×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
04.04.2016
QEYDİYYAT NÖMRƏSİ
143
ADI
“Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin fiziki mühafizəsi və mühəndis təhlükəsizlik sistemləri ilə təchiz edilməsi üzrə Xüsusi Tikinti Normaları”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2016, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 799)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
04.04.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
130.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
30.04.2016
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin fiziki mühafizəsi və mühəndis təhlükəsizlik sistemləri ilə təchiz edilməsi üzrə Xüsusi Tikinti Normaları”nın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin aidiyyəti dövlət orqanları ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin fiziki mühafizəsi və mühəndis təhlükəsizlik sistemləri ilə təchiz edilməsi üzrə Xüsusi Tikinti Normaları” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin layihələndirilməsində və istismara verilməsində həmin obyektlərin mühafizəsini həyata keçirən qurumların rəy və təkliflərinin nəzərə alınması təmin edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 4 aprel 2016-cı il

                 № 143

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2016-cı il 4 aprel tarixli 143 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin fiziki mühafizəsi və mühəndis təhlükəsizlik sistemləri ilə təchiz edilməsi üzrə

 

XÜSUSİ TİKİNTİ NORMALARI

 

1. Ümumi müddəalar

 

1.1 Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin fiziki mühafizəsi və mühəndis təhlükəsizlik sistemləri ilə təchiz edilməsi üzrə Xüsusi Tikinti Normaları (bundan sonra - Tikinti Normaları) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin və Azərbaycan Respublikasının digər hərbi birləşmələrinin obyektləri istisna olmaqla, bu Tikinti Normaları qüvvəyə mindiyi vaxtdan etibarən Azərbaycan Respublikasının yeni başlanan, əsaslı rekonstruksiya edilən və texniki cəhətdən yenidən təchiz edilən həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərinin (daşınmaz tarix və memarlıq abidəsi olan binalar və tikililər istisna olmaqla) layihələndirilməsinə və inşasına şamil edilən, rəhbər tutulan sənəddir. Həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin siyahısı və onların təhlükəsizlik kateqoriyası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin təqdimatı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. [1]

1.2. Bu Tikinti Normaları Azərbaycan Respublikasının həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərinin bina, otaq və perimetr hasarlarının konstruksiya elementlərinin fiziki mühafizə üsullarını, həmçinin həmin obyektlərin mühəndis-texniki vasitələrlə və təhlükəsizlik sistemləri ilə təchiz edilməsi parametrləri və qaydasını müəyyən edir.

 

2. Əsas anlayışlar

 

2.1. Bu Tikinti Normalarında istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir;

2.1.1. obyekt - mütləq mühafizəsi tələb olunan dəyərli və ya digər əşyaların yerləşdiyi bina, qurğu və yaxud sahə;

2.1.2. həyat təminatlı, mühüm əhəmiyyətli obyekt - əhəmiyyət dərəcəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş obyekt;

2.1.3. unikal obyekt - xüsusi memarlıq üslubuna malik, tarixi və ya dini dəyərləri əks etdirən obyekt;

2.1.4. mühafizə olunan obyekt - mühafizə fəaliyyətinin subyekti tərəfindən mühafizə edilən ayrıca obyekt, ərazi və ya ümumi sahə vasitəsilə birləşdirilmiş bir neçə tikili;

2.1.5. xüsusiləşmiş tikili - Tikinti Normalarına uyğun müdafiə dərəcəsinə malik olan və mühafizəsi tələb olunan dəyərli və digər əşyaların saxlanılmasına imkan verən tikili;

2.1.6. perimetr - mühafizə olunan ərazinin (zonanın) konstruksiyalar (maneələr), mühəndis avadanlığı və nəzarət-buraxılış məntəqələri ilə təchiz edilmiş sərhədi;

2.1.7. mühafizə olunan zona - binanın və (və ya) ərazinin (obyektin) mühəndis təhlükəsizlik sistemi (siqnaiizasiya) vasitəsilə təhlükənin aşkar edilə biləcəyi (edilməli olduğu) hissəsi;

2.1.8. mühafizə olunmuş zona - obyektin üzərində binalar və ya maddi qiymətlilər və ya digər predmetlər və materiallar saxlanılan tikililər olan, ayrı-ayrılıqda və ya birlikdə icazəli hərəkətlərin obyekti ola bilən sahə. Mühafizə olunmuş zona fiziki mühafizə maneələri ilə əhatə olunur, daim mühafizə altındadır və mühəndis təhlükəsizlik sistemləri ilə müşahidə edilir. Zonaya giriş məhdudlaşdırılır və nəzarətdə saxlanılır;

2.1.9. qadağan edilmiş zonalar və rayonlar - materialların və əmlakın saxlanılmasının təhlükəsizliyini, o cümlədən əhalinin, həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin və ətraf mühitin fövqəladə hallarda baş verə biləcək qəzaların (qəza və fövqəladə hallarda yaranan yanğınlar) təsirlərindən mühafizəsini təmin etmək üçün nəzərdə tutulmuş ərazilər;

2.1.10. nəzarət-buraxılış məntəqəsi (NBM) - insanların və avtonəqliyyat vasitələrinin buraxılmasını təmin etmək üçün nəzərdə tutulmuş xüsusi tikili;

2.1.11. təhkim zolağı - nəzarət-izləmə zolağının avadanlıqla təchiz edilməsi və mühafizə siqnalizasiya vasitələrinin yerləşdirilməsi üçün ayrılmış, perimetr hasarının daxilində yerləşən, kənar şəxslərin və əşyaların daxil olması qadağan edilmiş ərazi;

2.1.12. obyektin (tikilinin) fiziki mühafizəsi - perimetr hasarının binalarının, tikililərinin konstruksiya elementlərini cinayət əməllərinin törədilməsi üçün sanksiyalaşdırılmamış giriş məqsədi ilə yönəldilmiş dağıdıcı təsirlərə qarşı mühafizə edilməsi üçün mühəndis-texniki tədbirlərin məcmusu;

2.1.13. obyektlərin mühəndis təhlükəsizlik sistemləri - xüsusi texniki mühafizə vasitələri (mühafizə siqnalizasiya, girişə nəzarət sistemləri, video müşahidə (mühafizə) sistemləri, radioaktiv, kimyəvi və digər zəhərləyici maddələri silahları, partlayıcı qurğuları və aşkarlayan detektorlar və yanğın siqnalizasiya sistemləri;

2.1.14. obyektin fiziki mühafizəsinin gücləndirilməsi tədbirləri və mühəndis təhlükəsizlik sistemləri ilə təchiz edilməsi - binalara, tikililərə və perimetr hasarlarına məxsus konstruksiya elementlərinin möhkəmlik xüsusiyyətlərinin yaxşılaşdırılmasına və sanksiyalaşdırılmamış hərəkətlərin aşkar edilməsi və aradan qaldırılması məqsədi ilə mühəndis sistemlərinin və aşkarlama vasitələrinin səmərəli istifadəsinə yönəldilmiş tədbirlərin məcmusu;

2.1.15. mühafizə hüdudu - obyektin və (və ya) tikilinin müəyyən zonasına (perimetr, həcm, giriş yolları, giriş-çıxışlar) nəzarət edən və bu zonanın hüdudları pozulduqda, sanksiyalaşdırılmamış hərəkətlər haqqında müvafiq bildiriş verən mühəndis-texniki vasitələrin və təhlükəsizlik sistemlərinin məcmusu;

2.1.16. mexaniki mühafizə vasitələri - müxtəlif bağlayıcı qurğularla (kilidlər, barmaqlıqlar, bəndlər, qoruyucu plyonkalar və s.) təchiz edilmiş və obyekti icazəsiz girişə qarşı müvafiq mühafizə ilə təmin edən və sanksiyalaşdırılmamış girişlərə maksimum dərəcədə mane olan perimetr hasarlarının, binaların, qurğuların və tikililərin konstruksiya elementlərinin məcmusu (divarlar, döşəmə, tavan, qapılar, pəncərə boşluqları);

2.1.17. yoxlama vasitələri - obyektə daşınması, obyektdən çıxarılması, obyektə gətirilməsi və aparılması qadağan edilmiş əşyaların və məhsulların aşkar edilməsi üçün istifadə edilən stasionar və əl qurğuları (metalaxtaran cihazlar, dozimetrlər, detektorlar və s.);

2.1.18. buraxılış rejiminin tənzimlənməsi vasitələri - işçilərin, mühəndis-texniki heyətin və əməkdaşların keçidinə, avtomobil və digər növ nəqliyyat vasitələri ilə girişinə və çıxışına nəzarət edən qurğular;

2.1.19. mühafizə siqnalizasiyasının texniki vasitəsi - mühafizə siqnalizasiyası sisteminin və ya kompleksinin tərkibinə daxil olan, müstəqil şəkildə funksiyaları yerinə yetirən, konstruksiya baxımından tamamlanmış aparat-proqram qurğusu;

2.1.20. mühafizə siqnalizasiyası sistemi - mühafizə edilən obyektə icazəsiz daxilolma hallarının (qanunsuz daxilolma cəhdlərinin) aşkarlanması, icazəsiz daxilolma halı (qanunsuz daxilolma cəhdi) barədə məlumatların, o cümlədən tələb olunan digər məlumatların toplanılması, hazırlanması, ötürülməsi və təqdim edilməsi üçün birgə fəaliyyət göstərən texniki vasitələrin məcmusu;

2.1.21. tələlər - daxili qapıların lokal sahələrinə (tamburlar, dəhlizlər), ventilyasiya kanallarına, xüsusi dəyərli və yaxud əhəmiyyətli əşyaların saxlanılması və yerləşdirilməsi sahələrinə quraşdırılan əlavə mühafizə siqnalizasiya texniki vasitələri;

2.1.22. çoxhüdudlu kompleks mühafizə siqnalizasiyası - müxtəlif fiziki fəaliyyət prinsiplərinə            əsaslanan, mühafizə siqnalizasiyasının iki və yaxud daha çox hüdudunun məcmusu;

2.1.23. mühafizə siqnalizasiyası kompleksinin xətti hissəsi - mühafizə siqnalizasiyasının şleyflər, telemetrik kanallar, rabitə kanalı və ya ayrıca xətlər vasitəsilə qəbul-nəzarət cihazlarına (bundan sonra - QNC) və bildirişlərin ötürülməsi sisteminə mühafizə olunan obyektdəki cinayət halları və ya əməlləri barədə məlumatların ötürülməsi üçün istifadə edilən birləşdirici xətlərin məcmusu;

2.1.24. obyektin mühafizə siqnalizasiyası sistemi - mühafizə edilən obyektdə pozuntu hallarını göstərən əlamətlərin avtomatik aşkar edilməsi, məlumatların toplanılması, hazırlanması, ötürülməsi və təqdim edilməsi üçün nəzərdə tutulmuş, birgə fəaliyyət göstərən texniki vasitələrin məcmusu;

2.1.25. kompleks mühafizə siqnalizasiyası sistemi - mühafizə edilən obyektdə pozuntu hallarını göstərən əlamətlərin aşkar edilməsi, məlumatların toplanılması, hazırlanması, ötürülməsi və təqdim edilməsi üçün obyektin mühafizə siqnalizasiyası sistemlərinin və Bildirişlərin ötürülməsi Sisteminin birgə fəaliyyət göstərən texniki vasitələrinin məcmusu;

2.1.26. bildirişlərin ötürülməsi sistemi (BÖS) – obyektə icazəsiz daxilolma halı (qanunsuz daxilolma cəhdi) və ya digər sanksiyalaşdırılmamış hərəkətlər barədə bildirişlərin rabitə kanalı vasitəsilə ötürülməsi və mərkəzləşdirilmiş mühafizə məntəqəsində (bundan sonra - МММ) qəbulu, habelə teleidarəetmə komandalarının ötürülməsi və qəbulu üçün birgə fəaliyyət göstərən texniki vasitələrin məcmusudur və obyektlərdə son qurğuların, aralıq məntəqələrdə retranslyatorların, həmçinin mərkəzləşdirilmiş mühafizə məntəqələrində mərkəzi nəzarət qurğularının və ya terminalların (mərkəzləşdirilmiş müşahidə pultu (bundan sonra - MMP) quraşdırılmasını nəzərdə tutur;

2.1.27. son qurğu (bundan sonra - SQ) - QNC-dən və ya birbaşa olaraq mühafizə və telemetrik bildiriş cihazlarından bildirişlərin qəbul edilməsi və ötürülməsi üçün mühafizə olunan obyektə quraşdırılan BÖS-ün tərkib hissəsi;

2.1.28. BÖS-ün monitorinqi - bildirişlərin ötürülməsi sisteminin “Mühafizə” rejimində işləyərkən MMP-nin periferiya son qurğusuna, həmçinin ötürmə kanalının informasiya sahəsinə məsafədən avtomatik nəzarət imkanı verən funksiyası;

2.1.29. müdaxilə barədə bildirişlərin ötürülməsi sistemi - mühafizə olunan obyektlərə müdaxilə (müdaxiləyə cəhd) barədə obyektlərin mühafizə siqnalizasiyası sistemlərindən bildirişlərin, xidməti və nəzarət-diaqnostika bildirişlərinin rabitə kanalları ilə ötürülməsi və MMP-yə qəbul edilməsi, həmçinin teleidarəetmə komandalarının ötürülməsi və qəbulu üçün birgə fəaliyyət göstərən texniki vasitələrin məcmusu;

2.1.30. xüsusi texniki mühafizə vasitələrinə bildiriş - mühafizə olunan obyektdə müəyyən edilmiş vəziyyətin nəzarət edilən parametrlərinin dəyişməsi barədə informasiya daşıyan xəbər. Xəbər elektromaqnit, elektrik, işıq və yaxud səs siqnalları vasitəsilə və ya onların kombinasiyaları ilə ötürülür. Bildirişlər “həyəcan” və “xidməti” kateqoriyalı olur. “Xidməti” bildiriş mühafizəyə “götürülmə”, mühafizədən “çıxarılma”, aparatların və ya rabitə kanallarının texniki vəziyyətinin diaqnostikası barədə informasiyanı əhatə edir. “Həyəcan” bildirişi icazəsiz hərəkətlərin törədilməsi (törədilməsinə cəhd) barədə məlumat verir;

2.1.31. məsafədə yerləşən mərkəz - mühafizə edilən obyektlərdən müəyyən məsafədə yerləşən və xidmət göstərilən mərkəz. Bir və ya bir neçə mühafizə və telemetrik obyektinin siqnalizasiya sistemlərinin vəziyyəti həmin mərkəzə daxil olur;

2.1.32. “həyəcan” bildirişinin qəbulu mərkəzi - bir qayda olaraq, mühafizə olunan zonadan kənarda yerləşən bir neçə obyektin mühafizə siqnalizasiyası və ya retranslyasiyası sisteminin vəziyyəti barədə informasiyanın toplanılmasını və saxlanılmasını həyata keçirən mərkəz;

2.1.33. müşahidə mərkəzi (tərkibində MMP olan mərkəzləşdirilmiş monitorinq məntəqəsi) - məsafədən xidmət göstərən mərkəz. Burada BÖS-ün vəziyyətinə nəzarət həyata keçirilir. Mərkəzləşdirilmiş monitorinq üçün dispetçer məntəqəsi ayrı-ayrı yerləşdirilmiş bir sıra obyektlərin mərkəzləşdirilmiş mühafizəsi, zərurət yarandıqda, operativ reaksiya qrupunun mühafizə olunan obyektə çağırılması üçün nəzərdə tutulur;

2.1.34. avtomatik mühafizə siqnalizasiyası sistemi - mühafizənin və sifarişçinin məsul şəxsinin - sistem istifadəçisinin rəhbərliyi ilə digər sistemlərə (məsələn, elektro (tele) rabitə sisteminə müraciət etmədən normal vəziyyətdən söndürülmüş vəziyyətə və əksinə avtomatik keçid) keçidi təmin edən mühafizə siqnalizasiyası sistemi;

2.1.35. əl ilə idarə olunan həyəcan siqnalizasiyası sistemi - normal vəziyyətdən söndürülmüş vəziyyətə və əksinə keçidi avtomatik təmin etməyən mühafizə siqnalizasiyası sistemi;

2.1.36. əl ilə idarəetmə orqanları - idarəetmə qurğusunun funksiyalarına təsir etmək üçün nəzərdə tutulmuş, əl ilə idarə olunan idarəetmə açarları, düymələri və ya klavişləri;

2.1.37. girişə nəzarət və girişin idarə olunması sistemləri və ya vasitələri (GNGİOS) - birgə fəaliyyət göstərən, texniki, informasiya və proqram uyğunluğuna malik olan, həmçinin obyektə insanların və avtonəqliyyat vasitələrinin girişinə nəzarət edən və girişini idarə edən texniki nəzarət və idarəetmə vasitələrinin məcmusu (mexaniki, elektromexaniki, elektrik, elektron qurğular, konstruksiyalar və proqram vasitələri);

2.1.38. videomüşahidə sistemləri (bundan sonra - VMS) - birgə fəaliyyət göstərən və texniki, informasiya, proqram və istismar uyğunluğuna malik olan, televiziya müşahidəsini həyata keçirən texniki vasitələr məcmusu;

2.1.39. həyəcan vəziyyəti - sistemin mövcud təhlükəyə reaksiyası nəticəsində mühafizə, siqnalizasiyası sisteminin “həyəcan” bildirişi;

2.1.40. nəzarət vəziyyəti - bu vəziyyətdə mühafizə siqnalizasiyası sistemi kompleksinin funksionallığının fasiləsiz rejimdə yoxlanılması;

2.1.41. təxribat vəziyyəti - mühafizə siqnalizasiyası sistemi kompleksinin bir hissəsinin zədələnməsinə səbəb olan vəziyyətin qəsdən yaradılması;

2.1. 42. “həyəcan” bildirişi - mühafizə siqnalizasiyası sistemi kompleksinin həyəcan vəziyyəti barədə formalaşdırdığı bildiriş;

2.1.43. nasazlıq barədə bildirişi - mühafizə siqnalizasiyası sistemi kompleksinin nasaz vəziyyət barədə formalaşdırdığı bildiriş;

2.1.44. icazəsiz girişə qarşı mühafizə qurğusu - mühafizə siqnalizasiyası kompleksinin sistemi elementinə və ya tərkib hissəsinə icazəsiz girişin aşkar edilməsi üçün nəzərdə tutulan qurğu;

2.1.45. icazəsiz girişə cəhdin aşkar edilməsi - müşahidə siqnalizasiyası sistemi kompleksinə və ya onun bir hissəsinə icazəsiz girişin aşkar edilməsi üçün mühafizə qurğusunun tətbiq edilməsi;

2.1.46. mühafizə siqnalizasiyasının hüdudu - birgə fəaliyyət göstərən, elektrik dövrəsi ilə ardıcıl birləşdirilmiş, həmin dövrəyə daxil olmayan digər texniki vasitələrdən asılı olmayaraq, mühafizə olunan zonaya (zonalara) müdaxilə (müdaxiləyə cəhd), həmçinin icazəsiz digər hərəkətlər barədə bildiriş vermək imkanına malik olan mühafizə siqnalizasiyası vasitələri;

2.1.47. mühafizə siqnalizasiyasının şleyfi - mühafizə detektorlarının çıxış dövrələrini birləşdirən, MMP-yə müdaxilə və nasazlıq barədə bildirişlərin ötürülməsi, bəzi hallarda isə mühafizə olunan detektorlara elektrik enerjisinin ötürülməsi üçün nəzərdə tutulan köməkçi elementləri və birləşdirici naqilləri əhatə edən elektrik dövrəsi;

2.1.48. QNC - detektorlardan (siqnalizasiya şleyflərindən) və digər QNC-lərdən bildirişlərin qəbulu və qeyd edilməsi, siqnalların çevrilməsi, bildirişlərin verilməsi və detektorların qoşulması, bəzi hallarda isə mühafizə detektorlarının elektrik enerjisi ilə təchiz edilməsi üçün mühafizə sisteminin texniki vasitəsi;

2.1.49. mühafizə siqnalizasiyasının xəbərdarlıq qurğusu - mühafizə olunan zonadan uzaqda olan insanları müdaxilə (müdaxiləyə cəhd) və ya icazəsiz digər hərəkətlər barədə xəbərdar etmək üçün nəzərdə tutulan mühafizə siqnalizasiyasının texniki vasitəsi;

2.1.50. siqnalizasiya detektoru - təhlükə aşkar edildikdə, həyəcan vəziyyətinin formalaşdırılması üçün nəzərdə tutulan qurğu;

2.1.51. mühafizə detektoru - müdaxilənin (müdaxiləyə cəhdin) aşkar edilməsi və icazəsiz hərəkətlər barədə bildirişin formalaşdırılması üçün mühafizə siqnalizasiyasının texniki vasitəsi;

2.1.52. mühafizə detektorunun həssaslığı - nəzarət edilən parametrin kəmiyyət göstəricisi. Həmin göstərici dəyişdikdə detektor işə düşməlidir;

2.1.53. radiodalğalı mühafizə detektoru - aşkar edildiyi zonada ultrayüksəktezlikli diapazonda elektromaqnit dalğaları sahəsinin normalaşdırılan təsirlənməsi halında müdaxilə (müdaxiləyə cəhd) barədə bildirişi formalaşdırılan mühafizə detektoru;

2.1.54. aktiv optika - elektron mühafizə detektoru - detektorun optik şüalanma enerjisinin əks olunmuş axını kəsildikdə və qəbul edilən axın dəyişdikdə, müdaxilə (müdaxiləyə cəhd) barədə bildirişi formalaşdıran mühafizə detektoru;

2.1.55. maqnit kontaktlı detektor - detektor elementlərinin yaratdığı maqnit sahəsinin normalaşdırılmış dəyişməsi halında müdaxilə (müdaxiləyə cəhd) barədə bildirişi formalaşdıran mühafizə detektoru;

2.1.56. akustik mühafizə detektoru - aşkar edildiyi zonada formalaşdırılmış səviyyədə akustik dalğaların yaranması halında müdaxilə (müdaxiləyə cəhd) barədə bildirişi, formalaşdırılan mühafizə detektoru;

2.1.57. passiv optik-elektron mühafizə detektoru - aşkar edildiyi zonaya düşdükdə, insanın infraqırmızı şüalanmasının normalaşdırılan dəyişmə sürəti halında müdaxilə (müdaxiləyə cəhd) barədə bildirişi, formalaşdırılan mühafizə detektoru;

2.1.58. pyezoelektron mühafizə detektoru - bərk cisimdə həmin cismə normalaşdırılmış fiziki təsirlər altında yaranan digər dalğaların təsiri halında mühafizə olunan obyektə müdaxilə (müdaxiləyə cəhd) barədə bildiriş formalaşdıran mühafizə detektoru;

2.1.59. əl ilə idarə olunan mühafizə detektoru - əl ilə və ya avtomatik olmayan digər üsulla işə salınan mühafizə detektoru;

2.1.60. ultrasəsli mühafizə detektoru - aşkar edildiyi zonada ultrasəs tezlikli diapazonda elektromaqnit dalğaları sahəsinin normalaşdırılan təsirlənməsi halında müdaxilə (müdaxiləyə cəhd) barədə bildirişi formalaşdırılan mühafizə detektoru;

2.1.61. kombinə olunmuş mühafizə detektoru - fiziki iş prinsipinə görə fərqli olan və bir elektron sxem ilə birləşdirilmiş bir və ya daha çox həssas elementin bir korpus içərisinə yerləşdirilmiş konstruksiyaya malik mühafizə detektoru;

2.1.62. tutumlu mühafizə detektoru - həssas elementinin tutumunun normalaşdırılmış dəyişməsi halında müdaxilə (müdaxiləyə cəhd) barədə bildiriş formalaşdıran mühafizə detektoru;

2.1.63. induktiv mühafizə detektoru - həssas elementinin induktivliyi normalaşdırılmış dəyişməsi halında müdaxilə (müdaxiləyə cəhd) barədə bildirişi, formalaşdıran mühafizə detektoru;

2.1.64. elektrik təchizatı mənbəyi - mühafizə siqnalizasiyası sistemi kompleksinin elementlərinin və ya hissələrindən birinin işləməsi üçün lazım olan elektrik enerjisini təmin edən sistem hissəsi.

 

3. Fiziki mühafizə

 

3.1. Obyektin, yerləşgənin fiziki mühafizəsi - xüsusi texniki mühafizə vasitələri (mühafizə siqnalizasiya, girişə nəzarət sistemləri, video müşahidə və video mühafizə sistemləri, radioaktiv, kimyəvi və digər zəhərləyici maddələri aşkarlayan detektorlar, silahları, partlayıcı qurğuları və maddələri aşkarlayan detektorlar) və yanğın siqnalizasiya sistemləri, o cümlədən yanğınların avtomatik aşkar edilməsi və söndürülməsi sistemləri obyektin kompleks təhlükəsizlik sisteminin tərkib hissələridir və təhlükəsizlik sisteminin bütün elementləri nəzərə alınmaqla qiymətləndirilir (mühafizə, o cümlədən silahlı mühafizə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublika-sının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və təşkilatları ilə qarşılıqlı əlaqə). [2]

3.2. Sərhəd zolağında yerləşən obyektlərin mühafizəsi Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilir.

 

4. Fiziki mühafizənin uyğunluğu

 

4.1. Azərbaycan Respublikasının həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərinin fiziki mühafizəsi və mühəndis təhlükəsizlik sistemləri ilə təchiz edilməsi bu Tikinti Normalarının tələblərinə uyğun olmalıdır.

 

5. Obyektlərin əhəmiyyət kateqoriyaları

 

5.1. Azərbaycan Respublikasının həyat təminatlı, mühüm əhəmiyyətli obyektləri fiziki mühafizə və mühəndis təhlükəsizlik sistemləri ilə təchizedilmə səviyyəsinə görə aşağıdakı kateqoriyalara bölünür;

5.1.1. I kateqoriya - xüsusi rejimli təşkilatların obyektləri və yerləşgələri, nüvə və digər enerji kompleksləri, hidrotexniki qurğular (bəndlər), həmçinin bütövlüyünün pozulması, dağılması və ya sıradan çıxması Azərbaycan Respublikasının milli təhlükəsizliyi, əhalinin sağlamlığı üçün uzunmüddətli təhlükə, iqtisadiyyat üçün böhran vəziyyəti yarada bilən digər mühüm obyektlər;

5.1.2. II kateqoriya - partlayıcı maddələrin, silah, sursat, xüsusi təhlükəli bakterioloji, bioloji, radioaktiv, kimyəvi, narkotik, psixotrop və güclü təsirə malik zəhərli maddələrin hazırlanması, istehsalı və saxlanılması ilə məşğul olan, maddi səfərbərlik ehtiyatlarının saxlanılmasını həyata keçirən təşkilatların obyekt və yerləşgələri, neft emalı zavodları və xüsusi irihəcmli neft anbarları, kompressor və nasos stansiyaları, qızıl, almaz, platin və digər qiymətlilərin saxlanıldığı yerlər;

5.1.3. III kateqoriya - energetika və rabitə obyektləri, aerodromlar, bank müəssisələri, beynəlxalq əhəmiyyətli dəmir və avtomobil yolları üzərində yerləşən körpü və tunellər, yeyinti sənayesinin xüsusi irimiqyaslı müəssisələri, su təchizatı xətləri, həmçinin iri şəhərlərin və yaşayış məntəqələrinin su anbarları.

 

6. Obyektlərin zonalar üzrə bölgüsü

 

6.1. Obyekt daxilində bütün xüsusiləşdirilmiş bina və yerləşgələr giriş məhdudiyyətinə görə üç əsas zonaya bölünür;

6.1.1. C zonası işçilər üçün giriş məhdudiyyəti olmayan sahələr;

6.1.2. B zonası giriş üçün icazənin məhdud sayda işçilərə verildiyi sahələr;

6.1.3. A zonası giriş üçün icazənin ciddi surətdə məhdudlaşdırılan sayda vəzifəli şəxslərə verildiyi sahələr.

 

7. Obyektlərə dair tələblər

 

7.1. Bu Tikinti Normalarının şamil edildiyi bütün obyektlər memarlıq-planlaşdırılma həllərinə, konstruksiya tərtibatına malik olmalı, binaların, qurğuların və perimetr hasarının konstruksiya elementləri fiziki mühafizə olunmalı, tikintidə istifadə olunan tikinti materiallarının və məmulatının uyğunluq sertifikatı olmalı, həmçinin, cinayət hərəkətlərinə qarşı etibarlı mühafizəni təmin edən mühəndis təhlükəsizlik sistemləri ilə təchiz edilməlidir.

 

8. Mühafizənin gücləndirilməsi üsulları

 

8.1. Bu Tikinti Normaları Azərbaycan Respublikasının həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərinin binalarının, qurğularının və perimetr hasarlarının konstruksiya elementlərinin mühafizəsinin gücləndirilməsi üsullarını müəyyən edir.

 

9. Perimetr hasarının konstruksiya elementlərinin fiziki mühafizəsinə dair tələblər

 

9.1. Bayır tərəfdəki hasarların fiziki mühafizəsinə dair tələblərə aşağıdakılar aiddir;

9.1.1. əraziyə malik bütün həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin perimetr boyu şəxslərin və nəqliyyat vasitələrinin obyektə NBM-dən kənar sərbəst keçməsinin və obyektdən çıxmasının qarşısını alan hasarla təchiz edilməlidir;

9.1.2. hasarlar əsaslı tikililərdir və bir qayda olaraq birtipli layihələr üzrə inşa edilməlidir. Hasarların əsas növlərinə gücləndirilmiş dəmir-beton (fibrobeton), dəmir-beton və şəbəkəli, altdan qazılmaya qarşı dəmir-beton kürsü və ya yerə ən azı 350 mm dərinliyə basdırılan xüsusi armatur şəbəkə ilə gücləndirilmiş hasarlar aiddir. I və 11 kateqoriyalı obyektlər üçün hasarlar bir qayda olaraq, şəffaf olmayan bütöv konstruksiyalardan hazırlanmalıdır;

9.1.3. hasar sıralarının sayı:

9.1.3.1. I və II kateqoriyalı obyektlərin paralel quraşdırılan hasarlarının sıra sayı ikidən az olmayaraq müəyyən edilir. Həmin hasarlardan biri gücləndirilmiş olmalıdır. Hasar sıralarının yekun sayı obyektin spesifikasından və yerləşdiyi ərazinin xüsusiyyətlərindən asılı olaraq müəyyən edilir. III kateqoriyalı obyekt ərazinin xüsusiyyətlərindən asılı olaraq müəyyən edilir. III kateqoriyalı obyektlər üçün hasarın bir sıra üzrə quraşdırılmasına yol verilir;

9.1.4. kateqoriyalı obyektlər üçün hasarlar;

9.1.4.1 I kateqoriyalı obyektlərin gücləndirilmiş hasarı öz möhkəmlik xassələrinə görə cinayətkarların mühafizə olunan əraziyə hasarın konstruksiyalarını ağır texnika taranı və ya gücü 0,4-0,6 kq trinitrotoluola ekvivalent olan partlayıcı maddələr partlatmaqla dağıtma yolu ilə müdaxiləsinə davam gətirməlidir;

9.1.4.2. I kateqoriyalı obyektlərin gücləndirilmiş hasarları qismində aşağıdakı konstruksiyalar istifadə edilə bilər;

9.1.4.3. qalınlığı 200 mm-dən çox olan armaturlanmış fibrobetondan;

9.1.4.4. qalınlığı 400 mm-dən çox olan monolit dəmir betondan;

 

Qeyd. Əsas olduğu halda, magistral boru kəmərləri (boru kəmərlərinin keçdiyi ərazi) və yataqların əraziləri də şəxslərin və nəqliyyat vasitələrinin NBM-dən kənar obyektlərin mühafizə zonalarına sərbəst keçməsinin qarşısını alan hasarla təchiz edilə bilər.

 

9.1.5. II kateqoriyalı obyektlər üçün hasarlar:

9.1.5.1. II kateqoriyalı obyektlərin gücləndirilmiş hasarları qismində aşağıdakı konstruksiyalardan istifadə edilə bilər;

9.1.5.2. divarın qalınlığı 400 mm-dən çox olan, dəmir-beton kəmərlərlə gücləndirilmiş kərpic, daş və beton blok hörgüsü;

9.1.5.3. qalınlığı ən azı 200 mm olan monolit dəmir-beton və ya qalınlığı ən azı 100 mm olan fibrodəmir-betondan;

9.1.5.4. qalınlığı 3 mm-dən çox olan xüsusi polad təbəqədən, diametri ən azı 4 mm olan məftildən hazırlanmış və özəyin addımı 40 mm-dən çox olmayan ikiqat torlu məhdudlaşdırıcı;

9.1.5.5. möhkəmlik xassələrinə görə yuxarıda qeyd edilən konstruksiyalara ekvivalent olan digər növ konstruksiyalar;

9.1.6. III kateqoriyalı obyektlər üçün hasarlar;

9.1.6.1. III kateqoriyalı obyektlərin xarici hasarları qismində aşağıdakı konstruksiyalar istifadə edilə bilər;

9.1.6.1.1. divarın qalınlığı 200 mm-dən çox olan, dəmir-beton kəmərlərlə gücləndirilmiş kərpic, daş və beton blok hörgüsü;

9.1.6.1.2. qalınlığı ən .azı 100 mm olan monolit dəmir-betondan, diametri ən azı 4 mm olan məftildən hazırlanmış və özəyin addımı 40 mm-dən çox olmayan qaynaqlanmış metal torlu çəpər;

9.1.6.1.3. III kateqoriyalı obyektlər üçün yanaşı olan tikililər ansamblına uyğun metal konstruksiyalardan hasarın yaradılmasına yol verilir (zavodda hazırlanan metal şəbəkəli hasar, çubuq və ya döymə dəmirdən hazırlanan hasar, çubuğun qalınlığı ən azı 18 mm , çubuqlar arasındakı məsafə 150 mm-dən artıq olmamaqla və s.);

9.1.7. hasarların ölçüləri;

9.1.7.1. obyektin ərazisinin hasarlanması ən azı 3 m hündürlüyə, qar örtüyünün dərinliyi 0,5 m-dən çox olan rayonlarda isə 3,5 m hündürlüyə malik olmalıdır. Hasar müşahidəni məhdudlaşdıran və texniki mühafizə vasitələrinin (mühəndis təhlükəsizlik sistemlərinin) istifadəsini çətinləşdirən artıq əyrilik və döngələr, bayır tərəfdən çıxıntı və batıqları olmadan düz xətt üzrə quraşdırılmalıdır;

9.1.8. hasarlamaya dair xüsusi tələblər:

9.1.8.1. ətraf mühitin mühafizəsinə dair qanunvericiliyə və digər xüsusi normativlərə əsasən, partlayıcı maddələr, xüsusi təhlükəli bakterioloji, bioloji maddələr, ionlaşdırıcı şüalanma mənbələri, radioaktiv materiallar və ikili təyinatlı materialların hazırlanması, istehsalı, sınaqdan keçirilməsi və saxlanılması ilə məşğul olan təşkilatların obyekt və binalarının xarici hasarlanmasına münasibətdə təyinat sahəsinə uyğun olaraq təhlükəsizliyin təmin edilməsinə dair xüsusi tələblər tətbiq edilir;

 

Qeyd. Xüsusi əsaslandırma olduğu halda, I kateqoriyalı obyektlərin hasarlarının gücləndirilməsi üçün diametri ən azı 4 mm olan məftildən hazırlanmış və özəklərin addımının maksimal ölçüsü 40 mm-dən artıq olmayan, qaynaq edilmiş, çoxqatlı torlu hasarın (bir paketə toplanmış 3 tordan az olmamaq şərtilə) istifadə edilməsinə icazə verilir. Xüsusi əsaslandırma (hesablama) olduğu halda, I kateqoriyalı obyektlərin gücləndirilmiş hasarı qismində digər növ hasarlama konstruksiyalarının istifadə edilməsinə yol verilir.

 

9.1.9. hasarların əlavə mühafizə elementləri;

9.1.9.1. bütün kateqoriyalara aid obyektlərdə zərurət olduqda, xarici hasarın üst kənarında və ya əsasında əlavə olaraq xarici hasarın qət edilməsini çətinləşdirən polad tikanlı məftildən hazırlanan spirallar və ya xüsusi sipərlər quraşdırılır. Spiralların sayı və hasarlamanın həmin elementlərinin konstruksiya quruluşu obyektin spesifikasından və yerləşdiyi ərazidən asılı olaraq müəyyən edilir;

9.1.10. hasarlamanın vəziyyəti, oyuqlar və dəliklər;

9.1.10.1. xarici hasarlarda qıfıllanmayan qapıların, darvazaların, həmçinin oyuqların, dəliklərin və digər zədələnmələrin olmasına icazə verilmir;

9.1.11. darvaza və kiçik qapılara dair tələblər:

9.1.11.1. xarici hasarlamada olan giriş darvazaları və qapılar etibarlı bağlayıcı qurğulara malik olmalı, taran əleyhinə mexanizmlərlə təchiz edilməli və bütün parametrlər məcmusuna görə quraşdırıldıqları xarici hasarlamanın möhkəmlik xassələrindən zəif olmamalıdır;

9.1.12. hasarlamanın binalarla yanaşı olması:

9.1.12.1. hasarlamaya heç bir əlavə tikili bitişik olmamalıdır. Hasarlama perimetrinin tərkib hissəsi olan binalar istisna təşkil edir. Bu halda, həmin bina mərtəbələrinin mühafizə olunmayan əraziyə açılan pəncərələri metal şəbəkələrlə təchiz edilməlidir. Binanın zahiri görünüşünün ona bitişik tikililərin ümumi ansamblına uyğunlaşdırılması zəruri olduğu halda, xüsusi konstruksiyalar və zirehləndirici plyonkalar, gücləndirilmiş şüşəli səthlərin istifadə edilməsinə icazə verilir;

9.1.13. obyektlərin nəzarət-buraxılış məntəqələri (NBM):

9.1.13.1. buraxılış rejimi quraşdırılmış və ya belə rejimin tətbiq edilməsi planlaşdırılan bütün obyektlər NBM ilə təchiz edilir;

9.1.14. NBM-ə dair tələblər:

9.1.14.1. NBM-lər minimum sayda olmalı, insanların və nəqliyyat vasitələrinin buraxıla bilməsini təmin etməlidir. NBM-in binalarının (tikililərinin) bayır tərəfdəki hasarlama konstruksiyaları (divar və damları) xarici təsirlərə, o cümlədən qeyri-qanuni hərəkətlərə qarşı davamlı olmalı, əlverişli görünüş sahəsini təmin etməli və personalı hücumdan mühafizə etməlidir. NBM-in konstruksiyasının fiziki mühafizə səviyyəsi obyektin təhlükəsizlik kateqoriyasına uyğun olmalıdır;

9.1.15. NBM-in xüsusi tikililəri, otaqları;

9.1.15.1. buraxılış rejimindən asılı olaraq NBM-də buraxılışların rəsmiləşdirilməsi və avtomatik kartların saxlanılması üçün xüsusi tikili (otaq) nəzərdə tutulur;

9.1.16. avtonəqliyyat nəzarət-buraxılış məntəqəsi:

9.1.16.1. avtonəqliyyat NBM-ə aparan yol sahələrində darvazadan maksimum 30 m məsafədə 90 dərəcə bucaq altında döngə olmalıdır. Həmin sahələr üzərindən sürüb keçmə imkanının qarşısını alan beton konstruksiyalarla hasarlanmalıdır. Digər konstruktiv həll variantının, taran əleyhinə qurğunun istifadə edilməsinə icazə verilir. Avtomobil və dəmiryol nəqliyyatının keçməsi üçün NBM-in birləşdirilməsinə icazə verilir;

9.1.17. texniki təhlükəsizlik vasitələri ilə təchiz edilən NBM:

9.1.17.1. obyektlərin NBM-i şəxsi əşyaların saxlanılması kamerası, baxış otağı, mühafizəçilər üçün xidməti otaq, texniki təhlükəsizlik sistemləri (pultlar, dəftərxana ləvazimatı, videonəzarət qurğuları, mühafizə televiziyası, xidməti rabitə vasitəsi və s.), keçidin açılması mexanizmlərini idarəetmə qurğuları və mühafizə işıqlandırması ilə təchiz edilir. NBM əl ilə idarə olunan avtomatlaşdırılmış və ya mexanikləşdirilmiş qurğular, turniketlər, kiçik qapılar və digərləri ilə, həmçinin zərurət olduqda baxış üçün nəzərdə tutulan və müxtəlif növ metalları təyin etmək imkanına malik olan stasionar və əl ilə idarə olunan vasitələrlə təchiz edilir. Həmin növ metal detektorları partlayıcı maddələrin təyin edilməsi üçün nəzərdə tutulan detektorla birlikdə istifadə edilməlidir. Mərkəzi NBM daşına bilən və -α - β və - γ şüalanmasının aşkar edilməsini təmin edən radiasiya nəzarəti cihazları ilə təchiz edilir;

9.1.18. NBM-in darvazaları, avtoyolları və meydançaları:

9.1.18.1. nəqliyyat vasitələri üçün NBM elektrik intiqallı və məsafədən idarə edilməsi mümkün olan aralanan və ya açılan standart darvazalarla, onların qəza halında dayandırılması və əl ilə açılması qurğuları ilə təchiz edilir. Öz-özünə açılmasının (hərəkət etməsinin) qarşısını almaq məqsədi ilə darvazalar məhdudlaşdırıcılar və ya stoporlar ilə təchiz edilir. Darvazaların möhkəmlik xassələri obyektin xarici hasarlanmasının möhkəmliyinə dair tələblərə uyğun olmalıdır;

9.1.19. NBM-in avtonəqliyyata baxış meydançası;

9.1.19.1. ən azı 20 m uzunluğa və yük avtomaşının enindən hər tərəfdən ən azı 2 m çox olan enə malik olmalıdır;

9.1.19.2. maşınlara altdan baxış üçün quyu, yuxarıdan və yanlardan baxış üçün estakadalarla təchiz edilməlidir;

9.1.19.3. əsas hasarlanmaya oxşar şəkildə hasarlanmalıdır. Müvafiq əsaslandırma olduğu və mühəndis-texniki vasitələr tətbiq edildiyi halda, maşınlara baxış üçün meydançaların digər variantlarda tərtib edilməsinə icazə verilir;

9.1.20. dəmiryol NBM:

9.1.20.1. dəmiryol NBM aşağıdakılarla təchiz edilməlidir;

9.1.20.1.1. elektromexaniki intiqallı əl ilə açma mexanizmi və keçici darvazaları;

9.1.21.1. vaqonlara baxış meydançası:

9.1.21.1. nəqliyyatın obyektə (obyektdən) icazəsiz sürülməsinin və hərəkət edən qatarın təsadüfən darvazanın üzərinə sürülməsinin qarşısını almaq üçün nəqliyyatın məcburi dayandırılması qurğuları (tirlər, oxlar, dayaqlar və s.);

9.1.22. dəmiryol nəqliyyatına baxış üçün, baxış meydançaları ilə yanaşı qüllələr, atma körpülər, əl nərdivanlarından və s. istifadə edilir;

9.1.23. dəmiryol NBM-in baxış meydançaları;

9.1.23.1. baxış meydançasında dayanan dəmiryol nəqliyyatının yoxlanılması zamanı NBM-in nəzarətçisinin təhlükəsiz işləməsinin təmin edilməsi üçün qoşalaşdırılmış tormoz başmaqlarından istifadə edilir;

9.1.23.2. vaqonlara baxış meydançasının ölçüləri, eyni zamanda 3-4 vaqona baxış üçün nəzərdə tutulmuş uzunluq əsasında seçilməlidir. Baxış meydançası vaqonlara aşağıdan baxış üçün quyu, həmçinin yanlardan və üstdən baxış üçün qüllələrlə və ya estakadalarla təchiz edilməlidir;

9.1.23.3. baxış meydançasının eninə mailliyi NBM-in nəzarətçisinin (mühafizəçinin) xidmət apardığı yerə münasibətdə onun yan tərəfləri istiqamətində (yol hissəsinə perpendikulyar olmaqla) 2 dərəcədən çox olmayaraq təşkil edilir. Baxış meydançalarının uzununa meyilləndirilməsinə icazə verilmir;

9.1.24. baxış meydançalarının işarələnməsi:

9.1.24.1. baxış meydançasının yol hissəsində nəqliyyat vasitəsinin baxış üçün dayanacağı yer işarələnir, iki xətlə məhdudlaşdırılır və ya boya (işıq əks etdirən boya) ilə “Stop” yazılır. Zərurət olduqda, işarələnməyə “Stop” lövhəsi əlavə edilir. Baxış meydançasına girişdən əvvəl, əsas və köməkçi darvazaların bayır tərəfindən onlara 3 m-dən yaxın olmamaqla, eninə xətt və “Stop” yazısı vurulur. Nəqliyyatın hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədi ilə darvazadan ən azı 100 m məsafədə sağ tərəfdə və ya yolun üstündə “Bir sıra ilə hərəkət” işarəsi, 50 m məsafədə isə sürətin 5 km/saat ilə məhdudlaşdırılması işarəsi quraşdırılır;

9.1.25. darvazaları idarəetmə pultu;

9.1.25.1. darvazaları və ya avtomatik çəpərləmə mexanizmlərini (şlaqbaumu) idarəetmə pultu NBM-də və ya onun xarici divarında yerləşir (bu halda kənar şəxslərin pultdan istifadə edilməsi istisna olunur);

9.1.26. NBM-in binalarının təchizatı:

9.1.26.1. NBM-in binası(otağı) rabitə, yanğınsöndürmə vasitələri, həyəcan siqnalizasiyası sistemi ilə təchiz edilir (özəl operator firmaların, dövlət mühafizə xidmətinin MMP-yə və ya daxili işlər orqanlarının növbətçi hissəsinə qoşulmaqla).

9.2. Obyektlərin fiziki mühafizəsinə dair tələblər

9.2.1. obyektin ərazisində bina və tikililəri yerləşdirərkən aşağıdakı ümumi tələblər nəzərə alınmalıdır;

9.2.1.1. binalar və tikililər, o cümlədən fasiləsiz istehsal dövrəsi avadanlığı olan korpuslar, mümkün olduqda digər bina və tikililərlə örtülmə nəzərə alınmaqla, mühafizə olunan zonanın perimetrindən qüvvədə olan normativ sənədlərin, yanğına qarşı ara məsafələrinin tələblərinə uyğun yerləşdirilməlidir;

9.2.1.2. yer səthindəki kommunikasiyaların sayı minimum olmalıdır;

9.2.1.3. mühafizə olunan zonada ayrı - ayrı bina və ya tikililəri özündə birləşdirən daxili zona (zonalar) müəyyən edilə bilər. Daxili zonanın sərhədləri binaların divarları və ya xüsusi təchiz edilmiş hasarlama ilə müəyyən edilə bilər;

9.2.2. I və II kateqoriyalı obyektlərdə binaların çöl divarlarına dair tələblər;

9.2.2.1. I və II kateqoriyalı bina və qurğuların yükdaşıyan karkası və konstruksiya elementləri inşaat rayonu üçün müəyyən edilmiş seysmik göstərici üstəgəl bir bal əsas götürülməklə (lakin 7 baldan az olmamaqla) hesablanmalıdır;

9.2.2.2. I və II kateqoriyalı bina və qurğuların çöl divarları qismində aşağıdakı konstruksiyalar istifadə edilə bilər;

9.2.2.2.1. divarın qalınlığı 500 mm-dən çox olan, dəmir-beton kəmərlərlə gücləndirilmiş kərpic, daş və beton blok hörgüsü;

9.2.2.2.2. qalınlığı 250 mm-dən çox olan monolit dəmir-beton;

9.2.2.2.3. əsas olmayan (yuxarıdakı tələblərə cavab verməyən) divarlar içəridən qalınlığı ən azı 10 mm olan polad çubuqdan hazırlanmış və qaynaqlanmış və özül ölçüləri 100x100 mm-dən çox olmayan şəbəkə ilə gücləndirilə bilər;

9.2.2.2.4. ekvivalent möhkəmliyə malik digər konstruktiv həll variantlarının istifadəsi müvafiq qaydada əsaslandırıldığı halda icazə verilir;

9.2.3. III kateqoriyalı obyektlərdə binaların çöl divarlarına dair tələblər;

9.2.3.1. III kateqoriyalı bina və tikililərin çöl divarları qismində aşağıdakı konstruksiyalar istifadə edilə bilər;

9.2.3.1.1. divarın qalınlığı 400 mm-dən çox olan, dəmir-beton qurşaqlar ilə gücləndirilmiş kərpic, daş və beton blok hörgüsü;

9.2.3.1.2. qalınlığı 100- 200 mm olan monolit dəmir-beton;

9.2.3.1.3. əsas olmayan (yuxarıdakı tələblərə cavab verməyən) divarlar içəridən qalınlığı ən azı 10 mm olan polad çubuqdan hazırlanmış və qaynaqlanmış və özək ölçüləri 100x100 mm-dən çox olmayan şəbəkə ilə gücləndirilə bilər;

9.2.3.1.4. ekvivalent möhkəmliyə malik digər konstruktiv həll variantlarının istifadəsi müvafiq qaydada əsaslandırıldığı halda icazə verilir;

9.2.4. I, II və III kateqoriyalı obyektlərdə binaların çöl divarlarına dair ümumi tələblər;

9.2.4.1. xarici divarları, eyni zamanda obyektin xarici hasarı olan bütün kateqoriya obyektlərin bina və otaqlarının konstruksiyalarının möhkəmliyi müvafiq olaraq həmin kateqoriyalara aid obyektlərin gücləndirilmiş xarici çəpərlərinin konstruksiyalarının möhkəmliyinə ekvivalent olmalıdır;

9.2.5. A, B və C zonaları binalarının (otaqlarının) arakəsmələri;

9.2.5.1. giriş məhdudiyyətli ikinci zonanın (zona B) binaları (otaqları) birinci məhdudiyyət zonasının (zona C) binalarından (otaqlarından) möhkəmliyinə görə III kateqoriyalı obyektlərə ekvivalent olan divar və arakəsmələrlə ayrılmalıdır. Üçüncü məhdudiyyət zonasının (zona A) binaları (otaqları) ikinci məhdudiyyət zonasının (zona B) binalarından (otaqlarından) möhkəmliyinə görə I kateqoriyalı obyektlərə ekvivalent olan divar və arakəsmələrlə ayrılmalıdır. Üçüncü (zona A) və birinci (zona C) məhdudiyyət zonaları arasında möhkəmliyinə görə II kateqoriyalı obyektlərə ekvivalent olan divar və arakəsmələr nəzərdə tutulur.

9.2.6. A, B və C zonaları binalarının (otaqlarının) qapıları;

9.2.6.1. I və II kateqoriyalı bina və otaqların giriş qapıları qismində aşağıdakı konstruksiyalar istifadə edilə bilər;

9.2.6.1.1. iki tərəfdən qalınlığı ən azı 0,6 mm olan örtüklə gücləndirilmiş, təbəqə qapının iç səthinə və ya çərçivənin kənarına qatlanmış, çərçivənin perimetri və diaqonalları boyu diametri 3 mm , uzunluğu 40 mm və ara məsafəsi 50 mm olmayan mismarlarla bərkidilmiş taxta qapılar;

9.2.6.1.2. qapı layları əlavə olaraq metal örtüklərlə gücləndirilmiş taxta qapılar;

9.2.6.1.3. təbəqə qalınlığı ən azı 4 mm olan metal polad qapılar;

9.2.6.1.4. çəkisi 2 kq olan ağır metal əşya ilə ən azı 50 insanın keçməsi üçün yetərli olan dəlik açılmasına qarşı zərbəyə davamlı olan qoruyucu şüşə istifadə edilmiş metal çərçivəli və ya metal çərçivəsiz şüşə gövdəli qapılar;

9.2.6.1.5. əlavə olaraq içəridən quraşdırılmış şəbəkəli polad qapılarla (açılan, aralanan və ya qatlanan) əsas olmayan qapılar;

9.2.6.1.6. qapı çərçivələri polad millərdən hazırlanan əlavə bərkidicilərlə, həncamalar isə qarmaqlarla təchiz edilir;

9.2.6.1.7. möhkəmliyinə görə yuxarıda qeyd edilən qapılara ekvivalent olan digər konstruksiyalı qapıların istifadə edilməsinə icazə verilir;

9.2.7. giriş qapısı və tambur:

9.2.7.1. giriş qapısı və əsas otaq arasında ikinci qapısı və ya şəbəkəli qapısı olan tambur düzəldilir. Asma qıfıl üçün dəliklərlə təchiz edilmiş şəbəkəli, açılan əlavə qapılar iç tərəfdən quraşdırılır;

9.2.8. qapı çərçivələrinin bərkidilməsi:

9.2.8.1. qapı çərçivəsi bir qayda olaraq polad profildən hazırlanır. 30x40x5 mm ölçülü polad bucaqla gücləndirilmiş, divara diametri ən azı 12 mm olan polad mıxlarla bərkidilmiş taxta qapı çərçivələrinin istifadəsinə icazə verilir;

9.2.9. pəncərə oyuqları;

9.2.9.1. birinci mərtəbədəki, həmçinin, giriş qapısının üstündən, yanğınsöndürmə pilləkənlərindən və yanaşı tikililərin damlarından keçidin mümkün olduğu sonrakı mərtəbələrdəki pəncərə oyuqları metal şəbəkələrlə təchiz edilir. Şəbəkələr diametri ən azı 16 mm olan və 150x150 mm ölçülü özəklər əmələ gətirən polad çubuqlardan hazırlanır. Kəsişmə yerlərində çubuqlar qaynaq edilməlidir. Şəbəkə çubuqlarının ucları divara ən azı 80 mm dərinliyə vurulur və sement məhlulu ilə örtülür və ya metal konstruksiyalara qaynaq edilir. Onun yerinə yetirilməsi mümkün olmadıqda, həmin şəbəkə ölçüləri ən azı 30x30x5 mm olan metal bucaqdan düzəldilmiş çərçivəyə alınır, perimetr boyu diametri ən azı 12 mm və uzunluğu ən azı 120 mm olan və divana 80 m dərinliyə salınaraq bərkidilmiş polad ankerə qaynaq edilir;

9.2.10. şəbəkə və jalüzlər;

9.2.10.1. möhkəmliyinə, müqavimət və keçmə imkanlarına görə yuxarıda qeyd edilən şəbəkələrdən zəif olmayan dekorativ barmaqlıq və jalüzlərin istifadə edilməsinə yol verilir;

9.2.11. şəbəkələrin quraşdırılması:

9.2.11.1. pəncərə çərçivələrinin konstruksiyasından asılı olaraq, şəbəkələr binaların və otaqların daxili tərəfindən, həmçinin, çərçivələr arasında quraşdırıla bilər;

9.2.12. dekorativ şəbəkələr və bayır tərəfdən quraşdırılan şəbəkələr;

9.2.12.1. bayır tərəfdən adi və dekorativ şəbəkələrin (aralanan və ya açılan tipli olmayan) şəbəkələrin quraşdırılmasına icazə verilir. Onların möhkəmliyi yuxarıda qeyd edilən şəbəkələrdən zəif olmamalıdır;

9.2.13. şəbəkələrə dair tələblər.

9.2.13.1. pəncərələrin hamısı şəbəkə ilə təchiz edilən binalarda və otaqlarda onlardan biri aralanan və ya açılan tipli olaraq hazırlanır və “baraban” (diametri qıfılın diametrindən böyük və dərinliyi ən azı 200 mm olan boru) ilə sındırılmaya qarşı mühafizə olunmuş asma qıfılla;

9.2.14. III kateqoriyalı obyektlərin giriş qapıları və onun konstruksiyasının möhkəmliyi;

9.2.14.1. III kateqoriyalı bina və otaqların giriş qapıları qismində aşağıdakı konstruksiyalardan istifadə edilə bilər;

9.2.14.1.1. qalınlığı 40 mm-dən az olmayan, içərisi tam doldurulmuş daxili taxta qapılar;

9.2.14.1.2. gövdəsinin qalınlığı ən azı 40 mm olan, birdəfəlik zərbəyədayanıqlı, 3,5 m və daha yuxarıdan atılan 4 kq çəkili polad kürənin 3 zərbəsinə davam gətirən çoxlaylı şüşədən hazırlanmış bütöv xarici taxta qapı;

9.2.14.1.3. birdəfəlik zərbəyə dayanıqlı, 3,5 m və daha yuxarıdan atılan 4 kq çəkili polad kürənin 3 zərbəsinə davam gətirən qoruyucu şüşə istifadə edilmiş metal çərçivəli və ya metal çərçivəsiz şüşə gövdəli qapılar;

9.2.14.1.4. möhkəmliyinə görə yuxarıda qeyd edilən qapılara ekvivalent olan başqa konstruksiyalı qapıların istifadə edilməsinə icazə verilir;

9.2.15. giriş qapıları və qıfıllar:

9.2.15.1. obyektə giriş qapısının və tambur qapısının kod (açar) kombinasiyalarının sayı III kateqoriyalı obyektlərin binalarının otaqları üçün 25000-dən az olmayan, I və II kateqoriyalı obyektlərin binalarının otaqları üçün isə 100000-dən az olmayan elektromexaniki və ya mexaniki qıfıllarla təchiz edilməsi tövsiyə olunur;

9.2.16. giriş qapılarının bağlayıcı qurğuları:

9.2.16.1. bağlayıcı qurğular quraşdırılarkən bina və tikililərin yanğın təhlükəsizliyinə dair normativ sənədlərin şərtləri aşağıdakı qaydada yerinə yetirilməlidir:

9.2.16.1.1. binaların bayır tərəfdəki təxliyə qapılarının üzərində içəridən açarsız açılması mümkün olmayan bağlayıcı qurğular olmamalıdır;

9.2.16.1.2. ümumi dəhlizlərə aparan pilləkən qəfəslərinin qapıları, lift holları, tamburlar və şlüzlərin qapılarında onların açarsız açılmasının qarşısını alan bağlayıcı qurğular olmamalıdır;

9.2.17. kilidləyici mexanizmlər:

9.2.17.1. qapılarda, pəncərələrdə, lyuklarda, lift şaxtalarında quraşdırılan kilidləyici qurğular qismində özü bağlanmayan taxma qıfıllar, üstdən vurulma, asma qıfıl, daxili qarmaqlar, siyirtmələr, rəzələr, şpinqaletlər və digər kilidləyici mexanizmlərdən istifadə edilir;

9.2.18. I kateqoriyalı obyektlərin qapıları üçün qıfıllar:

9.2.18.1. obyektlərin giriş qapılarının, həmçinin I kateqoriyalı obyektlərin binalarının otaqlarının daxili qapılarının bağlanılması üçün yüksək təhlükəsizliyə malik, ikidilli kilidli, silindr ştiftli iki və ya daha çox sıralı seyf qıfıllarından istifadə olunmalıdır. Seyf qıfılları ən azı altıdilli (simmetrik və ya asimmetrik) olmalıdır;

9.2.19. II kateqoriyalı obyektlərin qapıları üçün qıfıllar:

9.2.19.1. II kateqoriyalı obyektlərin binalarının otaqlarının daxili qapılarının bağlanılması üçün silindr ştiftli birsıralı qıfıllardan istifadə olunmalıdır;

9.2.20. III kateqoriyalı obyektlərin qapıları üçün qıfıllar:

9.2.20.1. effektivliliyi az olduğuna görə, qoruyucu taxma qıfıllar yalnız C zonasının III kateqoriyalı obyektlərinin daxili tikililərinin bağlanılması üçün istifadə edilə bilər;

9.2.21. asma qıfıllar:

9.2.21.1. asma qıfıllar qapının, darvazanın, şəbəkənin əlavə bağlanılması üçün istifadə edilməlidir. Həmin qıfıllar bərkidilmiş poladdan hazırlanmış dəstəyə və ağır korpusa malik olmalı. həmçinin onların quraşdırıldığı yerlərdə bağlanılan konstruksiyaların üzərində qıfılların halqa və dəstəklərinin burula və mişarla kəsilə bilinməsinin qarşısını alan qoruyucu örtüklər, lövhələr və digər qurğular olmalıdır;

9.2.22. asma qıfılların mühafizəsi:

9.2.22.1. qıfılların mexanizmləri əl ilə çilingər alətindən istifadə etməklə, qəsdən edilən zədələnmələrdən qoruyan örtüklərə qoyulur və möhürlənir (plomblanır);

9.2.23. keçirmə qıfılların quraşdırılması, yol verilən hallar:

9.2.23.1. keçirmə qıfılın qapının bayır tərəfində qapının gövdəsindən kənara çıxan silindr hissəsi qırılmadan və salınmadan qorunmalıdır. Qoruyucu taxma, rozetka və lövhəcik quraşdırıldıqdan sonra silindrin çıxıntılı hissəsi maksimum 2 mm olmalıdır;

9.2.24. qapı həncamaları:

9.2.24.1. qapılar üçün həncamalar poladdan hazırlanmalıdır və şuruplar vasitəsilə bərkidilməlidir;

9.2.25. qapıların bərkidilmə metodları;

9.2.25.1. qapılar bayır tərəfə açıldığı halda, qapı həncamalarında həmin həncamaların qırılması və ya mexaniki zədələnməsi halında müdaxilə imkanının qarşısını alan kənar qarmaqlar quraşdırılmalıdır. Qapı bağlandıqda, kənar qarmaqları qapı çərçivəsində quraşdırılan anker plastinlərinə və ya analoji elementlərə girir. Əgər qapılar metaldandırsa, o zaman kənar qarmaqları qaynaq edilir, əgər qapılar taxtadandırsa, o zaman onlar şuruplar vasitəsilə quraşdırılır;

9.2.26. qapıların quraşdırılması üçün detallar:

9.2.26.1. qapı örtükləri qalınlığı 4- 6 mm və eni ən azı 70 mm olan metal zolaqlardan hazırlanmalıdır. Asma qıfıllar üçün oyuqlar en kəsiyi 6x40 mm olan metal zolaqdan hazırlanmalıdır. Qapı qarmaqları diametri ən azı 16 mm olan metal çubuqdan hazırlanmalıdır;

9.2.27. qapıların bərkidilməsi üçün detallar:

9.2.7.1. qarmaqların və bəndlərin divarlarda, qapı çərçivələrində və digər yerlərdə bərkidilməsi diametri ən azı 15 mm olan boltlar və ya mıxlar vasitəsilə yerinə yetirilməlidir. Keçirilən boltlar otağın iç tərəfindən boltun ucunun pərçimi açılmaqla şayba və qaykalar vasitəsilə bərkidilir;

9.2.28. lift şaxtalarının qapıları;

9.2.28.1. lift şaxtalarının qapıları asma qıfıllar, dayaqlar, ən sadə detektorlar və digər detallarla bloklanmalıdır;

9.2.29. I və II kateqoriyalı obyektlər üçün pəncərə yerləri və vitrinlər;

9.2.29.1. I və II kateqoriyalı bina və tikililərdə 1-ci mərtəbənin pəncərə yerləri və vitrinlər qismində aşağıdakılar istifadə edilə bilər;

9.2.29.1.1. adi şüşəli, əlavə olaraq qalınlığı ən azı 1 mm olan polad təbəqədən hazırlanan pəncərə qapaqları ilə mühafizə edilən pəncərələr;

9.2.29.1.2. adi şüşəli, əlavə olaraq metal şəbəkələr (aralanan, açılan və s.) və ya münasib möhkəmliyə malik jalüzlərlə mühafizə edilən pəncərələr;

9.2.29.1.3. birdəfəlik zərbəyədayanıqlı, 3,5 m və daha yuxarıdan atılan 4 kq çəkili polad kürənin 3 zərbəsinə davam gətirən qoruyucu şüşəli xüsusi konstruksiyalı pəncərələr;

9.2.29.1.4. möhkəmliyinə görə yuxarıda qeyd edilən pəncərələrə ekvivalent olan başqa konstruksiyalı pəncərələrin istifadə edilməsinə icazə verilir;

9.2.30. qoruyucu şüşələmə;

9.2.30.1. mürəkkəb əməliyyat şəraitli rayonlarda pəncərə və vitrinlərin çəkisi 2 kq olan ağır metal əşya ilə ən azı 50 zərbəyə insanın keçməsi üçün yetərli olan dəlik açılmasına qarşı (ən azı 50 zərbəyə davamlı olan) qoruyucu şüşədən (plyonkadan) və ya gülləyədavamlı qoruyucu şüşədən (plyonkadan) hazırlanması tövsiyə edilir;

9.2.31. III kateqoriyalı obyektlər üçün pəncərə yerləri və vitrinlər;

9.2.31.1. III kateqoriyalı bina və tikililərdə I mərtəbənin pəncərə yerləri və vitrinlər qismində aşağıdakılar istifadə edilə bilər;

9.2.31.1.1. birdəfəlik zərbəyədayanıqlı, 3,5 m və daha yuxarıdan atılan 4 kq çəkili polad kürənin 3 zərbəsinə davam gətirən qoruyucu şüşəli pəncərələr;

9.2.31.1.2. adi şüşəli, metal şəbəkələr, ixtiyari konstruksiyalı torlarla gücləndirilmiş pəncərə;

9.2.31.1.3. adi şüşəli, əlavə qapaqlarla mühafizə olunan pəncərələr;

9.2.31.1.4. möhkəmliyinə görə yuxarıda qeyd edilən pəncərələrə ekvivalent olan başqa konstruksiyalı pəncərələrin istifadə edilməsinə icazə verilir;

9.2.32. kommunikasiyaların mühafizəsi;

9.2.32.1. obyektin quyu, lyuk, şaxta, açıq boru kəməri, kanal şəklində və ya obyektin ərazisinə, obyektin mühafizə olunan binalarına onların vasitəsilə daxil olmaq mümkün olan digər oxşar qurğular şəklində giriş və çıxışa malik yeraltı və yerüstü kommunikasiyaları bağlayıcı qurğuları olan daimi və ya çıxarıla bilən şəbəkələr, qapaqlar və qapılarla təchiz edilməlidir. Daimi qurğular açılmalı olmayan bütün kommunikasiyaların üzərinə quraşdırılmalıdır. Diametri 250 mm-dən çox (en kəsiyi 250 x 250 mm-dən çox) olan bütün oyuqlar təchiz edilməlidir.

9.3. Yüngül metal konstruksiyalardan hazırlanmış binaların fiziki mühafizəsi

9.3.1. yüngül metal konstruksiyalardan hazırlanmış binaların mühafizəsinə dair tələblər aşağıdakılardır;

9.3.1.1. yüngül metal konstruksiyalardan hazırlanan binaların xarici divarları daxili tərəfdən diametri ən azı 5 mm və özəklərinin ölçüsü 70x70 mm olan (lakin özəklərinin ölçüsü 150x150 olmaqla, diametri 10 mm-dən çox olmayan) metal armatur şəbəkə ilə gücləndirilməlidir. Şəbəkənin hündürlüyü yer səviyyəsindən ən azı 3 m olmalıdır;

9.3.1.2. yüngül metal konstruksiyalardan inşa edilən yeni binaların quraşdırılması hündürlüyü yer səviyyəsindən ən azı 1 m olan kərpic və ya beton özül üzərində aparılmalıdır;

9.3.1.3. yüngül metal konstruksiyalardan hazırlanan binaların daxilində ölçüləri 75x75 x 6 mm olan polad bucaqdan diametri 15 m olan armaturdan, özək ölçüsü çubuqlar arasında 150x150 mm-dən çox olmayan metal şəbəkəli qapılar (darvazalar) quraşdırılmalıdır.

9.4. Xüsusi qiymətli yüklər daşıyan maşınların yüklənilməsi və boşaldılması üçün bokslar

9.4.1. bokslara dair ümumi tələblər;

9.4.1.1. I və II kateqoriyalı obyektlərin tikililərində xüsusi qiymətli yüklər daşıyan maşınların yüklənilməsi və boşaldılması üçün bokslar metal darvazalarla təchiz edilir, III kateqoriyalı obyektlərin tikililərində isə xüsusi qiymətli yükləri daşıyan maşınların yüklənilməsi və boşaldılması üçün boksların taxta darvazalarla təchiz edilməsinə yol verilir;

9.4.2. yükün qəbul edilməsi üçün tikililərə dair tələblər;

9.4.2.1. xüsusi qiymətli yüklərin qəbulu-ötürülməsi üçün tikililər maşınların yüklənilməsi və boşaldılması üçün boksların bilavasitə yaxınlığında yerləşir. Həmin tikililərin qapıları bokslara hərəkət istiqamətində açılmalı və darvazalara analoji olaraq sındırmaya qarşı mühafizə qrupuna malik olmalıdır;

9.4.3. boksların darvazalarına dair tələblər;

9.4.3.1. maşınların boşaldılması və yüklənməsi üçün blokların darvazaları və tikililərin qapıları elektromexaniki və ya mexaniki (keçirmə və ya asma) qıfıllarla bağlanılır. Qıfılların mexanizmi boksların darvazalarının və obyektlərin otaqlarına aparan qapıların daxili tərəfində quraşdırılır.

9.5. Mühafizə xidmətinin otaqları

9.5.1. mühafizə xidməti otaqlarının yerləşdirilməsinə dair tələblər;

9.5.1.1. mühafizə (təhlükəsizlik) xidmətinin otaqları bir qayda olaraq birinci mərtəbədə yerləşdirilməlidir. Mühafizə tikilisinin divar, pəncərə, qapı və blokunun xarici perimetri möhkəmliyinə görə ən azı II kateqoriyalı obyektlərin konstruksiyalarına dair tələb olunan möhkəmliyə ekvivalent olmalıdır;

9.5.2. mühafizə xidməti otaqlarının mühəndis avadanlığı;

9.5.2.1. mühafizə postlarının (müşahidə qüllələri, post talvarları və budkaları, binalarda mühafizəçilərin xidmət yerlərində maneələr və xüsusi rejimli otaqlar) mühəndis təchizatına dair aşağıdakı tələblər müəyyən edilir;

9.5.2.1.1. müşahidə qüllələri kərpic, taxta, metaldan və ya yığma dəmir-betondan ola bilər və obyektə giriş-çıxış yollarının mühafizəçilər tərəfindən daha yaxşı görünməsini təmin etmək üçün yaradılır. Qüllənin hündürlüyü və onun quraşdırılacağı yer ərazinin relyefi, xarici hasarlamanın konfiqurasiyası və digər yerli şəraitdən asılı olaraq müəyyən edilir;

9.5.2.1.2. qüllələr xidməti rabitə və həyəcan siqnalizasiyası vasitələri ilə zərurət olduqda isə daşına bilən radiotelefonlar, ucadandanışma rabitəsi, texniki müşahidə vasitələri və idarə olunan projektorlarla təchiz edilməlidir. Qüllələrin təchiz edilməsi üçün texniki vasitələrin tərkibi layihələndirmə üçün tapşırığa əsasən müəyyən edilir;

9.5.2.1.3. qış vaxtı temperaturun mənfi 15 C° olduğu rayonlarda qüllənin üst tikilisi istiləndirilməli və şüşələnməlidir, dam və maneə arasında isə bir və ya iki mütəhərrik lay quraşdırılmalıdır. Mütəhərrik layların quruluşu zərurət yarandıqda mühafizəçi onları tez açmağa, işıqlandırma cihazları və digər xüsusi vasitələrdən istifadə etməklə mühafizə olunan obyekti daha yaxşı görməyə imkan verməlidir;

9.5.2.1.4. qüllənin konstruksiyasında mühafizəçinin atıcı silahı ilə vurulmasına qarşı mühafizəsi nəzərdə tutula bilər;

9.5.2.1.5. post talvarları xidməti rabitə vasitələrinin, həyəcan siqnalizasiyasının, post geyiminin yerləşdirilməsi üçün nəzərdə tutulur və qadağa zonasında bir qayda olaraq post sahələrinin mərkəzində naryad cığırından maksimum 1 m məsafədə quraşdırılır;

9.5.2.1.6. post talvarları taxta, plastik kütlə və metal detallardan istifadə etməklə taxta və ya metal konstruksiyalardan hazırlanır;

9.5.2.1.7. post budkaları nəzarət-buraxılış məntəqələrində və ya qadağa zonasında quraşdırılır və içərisində xidməti rabitə vasitələrinin, həyəcan siqnalizasiyasının, həmçinin həmin NBM-in təchiz edilməsi üçün müəyyən edilən digər texniki mühafizə vasitələrinin yerləşdirilməsi üçün nəzərdə tutulur. Post budkaları kərpic, taxta, yığma dəmir-beton, metal konstruksiyalarından və ya onların birləşməsindən hazırlana bilər. Havanın temperaturu mənfi 15 C°-dən aşağı olan rayonlarda post budkalarında istilik sistemi (elektrokaloriferlər, isti-soyuq rejimli kondisionerlər, həmçinin digər kompakt istilik qurğuları) nəzərdə tutulur. Post budkalarının ölçüsü və növləri layihələndirmə təşkilatı tərəfindən müəyyən edilir;

9.5.2.1.8. qadağa zonasına girişin qadağan olunması barədə xəbərdarlıq vermək üçün onun hasarlanma xətti boyu “Qadağa zonası. Keçid qadağandır” yazılı xəbərdarlıq nişanları quraşdırılır. Bu zaman ayrı-ayrı hallarda “Kənar şəxslərin girişi qadağandır”, obyekt itlərdən istifadə etməklə mühafizə edildiyi halda isə “Obyekt itlərdən istifadə etməklə mühafizə edilir” yazılı xəbərdarlıq nişanı istifadə edilə bilər. Xəbərdarlıq nişanları qadağa zonasının xarici və daxili hasarlanması boyu biri digərindən 50 m-dən çox olmayan məsafədə hasar dayaqlarından və ya ayrı-ayrı dirəklərdən istifadə etməklə quraşdırılır. Xəbərdarlıq nişanları mütləq qaydada qadağa zonasının künclərində, kiçik qapılarda və qadağa zonasının darvazalarında quraşdırılır;

9.5.2.1.9. qadağa zonasında post sahələrinin sərhədlərini işarə etmək üçün ayırıcı nişanlardan istifadə edilir. Onlar nömrələnir və qadağa zonasında ardıcıl surətdə elə quraşdırılır ki, naryadlar onları yaxşı görə bilsin, qadağa zonasının bayır tərəfindən isə kənar şəxslərin görməsi mümkün olmasın;

9.5.2.1.10. qadağa zonasında texniki aşkarlama vasitələrinin istifadə edildiyi sahələrin sərhədlərini işarələmək üçün göstərici nişanlar quraşdırılır. Onlar metal təbəqədən və ya plastik kütlədən ağ rəngə boyanmış, iki bərabər hissəyə bölünmüş, eni 15 mm olan, qara zolaqla haşiyələnmiş düzbucaq şəklində hazırlanır. Düzbucaqların içərisinə qara boya ilə sahələrin nömrələri yazılır. Göstərici nişanlar aşkarlama vasitələrinin xətti hissəsinin dayağına bərkidilir, xüsusi dirəklər üzərində quraşdırılır və ya boya ilə hasarın üzərinə çəkilir;

9.5.3. MMP-lərin yerləşdirilməsi:

9.5.3.1. MMP-nin təşkil edildiyi otaqların binaların ikinci və daha yuxarı mərtəbələrində yerləşdirilməsi tövsiyə olunur. MMP birinci mərtəbələrdə yerləşdirildiyi halda, otaqların inşaat konstruksiyaları (divarlar, qapılar, pəncərələr) möhkəmliyinə görə II kateqoriyalı obyektlərin otaqlarının konstruksiyalarına bərabər olmalıdır.

9.6. Qadağa zonası

9.6.1. qadağa zonası, tikililərin yerləşdirilməsi və dərinlik (zonanın eni);

9.6.1.1. qadağa zonası (rayonu) mühafizə olunan obyekt və tikililərin ərazisinə bilavasitə yanaşı olan ərazini əhatə edir. Onun eni (dərinliyi) obyekt ərazisinin xarici hasarlanmasından hesablanaraq aşağıdakı kimi müəyyən edilir;

9.6.1.1.1. partlayıcı maddə və partlayış təhlükəli mayelərin saxlanıldığı anbarlar üçün 400 m-dək;

9.6.1.1.2. xüsusi qiymətli əmlak anbarları, nüvə anbarları və xüsusi zəhərli maddə anbarları üçün 100 m-dək;

9.6.2. qadağa rayonunun eni;

9.6.2.1. qadağa rayonu mühafizə olunan obyektə və onun qadağa zonasına xarici hasarlanmadan 3 km qədər məsafədə bitişik olan ərazini əhatə edir;

9.6.3. qadağa zonasının (rayonunun) yaradılması zərurəti;

9.6.3.1. mühafizə olunan obyekt üçün qadağa zonasının (rayonunun) yaradılması zərurəti, həmçinin həmin zonaların eni (dərinliyi) layihə təşkilatı tərəfindən obyektin spesifikası və obyektin ərazidə yerləşməsi nəzərə alınmaqla müəyyən edilir;

9.6.4. zona sərhədlərinin işarələnməsi;

9.6.4.1. qadağa zonasının sərhədləri ərazidə yaxşı görünə bilən nişanlar, göstəricilər və yazılarla işarələnir. Qadağa rayonunun sərhədləri ərazidə işarələnmir;

9.6.5. qadağa zonalarının yaradılma qaydası;

9.6.5.1. qadağa zonasının və qadağa rayonunun sərhədləri partlayış və yanğın təhlükəsizliyinin sanitar-mühafizə normalarına riayət edilməklə, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

9.7. Buraxılış büroları

9.7.1. buraxılış büroları, avadanlıq və təchizat:

9.7.1.1. buraxılış bürosu mərkəzi girişin yanında yerləşməli və küçəyə, yəni obyektin ərazisinin hüdudlarından kənara ayrıca girişə və çıxışa malik olmalıdır. Otaq mühafizə, yanğın, həyəcan siqnalizasiyasının texniki vasitələri və otaq daxilindəki vəziyyətin izlənilməsi üçün mühafizənin mərkəzi postuna ötürülən videomüşahidə sistemi ilə təchiz edilməlidir;

9.7.1.2. buraxılış bürosunun otağı pasport və viza sənədlərinin dəqiqliyinin yoxlanılması sistemi ilə təchiz edilməlidir. Qonaqlar üçün otaq zərurət olduqda, digər xüsusi texniki mühafizə vasitələri (stasionar çərçivə tipli detektorlar, silah, partlayıcı və digər maddələrin detektorları və skanerləri), həmçinin əl ilə idarə olunan metal detektorları ilə təchiz edilməlidir.

9.8. Yazışmanın qəbulu məntəqəsi

9.8.1. yazışmanın qəbulu məntəqəsi, planlaşdırma, təyinatı və işıqlandırılması;

9.8.1.1. daxil olan yazışmanın qəbulu məntəqəsi ayrı-ayrılıqda yerləşən, partlayış təhlükəsizliyinə dair lazımi tələblər yerinə yetirilməklə iki hissəyə bölünmüş 4 otaqdan ibarət olmalıdır. Otaqda asanlıqla vurub çıxarıla bilən çərçivələr quraşdırılmalıdır və şüşələnmiş oyuqlar tərəfdən (otağın bayır tərəfindən) partlayış dalğasını söndürmək üçün qalınlığı ən azı 250 mm və hündürlüyü pəncərənin üst kəsiyindən 1.5- 2.0 m yuxarı olan kərpic hörgülü divarla təchiz edilməlidir. Həmçinin yazışmanın qəbulu məntəqəsinin əlavə bir otağı təchiz edilməli və partlayış təhlükəsizliyinə dair lazımi tələblər yerinə yetirilməklə, mümkün olan şübhəli materialların və ya predmetlərin saxlanılması üçün tutum və ya konteynerlə təmin edilməlidir. Daxil olan yazışmanın qəbulu məntəqəsi özüöyrənən rəngli interskop ilə təchiz edilməlidir.

9.9. Obyekt və otaqların(tikililərin) xüsusi texniki təhlükəsizlik sistemləri ilə təchiz edilməsi

9.9.1. ümumi müddəalar;

9.9.2. obyektlərin xüsusi tikinti vasitələri (bundan sonra-XTV) ilə təchiz edilməsinə dair tələblər;

9.9.2.1. obyektlərin XTV ilə təchiz edilməsi, həmin obyektlərin otaqlarının (tikililərinin) təhlükəsizliyinin təmin edilməsinə dair tələblərə uyğun olaraq, fiziki mühafizəyə dair işlər yerinə yetirildikdən sonra həyata keçirilir;

9.9.3. XTV-nin qeydiyyatdan keçirilməsi qaydası;

9.9.3.1. bütün obyektlərdə müəyyən edilmiş qaydada sertifikatlaşdırma orqanlarından və Azərbaycan Respublikasının Dövlət sertifikasiya orqanlarında akkreditə olunmuş və qeydiyyatdan keçmiş sınaq laboratoriyalarında (mərkəzlərində) sertifikatlaşdırmadan keçmiş XTV quraşdırılır;

9.9.4. XTV kompleksinin strukturunun müəyyən edilməsi;

9.9.4.1. obyektin və onun yerləşgələrinin mühafizə etibarlılığını artırmaq məqsədi ilə XTV kompleksinin strukturu aşağıdakılar nəzərə alınmaqla müəyyən edilir;

9.9.4.1.1. həmin obyektin iş rejimi;

9.9.4.1.2. xüsusi qiymətli yüklər və əşyalarla əməliyyatların aparılması qaydası;

9.9.4.1.3. bina daxilində qiymətli yüklər və predmetlər olan otaqların, həmçinin tikililərin yanğın təhlükəsizliyi baxımından uyğunluğu;

9.9.4.1.4. yerləşmə xüsusiyyətləri;

9.9.4.1.5. mühafizə olunan zonaların sayının seçilməsi;

9.9.5. ehtiyat XTV fondu;

9.9.5.1. obyektdə həmin texniki vasitələrin sıradan çıxması ehtimalına qarşı olaraq ehtiyat XTV fondu yaradılmalıdır;

9.9.6. obyektlərin təhlükəsizlik sistemləri ilə təchiz edilməsinin əsas prinsipləri;

9.9.6.1. obyektin ərazisinin perimetri XTV ilə və zərurət olduqda TVMS sistemləri ilə təchiz edilir;

9.9.6.2. təhlükəsizlik sistemləri parametrlərinə dair tələblər perimetr boyu təhlükəsizlik sistemlərinə dair irəli sürülən əsas tələblər aşağıdakılardan ibarətdir;

9.9.6.2.1. bütün mövsümlərdə və müvafiq iqlim zonalarında xarici iqlim faktorlarına qarşı dayanıqlılıq;

9.9.6.2.2. cihazların, avadanlığın; nəqliyyat vasitələrinin, quş və heyvanların təsirinin yaratdığı sənaye əngəllərinə qarşı mühafizə olunma;

9.9.7. mühafizə işıqlandırılması:

9.9.7.1. obyektin ərazisinin perimetri boyu mühafizə işıqlandırılması quraşdırılır;

9.9.8. mühafizə işıqlandırılması şəbəkəsi;

9.9.8.1. perimetr boyu mühafizə işıqlandırılması şəbəkəsi xarici işıqlandırılmadan ayrı olaraq təşkil edilir və müstəqil sahələrə bölünür;

9.9.9. mühafizə işıqlandırılmasına dair tələblər;

9.9.9.1. mühafizə işıqlandırılması aşağıdakıları təmin etməlidir:

9.9.9.1.1. çıraqların işıqları kəsişəcək və ən azı 3m enində bütöv zolaq əmələ gətirəcək şəkildə lazım olan bərabər işıqlandırılma;

9.9.9.1.2. XTV qoşulduqda, bir sahədə və ya bütün perimetr boyu işıqlandırılmanın avtomatik qoşulma imkanı;

9.9.9.1.3. işıqlandırılmanın idarə edilməsi imkanı - istənilən sahənin və ya bütün perimetrin işıqlandırılmasının qoşulması;

9.9.10. mühafizə işıqlandırılma çıraqları;

9.9.10.1. mühafizə işıqlandırılma çıraqları ərazi daxilində, xidmət üçün rahat və təhlükəsiz yerlərdə mühafizə xəttinin bilavasitə yaxınlığında quraşdırılır;

9.9.11. XTV ilə təchiz edilən sahələr:

9.9.11.1. obyektlərdə daimi və ya müvəqqəti olaraq məxfi informasiya və ya maddi qiymətlilər saxlanılan bütün otaqlar, həmçinin onlara bitişik olan sahələr, otaqlar və obyektin perimetri boyu birinci və axırıncı mərtəbələrdə yerləşən zəif yerlər (pəncərə, qapı, lyuk, ventilyasiya şaxtaları) XTV ilə təchiz edilir. Binanın bəzi daxili otaqlarının, (ofis, yardımçı və köməkçi otaqlarının) XTV ilə təchiz edilməsinə icazə verilir;

9.9.12. mühafizə hüdudlarının yerləşdirilməsi:

9.9.12.1. mühafizə olunan (nəzarət edilən) zonalar elə yerləşdirilir ki, xüsusi qiymətli əşyaların və digər qiymətlilərin olduğu yerə istənilən tərəfdən yaxınlaşarkən pozuntu ən azı iki mühafizə hüdudu ilə qeydə alınmış olsun;

9.9.13. “Həyəcan” bildirişlərinin ötürülməsi;

9.9.13.1. hər bir mühafizə hüdudundan daxil olan “həyəcan” bildirişləri özəl operator firmalarının MMP-nin ayrıca nömrəsinə və ya bir neçə nömrəsinə (hüdud bir neçə zonaya bölündüyü halda) və yaxud obyektin daxili mühafizə pultuna ötürülür;

9.9.14. TVMS pultunun yerləşdirilməsi:

9.9.14.1. obyektin daxili mühafizə pultu və TVMS monitorları mühafizənin xidməti otaqlarında və ya xüsusi olaraq həmin məqsədlər üçün təchiz edilmiş otaqlarda yerləşdirilməlidir;

9.9.15. QNC-nin və təsvirlərin ötürülməsi sistemlərinin istifadə edilməsi;

9.9.15.1. obyektin mühafizə strukturundan asılı olaraq, daxili mühafizə pultları qismində az, orta və çoxtutumlu (konsentratorlar) QNC, həmçinin BÖS istifadə edilə bilər;

9.9.16. obyektlərin TVMS, girişə nəzarət və girişin idarə olunması sistemləri (GNGİOS) ilə təchiz edilməsi qaydası:

9.9.16.1. I, II və III kateqoriyalı obyektlər TVMS, həmçinin GNGİOS, yanğınların aşkar edilməsi və söndürülməsi sistemləri ilə qüvvədə olan normativ-hüquqi aktların tələblərinə uyğun olaraq təchiz edilməlidir. Bu halda onların təhlükəsizlik sistemləri ilə avtomatlaşdırılmış mühafizə kompleksi şəklində birləşdirilməsi tövsiyə olunmur;

9.9.17. damba və su anbarlarının TVMS ilə təchiz edilməsi:

9.9.17.1. su anbarlarının dambalarına giriş-çıxış yolları infraqırmızı işıqlandırmalı TVMS ilə, şlüz qurğuları isə xidmət postuna və texniki imkan olduqda MMP-yə qoşulmaqla təhlükəsizlik sistemləri ilə təchiz edilir;

9.9.18. optimal mühafizə variantlarının müəyyən edilməsi;

9.9.18.1. otaqlara (tikililərə) müdaxiləyə qarşı daha optimal mühafizə variantının müəyyən edilməsi üçün obyektlər mühafizə kateqoriyasından asılı olaraq, üç sinfə bölünür (bax: cədvəl):

 

Mühafizə sinfi

Mühafizə

səviyyəsi

Mühafizə

siqnalizasiyasının təşkil edilməsi

Qeyd

1.

Qeyri-kafi

binaların/otaqların perimetrinin (1 hüdud) ayrı-ayrı sahələrinin (qapılar, pəncərələr, divarlar və s.) bloklanması

binanın II və daha yuxarı mərtəbələrində yerləşən, bütün sutka boyu daxili mühafizəyə malik olan, layihələndirmə tapşırığına əsasən mühafizə siqnalizasiyası ilə təchiz edilmiş III kateqoriyalı obyektlərin otaqları (kənardakılar istisna olmaqla)

2.

Orta

otağın perimetrinin (1 hüdudunun)və həcminin (II hüdudunun) bloklanması

II kateqoriyalı obyektlərin binanın daxilində yerləşən otaqları. Yüksək kriminogen şəraitli zonalarda yerləşən və ya layihələndirmə tapşırığına əsasən mühafizə siqnalizasiyası ilə təchiz edilmiş III kateqoriyalı obyektlərin otaqları

3.

Yüksək

mühafizə olunan otağın perimetrinin (1 hüdudunun)və həcminin (II hüdudunun), həmçinin ayrı-ayrı anbarların, seyflərin və onlara giriş-çıxışların bloklanması

1 kateqoriyalı obyektlərin binanın daxilində yerləşən otaqları. Yüksək kriminogen təhlükəli zonalarda yerləşən və ya layihələndirmə tapşırığına əsasən mühafizə siqnalizasiyası ilə təchiz edilmiş II kateqoriyalı otaqlar

 

9.9.19. mühafizə siqnalizasiyasının birinci hüdudu:

9.9.19.1. mühafizənin birinci hüdudu aşağıdakıların mühafizəsini təmin edir;

9.9.19.1.1. obyektin bina və ya otaqlarının perimetri boyu inşaat konstruksiyaları, yəni bütün pəncərə və qapı yerləri;

9.9.19.1.2. kommunikasiyaların giriş yerləri, ventilyasiya kanalları və s.;

9.9.19. 1.3. yanğınsöndürmə pilləkənlərinə çıxışlar;

9.9.19.1.4. əsas olmayan və əsas divarlar (onların mühafizəsi lazımdırsa);

9.9.20. inşaat konstruksiyalarının bloklanması;

9.9.20.1. obyektin bina (otaqlarının) perimetri boyu inşaat konstruksiyaları aşağıdakı təsirlərə qarşı bloklanır;

9.9.20.1.1. qapı yerləri, yükləmə-boşaltma yerləri - “açılma” və “sındırma”ya qarşı;

9.9.20.1.2. şüşələnmiş konstruksiyalar - şüşənin “açılmasına” və “qırılmasına” qarşı;

9.9.20.1.3. kommunikasiyaların giriş yerləri, əgər lazımdırsa, əsas olmayan və əsas divarlar - “sındırma”ya qarşı;

9.9.20.1.4. ventilyasiya qutuları, bacalar və s. - “qırma" və “zərbə” təsirinə qarşı;

9.9.21. konstruksiyaların açılmaya qarşı bloklanması;

9.9.21.1. inşaat konstruksiyalarının (qapılar, şüşələnmiş konstruksiyalar) açılmaya qarşı bloklanmasının ən sadə maqnit-kontakt detektorları vasitəsilə, darvaza, yükləmə-boşaltma lyukları, anbarların, lift şaxtalarının qapılarının bloklanmasının son tipli açarlar və ən azı iki maqnit-kontald detektorları vasitəsilə yerinə yetirilməsi tövsiyə olunur, bu halda quraşdırılma kənardan maksimum 200 mm məsafədə həyata keçirilir;

9.9.22. qapıların sındırmaya qarşı bloklanması;

9.9.22.1. qapıların sındırmaya qarşı bloklanması, həmçinin barmaqlıqların bloklanması omik detektorlar (naqilin diametri 0,18 - 0,25 mm ) vasitəsilə yerinə yetirilməlidir;

9.9.23. divar və arakəsmələrin bloklanması;

9.9.23.1. əsas olmayan və əsas divarların (arakəsmələrin) “sındırma”ya qarşı bloklanması maksimum 10 zərbəyə tənzimlənmiş səthi pyezoelektrik detektorlar, seysmik və ya vibrasiyalı datçiklər vasitəsilə yerinə yetirilməlidir;

9.9.24. mühafizə siqnalizasiyasının ikinci hüdudu;

9.9.24.1. mühafizə siqnalizasiyasının ikinci hüdudu ilə otaqların həcmləri passiv optik-elektron, tutumlu, infraqırmızı, ultrasəs və kombinə olunmuş detektorlar vasitəsilə mühafizə edilir;

9.9.25. mühafizə siqnalizasiyasının üçüncü hüdudu;

9.9.25.1. mühafizə siqnalizasiyasının üçüncü hüdudu ilə seyflər və ya anbarlar və yaxud onlara giriş-çıxış mühafizə edilir (tutumlu, radiodalğalı detektorlar vasitəsilə).

9.10. Həyəcan siqnalizasiyası

9.10.1. həyəcan siqnalizasiyasının təyinatı;

9.10.1.1. törədilən cinayət hərəkətləri barədə Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (bundan sonra - SOMDA) və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (bundan sonra - DİN) şöbə və bölmələrinin növbətçi hissələrinə və ya özəl mühafizə şirkətlərinin MMP-yə məlumatların operativ ötürülməsi üçün obyektlər söndürmə hüququ olmayan həyəcan siqnalizasiyası qurğuları (düymələr, pedallar, radiobrelokiar və s.) ilə təchiz edilir. [3]

9.11. XTV-nin növləri və yerləşdirmə üsulları

9.11.1. tutumlu XTV:

9.11.1.1. elektrik sahəsinin xassələrinin dəyişmə effektinin istifadə edilməsinə əsaslanan tutumlu aşkarlama vasitələri otaqların daxilində, həmçinin obyektlərin perimetri boyu yerləşdirilir;

9.11.2. optik infraqırmızı siqnalizatorlu XTV:

9.11.2.1. optik infraqırmızı siqnalizatorlar bir və ya bir neçə şüalandırıcı-qəbuledici cütündən ibarətdir. Onlar infraqırmızı( bundan sonra - İQ) şüalar yaradır və həmin şüaların kəsilməsi həyəcan siqnalına səbəb olur. İQ datçiklər otaqlarda, həmçinin obyektlərin perimetri boyu hasarın üst hissəsində və bilavasitə qruntda quraşdırılır və bir neçə şüadan şaquli maneə əmələ gətirir;

9.11.3. radioşüalı XTV;

9.11.3.1. radioşüalı aşkarlama vasitələri, həmçinin şüalandırıcı-qəbuledici cütündən istifadə edən radarlar İQ siqnalizatorlara analoji olaraq quraşdırılır;

9.11.4. seysmik və vibrasiyalı XTV:

9.11.4.1. seysmik və vibrasiya elementləri hasarı qətetmə, qırma, sökməyə cəhd hallarında hasarın elementlərinin vibrasiyasını və onların deformasiyasını hiss edir. Həmin sistemlər hasarın orta hissəsində bərkidilir. Altdan qazma halının aşkar edilməsinin effektivliliyini artırmaq məqsədi ilə qruntun 0,2- 0,3 m dərinliyinə yerləşdirilir:

9.11.5. maqnitometrik:

9.11.5.1. maqnitometrik aşkarlama sistemi mühafizə olunan sahə boyu qruntun 0,15- 0,2 m dərinliyində yerləşdirilir;

9.11.6. kombinə olunmuş XTV;

9.11.6.1. müdaxilənin (müdaxilə təhlükəsinin) aşkar edilməsinin olduqca yüksəketibarlılığı tələb olunduğu obyektlərdə əngəllərə görə sistemin yanlış işə düşməsi hallarının istisna edilməsi üçün özündə müxtəlif fiziki iş prinsipli bir neçə datçiki birləşdirən kombinə olunmuş sistemlərin istifadəsi tövsiyə edilir. Həssas elementlərin yerləşdirilməsi elə seçilir ki, insan müdaxiləsi barədə siqnal, eyni zamanda bir neçə datçikdə yaransın, əngəllər isə zaman üzrə paylansın, təsnif edilsin və çeşidlənsin;

9.11.7. XTV quraşdırılması zamanı əlavə işlər;

9.11.7.1. obyektin perimetri yalnız XTV ilə deyil, həmçinin işıqlandırma, rabitə vasitələri və TVMS ilə təchiz edilir. Bundan başqa, təhlükə səviyyəsi yüksək olan sahələrdə, etibarlı mühafizə olunan perimetrin yaradılması üçün əlavə tikinti-quraşdırma işləri (taran əleyhinə və ya digər əlavə qurğuların və s. quraşdırılması) tələb oluna bilər.

9.12. GNGİOS və TVMS-nin təşkil edilməsi

9.12.1. GNGİOS-nin təyinatı:

9.12.1.1. obyektlər aşağıda göstərilən məqsədlər üçün nəzərdə tutulan girişə nəzarət və girişin idarə olunması sistemi ilə təchiz olunmalıdır:

9.12.1.1.1. əməkdaşların və qonaqların GNGİOS-lə mühafizə olunan binalara, otaqlara və xüsusi zonalara daxil olmasının məhdudlaşdırılması;

9.12.1.1.2. hər bir əməkdaşın gəliş-gediş vaxtının təyin edilməsi;

9.12.1.1.3. daxili otaqların açılması barədə məlumatın əldə olunması (nə vaxt və kim tərəfindən);

9.12.1.1.4. GNGİOS ilə təchiz olunmuş obyektlərə icazəsiz giriş cəhdləri barədə məlumatın verilməsi;

9.12.2. GNGİOS üçün proqram təminatı;

9.12.2.1. GNGİOS üçün proqram təminatı aşağıda göstərilən tapşırıqların yerinə yetirilməsini təmin edir;

9.12.2.1.1. bütün əməkdaşlar üçün məlumat bazasının təşkili (kart nömrəsi, binaya daxil olmağa icazə verilmiş əməkdaşın soyadı və adı, giriş-çıxış saatı);

9.12.2.1.2. nəzarət panellərinin proqramlaşdırılması və onlarda olan məlumatların oxunması;

9.12.2.1.3. konkret hadisələr barədə məlumatların təqdim olunması (hesabat);

9.12.2.1.4. sistemin operatoru tərəfindən iş yerindən GNGİOS- lə təchiz olunmuş istənilən qapıların açılması və bağlanılması;

9.12.3. obyektin xəritəsinin qrafik təsviri:

9.12.4. GNGİOS-nin bazası;

9.12.4.1. GNGİOS mühafizə xidmətinin otağında yerləşən kompüterlə idarə olunan yerli hesablama şəbəkəsinin bazasında təşkil oluna bilər;

9.12.5. obyektlərin GNGİOS-lə təchizatı:

9.12.5.1. GNGİOS-nin aşağıda göstərilən yerlərdə quraşdırılması tövsiyə olunur:

9.12.5.1.1. obyektin əsas və xidməti girişi;

9.12.5.1.2. binaya giriş üçün bayır qapı;

9.12.5.1.3. xidməti otaqların qapıları;

9.12.5.1.4. mühafizə xidmətinin otaqlarının qapıları;

9.12.5.1.5. MMP otaqlarının qapıları;

9.12.5.1.6. rəhbərliyin, obyektin mühafizə xidmətinin, SOMDA-nin və DİN-in şöbələrinin (bölmələrinin) qərarına əsasən digər otaqlar; [4]

9.12.6. TVMS-nin təyinatı:

9.12.6.1. TVMS mühafizə olunan zonaların, otaqların, obyektin perimetri və ərazisinin vəziyyəti barədə mühafizə xidməti otağında vizual məlumatın təmin edilməsi üçün nəzərdə tutulur;

9.12.6.2. obyektlərin TVMS-lə təchiz olunması TVMS telekameraları ilə aşağıda göstərilən obyektin sahələrinin təchiz olunması tövsiyə olunur:

9.12.6.2.1. mühafizə olunan obyektin ərazisi;

9.12.6.2.2. obyekt binalarının perimetri və giriş-çıxış yolları;

9.12.6.2.3. obyektin mərkəzi girişi (həm xaricdən, həm də daxildən);

9.12.6.2.4. bokslar, avtomobillərin girişi üçün qapılar;

9.12.6.2.5. rəhbərliyin, obyektin mühafizə xidmətinin, SOMDA-nin və DİN-in şöbələrinin (bölmələrinin) qərarına əsasən digər otaqlar;

9.12.7. xarici müşahidə üçün TVMS:

9.12.7.1. xarici müşahidə üçün yüksək həssaslığa malik, dönmə qurğuları və infraqırmızı işıqlandırma ilə təchiz olunmuş və linzaların qızdırılması funksiyası olan telekameralardan istifadə olunması tövsiyə olunur;

9.12.8. obyektin daxilində TVMS:

9.12.8.1. obyektin binasının daxilində stasionar kiçikölçülü kameralardan istifadə olunması tövsiyə olunur və onlar elə yerləşdirilməlidir ki, “ölü zona”lar yaranmasın;

9.12.9. TVMS monitorları:

9.12.9.1. TVMS kameralarından daxil olan məlumatların əks olunması üçün xarici müdaxilələrə davamlı olan və uzun müddətdə fasiləsiz işləyə bilən xüsusi monitorlardan istifadə olunmalıdır;

9.12.10. TVMS və hərəkət detektorları;

9.12.10.1. TVMS istifadə olunan zaman sistemi müşahidə zonasında fəal və hərəkət edən obyektin göründüyü zaman mühafizə siqnalizasiyası sisteminə həyəcan siqnalı ötürən əlavə mühafizə məlumatı vericisi halına gətirən detektorlardan istifadə edilməsi tövsiyə olunur;

9.12.11. TVMS-nin video sistemi:

9.12.11.1. kameralardan daxil olan videosiqnalların işlənməsi üçün avadanlıq kimi eyni vaxtda çox sayda kameradan təsvirlərin kompüterin sərt diskinə yazmağa imkan verən rəqəmli kompüter videosistemlərindən istifadə olunması tövsiyə olunur. Bundan əlavə, videosistemlər çox sayda kameranın tam ekranda göstərilməsi və həyəcan siqnallarının işlənməsini, kameranın müşahidə zonasında fəallığın aşkar edilməsi və digər funksiyaları təmin etməlidir;

9.12.12. TVMS üçün prioritetlər:

9.12.12.1. TVMS həyəcan siqnalının və ya hərəkət detektorunun işə düşməsi barədə siqnalın daxil olduğu zaman monitorda avtomatik əks olunmasını, həmçinin hər bir təsvirdə tarix, saat və kameranın nömrəsini göstərməklə vəziyyətin rəqəmsal rejimdə videoqeydiyyatçıda qeydə alınmasını təmin etməlidir.

9.13. Operativ rabitə sisteminin yaradılması üçün əsas prinsiplər

9.13.1. rabitə rejimləri:

9.13.1.1. ehtiyat rabitə sistemi kimi sərt mərkəzləşdirmə ilə yerli ATS quraşdırılır və rabitə sistemi aşağıda göstərilən mümkün iş rejimlərini təmin etməlidir:

9.13.1.1.1. mini ATS rejimi (60 abunəçiyə qədər); [5]

9.13.1.1.2. giriş telefon xətləri ilə yalnız mərkəzi mühafizə postu vasitəsilə işləməli;

9.13.1.1.3. yerli abunəçilərin şəhər telefon şəbəkəsi xətlərinə çıxışının qadağan olunması;

9.13.1.1.4. stasionar UQD radiostansiyasının idarə edilməsi;

9.13.1.1.5. post-patrul xidmətinin mərkəzi mühafizə postu ilə əlaqəsinin təmin edilməsi;

9.13.1.1.6. hadisələr barədə mərkəzi stansiyadan səsucaldıcı ilə məlumatların verilməsi;

9.13.1.1.7. perimetr üzrə rabitənin təşkil olunması üçün, bütün mühafizə postlarında əsas mühafizə hasarı üzərində quraşdırılan abunəçi aparatlarından əlavə, zəruri hallarda, səyyar polis dəstəsi ilə danışıqlar üçün hər 100-150 m-dən bir əlavə telefon rozetkaları (girişləri) nəzərdə tutulmalıdır. Bu məqsədlər üçün operativ radiorabitə sistemindən istifadə olunmasına da icazə verilir.

9.14. Avadanlıqların elektrik enerjisi ilə təchizatı

9.14.1. elektrik enerjisi təchizatının etibarlılığı;

9.14.1.1. elektrik enerjisinin təchizatının etibarlı dərəcədə mühafizəsinin təmin edilməsi üçün mühafizə olunan obyektlərin I dərəcəli enerji təchizatı obyektlərinə (fasiləsiz enerji təchizatı) dəyişdirilməsi üçün müvafiq təşkilati tədbirlər görülməlidir;

9.14.1.2. mühafizə, həyəcan siqnalizasiyası və girişə nəzarət sistemi kompleksi üçün əsas şəbəkədən enerji təminatının olmadığı zaman avadanlıqların an azı 12 saat işlək vəziyyətdə olmasını təmin edən akkumulyator dəstəkli fasiləsiz qidalandırma (operativ cərəyan) mənbəyinə malik olmalıdır;

9.14.1.3. mühafizə televiziya sistemi I dərəcəli elektrik təchizatı çərçivəsində enerji ilə təchiz olunmalıdır. Bunun üçün müxtəlif yarımstansiyalardan iki girişin təmin edilməsi və mühafizə televiziya sistemi aparaturasının girişində fasiləsiz təchizatı təmin edən ehtiyat girişə avtomatik qoşulmanın təmin edilməsi nəzərdə tutulmalıdır. Əgər hər hansı texniki səbəblərə görə yuxarıda göstərilən tələblərin yerinə yetirilməsi mümkün deyildirsə, o zaman girişdə fasiləsiz təchizatı təmin edən akkumulyator dəstəkli 220 V dəyişən elektrik cərəyanlı fasiləsiz enerji (operativ cərəyan) mənbəyindən istifadə olunması tövsiyə olunur. Belə fasiləsiz enerji mənbəyinin gücü və akkumulyatorların (operativ cərəyan) həcmi mühafizə sisteminin istehlak gücü və verilmiş iş müddətinə əsasən hesablanır. Qəza nəticəsində uzunmüddətli kəsilmə (bir sutkadan artıq) halları üçün “qaynar” ehtiyat iş rejimini təmin edən 3 fazalı, 220 V-lu, 50 Hs gücündə dizel-generatorla təmin olunmalıdır;

9.14.2. avtonom ehtiyat enerji mənbələri:

9.14.2.1. avtonom rezerv elektrik enerjisi mənbələri şəhərlərdə və şəhərtipli qəsəbələrdə obyektlərdə XTS, GNGİOS, TVMS-nin iş rejimini, mühafizə və növbətçi işıqlandırmanı təmin etməlidir;

9.14.2.2. kənd rayonlarında ən azı 48 saat;

9.14.2.3. çətinliklə gedilə bilən rayonlarda ən azı 72 saat.

9.15. Mühafizə işıqlandırılması

9.15.1. iş şərtləri:

9.15.1.1. həm əsas, həm də daxili yardımçı hasarların işıqlandırılması üçün (ən azı 100 lüks işıqlandırma) işıqlandırma sisteminin perimetrin mühafizə sistemi vasitəsilə işə salınması funksiyası olmalıdır. Hasarların beton oturacaqlarında kabellərin çəkilməsi və siqnalizasiya sistemlərinin, elektrik kabellərinin və rabitə xətlərinin texniki qulluğu üçün dəlikləri olan kabel kanalları nəzərdə tutulmalıdır;

9.15.2. mühafizə işıqlandırılması üçün cihazlar;

9.15.2.1. mühafizə işıqlandırılması cihazları kimi geniş işıqlandırıcı projektorlar, közərmə lampalı və ya digər növ çıraqlar istifadə oluna bilər. Mühafizə işıqlandırılması cihazları elə yerləşdirilməlidir ki, növbədə duran mühafizəçilərin və NBM nəzarətçilərinin gözünə işıq düşməsin. İşıqlandırılma zolaqlarında mühafizə postları, post çardaqları, patrul yolları və s. olmamalıdır. Çıraqlar arasında məsafə, onların gücü və konstruksiyası işıqlandırma normalarına əsasən əhatəli, bərabər yayılmış işıq zolağının yaradılması baxımından seçilməlidir;

9.15.3. mühafizə işıqlandırması şəbəkəsi;

9.15.3.1. mühafizə işıqlandırması şəbəkəsi müstəqil olmalı və təhlükəsizlik texnikası qaydalarına əsasən yaradılmalıdır. Mühafizə işıqlandırmasının magistral və paylaşdırıcı (qrup) şəbəkələri torpağa basdırılmış və ya qutularda yerləşdirilmiş kabellərlə çəkilməlidir. Mühafizə işıqlandırmasının idarə olunması üçün müstəqil nəzarət kabelləri nəzərdə tutulmalıdır. Nəzarət kabelləri mühafizə işıqlandırmasının elektrik şəbəkələri ilə bir trasda quraşdırıla bilər. Qidalandırma lövhələri patrul yollarının kənarında və NBM otaqlarında qadağan olunmuş zonalarda, metal şkaflarda quraşdırılmalıdır;

9.15.4. ərazinin işıqlandırılması (normalar);

9.15.4.1. avtomobil və dəmiryol NBM-də yoxlama meydançalarının işıqlandırılması ən azı 150 lüks olmalıdır. Adamların keçdiyi NBM-də işıqlandırma ən azı 200 lüks olmalıdır. TVMS-dən istifadə olunan zaman işıqlandırma quraşdırılan teleötürücü qurğuların növləri üzrə texniki şərtlərə müvafiq olmalıdır. Mühafizə xidmətinin xidməti otaqlarının işıqlandırma normaları mövcud norma və qaydalara əsasən müəyyən edilir;

9.15.5. obyektlərin işıqlandırma dərəcələri;

9.15.5.1. mühafizə otaqları, NKM, binalara girişlər, kateqoriyaya bölünmüş binaların dəhlizləri qəza işıqlandırma sistemi ilə təchiz olunmalıdır. İşçi işıqlandırmadan qəza işıqlandırma sisteminə və əksinə keçid avtomatik yerinə yetirilməlidir;

9.15.6. avtomobil və dəmiryol nəzarət-buraxılış məntəqələrinin işıqlandırma dərəcələri;

9.15.6.1. avtomobil və dəmiryol NBM-in işıqlandırma dərəcələri nəqliyyat növünün və daşınan yüklərin yoxlanılmasını təmin etməlidir. İşıqlandırma cihazları yoxlanılan nəqliyyat vasitəsinin (alt hissəsi daxil olmaqla) bərabər şəkildə işıqlandırılmasını təmin edəcək tərzdə yerləşdirilməlidir. Zəruri hallarda səyyar işıqlandırılmadan istifadə olunması nəzərdə tutulmalıdır.

9.16. Mühəndis-texniki təhlükəsizlik sistemlərinin (MTTS) kabel xətlərinə və kommunikasiyalarına olan tələbləri

9.16.1. kabel şəbəkələrinin strukturuna olan tələblər;

9.16.1.1. 60 V-dan yüksək gərginliyə malik kabel xətləri ayrıca çəkilməlidir və onların kompleks şəbəkəyə daxil edilməsinə yol verilmir;

9.16.2. qidalandırıcı elektrik xətlərinin texniki şərtləri;

9.16.2.1. qidalandırıcı elektrik kabelləri kimi seriyalı buraxılan güc kabelləri və quraşdırma kabelləri istifadə olunmalıdır və onların seçilməsi kabellərin çəkilmə şərtlərinə əsasən müəyyən edilir. Paylaşdırma şəbəkəsinin güc kabellərinin damarlarının kəsimləri maksimum cərəyan sərfiyyatı zamanı gərginliyin maksimum yolverilən azalma həddinə əsasən hesablanmalıdır. Təhlükəsizlik vasitələrinin qoruyucu torpaqlanması həmin vasitələrin texniki sənədlərinə əsasən yerinə yetirilir;

9.16.3. kabel xətlərinin çəkilməsi üçün şərtlər;

9.16.3.1. mühəndis-texniki təhlükəsizlik sistemləri kompleksinin kabel şəbəkəsi xətti rabitə qurğuları və elektrik qurğularının quraşdırılması qaydalarına əsasən çəkilir;

9.16.3.2. kabellərin ümumi həcminin ən azı 10-20 faizi həcmində birləşdirici xətlərin ehtiyat kabel cütlüyü nəzərdə tutulur;

9.16.4. partlayış təhlükəsi olan zonalarda kabel şəbəkələri;

9.16.4.1. partlayış təhlükəsi olan yerlərdə kabel və naqillər mümkün hallarda ən qısa traslarla çəkilməli, bu mümkün olmadıqda isə partlayış təhlükəsi olan zonalardan kənara çıxarılmalıdır. Partlayış təhlükəsi olan zonalarda kabellərin və naqillərin çəkilməsi, həmçinin texniki siqnalizasiya vasitələrinin yerləndirilməsi və sıfırlanması layihə tələblərinə, həmçinin elektrik avadanlıqlarının mövcud quraşdırma qaydalarına əsasən yerinə yetirilməlidir.

9.17. Obyektlərin XTV ilə təchiz olunması və onların BÖS-ə qoşulması

9.17.1. XTV və BÖS avadanlıqları üçün tələblər;

9.17.1.1. obyektlərin XTV və BÖS avadanlıqları ilə təchiz olunması və həyəcan siqnalının verilməsi bu normativ sənədin, həmçinin SOMDA və DİN orqanlarının normativ sənədlərinin tələblərinə müvafiq qaydada həyata keçirilir.

9.18. BÖS üçün həyəcan siqnalının etibarlı şəkildə ünvanlı ötürülməsi tələbləri

9.18.1. BÖS sisteminin təyinatı:

9.18.1.1. sistem XTS obyektlərinin 24 saatlıq monitorinqi, daxil olan məlumatın qəbulu, işlənməsi, qeydiyyatı və operativ əməliyyat qrupları idarələrində, həmçinin SOMDA-nin və DİN-nin növbətçi hissələrində qurulmuş avtomatlaşdırılmış iş yerlərinə (bundan sonra-AİY) ötürülməsi üçün nəzərdə tutulur;

9.18.2. BÖS-nin tərkibi:

9.18.2.1. BÖS aşağıdakı funksional qovşaqlardan ibarətdir:

9.18.2.1.1. BÖS üçün son obyekt qurğusu, daxil olan məlumatların işlənməsi və qeydə alınması;

9.18.2.1.2. mərkəzləşdirilmiş monitorinq məntəqəsində qurulmuş, təyinatı üzrə ötürülməsi üçün mərkəzi stansiya;

9.18.2.1.3. operativ əməliyyat qruplarının, o cümlədən SOMDA və DİN orqanlarının növbətçi hissələrinin operativ idarə olunmasını təmin edən AİY;

9.18.3. BÖS siqnalının ötürülməsi:

9.18.3.1. BÖS təhlükə bildirən məlumatların qurulmuş marşrutlarla ötürülməsini təmin etməlidir;

9.18.4. BÖS siqnallarının sayı:

9.18.4.1. BÖS-də AİS əməliyyat qruplarının idarə olunması üzrə AlS telefon xətti və radiokanal vasitəsilə ən azı iki bildiriş ötürmə kanalına (1-i işçi, 1-i ehtiyat) malik olmalı və ya “həyəcan” siqnallarının çoxmarşrutlu ötürülməsi tətbiq olunmalıdır;

9.18.5. BÖS-yə avtomatik nəzarət:

9.18.5.1. sistem rabitə kanalının pozulması barədə mərkəzi stansiyaya xəbərdarlıq göndərməklə, sistemin bütün sahələri boyunca məlumatın ötürülməsi kanalına avtomatik nəzarəti təmin etməlidir;

9.18.6. BÖS-nin sisteminin rezerv elementləri:

9.18.6.1. sistemin bütün funksional qovşaqları rezerv elementlərlə təchiz olunmalıdır;

9.18.7. BÖS üçün rezerv elektrik enerjisi təchizatı:

9.18.7.1. BÖS yerli elektrik enerjisi təchizatının kəsilməsi hallarına qarşı rezerv elektrik enerjisi təchizatı ilə təmin edilməlidir. Rezerv elektrik enerjisi təchizatı BÖS-nin şəhərlərdə ən azı 24 saat, rayonlarda 48 saat, kənd yerlərində isə 72 saat işləməsini təmin etməlidir;

9.18.8. məlumatların saxlanılması:

9.18.8.1. sistem ötürülmüş məlumatların enerjidən asılı, elektron daşıyıcılarda, sərt daşıyıcılarda saxlanılmasını və məlumatların kağız üzərində çap olunması imkanını təmin etməlidir;

9.18.9. obyekt avadanlıqları:

9.18.9.1. obyekt avadanlıqları mühafizə olunan bina daxilində və ya mühafizə fəaliyyəti subyektinin (bundan sonra - MFS) xidməti binasında quraşdırılmalıdır;

9.18.10. obyekt avadanlıqlarının yoxlanılması proqramı:

9.18.10.1. obyekt avadanlıqları üçün özünün iş qabiliyyətini avtomatik yoxlayaraq, nəticələrin mərkəzi stansiyaya ötürülməsini təmin edən yoxlama proqramı ilə təmin edilməlidir;

9.18.11. obyekt avadanlıqları üçün rezerv elektrik enerjisi təchizatı:

9.18.11.1. obyekt avadanlıqları yerli elektrik enerjisi təchizatının kəsilməsi hallarına qarşı rezerv elektrik enerjisi təchizatı ilə təmin edilməlidir. Rezerv elektrik enerjisi təchizatı bütün sistemin şəhərlərdə ən azı 24 saat, rayonlarda 48 saat, kənd yerlərində isə 72 saat işləməsini təmin etməlidir;

9.18.12. mərkəzi stansiyanın təyinatı:

9.18.12.1. mərkəzi stansiya obyektin mühafizə sistemlərindən həyəcan və digər xidməti məlumatların qəbul edilməsi və həmin məlumatların SOMDA və DİN orqanlarının növbətçi hissələrinin operativ əməliyyat qruplarının idarə olunması AİS sisteminə ötürülməsini təmin etməlidir;

9.18.13. mərkəzi stansiyanın rabitə kanalına nəzarət;

9.18.13.1. mərkəzi stansiya obyektin sistemləri ilə rabitə kanalına daimi nəzarəti və onların vəziyyəti və mümkün pozuntuları barədə məlumatın verilməsini təmin etməlidir;

9.18.14. radiorabitə kanalından istifadə olunması:

9.18.14.1. BÖS-də radiorabitə kanalından istifadə olunan zaman məlumatların çatdırılması, gecikmələrin və qoruyucu kodlaşdırma üçün maneələrin aradan qaldırılması üçün həyəcan məlumatlarının çoxmarşrutlu ötürülməsi nəzərdə tutulmalıdır;

9.18.15. AİY ilə mərkəzi rabitəyə nəzarət stansiyası:

9.18.15.1. mərkəzi stansiya operativ əməliyyat qruplarının idarə olunması AİY sistemi ilə rabitə kanalına daimi nəzarəti və rabitə kanalının pozuntuları barədə BÖS-yə məlumatın verilməsini təmin etməlidir:

9.18.16. BÖS-də çeşidlənmənin təmin edilməsi:

9.18.16.1. BÖS qəbul edilən məlumatların çeşidlənməsini və çap olunmasını təmin etməlidir;

9.18.17. mərkəzi stansiyaya tələblər:

9.18.17.1. yanlış məlumatların verilməsinin və BÖS həyəcan məlumatının itirilməsinin qarşısının alınması üçün mərkəzi stansiya aşağıda göstərilənləri təmin etməlidir:

9.18.17.1.1. “həyəcan” bildirişlərinin ən azı iki operativ əməliyyat qrupunun idarə olunması üçün AİY sisteminə və ən azı iki əməliyyat qrupuna ötürmə imkanı;

9.18.17.1.2. SOMDA və DİN orqanlarının növbətçi hissələrində məsafədən idarəli AİY sistemində həyəcan siqnalının qəbul edilməsinin təsdiq olunması;

9.18.17.1.3. SOMDA və DİN orqanlarının növbətçi hissələrində operativ əməliyyat qrupunun idarə olunması üçün AİY sistemlərinin işə salınmasına və söndürülməsinə nəzarət;

9.18.17.1.4. avtomatik rejimdə, rabitə xəttinin və ya radiokanalın sıradan çıxması halında obyekt barədə qeyd ilə məlumatın digər AİY sistemlərinə yönəldilməsi;

9.18.18. vəzifənin icrasına nəzarət sistemi:

9.18.18.1. əməliyyat qruplarının marşrutlarında və MFS-nin stasionar postlarında quraşdırılan vəzifənin icrasına nəzarət sisteminin qeydləri MFS növbətçi hissələrinin AlS sisteminə ötürülür və sutka ərzində vəzifənin icrasına nəzarət sistemindən qeydlərin nəzərdən keçirilməsi və zəruri hallarda cinayətlərin və hüquq pozuntularının açılması üçün dəlil bazası kimi istifadə olunmaq üçün çap olunması təmin edilir.

9.19. Həyəcan siqnalının etibarlı şəkildə təyin edilməsi üçün AİY sisteminə tələblər

9.19.1. AİY təyinatı:

9.19.1.1. növbətçi hissələrdə AİY müasir aparat və proqram həlləri bazası üçün nəzərdə tutulan IBM kompüterinin bazasında qurulmalıdır. Onun fasiləsiz işləməsini təmin etmək üçün şəhərlərdə ən azı 24 saat, rayonlarda 48 saat, kənd yerlərində isə 72 saat işləməsini təmin edən rezerv elektrik enerjisi təchizatı quraşdırılır.

9.19.2. AİY təyinatı:

9.19.2.1. AİY, MFS əməliyyat qruplarının operativ idarə olunması üçün həyəcan məlumatlarının qəbul edilməsi və onların işlənməsi üçün nəzərdə tutulur;

9.19.3. AİY-nin quraşdırılacağı yerlər:

9.19.3.1. AİY, MFS, SOMDA və DİN orqanlarının birbaşa operativ əməliyyat qruplarını idarə edən və zəruri hallarda operativ əməliyyat qruplarının fəaliyyətinə nəzarət funksiyasını yerinə yetirən növbətçi hissələrində quraşdırılır.

9.19.4. AİY - də məlumatın təsvir olunmasının təmin edilməsi:

9.19.4.1. obyektdən həyəcan siqnalı daxil olan zaman növbətçinin AİY sistemi aşağıda göstərilən məlumatların əks olunmasını təmin etməlidir:

9.19.4.1.1. obyektin sıra nömrəsi;

9.19.4.1.2. obyektin adı;

9.19.4.1.3. obyektin ünvanı və dəqiq koordinatları;

9.19.4.1.4. obyektin bloklama (əlavə mühafizə yerləşdirmə) nöqtələri;

9.19.4.1.5. obyektə ən qısa yol;

9.19.4.1.6. obyektin zəif yerlərinin göstərilməsi (hava, su, ventilyasiya, kanalizasiya, ehtiyat giriş-çıxış) və s;

9.19.4.1.7. obyektin rabitə xətləri;

9.19.4.1.8. zonanın təsviri (xüsusi otaqların, bir-birindən asılı olmadan quraşdırılmış XTS-lər);

9.19.4.1.9. həyəcan siqnalının ötürüldüyü MFS-nin növbətçi hissəsinin rekvizitləri;

9.19.4.1.10. ev ünvanları və telefon nömrələri (iş, ev, mobil) daxil olmaqla sifarişçilərin (məsul şəxslərin) siyahısı;

9.19.5. AİY operativ əməliyyat qruplarının idarə olunması:

9.19.5.1. operativ əməliyyat qruplarının idarə olunması prosesində MFS-nin, SOMDA və DİN bölmələrinin AİY sistemi aşağıdakı funksiyaları təmin etməlidir:

9.19.5.1.1. mühafizə olunan obyekt barədə məlumatın verilməsi;

9.19.5.1.2. həyəcan siqnalının alınması vaxtının və yerinin qeydiyyatı;

9.19.5.1.3. hər bir əməliyyat qrupunun gəliş saatının qeydiyyatı;

9.19.5.1.4. obyektdə yoxlamanın başlanma və bitmə saatlarının qeydiyyatı;

9.19.5.1.5. yoxlamanın nəticələri;

9.19.5.1.6. təkrar yoxlamanın tarixinin qeydiyyatı (zəruri hallarda);

9.19.5.1.7. təkrar yoxlamanın nəticələri (zəruri hallarda);

9.19.5.1.8. obyektin təkrar mühafizəyə alındığı vaxtın qeydiyyatı;

9.19.5.1.9. obyektin sifarişçi tərəfindən mühafizədən kənarlaşdırıldığı hallarda, həyəcan siqnalının ləğv olunması barədə məlumatın qeydiyyatı;

9.19.6. AİY-də məlumatların qorunması:

9.19.6.1. BÖS növbətçi və (və ya) mərkəzi stansiyanın AİY sistemi ən azı 1(bir) il müddətinə məlumatların arxivləşdirilməsini (saxlanılmasını) və zəruri hallarda onun çap olunmasını təmin etməlidir.

 

10. Magistral boru kəmərlərinin mühafizəsinin təşkili

 

10.1. Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin siyahısına daxil olan Azərbaycan Respublikasının quru ərazisindən keçən magistral boru kəmərlərinin mühafizəsinin təşkili Təhlükəsizlik Normalarının tətbiqi nəzərə alınmaqla həyata keçirilməlidir;

10.2. əsas anlayışlar aşağıdakılardır:

10.2.1. mühafizə olunan obyekt - magistral boru kəməri istehsal-texnoloji kompleksinə daxil olan və mühafizə altında olan əmlak (bina, tikili, qurğu, torpaq sahəsi, yaşayış və qeyri-yaşayış binası və digər növ əmlak);

10.2.2. magistral boru kəməri - texniki reqlament və milli standartların tələblərinə cavab verən məhsulların təhlükəsiz nəqlini təmin edən nizami hissə və obyektlərdən ibarət vahid istehsal-texnoloji kompleks:

10.2.3. magistral boru kəmərinin mühafizəsi - magistral boru kəmərlərinə qarşı qeyri-qanuni hərəkətlərin qarşısını almağa, həmçinin texniki mühafizə və təhlükəsizlik vasitələrinin qəsdən sıradan çıxarılmadan mühafizəsinə yönəldilmiş tədbirlər sistemi;

10.2.4. magistral boru kəmərinin mühafizə olunan zonası - xüsusi mühafizə şərtləri tətbiq olunan və magistral boru kəmərləri obyektlərinə əlavə edilmiş və əhalinin təhlükəsizliyinin təmin edilməsi və boru kəmərləri obyektlərinin təhlükəsiz və fasiləsiz istismarı üçün lazımi şəraitin yaradılması üçün nəzərdə tutulan, sərhədləri çərçivəsində quraşdırılma məqsədlərinə uyğun gəlməyən fəaliyyət növlərinin qadağan olunduğu və ya məhdudlaşdırıldığı ərazi. İstismarda olan magistral boru kəmərlərinin mühafizə və məsləhətləşmə zonaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir;

10.2.5. magistral boru kəmərinin mülkiyyətçisi - Azərbaycan Respublikasının inzibati-ərazi vahidliyində və ya mülkiyyətçilik hüquqi əsasında magistral boru kəmərinə malik hüquqi şəxs;

10.2.6. magistral boru kəmərlərinin fiziki təhlükəsizliyi - magistral boru kəmərlərinin insanların qeyri-qanuni fəaliyyətləri nəticəsində yaranan təhlükədən mühafizə durumu;

10.2.7. magistral boru kəmərlərinin fiziki mühafizəsi - magistral boru kəmərləri ilə bağlı mümkün təhlükələrin (ziyana səbəb olan qeyri-qanuni hərəkətlərdən irəli gələn) qarşısının alınmasına istiqamətlənmiş hüquq normaları, təşkilati tədbirlər və mühəndis-texniki qərarlar toplusu;

10.2.8. operator - magistral boru kəmərinin sahibi və ya qanuni əsaslarla magistral boru kəməri vasitəsilə məhsulların nəqlini həyata keçirən və ya boru kəmərini istismar edən hüquqi şəxs və ya onun səlahiyyət verdiyi, operator xidməti göstərən təşkilat;

10.2.9. məhsullar - neft, o cümlədən stabil (qeyri-stabil) qaz kondensatı, təbii qaz, neftli qaz, digər mayelər və qazaoxşar karbohidrogenlər, nəql olunmaları üçün hazırlanmış və məhsul növü üzrə texniki tələblərə cavab verən neft məhsulları;

10.2.10. texniki dəhliz - magistral boru kəmərinin və ya paralel çəkilmiş magistral boru kəməri və kommunikasiya sisteminin keçdiyi ərazi.

10.3. Magistral boru Kəmərinin layihələndirilməsi, inşası, rekonstruksiyası, genişləndirilməsi, texniki təchizatı, modernləşdirilməsi və əsaslı təmiri zamanı magistral boru kəmərinin fiziki təhlükəsizliyini, həmçinin onun fiziki mühafizəsini təmin etmək üçün tələblərə aşağıdakılara əsaslanaraq riayət etmək lazımdır;

10.3.1. bu Təhlükəsizlik Normalarına;

10.3.2. magistral boru kəmərlərinin mühafizəsinə dair tələblərin müəyyən edildiyi normativ-texniki və digər normativ sənədlər, o cümlədən standartlar, tikinti norma və qaydalarına;

10.3.3. magistral boru kəməri və ya onun hər hansı bir hissəsinin inşası zamanı işçi sənədlərinə düzəlişlər və ya əlavələrlə birlikdə tikinti-quraşdırma işlərinin (yenidənqurma, genişləndirmə, texniki təchizat, modernləşdirilmə, əsaslı təmir) faktiki yerinə yetirilməsini təsdiqləyən layihə və icra sənədlərinə.

10.4. Magistral boru kəmərlərinin mühafizəsinin təşkili;

10.4.1. mühafizə olunan obyektlərdə buraxılış və obyektdaxili rejimin tətbiqi və təminatı;

10.4.2. magistral boru kəmərinin mülkiyyətçisinin təhlükəsizlik xidməti ilə qarşılıqlı əlaqə (operator);

10.4.3. mühafizə postları, mobil qruplar, operativ reaksiya qruplarının təşkili;

10.4.4. mühafizə olunan obyektlərin heyət və ziyarətçilərinin hərəkətlərinə nəzarət;

10.4.5. mühafizə olunan obyektlərlə müqayisədə qeyri-qanuni hərəkətlərin qarşısının alınması;

10.4.6. mühafizə və təhlükəsizlik texniki vasitələrinin tətbiqi;

10.4.7. mühafizə qüvvələrinin mühafizə və təhlükəsizlik texniki vasitələrinin işədüşmə siqnalına reaksiyası.

10.5. Magistral boru kəmərlərinin mühafizəsi mühafizə xidmətlərinin göstərilməsi üzrə razılaşma əsasında mühafizə fəaliyyəti ilə məşğul olan subyekt tərəfindən həyata keçirilir.

10.6. Mühafizə xidmətlərinin göstərilməsi üzrə razılaşma magistral boru kəmərinin mülkiyyətçisi (operator) və mühafizə fəaliyyəti ilə məşğul olan subyekt arasında bağlanılır. Razılaşma əsasında mühafizə xidmətlərinin göstərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. Mühafizə vaxtı, metodu, mühafizəçilərin sayı, silahlanması, texniki və xüsusi vasitələr mühafizə xidmətlərinin göstərilməsinə dair razılaşmanın şərtləri ilə müəyyənləşir. Mühafizəçilərin sayı, silahlanması, texniki və xüsusi vasitələr Azərbaycan Respublikasında qüvvədə olan normativləri aşmamalıdır. Mühafizə xidmətlərinin göstərilməsinə dair razılaşma imzalanmazdan əvvəl mühafizə fəaliyyəti ilə məşğul olan subyektin və magistral boru kəmərinin mülkiyyətçisinin (operatorun) səlahiyyətli nümayəndələri mühafizə olunacaq magistral boru kəmərinin müayinəsini aparmalıdır. Magistral boru kəmərlərinin müayinəsi magistral boru kəmərinin qeyri-aktiv vəziyyətini, qeyri- qanuni müdaxilələrə qarşı dözümlülüyünü müəyyən etmək məqsədi ilə magistral boru kəmərinin yerindəcə vəziyyətini, xüsusiyyətini öyrənmək və magistral boru kəmərinin mülkiyyətçisinin (operatorun) tələbləri nəzərə alınmaqla, magistral boru kəmərinin fiziki mühafizəsi ilə bağlı tədbirlərin hazırlanması üçün aparılır.

10.7. Magistral boru kəmərlərinin mühafizəsi mühafizəçi, patrul (mobil, atlı, piyada) və ya texniki vasitələrdən istifadə etməklə həyata keçirilir.

10.8. Magistral boru kəmərinə vizual müşahidənin həyata keçirilməsi, mühafizə postları (stasionar, dövrələmə, perimetr boyunca postlar, profilaktik postlar) NBM təşkil etmək qeyri-qanuni müdaxilələr üzrə mühafizə xidmətini həyata keçirən subyektin əməkdaşları tərəfindən aparılır.

10.9. Patrul vasitəsilə mühafizə metodu magistral boru kəməri ilə münasibətdə qeyri-qanuni hərəkətlərin edilməsinə cəhdin qarşısını almaq məqsədi ilə bu və ya digər vasitə ilə (mobil, atlı, piyada qrupları, operativ reaksiya qrupu) mühafizə fəaliyyətini həyata keçirən subyektin əməkdaşları tərəfindən baxış (gəzişmə) və texniki vasitələrdən istifadə etməklə magistral boru kəmərinin mühafizəsini əks etdirir.

10.10. Texniki vasitələrdən istifadə etməklə, magistral boru kəmərinin mühafizəsi metodu texniki vasitələrin köməkliyi ilə magistral boru kəmərlərinin müşahidə edilməsi, onların qeyri-qanuni müdaxilədən qorunması üzrə mühafizə fəaliyyəti ilə məşğul olan subyektin əməkdaşlarının fəaliyyətindən ibarətdir (texniki postlar).

10.11. Magistral boru kəmərlərinin mühafizəsinin əsas elementləri yerləşdikləri yerdən texniki mühafizə vasitələri ilə işıqlandırılma, həmçinin digər xüsusiyyətlərindən asılı olaraq aşağıdakılardır;

10.11.1. nəzarət rejiminin təmin edilməsi, fiziki şəxslərin hərəkətini məhdudlaşdırmaq məqsədi ilə mühafizə olunan obyektin girişində təşkil edilən NBM;

10.11.2. bir xüsusi obyektdə və ya açıq sahədə yerləşən bir neçə obyektdə və ümumi uzunluğu 100 m-dən az olmamaq şərtilə (mühafizəçilərin keşik çəkməsi üçün) qapalı məkanlarda quraşdırılmış stasionar post;

10.11.3. uzunluğu 100 m-dən çox, 300 m-dən az olan, dövrə metodu üçün bir və ya bir neçə obyekt üçün yaradılmış dövrə postu;

10.11.4. nəzarətin həyata keçirilməsi və məlumatların əldə edilməsi məqsədi ilə kompleks texniki mühafizə vasitələrinin quraşdırıldığı obyektlərdə yaradılan texniki post;

10.11.5. mühafizə olunan infrastrukturun siqnalizasiyasının işə düşməsi zamanı təxirəsalınmaz reaksiya göstərilməsi və hüquq- mühafizə orqanları daxil olmaqla, ümumi güclər gələnə kimi operativ vəziyyətin qorunub saxlanılması məqsədi ilə operativ reaksiya qrupu;

10.11.6. mühafizə olunan sərhədlərdə, o cümlədən post müşahidə qüllələrində NBM-dən kənar mühafizə olunan obyektə girişi məhdudlaşdırmaq üçün perimetr boyunca post;

10.11.7. magistral boru kəmərlərinin təkrar müayinəsi, onun mühafizəsinin təmin edilməsi ilə bağlı tədbirlərin görülməsi və magistral boru kəmərinə qeyri-qanuni müdaxilə cəhdlərinin qarşısının alınması məqsədi ilə magistral boru kəmərlərinin mühafizə olunan zonalarında keşik çəkən mobil qruplar;

10.11.8. xidməti itlərdən istifadə etməklə kinoloji post;

10.11.9. mövcud mühafizə qüvvələrinə müvəqqəti əlavə güc kimi cəlb edilmiş profilaktik postlar.

10.12. Magistral boru kəmərlərinin fiziki təhlükəsizliyinin təmin edilməsi və mühafizənin səmərəliliyinin artırılması məqsədi ilə magistral boru kəmərlərinin mühafizəsi üçün xidməti itlərdən istifadə edilə bilər.

10.13. Mühafizə fəaliyyəti ilə məşğul olan subyektlərin əməkdaşlarının və ekstremal vəziyyətlərin qarşısının alınması və lokallaşdırılması üzrə obyektin personalının fəaliyyətinin effektivliliyini artırmaq məqsədi ilə magistral boru kəmərinin mülkiyyətçisi (operatoru) mühafizə fəaliyyətini həyata keçirən subyektlə birgə obyektlərin hər birində mühafizə və müdafiə planı və qarşılıqlı əlaqə sxemi hazırlayır.

10.14. Magistral boru kəmərlərinin terror əleyhinə mühafizəsinin təmin edilməsi ilə bağlı tədbirlər terrorçuluqla mübarizə ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

10.15. Magistral boru kəmərləri mühafizəçi, patrul və texniki vasitələrdən istifadə metodu ilə mühafizə olunduğu halda, aşağıdakı mühafizə qüvvələri normativlərindən istifadə edilir:

10.15.1. obyektlərin mühafizə metodu ilə mühafizəsi zamanı:

10.15.1.1. personal və qonaqların buraxılması və yoxlanılması üçün NBM, NBM-də girişin idarə olunmasının avtomatik nəzarət sistemləri olmadıqda (icazə vərəqələrinin əl ilə yoxlama metodu) bir postda duran şəxsə saatda 50-yə qədər fiziki şəxs hesabından və ya girişin idarə olunmasının avtomatik nəzarət sistemləri olduqda, 100-ə qədər fiziki şəxs hesabından hər bir NBM üçün birsutkalıq stasionar mühafizə postu;

10.15.1.2. nəqliyyat vasitələrinin (NV) buraxılması və yoxlanılması üçün NBM - bir NBM-dən saatda 10-20 vahid hərəkət intensivliyi zamanı NV-nin hər bir nəqliyyatın girişi üçün birsutkalıq stasionar mühafizə postu;

10.15.1.3. birləşdirilmiş tipli NBM - fiziki şəxslər və NV buraxılması və yoxlanılması üçün - hər bir NBM üçün ikisutkalıq stasionar mühafizə postu. Birləşdirilmiş tipli NBM mühafizə olunan obyektin şəxsi xüsusiyyətlərinin, hər bir obyekt barəsində real təhlükə və törədilmiş qanunazidd və digər hərəkətlərin miqdar təhlilinin nəzərə alınması ilə daxil edilir;

10.15.1.4. dəmiryol nəqliyyatının buraxılması üçün NBM - hər bir NBM üçün ikisutkalıq stasionar mühafizə postu. Dəmiryol nəqliyyatının buraxılması üçün NBM mühafizə olunan obyektin şəxsi xüsusiyyətlərinin, hər bir ayrı-ayrılıqda götürülmüş obyekt barəsində real təhlükə və törədilmiş qanunazidd və digər hərəkətlərin miqdar təhlilinin nəzərə alınması ilə daxil edilir;

10.15.1.5. açıq meydança və ya hasar ərazidə xüsusiləşdirilmiş bir və ya bir neçə obyekt - girişdə və ya uzunluğu 100 m qədər olan hərəkət marşrutunda birsutkalıq stasionar mühafizə postu;

10.15.1.6. bir və ya bir neçə obyektin xüsusiləşdirilmiş, hasar ilə təchiz edilmiş ərazi - uzunluğu 100 m-dən yuxarı, lakin 300 m-dən çox olmayan hərəkət marşrutunda birsutkalıq stasionar mühafizə postu;

10.15.1.7. qısalüləli xidməti silahla və ya travmatik təsirli patronlarla lüləsiz xidməti silahla təchiz edilmiş gözətçi tərəfindən vəzifələrinin yerinə yetirilməsi zamanı 250 m-ə qədər olan hərəkət marşrutunda birsutkalıq dövrələmə postu.

10.16. Gözətçi tərəfindən mühafizə olunan birsutkalıq stasionar post və ya perimetr üzrə post üçün post müşahidə qülləsindən müşahidə metodu ilə mühafizə və obyektin müdafiəsi üzrə öhdəliklərin yerinə yetirilməsi zamanı 400 m-ə qədər uzunluqda sahə müəyyən edilir (meşədə - 250 m-ə qədər, suda - 300 m-ə qədər).

10.17. Mühafizə etibarlılığının artırılması üçün hər beşsutkalıq mühafizə postu üçün birsutkalıq profilaktik post hesabından profilaktik postlar daxil edilir.

10.18. Mühafizə olunan obyektin şəxsi xüsusiyyətlərinin, onun barəsində real təhlükə və törədilmiş qanunazidd və digər hərəkətlərin miqdar təhlilinin nəzərə alınması ilə bir kinoloji post üçün 4 xidməti it hesabından kinoloji mühafizə postları istifadə oluna bilər.

10.19. Obyektlərin keşikçəkmə metodu ilə mühafizəsi zamanı;

10.19.1. mobil qrup heyətinə, eyni zamanda üç mühafizə işçisi qoyulur;

10.19.2. magistral boru kəmərlərində qanunazidd qəsdlərə operativ münasibət göstərilməsi üçün mühafizə olunan obyektə çatmanın tələb olunan hesab müddətinin nəzərə alınması ilə, həmçinin operativ təsir qrupları istifadə oluna bilər;

10.19.3. profilaktik tədbirlərin təşkil olunması üçün 3 mobil qrup üçün birsutkalıq profilaktik post hesabından profilaktik postlar daxil edilir;

10.19.4. magistral boru kəmərlərinin xətti hissəsində yerləşən obyektlərində mühafizə etibarlılığının artırılması üçün bir kinoloji post üçün 4 xidməti it hesabından kinoloji mühafizə postları istifadə oluna bilər;

Qeyd. Magistral boru kəmərlərinin xətti hissəsində yerləşən obyektlər dedikdə, boru kəmərlərinin istismarı məqsədi ilə quraşdırılmış nasos, ərsinburaxma, siyirtmə və əks klapan stansiyaları nəzərdə tutulur.

10.19.5. kinoloji postların sayı mühafizə olunan obyektin şəxsi xüsusiyyətlərinin, hər bir ayrı-ayrılıqda götürülmüş obyekt barəsində real təhlükə və törədilmiş qanunazidd və digər hərəkətlərin miqdar təhlilinin nəzərə alınması ilə müəyyən edilir;

10.19.6. magistral boru kəmərlərinin fiziki mühafizəsi və texniki müayinəsi məqsədi ilə gündüz vaxtı 5- 10 km məsafə üzrə atlı patrul xidmətindən istifadə oluna bilər;

10.19.7. magistral boru kəmərlərinin hissələri üzrə ekstremal və əməliyyat şəraiti nəzərə alınmaqla, piyada patrul (patrul qrupu) xidməti təşkil oluna bilər.

10.20. Texniki vasitələrin tətbiq olunması ilə mühafizə zamanı:

10.20.1. texniki mühafizə pultu - birsutkalıq texniki mühafizə postu;

10.20.2. videomonitorinq pultu mühafizə olunan obyektdə 30-a qədər videokamera yüklənməsi zamanı birsutkalıq texniki mühafizə postu;

10.20.3. hasar və TMV ilə təchiz olunmuş obyekt perimetri, uzunluğu 1000 m qədər uzunluqda sahə üçün birsutkalıq texniki post;

10.20.4. mühafizə olunan obyektlərdən TMV işə düşməsi zamanı hərəkətlər üçün TMV ilə təchiz edilmiş hər bir 30 tikili və otaq üçün birsutkalıq texniki post.

10.21. Magistral boru kəmərlərinin mülkiyyətçiləri (operatorlar) mühəndis - texniki mühafizə vasitələrinin (bundan sonra-MTMV) tətbiqini, onların işlək vəziyyətdə qalmasını təmin edirlər.

10.22. Qanunu pozanların icazəsiz girişinin müəyyən olunması üçün magistral boru kəmərlərinin xətti hissəsi boru kəmərlərinin mühafizə sistemləri və sızmanın aşkar olunma sistemləri ilə təchiz edilir. Sızmanın aşkar olunma sistemindən informasiya siqnalları müəyyən edilmiş qarşılıqlı təsir reqlamenti ilə mühafizə fəaliyyəti subyektinin növbətçi xidmətinə və boru kəmərləri monitorinqinin müvafiq avtomatik iş yerinə ötürülməlidir.

10.23. Qanunu pozanların icazəsiz girişinin müəyyən olunması üçün magistral boru kəmərlərinin mühafizə olunan obyektləri giriş nəzarətinin idarəedilmə sistemləri daxil olmaqla yerləşdirilmiş mühafizə - perimetral siqnalizasiya və videomüşahidə sistemləri ilə təchiz olunurlar (arxiv məlumatlarının uzunmüddətli saxlanılması şərtilə). Müəyyən olunmuş qarşılıqlı təsir reqlamenti ilə uyğun, işarələnmiş sistemin müvafiq avtomatik iş yerindən istifadə etməklə mühafizə fəaliyyəti subyekti obyektin mühafizəsini icra edir. Ayrı-ayrı sahələrin (lokal obyektlərin) MTMV kompleksinin tərkibinə massiv dinamiklərin və ya mühafizə olunan obyekt sahəsinə soxulma cəhdi haqqında səsli xəbərdarlığı və qanunu pozan şəxsə psixoloji təsir üçün sirenaların daxil edilməsinə yol verilir.

10.24. Magistral boru kəmərinin mülkiyyətçisi (operatoru) tərəfindən təşkil olunan mühafizə fəaliyyəti subyektinin hərəkətlərinə nəzarət sisteminin tətbiq edilməsinə yol verilir. Mühafizə fəaliyyəti subyektinin hərəkətlərinə nəzarət sistemi arxiv məlumatlarının uzunmüddətli saxlanılması və müvafiq hesabatların formalaşması ilə toplanılmış məlumatların təhlilinin keçirilməsi imkanı ilə aparat və proqram təminatından ibarət olmalıdır.

10.25. Mühafizə olunan sahələrdə ən yüksək ilişmə davamlılığı və gizli yerləşdirmə imkanı ilə müxtəlif fiziki prinsiplərin istifadəsinə əsaslanmış aşkarolunma vasitələri istifadə edilir.

10.26. Magistral boru kəmərləri obyektlərinin tətbiqolunma nəticələrindən asılı olaraq onlar NBM-in yanından keçərək obyektlərin mühafizə zonasına şəxslərin sərbəst keçidinə və nəqliyyat vasitələrinin girməsinə mane olan hasarlarla təchiz olunurlar.

10.27. Mühafizə və texniki xidmət (müayinə) qüvvələrinin hərəkət etməsi üçün trassa boyunca yollar istifadə olunur - onlar magistral boru kəməri mülkiyyətçisi (operator) tərəfindən mühafizə zonasında və ya ondan kənarda inşa edilirlər və bu yollar digər nəqliyyat vasitələrinin hərəkəti üçün məhdudlaşdırılır.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       15 iyul 2019-cu il tarixli 311 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 iyul 2019-cu il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1333)

2.       25 avqust 2022-ci il tarixli 333 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 31 avqust 2022-ci il, “Xalq” qəzeti, 2 sentyabr 2022-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1020)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 25 avqust 2022-ci il tarixli 333 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 31 avqust 2022-ci il, “Xalq” qəzeti, 2 sentyabr 2022-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1020) ilə “Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin fiziki mühafizəsi və mühəndis təhlükəsizlik sistemləri ilə təchiz edilməsi üzrə Xüsusi Tikinti Normaları”nın 1.1-ci bənddə “Xüsusi Dövlət Mühafizə Xidmətinin” sözləri birinci halda “Prezidentinin Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin” sözləri ilə, ikinci halda isə “Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin” sözləri ilə əvəz edilmişdir.

 

[2] 25 avqust 2022-ci il tarixli 333 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 31 avqust 2022-ci il, “Xalq” qəzeti, 2 sentyabr 2022-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1020) ilə “Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin fiziki mühafizəsi və mühəndis təhlükəsizlik sistemləri ilə təchiz edilməsi üzrə Xüsusi Tikinti Normaları”nın 3.1-ci bənddə “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublika-sının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi” sözləri ilə əvəz edilmişdir.

 

[3] 25 avqust 2022-ci il tarixli 333 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 31 avqust 2022-ci il, “Xalq” qəzeti, 2 sentyabr 2022-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1020) ilə “Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin fiziki mühafizəsi və mühəndis təhlükəsizlik sistemləri ilə təchiz edilməsi üzrə Xüsusi Tikinti Normaları”nın 9.10.1.1-ci yarımbənddə “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin (bundan sonra - XDMX)” sözləri “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (bundan sonra - SOMDA)” sözləri ilə əvəz edilmişdir.

 

[4] 25 avqust 2022-ci il tarixli 333 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 31 avqust 2022-ci il, “Xalq” qəzeti, 2 sentyabr 2022-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1020) ilə “Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin fiziki mühafizəsi və mühəndis təhlükəsizlik sistemləri ilə təchiz edilməsi üzrə Xüsusi Tikinti Normaları”nın 9.12.5.1.6-cı, 9.12.6.2.5-ci, 9.17.1.1-ci, 9.18.1.1-ci, 9.18.2.1.3-cü, 9.18.12.1-ci, 9.18.17.1.2-ci, 9.18.17.1.3-cü, 9.19.3.1-ci və 9.19.5.1-ci yarımbəndlərdə ismin müvafiq hallarında “XDMX” abreviaturası ismin müvafiq hallarında “SOMDA” abreviaturası ilə əvəz edilmişdir.

 

[5] 15 iyul 2019-cu il tarixli 311 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 iyul 2019-cu il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1333) ilə “Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin fiziki mühafizəsi və mühəndis təhlükəsizlik sistemləri ilə təchiz edilməsi üzrə Xüsusi Tikinti Normaları”nın 9.13.1.1.1-ci yarımbəndində “abonentə” sözü “abunəçiyə” sözü ilə, 9.13.1.1.7-ci yarımbəndində “abonent” sözü “abunəçi” sözü ilə və 9.13.1.1.3-cü yarımbəndində “abonentlərin” sözü “abunəçilərin” sözü ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status