin və plastmas məmulatların istehsalı
|
-
|
3
|
2
|
1
|
0,5
|
23
|
Tikinti materiallarının istehsalı 2 (SMST 23.63 Əmtəə betonu, 23.64 Quru beton qatışığı siniflərinə daxil olan məhsulların istehsalı, 23.99 Digər qruplara daxil edilməyən sair qeyri-metal mineral məhsullar sinfindən asfalt istehsalı istisna olmaqla)
|
-
|
3
|
2
|
1
|
0,5
|
24
|
Metallurgiya sənayesi məhsullarının istehsalı
|
5
|
5
|
3
|
2
|
1
|
25
|
Maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı
|
5
|
3
|
2
|
1
|
0,5
|
26
|
Kompüter və digər elektron avadanlıqların istehsalı
|
5
|
3
|
2
|
1
|
0,5
|
27
|
Elektrik avadanlıqlarının istehsalı
|
5
|
3
|
2
|
1
|
0,5
|
28
|
Maşın və avadanlıqların istehsalı
|
5
|
3
|
2
|
1
|
0,5
|
29
|
Avtomobil və qoşquların istehsalı
|
-
|
5
|
3
|
2
|
1
|
30
|
Sair nəqliyyat vasitələrinin istehsalı
|
5
|
5
|
3
|
2
|
1
|
31
|
Mebel istehsalı
|
-
|
3
|
2
|
1
|
0,5
|
32
|
Zərgərlik məmulatları, musiqi alətləri, idman mallarının və tibb avadanlıqlarının istehsalı
|
5
|
3
|
2
|
1
|
0,5
|
|
Alternativ enerji istehsalı
|
5
|
3
|
2
|
1
|
0,5
|
|
Turizm və rekreasiya zonalarının hüdudları daxilində Baş inkişaf planlarına daxil olan turizm xidməti obyektlərinin tikintisi:
1. mehmanxana və ona bərabər tutulan yerləşdirmə vasitələri;
2. iaşə xidməti obyektləri;
3. əyləncə xidməti obyektləri
|
-
-
-
|
-
-
-
|
-
-
-
|
1
0.1
0.5
|
1
0.1
0.5
|
|
“Hostel” tipli yerləşdirmə vasitələrinin yaradılması
Qeyd: 4-cü və 5-ci regionlar üzrə turizm və rekreasiya zonalarına daxil olmayan ərazilər
|
-
|
-
|
0.1
|
0.1
|
0.1
|
|
2 və 3 ulduzlu yerləşdirmə vasitələrinin yaradılması
Qeyd: 4-cü və 5-ci regionlar üzrə turizm və rekreasiya zonalarına daxil olmayan ərazilər
[1]
|
-
|
-
|
2
|
2
|
2
|
Regionlara daxil olan inzibati ərazi vahidləri:
Region 1 - Bakı şəhəri (Bakı ətrafı qəsəbələr istisna olmaqla)
Region 2 - Bakı ətrafı qəsəbələr və Abşeron rayonu
Region 3 - Sumqayıt şəhəri, Gəncə şəhəri
Region 4 - 1, 2, 3 və 5-ci regionlara aid edilməyən şəhər və rayonlar
Region 5 - Naxçıvan Muxtar Respublikası, Füzuli, Xocavənd, Ağdam, Tərtər, Ağcabədi, Naftalan, Goranboy, Göygöl, Gədəbəy, Daşkəsən, Qazax, Tovuz, Ağstafa, Lerik, Yardımlı, Balakən, Qusar rayonları
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
- 31 yanvar 2017-ci il tarixli 1219 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 fevral 2017-ci il, № 22, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 66)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 31 yanvar 2017-ci il tarixli 1219 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 fevral 2017-ci il, № 22, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 66) ilə cədvəlin “Alternativ enerji istehsalı” sətrindən sonra yeni məzmunda yeni sətirlər əlavə edilmişdir.