×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
20.05.2016
QEYDİYYAT NÖMRƏSİ
901
ADI
“Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 22-05-2016, Nəşr nömrəsi: 110), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2016, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 862)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
22.05.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.180.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201605200901
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
24.05.2016
“Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-

“Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 118) aşağıdakı dəyişikliklər edilsin:

1. Adından, preambuladan, 1-ci, 2-ci və 3-cü (hər iki halda) hissələrdən “və Sənaye” sözləri çıxarılsın.

2. 3-cü hissədə “ 172” rəqəmləri “ 199” rəqəmləri ilə əvəz edilsin.

3. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi haqqında Əsasnamə” üzrə:

3.1. adından və 1.1-ci bənddən “və Sənaye” sözləri çıxarılsın;

3.2. 1.1-ci bəndə “daxili ticarət” sözlərindən əvvəl “dövlət vəsaitləri hesabına malların (işlərin və xidmətlərin) satın alınması,” sözləri əlavə edilsin;

3.3. 2.0.3-cü və 3.0.8-ci yarımbəndlərdən “, dövlət satınalmaları” sözləri çıxarılsın;

3.4. aşağıdakı məzmunda 2.0.8-1-ci və 3.0.46-1-ci yarımbəndlər əlavə edilsin:

“2.0.8-1. dövlət vəsaitləri hesabına malların (işlərin və xidmətlərin) satın alınması sahəsində dövlət siyasətini aidiyyəti dövlət orqanları ilə birlikdə hazırlayır və həyata keçirilməsini təmin edir;”;

“3.0.46-1. dövlət vəsaitləri hesabına malların (işlərin və xidmətlərin) satın alınması sahəsində dövlət siyasətini aidiyyəti dövlət orqanları ilə birlikdə hazırlamaq, bu sahədə dövlət nəzarətinin həyata keçirilməsini Nazirliyin strukturuna daxil olan qurum vasitəsilə təmin etmək;”;

3.5. 5.3-cü bəndin birinci cümləsindən “və sənaye” sözləri çıxarılsın;

3.6. 5.5.5-ci yarımbəndə “digər qurumların” sözlərindən sonra “(strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla)” sözləri əlavə edilsin.

4. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin strukturu”nun adından, 1-ci, 2-ci və 4-cü hissələrindən “və Sənaye” sözləri çıxarılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 may 2016-cı il

                 № 901

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status