AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN KOLLEGİYASI
QƏRAR
№ 6
Bakı şəhəri 26 oktyabr 2015-ci il
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının bəzi qərarlarının ləğv edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarının qüvvəyə minməsi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası
Qərara alır:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının “Aztəminatlı ailələrin uşaqlarına müavinətlərin təyin edilməsi və verilməsi qaydaları haqqında Təlimat”ın təsdiq edilməsi ilə bağlı 1996-cı il 5 dekabr tarixli 07/11-925 nömrəli, “Aztəminatlı ailələrin uşaqlarına müavinətlərin təyin olunması və verilməsi qaydaları haqqında Təlimat”a əlavə və dəyişiklər edilməsi haqqında” 1997-ci il 21 fevral tarixli 13-3 nömrəli və “Uşaqlı ailələrə müavinətlərin təyin edilməsi və ödənilməsi qaydaları haqqında Təlimat”ın təsdiq edilməsi ilə bağlı 2004-cü il 27 aprel tarixli 4-2 nömrəli qərarları ləğv edilsin.
2. Nazirliyin Sosial təminat siyasəti şöbəsinə (S.Cəfərova) və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinə (Ç.Əliyev) tapşırılsın ki, bu qərardan irəli gələn məsələlərin həll edilməsini təmin etsinlər.
3. Nazirliyin Ümumi şöbəsinə (L.Abdullayeva) tapşırılsın ki, bu qərarın sürətinin çoxaldılaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və aidiyyəti struktur bölmələrinə çatdırılmasını təmin etsin.
4. Bu Qərarın icrasına nəzarət nazir müavini İlqar Rəhimova həvalə edilsin.
Kollegiyanın sədri Səlim Müslümov