×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
05.04.2016
QEYDİYYAT NÖMRƏSİ
200-VQD
ADI
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 03-05-2016, Nəşr nömrəsi: 94), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2016, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 654)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
03.05.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
420.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201604050200
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
04.05.2016
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 43.1-ci maddədə “ 409,” rəqəmlərindən sonra “410.3,” rəqəmləri əlavə edilsin.

2. 54.2-ci maddədə “ 399,” rəqəmlərindən sonra “410.3,” rəqəmləri əlavə edilsin.

3. 410.1-ci maddədə “bu əməllər” sözlərindən sonra “iki” sözü əlavə edilsin, “üç yüz manatdan beş” sözləri isə “dörd yüz manatdan səkkiz” sözləri ilə əvəz edilsin.

4. 410.2-ci maddədə “min manatdan yuxarı” sözləri “iki min manatdan dörd min manatadək” sözləri ilə, “beş yüz manatdan yeddi” sözləri isə “min manatdan min beş” sözləri ilə əvəz edilsin.

5. Aşağıdakı məzmunda 410.3-cü maddə əlavə edilsin:

“410.3. Eyni əməllər dörd min manatdan yuxarı məbləğdə törədildikdə -

dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların vəzifəli şəxsləri dörd min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.”.

6. 410-cu maddəyə aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:

“Qeyd: Bu Məcəllənin 410-cu maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 aprel 2016-cı il

               № 200-VQD

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status