![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
AZƏRBAYCAN RESPUBLİKASININ ENERGETİKA NAZİRLİYİNİN KOLLEGİYASI QƏRARI |
Qəbul edildiyi tarix |
02.05.2016 |
Qeydiyyat nömrəsi |
01 |
Adı |
Azərbaycan Respublikasının Energetika Nazirliyinin 2014-cü il 13 iyun tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin Əsasnaməsi”ndə dəyişikliklər edilməsi haqqında |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
06.05.2016 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
120.120.180 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15201605020001 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
05.05.2016 |
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1326-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 12 noyabr tarixli 673 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyası Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”nin 5.10.6-cı yarımbəndini rəhbər tutaraq
QƏRARA ALIR:
1. Azərbaycan Respublikasının Energetika Nazirliyinin 2014-cü il 13 iyun tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin Əsasnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3.1.1.4-cü abzasda “göstəricilərinin” sözündən sonra “(tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər)” sözləri əlavə edilsin.
1.2. 3.1.3-cü yarımbəndə “sənaye” sözündən sonra “qaz” sözü əlavə edilsin.
1.3. 3.1.4-cü yarımbəndə “sənaye” sözündən sonra “qaz” sözü əlavə edilsin.
1.4. 3.1.6-cı yarımbəndə “sənaye” sözündən sonra “qaz” sözü əlavə edilsin.
2. Hüquqi münasibətlər şöbəsinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.
3. Bu Qərarın icrasına nəzarət nazir müavini Gülməmməd Cavadova həvalə edilsin.
Kollegiyanın sədri, Azərbaycan Respublikasının energetika naziri |
Natiq Əliyev |