×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
20.04.2016
QEYDİYYAT NÖMRƏSİ
866
ADI
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 23-04-2016, Nəşr nömrəsi: 86), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2016, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 671)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
23.04.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
110.020.040
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201604200866
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
22.04.2016
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifləri əsasında:

1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa (həmin Qanunun 13-cü maddəsində göstərilmiş prinsip nəzərə alınmaqla) uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. həmin Qanunun 21.1-ci maddəsinə uyğun olaraq, “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanı ilə təsdiq edilmiş 2 və 3 nömrəli əlavələrdə müəyyən edilən dövlət rüsumunun məbləğləri nəzərə alınmaqla, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ilə bağlı təkliflərini on beş gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.3. həmin Qanunun pozulmasına görə inzibati məsuliyyət müəyyən edən qanun layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna (onun 13-cü maddəsində göstərilmiş prinsip nəzərə alınmaqla) uyğunlaşdırılmasını iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təmin etsin;

1.1.5. həmin Qanunun 5.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, beynəlxalq təşkilatların və beynəlxalq səviyyədə tanınmış təşkilatların verdikləri və Azərbaycan Respublikasında tanınan icazələrin siyahısını və onların Azərbaycan Respublikasında tanınması qaydasını bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.2. həmin Qanunun 6.3.3-cü maddəsinə uyğun olaraq, verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə vergi orqanlarına məlumat göndərilməli olan icazələrin siyahısını bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. həmin Qanunun 7.0.8-ci maddəsinə uyğun olaraq, lisenziya blanklarının və əlavələrinin formasını, habelə lisenziya blanklarının və əlavələrinin hazırlanmasına sifarişin verilməsi, onların bölgüsünün həyata keçirilməsi, blanklardan istifadənin uçotunun və hesabatının aparılması qaydasını bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanunun 8.4-cü maddəsinə uyğun olaraq, lisenziyaların və icazələrin vahid reyestrinin aparılması qaydasını bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanunun 16.3-cü maddəsinə uyğun olaraq, tənzimləyici təsirin təhlili qaydasını iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. həmin Qanunun 3 nömrəli əlavəsinin 41-ci, 53-cü və 57-ci maddələrinə uyğun olaraq, müvafiq radioelektron vasitələrini və güc hədlərini bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.7. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.8. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsinin ikinci cümləsində, 6.1-ci və 9.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 4.3-cü maddəsinin ikinci cümləsində, 4.4-cü maddəsində, 5.2-ci maddəsinin ikinci cümləsində (hər iki halda), 6.3.3-cü maddəsində (birinci halda), 6.3.3-1-ci maddəsində (birinci halda), 7.0.8-ci maddəsində (hər iki halda), 8.4-cü, 16.3-cü və 31.2-ci maddələrində, həmin Qanunun 3 nömrəli əlavəsinin 41-ci, 53-cü və 57-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; [1]

2.3. həmin Qanunun 1.0.2-ci maddəsində nəzərdə tutulmuş dövlət orqanının səlahiyyətlərini: [2]

2.3.1. həmin Qanunun 1 nömrəli əlavəsində nəzərdə tutulmuş lisenziya tələb olunan fəaliyyət növləri üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;

2.3.2. həmin Qanunun 2 nömrəli əlavəsinin 1-ci maddəsində nəzərdə tutulmuş lisenziya tələb olunan fəaliyyət növü üzrə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan Respublikasının ərazisində xarici hüquqi şəxslər, yaxud əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilmiş hüquqi şəxslərin, o cümlədən birbaşa və ya dolayı yolla xarici kapitalın iştirakı ilə yaradılmış hüquqi şəxslərin öz mühafizəsini təmin etməsi ilə bağlı) və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (digər hallarda);

2.3.3. həmin Qanunun 2 nömrəli əlavəsinin 2-ci maddəsində nəzərdə tutulmuş lisenziya tələb olunan fəaliyyət növləri üzrə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti;

2.3.4. həmin Qanunun 2 nömrəli əlavəsinin 3-cü, 4-cü və 4-1-ci maddələrində nəzərdə tutulmuş lisenziya tələb olunan fəaliyyət növləri üzrə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir; [3]

2.3.5. həmin Qanunun 2 nömrəli əlavəsinin 5-ci maddəsində nəzərdə tutulmuş lisenziya tələb olunan fəaliyyət növləri üzrə Azərbaycan Respublikası Audiovizual Şurası həyata keçirir; [4]

2.4. həmin Qanunun 1.0.12-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;

2.5. həmin Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi həyata keçirir;

2.6. həmin Qanunun 6.3.3-cü maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və ya müvafiq olaraq, Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti həyata keçirir; [5]

2.6-1. həmin Qanunun 6.3.3-1-ci maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirir; [6]

2.7. həmin Qanunun 19.8-1-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir. [7]

3. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “Lisenziyalar və icazələr” portalının əsasnaməsinin layihəsini Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 aprel 2016-cı il

                   № 866

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       7 dekabr 2016-cı il tarixli 1146 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 9 dekabr 2016-cı il, № 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2064)

2.       5 aprel 2017-ci il tarixli 1318 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 7 aprel 2017-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 532)

3.       29 noyabr 2019-cu il tarixli 866 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 266, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1714)

4.       6 may 2022-ci il tarixli 1674 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 7 may 2022-ci il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 442)

5.       31 may 2022-ci il tarixli 1699 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyun 2022-ci il, № 116, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 467)

6.       2 avqust 2022-ci il tarixli 1787 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 2 avqust 2022-ci il, “Xalq” qəzeti 4 avqust 2022-ci il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 847)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 29 noyabr 2019-cu il tarixli 866 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 266, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1714) ilə 2.2-ci bəndə “6.3.3-cü maddəsində (birinci halda),” sözlərindən sonra “6.3.3-1-ci maddəsində (birinci halda),” sözləri əlavə edilmişdir.

 

[2] 7 dekabr 2016-cı il tarixli 1146 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 9 dekabr 2016-cı il, № 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2064) ilə 2.3-cü bənddə “müvafiq icra hakimiyyəti” sözləri “dövlət” sözü ilə əvəz edilmişdir.

 

[3] 7 dekabr 2016-cı il tarixli 1146 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 9 dekabr 2016-cı il, № 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2064) ilə 2.3.4-cü yarımbənddən “həyata keçirir” sözləri çıxarılmışdır.

5 aprel 2017-ci il tarixli 1318 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 7 aprel 2017-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 532) ilə 2.3.4-cü yarımbənddə “və 4-cü” sözləri “, 4-cü və 4-1-ci” sözləri ilə əvəz edilmişdir, “Respublikasının” sözündən sonra “Nəqliyyat,” sözü əlavə edilmişdir.

 

31 may 2022-ci il tarixli 1699 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyun 2022-ci il, № 116, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 467) ilə 2.3.4-cü yarımbəndində və 2.7-ci bəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilmişdir.

 

[4] 7 dekabr 2016-cı il tarixli 1146 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 9 dekabr 2016-cı il, № 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2064) ilə yeni məzmunda 2.3.5-ci yarımbənd əlavə edilmişdir.

6 may 2022-ci il tarixli 1674 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 7 may 2022-ci il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 442) ilə 2.3.5-ci yarımbənddə “Milli Televiziya və Radio” sözləri “Azərbaycan Respublikası Audiovizual” sözləri ilə əvəz edilmişdir.

 

[5] 2 avqust 2022-ci il tarixli 1787 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 2 avqust 2022-ci il, “Xalq” qəzeti 4 avqust 2022-ci il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 847) ilə 2.6-cı bəndində birinci halda “Vergilər” sözü “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat” sözləri, ikinci halda “Vergilər Nazirliyi” sözləri “Dövlət Vergi Xidməti” sözləri ilə əvəz edilmişdir.

 

[6] 29 noyabr 2019-cu il tarixli 866 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 266, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1714) ilə yeni məzmunda 2.6-1-ci bənd əlavə edilmişdir.

 

[7] 5 aprel 2017-ci il tarixli 1318 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 7 aprel 2017-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 532) ilə 2.6-cı bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.7-ci bənd əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status