![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ KOLLEGİYASININ QƏRARI |
Qəbul edildiyi tarix |
02.05.2016 |
Qeydiyyat nömrəsi |
100/03/001 |
Adı |
“Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron Gömrük Bəyannaməsinin qəbulu üzrə inzibati reqlament”in təsdiqi barədə |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
04.05.2016 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
360.010.000 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15201605023001 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
03.05.2016 |
“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyası Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli, 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.6.3-cü və 5.11.1-ci yarımbəndlərini rəhbər tutaraq[1]
QƏRARA ALIR:
1. “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron Gömrük Bəyannaməsinin qəbulu üzrə inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq şöbəsi (Sənan Muxtarov) qeyd olunan inzibati reqlamentin Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
Kollegiyanın sədri Aydın Əliyev
|
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının 02 may 2016-cı il tarixli, 100/03/001 nömrəli qərarı ilə təsdiq edilmişdir. |
Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron Gömrük Bəyannaməsinin qəbulu üzrə inzibati reqlament
1. Ümumi müddəalar
1.1. Elektron xidmətin adı: Malların və nəqliyyat vasitələrinin (bundan sonra – malların) gömrük rəsmiləşdirilməsi üzrə elektron Gömrük Bəyannaməsinin (bundan sonra – Bəyannamə) qəbulu.
1.2. Elektron xidmətin məzmunu: Bu xidmət vasitəsilə şəxslər Azərbaycan Respublikasının gömrük sərhədindən keçirdikləri mallar üçün bəyannamələri elektron formada tərtib edərək gömrük orqanlarına təqdim edirlər. Bəyannamədə və ona əlavə edilmiş sənədlərdə olan məlumatlar interaktiv qaydada yoxlanılır və nəticəsi barədə istifadəçiyə məlumat verilir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 40.5, 40.6, 146.2, 149.1, 151, 153, 162-ci maddələri;
1.3.2. “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı;
1.3.3. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2.1-ci hissəsi;[2]
1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 22.1-ci bəndi;[3]
1.3.5. “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 263 nömrəli Qərarı.
1.3.6. “Gömrük nəzarətinin həyata keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 yanvar 2013-cü il tarixli 7 nömrəli Qərarı;
1.3.7. “Gömrük yığımlarının məbləğləri”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli 168 nömrəli Qərarı;
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (bundan sonra-Komitə)
1.5. Elektron xidmətin digər icraçıları: Elektron xidmət Komitə tərəfindən həyata keçirilir və bu zaman “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 263 nömrəli Qərarının 2.6-cı bəndinə əsasən bəyan edilən malların kateqoriyasından, malları keçirən şəxsdən və malların yerləşdirildiyi gömrük prosedurundan asılı olaraq onların ixracı, idxalı və ya tranzit daşınması üçün tələb olunan lisenziya, icazə sənədləri, sertifikatlar və digər sənədlər həmin sənədlərin verilməsinə məsul qurumlar tərəfindən gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminə (bundan sonra-sistem) daxil edilir.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət qismən avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: Elektron xidmət bəyannamənin təqdim olunduğu iş günü ərzində həyata keçirilir.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:
1.8.1. Elektron xidmətdən istifadə nəticəsində şəxslər ixrac və idxal etdikləri, habelə tranzit daşınan malların gömrük rəsmiləşdirirlməsini həyata keçirirlər və onlara rəsmiləşdirilmənin nəticəsi haqqında məlumat verilir.
1.8.2. İstifadəçi gömrük orqanının vəzifəli şəxsinin elektron imzası ilə təsdiq edilmiş elektron bəyannaməni istənilən təşkilata, o cümlədən müvəkkil banklara təqdim edə bilər. Bu halda elektron sənəd kağız daçıyıcısında olan sənədə bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir.
2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi
2.1. Elektron xidmətin növü: İnteraktiv
2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişli
2.2.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 aprel 2016-cı il tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük yığımlarının məbləğləri”nin 2.4-cü bəndinə əsasən malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında tam yerləşdirilməsini nəzərdə tutan bütün növ gömrük bəyannamələrinin hər vərəqi üçün elektron gömrük xidmətinin göstərilməsinə görə 30 manat məbləğində gömrük yığımı alınır.
Qeyd: Malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında tam yerləşdirilməsini nəzərdə tutan bütün növ gömrük bəyannamələrinin hər vərəqi üçün elektron gömrük xidmətinin göstərilməsinə görə məbləğ gömrük bəyannaməsinin qəbulundan imtina edilmədikdə ödənilir.
2.2.2. Gömrük yığımlarının ödənilməsi üçün bank rekvizitləri:
1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan gömrük orqanlarında göstərilən elektron xidmət üçün:
1. Benifisiar (alan) bank |
|
Adı: Kodu: VÖEN: M/h: S.W.İ.F.T. Bik: |
“AFB” Bank ASC 503217 1301703781 AZ81NABZ01350100000000091944 AZFİAZ22 |
2. Vəsaiti alan |
|
Adı:
Hesab №: VÖEN: |
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi AZ27AZFİ00000100000545760002 1802077241 |
2. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan gömrük orqanlarında göstərilən elektron xidmət üçün:
1. Benifisiar (alan) bank |
|
Adı: Kodu: VÖEN: M/h: S.W.İ.F.T. Bik: |
Kapital Bank Culfa rayon filialı 200327 0200001911 AZ37NABZ01350100000000001944 AIIBAZ2X |
2. Vəsaiti alan |
|
Adı:
Hesab №: VÖEN: |
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” Birliyi
AZ42AIIB38050019443260211132 0600012271 |
2.2.4. Komitə elektron xidmətin göstərilməsi üçün ödənişin real vaxt rejimində elektron formada həyata keçirilməsi imkanını təmin etməlidir.
2.3. Elektron xidmətin istifadəçiləri: Şəxslər.
2.4. Elektron xidmətin təqdim olunma yeri:
1. http://dgk.gov.az/az/e-xidnew.html
2. http://www.e-gov.az
2.5. Elektron xidmət barədə məlumatlandırma:
1. http://www.customs.gov.az
2. http://www.dgk.gov.az
3. e-poçt: office@ customs.gov.az
4. tel: (99412) 404-22-00
5. “195(6)” Çağrı Mərkəzi
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətin göstərilməsi üçün aşağıdakı sənədlər elektron qaydada gömrük orqanına təqdim edilir.
1. Bu reqlamentin 2.4-cü bəndində göstərilən ünvanda müvafiq xidməti seçməklə tərtib olunmuş bəyannamə;
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 263 nömrəli qərarı iıə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın 2.5-ci və 2.6-cı bəndlərinə əsasən tələb olunan sənədlər (elektron və ya skan edilmiş surətləri).
3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar
3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:
3.2.1. sorğunun formalaşdırılması: Şəxslər elektron xidmətin təqdim edildiyi internet ünvanına daxil olaraq (reqlamentin 2.4-cü bəndi) bəyannaməni doldurur, bu reqlamentin 2.6-cı bəndində tələb olunan sənədlər (elektron şəkildə və ya skan edilmiş surətlərini) gücləndirilmiş elektron imza ilə təsdiq etməklə real vaxt rejimində gömrük orqanına təqdim edirlər.
3.2.2. Sorğunun qəbulu: Bəyannamə sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və sistem tərəfindən ona bu barədə bildiriş göndərilir.
3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.3.1. sorğunun yerinə yetirilməsindən imtina halları : Gömrük orqanının vəzifəli şəxsi tərəfindən elektron xidmətin göstərilməsi üçün təqdim olunan sənədlərin aşağıdakı şərtlərə uyğunluğu yoxlanılır:
1. gömrük bəyannaməsində idxalına, yaxud ixracına qadağa və ya məhdudiyyətlər qoyulmuş mallar haqqında məlumatın olub-olmamasını;
2. gömrük bəyannaməsinin bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərə uyğunluğunu;
3.3.2. Gömrük bəyannaməsi bu reqlamentin 3.3.1-ci yarımbəndi ilə müəyyən edilmiş şərtlərə cavab vermədikdə və bəyannaməçi tərəfindən ona düzəliş edilməklə həmin çatışmazlıqların aradan qaldırılması mümkün olmadıqda, həmin bəyannamə gömrük orqanları tərəfindən təsdiq edilmir. Belə hallarda gömrük bəyannaməsində onun təsdiq edilməməsinin səbəbləri göstərilməklə, müvafiq qeyd aparılır və bəyannaməçiyə əsaslandırılmış imtina təqdim edilir.
3.3.3. sorğunun qəbulu: Gömrük bəyannaməsi bu reqlamentin 3.3.1-ci yarımbəndini müəyyən edilmiş şərtlərə cavab verdikdə, həmin bəyannamə təqdim olunduğu gün gömrük orqanları tərəfindən təsdiq edilir.
3.4. Sorğunun icrası:
3.4.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Gömrük orqanı tərəfindən aparılan yoxlama zamanı texniki xarakterli səhvlər (gömrük qaydalarının pozulması və qaçaqmalçılıq faktları kimi səciyyələndirilməyən səhvlər) aşkar edildiyi halda bəyannamə səhvlərin aradan qaldırılması məqsədilə bəyannaməçiyə qaytarılır.
3.4.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: inzibati əməliyyatlar bir iş günü müddətində həyata keçirilir.
3.4.3. inzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat: Sistemin iştirakçıları.[4]
3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Çatışmazlıq aşkar edilmədikdə, həmçinin bəyannamənin 47-ci qrafasında göstərilən məbləğ ödənildikdən sonra şəxslərə elektron xidmətin göstərilməsi ilə əlaqədar malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında tam yerləşdirilməsini nəzərdə tutan bütün növ gömrük bəyannamələrinin hər vərəqi üçün elektron gömrük xidmətinin göstərilməsinə görə məbləğin elektron qaydada ödənilməsi zəruriliyi barədə bildiriş göndərilir. Şəxslər tərəfindən məbləğin ödənilməsini təsdiq edən sənəd elektron qaydada təqdim edildikdən sonra müvafiq bəyannamə təsdiq edilir, malların buraxılması və ya qanunvericiliklə müəyyən olunmuş digər əməliyyatların (baxış, gömrük yoxlaması) həyata keçirilməsi haqqında qərar qəbul edilir və bu barədə bəyannaməçiyə bildiriş göndərilir.
3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.5.1. Nəzarət forması: Elektron xidmətin yerinə yetirilməsinə nəzarət informasiya sistemi vasitəsi ilə real-vaxt rejimində həyata keçirilir. Xidmətin göstərilməsi üçün edilən elektron müraciətlərin uçotu və göstərilən xidmətin nəticəsinin qeydiyyatı aparılır.
3.5.2. Nəzarət qaydası: Elektron xidmətin göstərilməsinə nəzarət Komitənin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsi tərəfindən həyata keçirilir.
3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 51-ci maddəsinə uyğun olaraq gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət inzibati qaydada və (və ya) məhkəmə qaydasında verilir.
3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət “İnzibati icraat haqqında” Qanunun 74-cü maddəsinin tələblərinə uyğun olmalıdır.
3.6.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 21 noyabr 2017-ci il tarixli 100/05/001 nömrəli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711215001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 dekabr 2017-ci il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 21 noyabr 2017-ci il tarixli 100/05/001 nömrəli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711215001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 dekabr 2017-ci il) ilə Qərarın preambulasında “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilmişdir.
[2] 21 noyabr 2017-ci il tarixli 100/05/001 nömrəli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711215001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 dekabr 2017-ci il) ilə “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron Gömrük Bəyannaməsinin qəbulu üzrə inzibati reqlament”in 1.3.3-cü yarımbəndinə “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilmişdir.
[3] 21 noyabr 2017-ci il tarixli 100/05/001 nömrəli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711215001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 dekabr 2017-ci il) ilə “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron Gömrük Bəyannaməsinin qəbulu üzrə inzibati reqlament”in 1.3.4-cü yarımbəndinə “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilmişdir.
[4] 21 noyabr 2017-ci il tarixli 100/05/001 nömrəli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711215001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 dekabr 2017-ci il) ilə “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron Gömrük Bəyannaməsinin qəbulu üzrə inzibati reqlament”in 3.4.3-cü yarımbəndində “dövlət orqanı” sözləri “dövlət qurumu” sözləri ilə əvəz edilmişdir.