Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin kollegiyasının tərkibi haqqında
[1]
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi haqqında Əsasnamə”nin 5.9-cu bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiya üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin:
[2]
Kollegiyanın sədri
Azərbaycan Respublikasının İqtisadiyyat naziri
Kollegiyanın üzvləri:
Azərbaycan Respublikası İqtisadiyyat nazirinin birinci müavini
Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavinləri
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi.
2. “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 51 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 4, maddə 269; 2010, № 6, maddə 565) 1-ci hissəsi ləğv edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 23 may 2014-cü il
№ 166
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955)
2.
2 fevral 2018-ci il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 331)
3.
13 iyul 2018-ci il tarixli 300 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 iyul 2018-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №7, II kitab, maddə 1634)
4.
30 avqust 2018-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 sentyabr 2018-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1817)
5.
19 iyul 2019-cu il tarixli 317 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 iyul 2019-cu il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1339)
6.
18 aprel 2020-ci il tarixli 143 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 4, maddə 490)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955) ilə adından “və Sənaye” sözləri çıxarılmışdır.
[2]
13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955) ilə 1-ci hissədən hər üç halda “və Sənaye” sözləri və hər altı halda “və sənaye” sözləri çıxarılmışdır.
2 fevral 2018-ci il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 331) ilə 1-ci hissənin “Kollegiyanın üzvləri” bölməsində “Vəliyev Samir Teymur oğlu” sözləri “Əliyev Ayaz Elman oğlu” sözləri ilə əvəz edilmişdir.
13 iyul 2018-ci il tarixli 300 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 iyul 2018-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №7, II kitab, maddə 1634) ilə 1-ci hissənin “Kollegiyanın üzvləri” bölməsinin “Babayev Sahil Rafiq oğlu” sözləri “Məmmədov Rüfət Tofiq oğlu” sözləri ilə əvəz edilmişdir.
13 iyul 2018-ci il tarixli 300 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 iyul 2018-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №7, II kitab, maddə 1634) ilə 1-ci hissənin “Kollegiyanın üzvləri” bölməsinin “Səfərov Niyazi Abdulla oğlu - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini” sözlərindən sonra “Abdullayev Şirzad Əyyub oğlu - Azərbaycan Respublikası iqtisa-diyyat nazirinin müavini” sözləri əlavə edilmişdir.
13 iyul 2018-ci il tarixli 300 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 iyul 2018-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №7, II kitab, maddə 1634) ilə 1-ci hissənin “Kollegiyanın üzvləri” bölməsinin “Abdullayev Şirzad Əyyub oğlu - Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru” sözləri çıxarılmışdır.
30 avqust 2018-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 sentyabr 2018-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1817) ilə 1-ci hissənin “Kollegiyanın üzvləri” bölməsində “İsayev Zahid İsa oğlu – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi” sözləri “Məmmədov Orxan Vidadi oğlu – Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin icraçı direktoru” sözləri ilə əvəz edilmişdir.
19 iyul 2019-cu il tarixli 317 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 iyul 2019-cu il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1339) ilə 1-ci hissə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin:
|
||
|
|
|
|
||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
18 aprel 2020-ci il tarixli 143 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 4, maddə 490) ilə 1-ci hissəsi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin:
Kollegiyanın sədri
Azərbaycan Respublikasının İqtisadiyyat naziri
Kollegiyanın üzvləri:
Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavinləri
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Aparatının rəhbəri
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin icraçı direktoru.