AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ İDARƏ HEYƏTİNİN
QƏRARI
№ 25/1
Bakı şəhəri 3 may 2016-cı il
“Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci, 33.2-ci, 49-cu və 49-1.1-ci maddələrinə əsasən
Q Ə R A R A A L I R:
1. “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
Sədr Elman Rüstəmov
“Təsdiq edilmişdir”
Azərbaycan Respublikasının
Mərkəzi Bankı
Qərar № 25/1
3 may 2016-cı il
|
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları
1.
Ümumi müddəalar
1.1.
Bu Qaydalar “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü və 49-cu maddələrinə əsasən hazırlanmış və Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank) tərəfindən Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara kreditlərin verilməsi qaydalarını müəyyən edir.
[1]
1.2.
Mərkəzi Bank banklara aşağıdakı növ kreditlər verir:
1.2.1.
yenidənmaliyyələşdirmə kreditləri;
1.2.2.
sonuncu instansiya kreditləri.
[2]
1.2.3.
məqsədli kreditlər.
[3]
1.3. Yenidənmaliyyələşdirmə kreditləri hərrac vasitəsilə və ya hərracdan kənar verilə bilər.
[4]
1.4. Məqsədli kreditlər “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununun 49-1-ci maddəsinə müvafiq qaydada verilir.
[5]
1.5. Banklara kreditlər birdəfəlik və ya kredit xətti formasında verilir.
2.
Anlayışlar
2.1.
Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1.
birbaşa hərrac - Mərkəzi Bank tərəfindən kreditin faiz dərəcəsinin elan olunması üsulu ilə həyata keçirilən hərrac;
2.1.2.
dolayı hərrac - Mərkəzi Bank tərəfindən veriləcək kreditin ümumi məbləğinin elan olunması üsulu ilə həyata keçirilən hərrac;
2.1.3.
faiz dərəcələri dəhlizi - Mərkəzi Bankın açıq bazarda apardığı əməliyyatlar üzrə faiz dərəcələrinin müəyyən olunmuş aşağı və yuxarı həddi arasında dəhliz.
3.
Yenidənmaliyyələşdirmə kreditləri
3.1. Hərraclar vasitəsilə verilən yenidənmaliyyələşdirmə kreditləri
[6]
3.1.1.
Hərraclar vasitəsilə yenidənmaliyyələşdirmə kreditləri Mərkəzi Bankın pul siyasətinin həyata keçirilməsi məqsədilə 180 gündən çox olmayan müddətə verilir.
3.1.2.
Bu növ kreditlər birbaşa və ya dolayı hərraclar vasitəsilə verilir.
[7]
3.1.3.
Hərraclar vasitəsilə yenidənmaliyyələşdirmə kreditləri Mərkəzi Bankın uçot dərəcəsi ilə faiz dərəcələri dəhlizinin yuxarı həddi arasında müəyyən edilmiş faiz dərəcəsi ilə verilir.
3.1.4.
Kredit hərraclarının keçirilmə tezliyi və forması, hərraca çıxarılan kreditlərin həcmi, müddəti və birbaşa hərrac üzrə faiz dərəcələri Mərkəzi Bankın daxili reqlamentinə uyğun olaraq müəyyən edilir.
3.1.5.
Kredit hərracının keçirilməsinə dair məlumat hərracın keçirildiyi gündən ən azı 3 (üç) iş günü əvvəl Mərkəzi Bankın internet səhifəsində elan olunur. Elanda aşağıdakı məlumatlar göstərilir:
3.1.5.1.
hərracın keçirilmə yeri, tarixi və vaxtı;
3.1.5.2.
hərracın növü (birbaşa və ya dolayı hərrac);
3.1.5.3.
kreditin müddəti;
3.1.5.4.
birbaşa hərracda - kreditin faiz dərəcəsi;
3.1.5.5.
dolayı hərracda - hərraca çıxarılacaq məbləğ.
3.1.6.
Hərracda iştirak etmək istəyən bank ən geci hərracın keçirildiyi gündən bir iş günü əvvəl bu Qaydaların 5-ci hissəsində müəyyən olunmuş tələblərə uyğun olan təminat barədə məlumatı Mərkəzi Banka yazılı və ya elektron formada təqdim etməlidir. Təminatla bağlı məlumat vaxtında və tələb olunan qaydada təqdim edilmədikdə və ya təminat bu Qaydaların tələblərinə uyğun olmadıqda bankın hərracda iştirakına yol verilmir.
3.1.7.
Hərrac zamanı hər bir bank yalnız bir sifariş verə bilər. Bank kreditin alınması üçün verdiyi sifarişi hərracın keçirildiyi müddət ərzində dəyişdirə və ya geri götürə bilər.
3.1.8.
Birbaşa hərracda banklar tərəfindən verilmiş sifarişlərin həcmi hərraca çıxarılan məbləğdən artıq olmadıqda sifarişlər tam həcmdə, sifarişlərin həcmi hərraca çıxarılan məbləğdən artıq olduqda sifarişlər mütənasib qaydada təmin edilir.
3.1.9.
Dolayı hərracda banklar tərəfindən verilmiş sifarişlərin həcmi hərraca çıxarılan məbləğdən artıq olmadıqda sifarişlər tam həcmdə, sifarişlərin həcmi hərraca çıxarılan məbləğdən artıq olduqda, daha yüksək faiz dərəcəsi ilə verilən sifarişlər ardıcıllıqla təmin olunur. Dolayı hərracda eyni faiz dərəcəsi ilə verilmiş sifarişlər mütənasib qaydada təmin edilir.
3.1.10.
Hərraclar vasitəsilə verilən yenidənmaliyyələşdirmə kreditləri aşağıdakı aktivlərlə təmin olunmalıdır:
[8]
3.1.10.1. Mərkəzi Bankın İdarə Heyəti tərəfindən siyahısı təsdiq olunmuş qiymətli kağızlar (bu siyahı Mərkəzi Bankın internet saytında yerləşdirilir);
3.1.10.2. kredit alan bankın Mərkəzi Bankda ABŞ dolları, Avro və İngilis funt sterlinqində olan müxbir hesablarındakı vəsaitlər.
3.1.11. Hərraclar vasitəsilə yenidənmaliyyələşdirmə kreditləri birdəfəlik kredit formasında verilir və müddəti uzadılmır.
3.1.12. Təminat hərracın keçirildiyi gündən 3 (üç) iş günü ərzində rəsmiləşdirilmədikdə kreditin verilməsindən imtina olunur.
[9]
3.1.13. Hərraclarda aşağıdakı tələblərə cavab verən banklar iştirak edə bilər:
[10]
3.1.13.1. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq həyata keçirilən nəzarət tədbirləri çərçivəsində fəaliyyətinə məhdudiyyət və ya qadağa qoyulmayan;
3.1.13.2. Mərkəzi Bank və ya banklar qarşısında vaxtı keçmiş kredit öhdəliyi olmayan.
3.2. 360 günədək verilən yenidənmaliyyələşdirmə kreditləri
[11]
3.2.1. 360 günədək yenidənmaliyyələşdirmə kreditləri Mərkəzi Bankın pul siyasətinin həyata keçirilməsi məqsədilə verilir.
3.2.2. 360 günədək yenidənmaliyyələşdirmə kreditləri Mərkəzi Bankın uçot dərəcəsi ilə verilir.
3.2.3. 360 günədək verilən yenidənmaliyyələşdirmə kreditləri aşağıdakı aktivlərlə təmin olunmalıdır:
3.2.3.1. dövlət zəmanəti;
3.2.3.2. Mərkəzi Bankın İdarə Heyəti tərəfindən siyahısı təsdiq olunmuş qiymətli kağızlar (bu siyahı Mərkəzi Bankın internet saytında yerləşdirilir);
3.2.3.3. kredit alan bankın Mərkəzi Bankda ABŞ dolları, Avro və İngilis funt sterlinqində olan müxbir hesablarındakı vəsaitlər;
3.2.3.4. daşınmaz əmlak;
3.2.3.5. qızıl külçə formasında bank metalı;
3.2.3.6. rəsmi reyestrdə üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınan daşınar əmlak.
[12]
3.2.4. 20 (iyirmi) milyon manatdan yuxarı məbləğdə 360 günədək yenidənmaliyyələşdirmə kreditlərinin verilməsi barədə qərar Mərkəzi Bankın İdarə Heyəti tərəfindən qəbul edilir.
[13]
3.3. Hərracdan kənar verilən yenidənmaliyyələşdirmə kreditləri
[14]
3.3.1. Makroiqtisadi vəziyyət nəzərə alınmaqla Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə təminat əsasında 360 gündən çox olmayan müddətə hərracdan kənar yenidənmaliyyələşdirmə kreditləri verilə bilər. Bu kreditlərin verilməsinin digər şərtləri İdarə Heyətinin qərarı ilə müəyyən olunur.
[15]
3.3.2. Bu növ kreditlərin verilməsi barədə qərar Mərkəzi Bankın İdarə Heyəti tərəfindən qəbul edilir. Belə kreditlərin verilməsi şərtləri hər bir halda Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə müəyyən edilir.
[16]
4.
Sonuncu instansiya kreditləri
4.1. Mərkəzi Bank bankların ödəmə qabiliyyətinin qısamüddətli pozulması və likvidlik çatışmazlığı hallarında Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında banklara 6 (altı) aydan artıq olmayan müddətə sonuncu instansiya kreditləri verə bilər.
[17]
4.2. Mərkəzi Bank müraciət daxil olduqdan sonra 2 (iki) iş günündən gec olmayaraq kreditin verilib-verilməməsi barədə qərar qəbul edir.
[18]
4.3. Mərkəzi Bankın İdarə Heyəti sonuncu instansiya kreditinin verilməsinə dair qərar qəbul edərkən aşağıdakıları nəzərə alır:
4.3.1.
pul siyasəti hədəfləri;
4.3.2.
kreditin məbləği, müddəti və ödəmə qrafiki.
4.4. Sonuncu instansiya kreditləri Mərkəzi Bankın uçot dərəcəsi ilə verilir.
4.5. Sonuncu instansiya kreditinin verilməsi forması, müddəti və ödəniş şərtləri Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən olunur.
4.6. Sonuncu instansiya kreditləri aşağıdakı aktivlərlə təmin olunmalıdır:
4.6.1.
dövlət zəmanəti;
4.6.2.
Mərkəzi Bankın İdarə Heyəti tərəfindən siyahısı təsdiq olunmuş qiymətli kağızlar (bu siyahı Mərkəzi Bankın internet saytında yerləşdirilir);
4.6.3. kredit alan bankın Mərkəzi Bankda ABŞ dolları, Avro və İngilis funt sterlinqində olan müxbir hesablarındakı vəsaitlər;
4.6.4. bankın və ya bankın səhmdarlarının mülkiyyətində olan, heç bir öhdəlik üzrə yüklü edilməmiş və barəsində məhkəmə mübahisəsi olmayan daşınmaz əmlak.
[19]
4.6.5. qızıl külçə formasında bank metalı.
[20]
4.7. Bankın sistem əhəmiyyətini və ya sektorun maliyyə sabitliyinin qorunmasına təsirini nəzərə alaraq, Mərkəzi Bankın İdarə Heyəti bu Qaydaların 4.1-ci bəndində göstərilən müddət çərçivəsində digər şərtlərlə də sonuncu instansiya kreditinin verilməsi barədə qərar qəbul edə bilər.
[21]
5. Kreditlər üzrə təminata dair tələblər
5.1.
Kreditlər üzrə təminat predmetinin kredit öhdəliyinə (əsas və faiz borcu) nisbəti ən azı aşağıdakı kimi olmalıdır:
5.1.1.
dövlət zəmanəti və dövlət qiymətli kağızları - 100%;
5.1.2.
müxbir hesablardakı vəsaitlər, dövlət qiymətli kağızları istisna olmaqla Mərkəzi Bankın İdarə Heyəti tərəfindən siyahısı təsdiq olunmuş qiymətli kağızlar və qızıl külçə formasında bank metalı - 110%;
[22]
5.1.3.
daşınmaz əmlak - bazar qiymətinin 150%-i.
[23]
5.2.
Təminat qismində təklif edilən daşınmaz əmlak və rəsmi reyestrdə üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınan daşınar əmlak barədə müstəqil qiymətləndiricinin rəyində təminatın bazar və likvid qiyməti göstərilməlidir.
[24]
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
7 iyul 2017-ci il tarixli 17/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201707070172, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17 iyul 2017-ci il)
2.
5 noyabr 2018-ci il tarixli 22/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201811150221, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 noyabr 2018-ci il)
3.
27 iyul 2022-ci il tarixli 30/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202207270301, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 avqust 2022-ci il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
7 iyul 2017-ci il tarixli 17/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201707070172, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17 iyul 2017-ci il) ilə “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nın 1.1-ci bənddə “, 49-cu və 49-1-ci” sözləri “ və 49-cu” sözləri ilə əvəz edilmişdir.
[2]
7 iyul 2017-ci il tarixli 17/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201707070172, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17 iyul 2017-ci il) ilə “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nın 1.2.2-ci yarımbəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilmişdir.
[3]
7 iyul 2017-ci il tarixli 17/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201707070172, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17 iyul 2017-ci il) ilə “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nın 1.2.3-cü yarımbənd ləğv edilmişdir.
[4]
27 iyul 2022-ci il tarixli 30/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202207270301, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 avqust 2022-ci il) ilə “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nda 1.3-cü bənd yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
1.3. Yenidənmaliyyələşdirmə kreditləri banklara aşağıdakı müddətlərlə verilə bilər:
1.3.1. 30 günədək;
1.3.2. 360 günədək;
1.3.3. 360 gündən yuxarı.
[5]
7 iyul 2017-ci il tarixli 17/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201707070172, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17 iyul 2017-ci il) ilə “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nın 1.4-cü bənd ləğv edilmişdir.
[6]
27 iyul 2022-ci il tarixli 30/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202207270301, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 avqust 2022-ci il) ilə “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nda 3.1-ci bənddə, 3.1.1-ci, 3.1.3-cü və 3.1.11-ci yarımbəndlərdə “30 günədək” sözləri “Hərraclar vasitəsilə” sözləri ilə əvəz edilmişdir, həmçinin 3.1.1-ci yarımbənddə “məqsədilə” sözündən sonra “180 gündən çox olmayan müddətə” sözləri əlavə edilmişdir.
[7]
27 iyul 2022-ci il tarixli 30/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202207270301, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 avqust 2022-ci il) ilə “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nda 3.1.2-ci yarımbənddə “30 günədək yenidənmaliyyələşdirmə kreditləri” sözləri “Bu növ kreditlər” sözləri ilə əvəz edilmişdir.
[8]
5 noyabr 2018-ci il tarixli 22/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201811150221, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 noyabr 2018-ci il) ilə “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nın 3.1.10-cu yarımbəndində “Yenidənmaliyyələşdirmə” sözü “30 günədək yenidənmaliyyələşdirmə” sözləri ilə əvəz edilmişdir.
27 iyul 2022-ci il tarixli 30/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202207270301, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 avqust 2022-ci il) ilə “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nda 3.1.10-cu yarımbənddə “30 günədək” sözləri “Hərraclar vasitəsilə verilən” sözləri ilə əvəz edilmişdir.
[9]
27 iyul 2022-ci il tarixli 30/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202207270301, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 avqust 2022-ci il) ilə “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nda 3.1.12-ci yarımbənddə “5 (beş)” sözləri “3 (üç)” sözləri ilə əvəz edilmişdir.
[10]
27 iyul 2022-ci il tarixli 30/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202207270301, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 avqust 2022-ci il) ilə “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nda yeni məzmunda 3.1.13-cü yarımbənd əlavə edilmişdir.
[11]
27 iyul 2022-ci il tarixli 30/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202207270301, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 avqust 2022-ci il) ilə “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nın 3.2-ci bəndi ləğv edilmişdir.
[12]
5 noyabr 2018-ci il tarixli 22/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201811150221, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 noyabr 2018-ci il) ilə “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nın 3.2.3.5-ci yarımbəndində nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 3.2.3.6-cı yarımbənd əlavə edilmişdir.
[13]
5 noyabr 2018-ci il tarixli 22/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201811150221, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 noyabr 2018-ci il) ilə “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”na yeni məzmunda 3.2.4-cü yarımbənd əlavə edilmişdir.
[14]
27 iyul 2022-ci il tarixli 30/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202207270301, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 avqust 2022-ci il) ilə “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nın 3.3-cü bəndində “360 gündən yuxarı müddətə verilən” sözləri “Hərracdan kənar verilən” sözləri ilə əvəz edilmişdir.
[15]
27 iyul 2022-ci il tarixli 30/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202207270301, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 avqust 2022-ci il) ilə “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nın 3.3.1-ci yarımbəndində “360 gündən yuxarı müddətədək yenidənmaliyyələşdirmə kreditləri verilə bilər” sözləri “Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə təminat əsasında 360 gündən çox olmayan müddətə hərracdan kənar yenidənmaliyyələşdirmə kreditləri verilə bilər. Bu kreditlərin verilməsinin digər şərtləri İdarə Heyətinin qərarı ilə müəyyən olunur” sözləri ilə əvəz edilmişdir.
[16]
27 iyul 2022-ci il tarixli 30/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202207270301, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 avqust 2022-ci il) ilə “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nın 3.3.2-ci yarımbəndi ləğv edilmişdir.
[17]
27 iyul 2022-ci il tarixli 30/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202207270301, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 avqust 2022-ci il) ilə “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nın 4.1-ci bəndindən “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında” sözləri çıxarılmışdır.
[18]
27 iyul 2022-ci il tarixli 30/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202207270301, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 avqust 2022-ci il) ilə “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nın 4.2-ci bəndi ləğv edilmişdir.
[19]
27 iyul 2022-ci il tarixli 30/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202207270301, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 avqust 2022-ci il) ilə “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nın 4.6.4-cü yarımbəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
4.6.4. daşınmaz əmlak;
[20]
27 iyul 2022-ci il tarixli 30/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202207270301, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 avqust 2022-ci il) ilə “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nın 4.6.5-ci yarımbəndi ləğv edilmişdir.
[21]
27 iyul 2022-ci il tarixli 30/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202207270301, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 avqust 2022-ci il) ilə “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nın 4.7-ci bəndində “Sonuncu instansiya kreditinin verilməsi üçün barəsində müraciət olunan bankın” sözləri “Bankın” sözü ilə, “və” sözü “və ya” sözləri ilə əvəz edilmişdir.
[22]
27 iyul 2022-ci il tarixli 30/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202207270301, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 avqust 2022-ci il) ilə “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nın 5.1.2-ci yarımbəndindən “və qızıl külçə formasında bank metalı” sözləri çıxarılmışdır.
[23]
5 noyabr 2018-ci il tarixli 22/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201811150221, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 noyabr 2018-ci il) ilə “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nın 5.1.3-cü və 5.2-ci yarımbəndlərində “əmlak” sözündən sonra “və rəsmi reyestrdə üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınan daşınar əmlak” sözləri əlavə edilmişdir.
27 iyul 2022-ci il tarixli 30/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202207270301, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 avqust 2022-ci il) ilə “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nın 5.1.3-cü yarımbəndində “və rəsmi reyestrdə üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınan daşınar əmlak - likvid” sözləri “- bazar” sözü ilə əvəz olunmuşdur.
[24]
27 iyul 2022-ci il tarixli 30/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202207270301, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 avqust 2022-ci il) ilə “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nın 5.2-ci bəndindən “və rəsmi reyestrdə üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınan daşınar əmlak” sözləri çıxarılmışdır.