AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
20.05.2016
QEYDİYYAT NÖMRƏSİ
917
ADI
“Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 594 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2016, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 878)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
31.05.2016
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 594 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 40-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 yanvar tarixli 751 nömrəli Fərmanının 1.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

“Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 594 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 11, maddə 702; 2003, № 6, maddə 286; 2006, № 11, maddə 945; 2008, № 8, maddə 719, № 11. maddə 980; 2012, № 7, maddə 678, № 12, maddə 1240) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin;

1. “18.2-ci,” sözlərindən sonra “22.6-cı (birinci halda),” sözləri əlavə edilsin, “89.1-ci, 89.2-ci” sözləri “89-cu (hər iki halda), 182.2-ci (birinci halda)” sözləri ilə əvəz edilsin.

2. ikinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin;

“həmin Məcəllənin 2.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinə münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, digər limanlara münasibətdə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası həyata keçirir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 may 2016-cı il

                   № 917

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 9 avqust 2021-ci il tarixli 1417 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 10 avqust 2021-ci il, № 165, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 909)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 9 avqust 2021-ci il tarixli 1417 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 10 avqust 2021-ci il, № 165, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 909) ilə lğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status