Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 440; 2006, № 3, maddə 229, № 6, maddə 498; 2007, № 2, maddələr 86, 101, № 3, maddələr 217, 227, № 7, maddə 714, № 9, maddə 867, № 10, maddə 948, № 12, maddə 1242; 2008, № 1. maddə 9, № 3, maddələr 173, 179, № 6, maddə 499, № 8, maddələr 717, 723; 2009, № 2, maddə 66, № 6, maddələr 419, 421, 422; 2010, № 2, maddə 80, № 3, maddə 183, № 10, maddə 850; 2011, № 2, maddə 85; 2012, № 11, maddə 1078; 2013, № 3, maddə 236) ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 2.1.1-ci yarımbəndin dördüncü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin, həmin yarımbəndə aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin:
“Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin rəisi.”.
2. 2.1.2-ci yarımbəndin doqquzuncu abzası aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti rəisinin birinci müavinləri və müavinləri, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində şöbə müdiri;”.
3. 2.1.3-cü yarımbəndin beşinci abzası aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində şöbə müdirinin müavini;”.
4. 2.1.4-cü yarımbəndin beşinci və altıncı abzasları aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, habelə Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti rəisinin köməkçiləri;
Azərbaycan Respublikası Prezidentinin işlər İdarəsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin şöbəsi statusuna malik olan təşkilatın rəhbəri, onun müavini, habelə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Sarayının təminatı şöbəsində və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin şöbəsi statusuna malik olan təşkilatda sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 may 2016-cı il
№ 893