AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
09.06.2016
QEYDİYYAT NÖMRƏSİ
933
ADI
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 10-06-2016, Nəşr nömrəsi: 124), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2016, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 1029)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
10.06.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
380.020.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201606090933
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
13.06.2016
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nu “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1339-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 440; 2006, № 3, maddə 229, № 6, maddə 498; 2007, № 2, maddələr 86, 101, № 3, maddələr 217, 227, № 7, maddə 714, № 9, maddə 867, № 10, maddə 948, № 12, maddə 1242; 2008, № 1, maddə 9, № 3, maddələr 173, 179, № 6, maddə 499, № 8, maddələr 717, 723; 2009, № 2, maddə 66, № 6, maddələr 419, 421, 422; 2010, № 2, maddə 80, № 3, maddə 183, № 10, maddə 850; 2011, № 2, maddə 85; 2012, № 11, maddə 1078; 2013, № 3, maddə 236, № 8, maddə 901; 2014, № 9, maddə 1027) ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1.1-ci yarımbəndin dördüncü abzasına “Dövlət müşaviri” sözlərindən sonra “, Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının rəhbəri” sözləri əlavə edilsin.

2. 2.1.2-ci yarımbənd üzrə:

2.1. onuncu abzasda “və Azərbaycan Respublikası Nazirlər Kabinetinin” sözləri “, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin” sözləri ilə əvəz edilsin;

2.2. on ikinci abzasdan “Azərbaycan Respublikası Ali Məhkəməsi,” sözləri çıxarılsın;

2.3. on üçüncü abzasda “və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi” sözləri “, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi” sözləri ilə əvəz edilsin.

3. 2.1.3-cü yarımbənd üzrə:

3.1. altıncı abzasda “və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin” sözləri “, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin” sözləri ilə əvəz edilsin;

3.2. doqquzuncu abzasa “Azərbaycan Respublikası Nazirlər Kabinetinin” sözlərindən sonra “, Azərbaycan Respublikası Ali Məhkəməsinin,” sözləri əlavə edilsin;

3.3. onuncu abzasdan “Azərbaycan Respublikası Ali Məhkəməsi,” sözləri çıxarılsın.

4. 2.1.4-cü yarımbənd üzrə:

4.1. yeddinci abzasın sonuna “məsləhətçi” sözündən sonra “, Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatında sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, məhkəmə iclasının katibi, hakimin köməkçisi” sözləri əlavə edilsin;

4.2. onuncu abzasda “və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin” sözləri “, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin” sözləri ilə əvəz edilsin;

4.3. on dördüncü abzasdan “Azərbaycan Respublikası Ali Məhkəməsinin,” sözləri çıxarılsın;

4.4. on beşinci abzasdan “Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin,” sözləri çıxarılsın;

4.5. on altıncı abzas ləğv edilsin.

5. 2.1.5-ci yarımbəndin ikinci abzası ləğv edilsin.

6. 2.1.6-cı yarımbəndin on ikinci abzasından “Azərbaycan Respublikası Ali Məhkəməsinin İşlər İdarəsində şöbə müdiri, onun müavini, sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi,” sözləri çıxarılsın.

7. 2.3.1-ci yarımbəndin beşinci və altıncı abzaslarında “və Azərbaycan Respublikası Nazirlər Kabinetinin” sözləri “, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin” sözləri ilə əvəz edilsin.

8. 2.3.2-ci yarımbəndin ikinci abzasından “Azərbaycan Respublikası Ali Məhkəməsinin,” sözləri, üçüncü abzasından isə “Azərbaycan Respublikası Ali Məhkəməsinin İşlər İdarəsində və” sözləri çıxarılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 9 iyun 2016-cı il

                 № 933

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status